Logistikadaçevikistehsalmodulları - avtomatlaşdırılmışsistemintərkibhissəsiolmaqlaəlahiddəfəaliyyətgöstərir. Bu istehsal prosesinin davamı kimi nəqliyyat – anbar əməliyyatlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan texnoloji avadanlıqlar parkının (rəqəmlə idarə olunan dəzgahlar) və emal olunmuş hissələrin iş yerlərinə gətirilməsi və ya iş yerlərindən aparılması üzrə «nəqliyyat – anbar yük emalı» çevik sisteminin müəyyən bir qismini özündə birləşdirir və logistik sistemin elementi hesab olunur.
Müasir şəraitdə çevik istehsal – logistik sistemlərin layihələşdirilməsi zamanı praktikada üç mühüm metodologiyadan geniş istifadə olunur. Ümumi formada onları aşağıdakı kimi təsnif etmək olar:
yeni avadanlıq - yeni texnologiya - istehsalın yeni təşkili;
yeni texnologiya – yeni avadanlıq – istehsalın yeni təşkili;
istehsalın yeni təşkili – yeni texnologiya – yeni avadanlıq.
Konseptual baxımdan üçüncü metodologiya daha perspektivli hesab edilir.
Çevik istehsal – logistik sistemləri kiçik seriyalı istehsalın çevikliyiilə iri seriyalı istehsalın məhsuldarlığı arasında ahəngdarlığı nəzərə alan istehsal sistemlərinin yaradılması vasitəsi kimi çıxış edir. Belə sistemlərin yaradılmasına tələb əsas və köməkçi avadanlıqların proqramlar əsasında idarə edilməsi, informasiya təminatının və qərarların qəbul edilməsi texnologiyasının təkmilləşdirilməsi, habelə icra edilən nəqliyyat – anbar əməliyyatlarının rolunun artması üçün mövcud potensial imkanların aşkar edilməsi ilə əlaqədar meydana gəlmişdir.
İstehsal – logistik sistemlərə kənarlaşdırıcı təsir göstərə biləcək xarici amillərə bir qayda olaraq:
bazar tələbinə müvafiq olaraq məhsul çeşidinin yeniləşdirilməsi;
istehsalın yenidən sazlanması və ya yenidən hazırlanması zəruriyyəti yaradan məhsulların konstruktiv modifikasiyası;
məhsul buraxılışı həcminin, habelə sifariş partiyasının kəmiyyətini xarakterizə edən material axınlarının ölçüsünün dəyişilməsi;
istehsal yerlərinin maddi – texniki təminatında ahəngdarlığın pozulması, o cümlədən məhsulgöndərmə müddətlərində kənarlaşmaların meydana gəlməsi;
istehsalın bu və ya digər sahələrində yaranan kənarlaşmaları kompensasiya etmək üçün ayrı - ayrı hissələrin (dəst hissələrin) təcili hazırlanması haqqında müəssisənin idarəetmə strukturlarının və ya dispetçer bölməsinin tələbləri aid edilir.
Lokal və ya subsistemlərdə istehsal proseslərinin pozulmasına kənarlaşdırıcı təsir göstərə biləcək daxili amillərə isə:
istehsal sahələrində fasilələrin yaranması, əsas və köməkçi avadanlıqların istehsaldan çıxarılması;
kəsici alətlərin sınması və nəticədə zəruri materialların istehsal istehlakına hazırlanması əməliyyatlarının vaxtında icra edilməməsi;
zay məhsul istehsalı;
iş icraçılarının müxtəlif səbəblərdən işə çıxmaması;
işçi heyətinin peşəkarlıq səviyyəsinin kifayət qədər aşağı olması və ya çatışmaması;
texnoloji və istehsal intizamlarına riayət olunmamasından ibarətdir.
Hər bir konkret istehsal üçün proqnozlaşdırılmayan - nəzərdə tutulmayan kənarlaşmaların intensivliyi fərdi xüsusiyyətə malikdir. O, emal edilən hissələrin nomenklaturasının çox olması, seriyalı istehsalın azalması, məhsul çeşidinin yeniləş-məsi əmsalının artmasına uyğun formada artır. Daha doğrusu, onlardan bilavasitə asılıdır.
Beləliklə, çeviklik minimum məsrəflərlə və itkisiz (bəzi hallarda isə məhsul-darlığın minimum azaldılması ilə) fəaliyyət göstərən istehsal – logistik sistemlərin dəyişən şəraitə operativ uyğunlaşması qabiliyyətini əks etdirir. Çeviklik istehsal proseslərinin stabil və dayanıqlı fəaliyyətini təmin edən mühüm vasitədir.
İstehsalın təşkili və istehsal-logistik sistemlərin formalaşması prosesində stabilliyin - dayanıqlılığın təmin edilməsi üçün çevikliyi səciyyələndirən mühüm xüsusiyyətləri aydınlaşdırmaq lazım gəlir.
İstehsal sahələrində müəyyən bir dövrdə eyni istehlak təyinatına malik hissələr bir neçə partiyada hazırlanırsa,
müxtəlif variantlara malik nəqliyyat – texnoloji prosesləri tətbiq etmədən istehsal proqramının balanslaşdırılması məsələsinin həlli əhəmiyyətli dərəcədə çətinləşir.
İstehsal – logistik sistemlərin elementlərinin avtonomluq səviyyəsinin operativliyi aşağıdakı göstəricilərlə xarakterizə edilir:
xidmətedici heyət müdaxilə etmədən avtomatlaşdırılmış rejim çərçivəsində işlərin orta davamiyyət müddəti;
avadanlıqlara texniki xidmətin orta davamiyyət müddəti;
istehsal sahələrinə yeni material axınları daxil olan ana qədər yerinə yetiriləcək işlərin maksimal davamiyyət müddəti.
Birinci və ikinci göstəricilər normalaşdırma zamanı istifadə olunan kütləvi xidmət nəzəriyyəsinin metodlarının köməyi, habelə imitasiya modelləşdirməsi yolu ilə işçilərin məşğuluq əmsalının (məşğulluq müddətinin avadanlıqların effektiv iş vaxtı fonduna nisbəti ilə hesablanır) tapılmasına imkan verir.
Üçüncü metod hissə, qovşaq və ya yarımfabrikatların hazırlanması prosesinin çətinliyi ilə müəyyənləşdirilir.
İstehsal – logistik sistemlərin fəaliyyəti zamanı diqqət çəkən məqamlardan biri material axınları üzrə çıxış parametrlərinin yaxşılaşdırılması üçün müəssisədaxili struktur bölmələrinin idarə edilməsindən ibarətdir. Buna görə idarəetmə mərkəzi ixtiyari daxili və xarici faktorların təsiri altında baş verə biləcək təsadüfi kənarlaş-maları nəzərə almaqla istehsal və logistik proseslərin dayanıqlılığının təmin edilmə-sinə səy göstərməlidir.
İstehsal logistik proseslərin dayanıqlılığını təmin edən ən geniş yayılmış təşkilati - texnoloji metodlardan biri idarəetmə təsirlərinin operativliyinin yüksəldilməsindən ibarətdir. Bir sıra çevik istehsal – logistik sistemlərdə istehsal prosesinin təşkili «anbar – dəzgah – anbar» sxemi üzrə həyata keçirilir. Bu sxem xüsusilə kiçik seriyalı məhsul istehsalı üçün daha məqsədəuyğundur. O, müxtəlif adda olan hissələrin (yarımfab-rikatların) sinxron emal edilməsinə imkan verir, onların operativ çatdırılmasına, eləcə də ixtiyari iş yerlərinin texnoloji ləvazimatlarla vaxtı – vaxtında təchiz olunmasına təminat yaradır. Bu isə öz növbəsində istehsalın, həmçinin fəaliyyətdə olan istehsal – logistik sistem daxilində material və informasiya axınlarının fasiləsiz idarə edilməsinin təşkilini həyata keçirməyə imkan verir.