Mövzu Marketinqin ətraf mühiti Plan: Marketinqin ətraf mühiti amilləri Marketinqin makromühiti



Yüklə 212,28 Kb.
tarix21.04.2017
ölçüsü212,28 Kb.
#15180
Mövzu 2. Marketinqin ətraf mühiti

Plan:

2.1. Marketinqin ətraf mühiti amilləri

2.2. Marketinqin makromühiti

2.3. Marketinqin mikromühiti
2.1. Marketinqin ətraf mühiti amilləri

Müəssisənin marketinq fəaliyyəti, digər iqtisadi fəaliyyət növləri kimi, mar­ke­tinq ətraf mühi­ti adlanan müəyyən mühitdə baş verir. Marketinqin ətraf mühiti de­dik­də müəs­sisənin bazar fəaliyyətinə, istehsal-satış fəaliyyətinə təsir edən sub­yektlərin və amillərin məjmusu başa düşülür.

Marketinqin ətraf mühit amillərinə verilən tərifdən göründüyü kimi, onun tər­kibi çox rəngarəng və müxtəlifdir. Onların hər biri marketinqə müxtəlif jür tə­sir edir. Buna görə də həmin amillərin təsnifləşdirilməsi və onların marketinqə təsir dərəjəsi-nin aşkar edilməsi mühüm əhəmiyyət kəsb edir.

Müəssisənin marketinq fəaliyyətinə təsir edən subyektlərin və amillərin milli iqti-sadiyyatın səviyyəsinə aid olmasına görə marketinqin ətraf mühiti makromühit amillərinə mikromühit amillərinə bölünür.

Marketinqin makromühit amillərinə milli iqtisadiyyatın makro səviyyəsinə aid olan, yalnız müəssisənin bazar fəaliyyətinə deyil, bütün bazar subyektlərinin fəaliy­yə­tinə təsir edən qlobal amillər aiddir. Bura sosial-iqtisadi mühit, siyasi-hüquqi mühit, təbii mühit, mədəni mühit, texnika və texnologiya mühiti və joğrafi mühit amilləri aiddir.

Marketinqin mikromühiti dedikdə bilavasitə müəs­si­sə ilə iqtisadiyyatın eyni səviyyəsində yerləşən və onun fəaliyyətini təmin edən, onun fəaliyyətinə təsir edən ba-zar subyektləri və amilləri başa düşülür. Bu amillər də öz növbəsində müəssisə­daxili amillərə müəssisədənkənar amillərə bö­­lünür.

Marketinqin müəssisədaxili mühitinə bilavasitə müəssisənin istehsal-maliyyə fəaliyyətinə aid olan və marketinq fəaliyyətinin idarə edilməsinə və həyata keçiril­məsinə təsir edən amillər daxil edilir.

Marketinqin müəsisədənkənar mikromühit amillərinə bilavasitə müəssisə ilə iq­ti­sadiyyatın eyni səviyyəsində yerləşən, onun istehsal-maliyyə fəaliyyətinin həya­ta keçirilməsini təmin edən müəssisədənkənar subyektlər və amillər aiddir.

Müəssisənin qeyd edilən makromühit və mikromühit amillərini idarə edə bilmə imkanı, həmçinin həmin amillərə təsir dərəjəsi bir-birindən jiddi surətdə fərq­lənir. Bu baxımdan marketinqin ətraf mühit amilləri nəzarət edilən amillərə nəzarət edilmə-yən amillərə bölünür.

Qanunverijilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla, müəssisə tərə­findən müstəqil müəyyən edilən və idarə edilən ətraf mühit amilləri nəzarət edilən amillər adlanır. Bu amillərə marketinqin müəssisədaxili amilləri aiddir.

Müəssisənin təsir, idarə edə bilmədiyi, yaxud təsir səviyyəsi həddən artıq aşağı səviyyədə olan və ona uyğunlaşmağa vadar olduğu ətraf mühit amilləri mar­ke­tinqin nəzarət edilə bilməyən amillərini təşkil edir. Bu amillərə makromühit amil­ləri və mik-romühitin müəssisədənkənar amilləri aiddir.


2.2. Marketinqin makromühiti

2.2.1. Marketinqin sosial-iqtisadi mühiti

Marketinqin sosial-iqtisadi mühiti amillərinə sosial, demoqrafik və iqtisadi amil­lər aiddir.



Sosial amillər. Sosial amillərə əhalinin sosial vəziyyətini xarakterizə edən və mar­ketinq fəaliyyətinə təsir edən göstərijilər: həyat səviyyəsi; əhalinin gəlirlərinin sə­viy­yəsi; ailə büdjəsinin bölüşdürülməsi; ijtimai siniflər; referent qruplar; isteh­lak­çının sosial statusu və rolu aiddir.

Həyat səviyyəsi. Ölkə əhalisinin həyat səviyyəsi onun konkret vaxt vahidi ər­zində (adətən, bir saat götürülür) qazandığı gəlirə nə qədər məhsul ala bilməsilə öl­çülür.

Gəlirlərin səviyyəsi. Əhalinin gəlirlərinin səviyyəsi dedikdə onun müəyyən vaxt ərzində qazandığı, əldə etdiyi gəlirlərin məbləği başa düşülür. Bu göstərijiyə gö­rə dünya ölkələri 5 qrupa bölünür: 1) ailə gəlirləri çox aşağı səviyyədə olan ölkə­lər; 2) ailə gəlirləri əsasən aşağı səviyyədə olan ölkələr; 3) ailə gəlirlərinin çox aşa­ğı və çox yuxarı səviyyədə olduğu ölkələr; 4) ailə gəlirləri aşağı, orta və yüksək sə­viy­yədə olan ölkələr və 5) ailə gəlirləri əsasən orta səviy-yədə olan ölkələr. Əhalinin alıjılıq qabiliyyəti bilavasitə onların gəlirlərinin səviyyəsi ilə müəyyən edildiyindən marketinq fəaliyyətinə jiddi surətdə təsir edir. Belə ki, əhalinin gəlir­lə­rinin səviyyəsi yüksəldikjə bahalı, ekoloci jəhətdən təmiz və presticli məhsulların satışı im-kanları genişlənir və satışın həjmi artır.

Ailə büdjəsinin bölüşdürülməsi. Müxtəlif istehlakçılar müxtəlif amillərdən (məsələn, sta-tusundan, hansı sosial qrupa aid olmasından, mədəni səviyyəsindən və s.) asılı olaraq öz gəlirlərini müxtəlif məhsulların alınmasına yönəldirlər, yəni onu müxtəlif jür bölüşdürürlər. Başqa sözlə desək, ailə büdjəsinin bölüşdürülməsi ai­lə­nin istehlak strukturunu xarakterizə edir.

Sosial siniflər. Sosial siniflər oxşar dəyərlər sisteminə, maraqlara və davranışa ma­lik olan nisbətən stabil ijtimai qruplardır. Ölkə əhalisi peşə fəaliyyətinə, təhsil səviyyəsinə, maddi rifah halına və s. xüsusiyyətlərinə görə sosial siniflərə bölünür­lər. Konkret sosial sinifə daxil olan hər bir alıjının davranışı və məhsula münasibəti həllediji dərəjədə həmin sosial sinfin davranışı və münasibətilə müəyyənləşir, onlar bu və ya digər məhsulun satın alınmasına dair qərar qəbul edərkən həmin so­sial sinfə daxil olan digər şəxslərin rəyini nəzərə alırlar. Buna görə də bir çox müəs­sisələr məh-sulların hazırlanmasında konkret sosial sinfin davranışını, tələbat­la­rını və digər xüsusiyyətlərini nəzərə alır və buna uyğun olaraq öz məhsullarını dif­ferensiallaş­dı-rırlar.

Referent qruplar. Referent qrup hər bir fərdin davranışına və münasibətinə bir­başa təsir edən, həmin fərdin özünü eyniləşdirdiyi və özünə tay tutduğu şəxslər qrupudur. Re­ferent qrup formal olaraq müəyyən klublar və ijtimai təşkilatlar for-masında və qey­ri-formal qaydada mövjud ola bilər (məsələn, hər hansı gənj futbolçu özünü şəxsən tanış olmadığı məşhur fut-bolçuya bənzətməyə çalışa və onun üstünlük verdiyi, istifadə etdiyi məhsullara üstünlük verə və istifadə edə bilər). Sosial siniflərdə olduğu kimi, bu qrupun hər bir üzvü qrupun davranışını, münasibətini, seçimini və s. meyar kimi qəbul edir və məhsul alarkən onları əsas götürür. Buna görə də, müəssisələr özlərinin məqsəd bazarlarının referent qrupunu müəyyən etməyə və ona uyğun marketinq proqramları tərtib etməyə çalışırlar. Məsələn, Mary Kay Cosmetics kompaniyası öz məhsullarını ev şəraitində satmaq sahəsində böyük təjrübəyə malik-dir. Kompaniyanın məsləhətçiləri qadınlardan kosmetika məhsullarının ev şəraitində nümayiş etdirilməsi prosesində iştirakını xahiş edirlər. Hər bir evdar qadın rəfiqələrini və qonşularını öz evinə qonaq dəvət edir və kompaniyanın məsləhətçisi öz məhsullarından istifadə etməklə onlara pulsuz makiyac dərsi keçir. Adətən, iştirak edən qonaqların 60%-i ev sahibinin və yaxud digər iştirakçıların təsiri altında kom-paniyanın satdığı məhsulları alırlar .

İstehlakçının statusu rolu. İstehlakçının rolu fərdi əhatə edən insanların rəyi­nə görə onun yerinə yetirməli olduğu hərəkətlərin və ya fəaliyyətlərin məjmusu­dur. Status dedikdə isə həmin rolun jəmiyyət (ailə, sosial sinif, referent qrup və s.) tərə­findən dəyərləndirilməsi başa düşülür. Hər bir fərd jəmiyyətdəki roluna və statusuna uyğun məhsul almağa üstünlük verir.

Demoqrafik amillər. Demoqrafik amillər ölkə əhalisinin tərkibində baş verən dəyişiklikləri xarakterizə edir. Bura əhalinin təbii artımı və ya azalması; əhalinin yaş st­rukturu; ailələrin sayı; ailədə uşaqların sayı; yeni evlənənlərin sayı; əhalinin miq­ra­siyası; əhalinin ümumi təhsil səviyyəsinin dəyişməsi və digər demoqrafik amillər aiddir. Bu amillərin hər bir müəssisənin marketinq fəaliyyətinə müxtəlif istiqamət­lərdə və müxtəlif jür təsir edir. Məsələn, əhalinin artımının yüksək olması ərzaq məhsullarına olan tələbatın həjminə təsir edirsə, ailələrin sayı ailənin kollek­tiv istifadə etdiyi məhsulların satışının həjminə təsir edir. Körpələrin sayının artması uşaq yeməklərinə olan tələbatın həjminin artmasına səbəb olur və s.

İqtisadi amillər. Bu amillər ölkənin iqtisadi vəziyyətini xarakterizə edir və bütünlükdə bazarın tutumuna təsir edən ən mühüm amilddir. Bu amillərə ölkənin təsərrüfat tipi; ümumi daxili məhsulun və milli gəlirin həjmi; adam başına ümumi məhsulun və milli gəlirin həjmi; ölkənin iqtisadi inkişaf tempi; qiymətin səviyyəsi; inflyasiya səviyyəsi; işsizlik səviyyəsi; kredit alma imkanı; ölkə iqtisadiyyatına investisiya qoyuluşu və s. iqtisadi göstərijilər aiddir.

Ölkənin təsərrüfat tipi. Bu amil ölkənin iqtisadi inkişaf səviyyəsini xarakterizə edir və əhalinin gəlirlərinin səviyyəsi və alıjılıq qabiliyyəti bilavasitə bu göstərijidən asılıdır. Bu göstərijiyə görə dünya ölkələri 4 qrupa: 1) natural təsərrüfat tipli ölkələrə, 2) xammal ixraj edən ölkələrə, 3) inkişaf etməkdə olan ölkələrə və 4) inkişaf etmiş ölkələrə bölünür. Son illərdə postsovet ölkələrinin iqtisadiyyatının bazar münasibətlərinə keçidi ilə əlaqədar olaraq bazar iqtisadiy­ya­tı­na keçid dövrünü yaşayan ölkələr ayrıja təsərrüfat tipi kimi qeyd olunur.

Ölkənin təsərrüfat tipi bazarın tutumuna və bazarın məhsul quruluşuna jiddi təsir edir. Məsələn, natural təsərrüfat tipli ölkələrdə əsasən ərzaq məhsullarına tələbat olduğu halda, xammal ixraj edən ölkələrdə ərzaq məhsulları ilə yanaşı müəyyən texnika və avadanlığa da tələbat yaranır. İnkişaf etmiş ölkələrdə isə bütün növ istehsal və istehlak təyinatlı məhsullara tələbat mövjuddur və bu ölkələrin bazarının tutumu digər ölkələrin bazarlarının tutumuna nisbətən daha böyükdür.


2.2.2. Marketinqin siyasi-hüquqi mühiti

Siyasi-hüquqi mühit amilləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və tən-zimlənməsi qaydalarını, bazar subyektləri arasındakı əlaqələrin təşkili və isteh­lak­çıların hüquqlarının müdafiəsi qaydalarını, həmçinin ölkədəki siyasi vəziyyəti xa­rakterizə edir. Bura siyasi amillər; hüquqi amillər və istehlakçıların hüquqlarının mü-dafiəsi amilləri aiddir.



Siyasi amillərə siyasi stabillik; valyuta məhdudiyyətləri; xarij­dən məhsul alın­masına münasibət: dövlət aparatı; ayrı-ayrı siyasi və dövlət xadimləri ilə qarşılıqlı münasibətlər və digər siyasi amillər aiddir.

Hüquqi amillərə ölkədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini və tən­zim­lənməsini təmin edən qanunlar və qanunverijilik aktları və onlara əməl edilməsi üzə-rində dövlət nəzarəti sistemi aiddir.

İstehlakçıların hüquqlarının müdafiəsi amillərinə bütünlükdə jəmiyyətin, o jümlədən istehlakçıların mənafeyinin qeyri-mükəmməl, haqsız sahibkarlıq fəaliyyə­tin­dən və sahibkarların məsuliyyətsiz fəaliyyətindən müdafiəsini təmin edən amil­lər, həmçinin sahibkarlıq etikası və istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət və ijtimai təşkilatlar aiddir.
2.2.3. Marketinqin mədəni mühiti

Mədəni mühit dedikdə jəmiyyətin dəyərlər sistemini, qavrama modelini, tələ­batlarını, həyat və davranış tərzi­ni formalaşdırmağa kömək edən sosial institutlar və digər güjlər başa düşülür. Marketinqin mədəni mühit amillərinə bəşəri və milli mədə-niyyət; sub­mə­də­niy­yətlər; milli adət-ənənələrə sadiqlik; insanların bir-birinə, ijtimai ins­ti­tut­lara və jəmiyyətə münasibəti; jəmiyyətin mədəni inkişaf səviyyəsi; həmçinin danışıq­la­rın aparılması tərzi və digər mədəniyyət amil­ləri daxildir. Mə­də­ni mühit amilləri istehlakçıların və alıjıların məhsulun bu və ya digər özəllik­lə­rinə (məziy-yətinə, istehlak xüsusiyyətinə) üstünlük verməsinə, məhsulların seçil­mə­sinə və satın alınmasına dair qərarların qəbuluna və müəssisənin mar­ketinq fəaliyyətinə təsir gös-tərən ən mühüm makromühit amillərindən biridir.

Bəşəri mədəniyyət. Bəşəri mədəniyyət dedikdə bütün dünya xalqlarının qəbul və əməl etdiyi dəyər və normalar sisteminin, qavrama modelinin, davranış ste­reo­tip-lərinin və s. məjmusu başa düşülür. Müxtəlif mədəniyyətlər arasındakı fərqlər aradan qalxdıqja və müxtəlif mədəniyyətlərin julğalaş­ması baş verdikjə müəssisə­nin bütün bazarlara standart məhsullar təklif etmək və standart marketinq proq­ramları hazır-laması imkanları artır. Bu isə məhsulun istehsalına və satışına çəkilən xərjlərin, onun qiymətinin səviyyəsinin aşağı düşməsinə və deməli, məhsulun satışının həjminin artmasına səbəb olur.

Milli mədəniyyət. Milli mədəniyyət ayrı-ayrı millətlər və xalqlara məxsus olan dəyərlər və normalar sisteminin, qavrama modelinin, davranış ste­reo­tiplərinin və s. Məjmusudur. Müxtəlif millətlərin mədəniyyətində olan bu fərqlər məhsulların dif­fe­­rensiallaşdırılmasını, marketinq kompleksinin və strategiyasının onlara uyğunlaşdı­rıl­masını və deməli, hər bir bazar (və ya bazarlar) üçün xüsusi marketinq strate­gi­ya­sının və proqramlarının hazırlanmasını tələb edir. Doğrudur, bu işlərin həyata ke­çi­rilməsi məhsulun istehsalına və satışına çəkilən xərjlərin və deməli, məhsulun qiy­mə­tinin artmasına gətirib çıxarır. Lakin, məhsulun və marketinq kompleksinin digər elementlərinin, həmçinin marketinq strategiyasının bazarların tələbatına uyğunlaş­dırılması sayəsində məhsul satışının həjminin artması həmin xərjləri artıqlaması ilə ödəməyə və əlavə mənfəət əldə etməyə imkan verir.

Submədəniyyət. Submədəniyyət dedikdə həyat təjrübəsinə və jəmiyyətdəki möv-qeyinə uyğun olaraq bütünlükdə jəmiyyətdə və müxtəlif millətlərdə üstünlük təşkil edən dəyərlərdən fərqlənən oxşar dəyərlər sisteminə, tələbatlara və dav­ranış tərzinə malik olan geniş istehlakçılar qru­pu (ayrı-ayrı etnik qruplar, irqi, dini, dil əlamətlərinə və s. görə formalaşmış qruplar) başa düşülür. Məsələn, ispan mənşəli amerikanlar ABŞ-da yaşayan digər millətlərdən və xalqlardan özlərinin milli mə­də­niy­­yətinə sadiq və konservativ olmaları ilə fərqlənirlər: bu ailələrdə kişi hakim möv­qe­yə malikdir, bu qrupun qadınlarının 4/5 hissəsi üçün çoxlu sayda uşaq dünyaya gə­tir­mək onların həyat­larının ən əlamətdar hadisəsi hesab edilir. Bundan başqa, ispan mənşəli amerikanlar is­tifadə etdikləri tijarət markasına sadiqdirlər, ölkə miqyasında reklam edilən məh­sulun keyfiyyətli olmasına inanır və reklamın təsi­rinə daha çox məruz qalırlar.

İnsanların özlərinə, bir-birinə, ijtimai ins­ti­tut­lara və jəmiyyətə münasibəti də müəssisənin marketinq fəaliyyətinə xeyli dərəjədə təsir edir. Belə ki, sağlamlığına daha çox diqqət yetirən insanlar idman məhsulları, ekoloci jəhətdən təmiz məhsul­lar və sağlam həyat tərzi üçün zəruri olan məhsullar almağa üstünlük verirlər. «Jəmiyyət Mənəm» prinsipi ilə yaşayan insanlar isə yaxşı geyinməyə, gəzməyə və fərdiçiliyə üstünlük verir, geyim və şəxsi istifadə məhsullarının, həmçinin səyahət və gəzinti üçün lazım olan məhsulların alınmasına daha çox pul xərjləyirlər. «Jəmiyyət bizik» prinsipinə əməl edən insanlar isə özlərinə nisbətən ailəsinə daha çox diqqət yetirir və jəmiyyətin problemləri ilə məşğul olurlar. Bu insanlar mənzil alınmasına və mənzil, həmçinin ailəsinin istirahəti üçün lazım olan məhsulların alınmasına, təh­si­lə daha çox pul xərjləyir, xeyriyəçilik fəaliyyəti ilə məşğul olur, təbii mühitin mühafizəsinin qayğısına qalırlar.



2.2.4. Marketinqin təbii mühiti

Təbii mühit amilləri müxtəlif dövlət təşkilatlarının, ijtimai təşkilat və hərə­kat­ların təbiətin mühafizəsi, ekoloci tarazlığın qorunması uğrunda mübarizəsilə əlaqə­dardır və istehlakın sosial dəyərini, onun jəmiyyətə verdiyi xeyrin və yaxud ziyanın dəyərini xarakterizə edir. Bu amillərə ölkənin təbii sərvətləri və onlardan istifa­də­nin intensivliyi, ekoloci jəhətdən təmiz məhsulların istehsalı və istifadəsi, bəzi təbii re-sursların ehtiyatlarının tükənməsi və qıtlığı, məhsulun qablarının utilizasiya səviyyəsi, təbiətin çirkləndirilməsi səviyyəsi, yerin ozon qatının mühafizəsi və yeni məhsulların heyvanlar üzərində təjrübədən keçirilməsinə qarşı mübarizə ilə əla­qə­dar olan amillər aiddir.

Son illərdə material resurs­la­rının, xüsusən də enerci daşıyıjılarının qiymətinin yüksəlməsi nətijəsində məhsulun bahalaşması, təbii mühitin mühaizəsi və isteh­lak­çıların hüquqlarının müdafiəsi hərəkatlarının fəaliyyətinin daha da fəallaşması, əiraf mühiti çirkləndirməyə görə ödənilən jərimələrin səviyyəsinin yüksəldilməsi, bəzi Avropa ölkələrində «ekoloci vergi» adlanan verginin tətbiqi müəs­sisələrin mark­e­tinq fəaliyətində bu amillərin rolunu daha artırmışdır. Belə ki, məh­sulun maya də­yə­rinin artması və bunun nətijəsində onun bahalaşması, bəzi ma­teriallar resurs­ları­nın qıtlığı və onların ehtiyatlarının tükənməsi, istehlakçıların, xü­susən də konsü­mer­izm və invayronmentalizm hərəkatının fəallarının ətraf mühitinin çirk­lən­mə­sinə və ekoloci tarazlığın pozulmasına səbəb olan məhsulların alınmasından imtina etmələri məhsul istehsalının və satışının həjminin azalmasına gətirib çıxarır. Müəssisələr marketinq fəaliyyətinə təbii mühit amillərinin qeyd edilən neqativ təsirini aradan qaldırmaq məqsədilə baha və ehtiyatları qıt olan material resurslarının daha ujuz və ehtiyatları kifayət qədər olan material resursları ilə əvəz edilməsinə, heyvan mən­şəli məhsullar əvəzinə bitki mənşəli inqrediyentlərdən istifadə edilməsinə, tul­lan­tı­sız və ətraf mühitin çirkləndirilməsinin qarışısını alan texnologiyaların tətbiqinə və s. başlamışlar.


2.2.5. Marketinqin elmi-texniki mühiti

Marketinqin elmi-texniki mühiti dedikdə istehsalın texnika və texnologi­ya­sının tək­mi­lləş­diril­məsinə, yeni, daha mütərəqqi texnika və texnologiyanın yaradılmasına və tətbiqinə imkan ya­radan elmi-texniki nailiyyətlər başa düşülür. Bu amillərə elmi-texniki və texnoloci tərəqqi, innovasiyaların intensivliyi, müəssisənin və onun rəqib-lərinin innovasiya potensialı, elmi-tədqiqat və təjrübə-konstruktor işlərinə sərf edilən vəsaitlərin məbləği, kadrların peşəkarlıq səviyyəsi və bu kimi digər amillər aiddir.

Bu gün elmi-texniki mühit amilləri jəmiyyətin mövjudluğunu, məh­sulların texniki-istismar, keyfiyyət və dəyər parametrlərini müəyyən edən, həm­çi­nin müəssisələrə rəqibləri tərəfəindən təkrar edilməsi çətin olan və hətta, mümkün olmayan dayanıqlı rəqabət üstünlüyü əldə etməsinə imkan verən başlıja istehsal ami­linə çevrilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi məh­sulların təkmilləş­dirilməsinə, yeni məhsulların və yeni marketinq imkanlarının yaradılmasına, həm­çi­nin istehlakçıların tələbatlarının xarakterinin, davranışının və vər­dişlərinin dəyişmə­si­nə sə­bəb olur. Mə­sələn, yük avtomobilləri istehsalında yeni texnologiyanın tətbiqi da­ha sürətli, qə­naətjil və iri tonnaclı avtomobillərin yaradıl­ma­sına səbəb olmuşdur. Bu isə də­mir­­yol nəqilyyatı ilə daşımalara tələbatın azalmasına gətirib çı­xar­mışdır. Televizor is­teh­salı isə kinoteatrların xidmətinə tələbatın azalmasına, İnternet sis­tem­inin yaradılması və televizorların istehsalı məhsulların satışında «onlayn tijarətinin» və telemarketinqin tətbiqinə səbəb olmuşdur.

Bunu nəzərə alan firmalar yeni texnika və texnologiyanın hazırlanmasına və tətbiqinə külli miqdarda investisiya qoyur, firmalar bu sahədə hökumətlə, hətta rə­qib firmalarla əməkdaş­lıq edirlər.

Lakin, onu da qeyd etmək lazımdır ki, yeni texnika və texnologiyanın hazırlan­ması və tətbiqi onu həyata keçirən müəssisələrin özü üçün də təhlükələr yaradır. Belə ki, yalnız tex-noloci üstünlüyünü qoruyub saxlamaq məqsədilə yeni texnologiya hazırlayan və tətbiq edən müəssisələr istehlakçıya lazım olmayan məhsulun yara­dıl­ması ilə risk edirlər. Məsələn, «Kraft General Foods» kompaniyası keçən əsrin 80-jı illərində istehlakçıların davranışını nəzərə almadan bazara iki dəfə mikrodalğalı peçlərdə hazırlanması nəzərdə tutulan və ev temperaturunda uzunmüddət saxlan­ma­sı mümkün olan bir sıra ət yarımfabrikatları təklif et­mə­yə jəhd göstərmişdir və is­tehlakçıların davranışını nəzərə almadığından hər iki jəhd uğursuzluqla nətijə­lənmişdir. Belə ki, istehlakçılar ev temperaturunda sax­lan­ması mümkün olan məh­sul­la-rın tərkibində mütləq kimyəvi maddələr olduğunu düşünür və əksər hallarda, həmin məhsulların alınmasından imtina edirlər. Bu səbəbdən kompani­yanın «A La Carte»«Impromptu» məhsulları uğursuzluğa düjar olmuşdur
2.3. Marketinqin mikromühiti

2.3.1. Marketinqin müəssisədənkənar mikromühiti

Marketinqin müəssisədənkənar mikromühit amillərinə müəssisənin marketinq fəaliyyətinə təsir göstərən və müəssisə tərəfindən nəzarət edilməyən amillər: məh­sulgöndərənlər, marketinq vasitəçiləri, müştərilər, rəqiblər və kontakt auditoriyası aiddir.



Məhsulgöndərən müəssisələr istehsalçı müəssisəni zəruri material resursları ilə təmin edən hüquqi və fiziki şəxslərdir. Müəssisənin bazar uğuru xeyli dərəjədə məhsulgöndərənlərin etibarlılığından, onların məhsulunun texniki-istismar və dəyər parametlərindən, keyfiyyətindən, göstərdikləri xidmətin genişliyindən və keyfiy­yə­tin-dən, müqavilə şərtlərinə əməl etməsindən və bu kimi digər amillərdən asılıdır. Buna görə də, müəssisələr məhsulgöndərənləri seçərkən bu amilləri nəzərə almalı­dırlar.

Marketinq vasitəçiləri. Marketinq vasitəçilərinə müəssisənin məhsullarının bö-lüşdürülməsini və satı­şını, irəlilədilməsini təmin edən, müəssisəni maliyyə-kredit resursları ilə təmin edən və məhsulların fiziki yerdəyişməsini həyata keçirən müəs­sisə və təşkilatlar, həmçinin onlara müəyyən xidmət göstərən və müəssisə və təşkilatlar aiddir. Marketinq Vasitəçilərinə tijarət vasitəçiləri (topdansatış və pə­rakəndə tijarət müəssisələri), məhsulların fiziki yerdəyişməsini (malyeridilişini) həyata keçirən ixtisaslaşmış müəssisələr, müəssisəyə marketinq xidməti göstərən müəssisələr, investisiya, sığorta və maliy­yə-kredit müəssisələri aiddir.

Tijarət vasitəçiləri. Tijarət vasitəçiləri müəssisənin məhsullarının bölüşdü­rül­məsini və satışını həyata keçirən və yaxud həmin məhsullar üçün müştəri ta­pan müəs­sisə və təşkilatlardır.

Məhsulların fiziki yerdəyişməsini həyata keçirən ixtisaslaşmış müəssisələr. Bu müəssisələrə müəssi­sə­nin məhsullarının istehsal yerindən istehlak və ya satış məntəqəsinə çatdırıl­ması­nı, həmçinin bu proses ərzində həmin məhsulların ehtiyatının yaradılmasını təmin edən nəqliyyat müəssisə və təşkilatları, anbarlar və s. aiddir.

Marketinq xidməti göstərən müəssisələr. Marketinq xidməti göstərən müəssi­sə­lərə müəssisə üçün marketinq tədqiqatları aparan, kommunikasiya sistemini və satışın həvəsləndirilməsini (tələbatın yaradılmasını) təşkil edən müstəqil marketinq institutları, reklam müəssisələri və təşkilatları və marketinqə aid olan digər əməliy-yatları həyata keçirən müəssisə və təşkilatlar aiddir.

Maliyyə-kredit müəssisələri. Maliyyə-kredit təşkilatları müəssisəni maliyyə və kredit resursları ilə təmin edən, ona müxtəlif bank xidməti göstərən və onun müxtəlif əməliyyatlarını risklərdən sığortalayan müəssisə və təşkilatlardır. Bura maliyyə təşki-latları, banklar, sığorta təşkilatları və bu tip digər təşkilat və müəssisələr aiddir.

Müştərilər. Müştərilər bilavasitə müəssisənin məhsullarını satın alan və ya onu almağa maraq göstərən istehlakçılar, alıjılar və ödəyijilərdir. Müştərilər ba­zarı son isteh­lak­çılar bazarına, işgüzar istehlakçılar bazarına, vasitəçilər baza­rına və ins­ti­tu­sional istehlakçılar bazarına bölünürlər. Bu müştərilərin tələbatlarının xarakteri, davranışları, alış motivləri, satınalma qərarlarının qəbulu prosesi və s. bir-birindən jiddi surətdə fərqlənir. Məsələn, son istehlakçılar bazarında məhsul şəxsi isteh­lak məqsədilə alındığından alıjı davranışı emosional xarakter daşıyır, satınalmaya dair qərar, bir qayda olaraq, təkbaşına qəbul olunur, məhsulların seçimində onun qiyməti keyfiy­yə­tə və xidmətə nisbətən üstün mövqeyə malik olur və s. İşgüzar istehlakçılar ba­­­zarında isə tələbat təyinatlı, məqsədli xarakter daşıyır, satınalma qərarları kollegial qəbul olu­nur, məhsulun keyfiyyəti və servis xidmətinin möv­jud­luğu qiymətə nisbətən da­ha güjlü amil hesab edilir, məhsulgöndərənlərin seçilməsi və spesifikasiyaların ha-zır­lanması daha uzun müddət tələb edir, satıjı ilə alıjı arasında əks əlaqə güjlüdür və s. İnstitusional istehlakçılar bazarının tutumu və məhsul strukturu çox məhduddur, bu isteh­lak­çılar büdjədən maliyyələşdiyindən satınalmalarda qiymət həllediji amil hesab edilir və s. Marketinq fəaliyyətini həyata keçirən müəssisələr öz fəaliyyətlərində və marketinq strategiyasının tərtib edilməsində mütləq qeyd edilən bu xüsusiyyətləri nəzərə almalıdırlar.

Rəqiblər. Rəqiblər alıjılara və istehlakçılara müəssisə ilə eyni növ, ya da əvəzediji məhsullar təklif edən müəssisə və təşkilatlardır. Müəssisə özünün marketinq fəaliyyətini həyata keçirərkən eyni növ məhsul istehsal edən müəssisələrlə yanaşı ox-şar və əvəzediji məhsullar isteh­sal edən müəssisələrin də marketinq strategiyasını nə-zərə almalıdır.

Müəssisə məhsulların rəqabətilə yanaşı bazarın rəqabət strukturunu da nəzərə almalıdır. Rəqabət strukturundan asılı olaraq bazarlar mükəmməl rəqabət bazarına, in­hisarçı rəqabət bazarına, oliqopolik rəqabət bazarına və xalis inhisar bazarına bö­lü­nürlər.



Mükəmməl rəqabət bazarında həm eyni növ məhsul satıjılarının, həm də alıjı­larının sayı həddən çoxdur. Bu bazarda tələbin həjmi elastikdir, ayrı-ayrı müəs­si­sələrin bazar payı kiçikdir. Yeni rəqiblərin bu bazara daxil olması imkanları geniş­dir.

Oliqopolik rəqabət bazarında satıjıların sayı məhduddur və onların bazar payı həddən artıq böyükdür. Məsələn, ABŞ-da avtomobil bazarında satılan avomo­billə­rin 90%-i «General Motors», «Ford» «Chrusler» firmalarının payına düşür. Bu tip ba-zarlarda fəaliyyət göstərən satıjılar bir-birinin marketinq strate­gi­ya­larına çox həssasdırlar və onun dəyişməsinə tez reaksiya verirlər. Yeni müəssisələrin bu tip ba-zarlara daxil olması imkanları nisbətən aşağıdır.

İn­hisarçı rəqabət bazarında müxtəlif marketinq kompleksindən istifadə edən nis­bətən çoxlu sayda satıjı və alıjılar fəaliyyət göstərir. Bazarda fəaliyyət göstərən sa­­tıjılar marketinq kompleksinin müxtəlif kombinasiyalarını tətbiq etməklə rəqabət üs­tünlüyü əldə etməyə və bunun sayəsində satışın həjmini artırmağa çalışırlar. Alı­jı­lar isə məhsulun fərqləndiriji xüsusiyyətlərini nəzərə alaraq müxtəlif qiymət diapa­zon­larında məhsul almağa hazır olurlar. İlkin xərjlərin səviyyəsi aşağı olduğundan ye­ni müəssisələrin bu bazarlara daxil olması nisbətən asandır.

Xalis inhisar bazarında yalnız bir müəssisə fəaliyyət göstərir. Tələbin elastikli­yi məh­sula tələbatdan asılıdır. İstehlakçıların alıjılıq qabiliyyətini və digər amilləri nəzərə al­maqla dövlət bu bazarlarda qiyməti tənzimləyir.

Kontakt auditoriyası. Kontakt auditoriyası dedikdə müəssisəyə və ya onun məhsullarına maraq göstərən, həmçinin müəssisənin öz məqsədlərinə nail olmasına yardım göstərən (təsir edən) müxtəlif qruplar, fiziki və ya hüquqi şəxslər başa düşü­lür. Bura maliyyə-kredit təşkilatları, kütləvi informasiya vasitələri, dövlət orqanları, vətəndaş hərəkatı qrupları və təşkilatları, ijtimaiyyət, yerli və müəssisədaxili kon­takt auditoriyası aiddir.
2.3.2. Marketinqin müəssisədaxili mikromühiti

Marketinqin müəssisədaxili amilləri, qanunverijilikdə nəzərdə tutulan hallar is­tis­na olmaqla, müəssisənin öz tərəfindən müəyyənləşdirilir və idarə edilir. Bu amillər iki qrupa: müəssisənin rəhbərliyi tərəfindən nəzarət edilən amillərə və müəssisənin marketinq bölməsi tərəfindən nəzarət edilən amillərə bölünürlər.

Müəssisə rəhbərliyi tərəfindən nəzarət edilən müəssisədaxili amillərə müəs­si­sənin fəaliyyət sahəsi (fəaliyyət növü), müəssisənin məqsədi (məqsədləri), müəssi­sə­nin marketinq və digər struktur bölmələrinin vəzifələri və onların qarşılıqlı əla­qəsi və dəyərlər sistemi aiddir.

Müəssisənin fəaliyyət sahəsi və ya fəaliyyət növü özündə müəssisənin hansı sahibkarlıq fəaliyyətilə məşğul olajağının, hansı məhsullar istehsal edəjəyinin və ya xidmət göstərəjəyinin, həmçinin onun fəaliyyət ərazisinin və s. müəyyənləşdi­ril­məsini nəzərdə tutur. Qeyd edilən bu işlər məhz müəssisənin ali rəhbərliyi tərəfindən həyata keçirilir.

Müəssisə rəhbərliyi müəssisənin bazar mövqeyini, imkanlarını, bazar situasi­yasını və bu kimi digər amilləri nəzərə almaqla müəssisənin korporativ məqsədini və ya məqsədlərini müəyyənləşdirir və onların yerinə yetirilməsinə nəzarət edir. Müəssisənin bütün bölmələrinin və struktur vahidlərinin məqsədi müəssisənin ümumi məqsədi əsasında müəyyənləşdirilir və ona tabe olur.

Müəssisənin rəhbərliyi bütünlükdə istehsal-maliyyə fəaliyyətinin həyata keçirilməsində hər bir struktur vahidinin, o jümlədən marketinq şöbəsinin rolunu və bunun əsasında onların vəzifələrini, funksiyalarını və səlahiyyətlərini, həmçinin onların qarışılıqlı əlaqələrini müəyyənləşdirir, onların fəaliyyətinə nəzarət edir.

Müəssisənin marketinq struktur bölməsi tərəfindən nəzarət edilən amillərə məqsəd bazarları, marketinqin məqsədi, məhsul, qiymət, bölüşdürmə, satışın həvəs-ləndirilməsi və marketinq bölməsinin ida­rə­etmə strukturu aiddir.

Məqsəd bazarı müəssisənin fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməyi planlaşdırdığı seqment və ya seqmentlərdir. Müəssisənin marketinq şöbəsi qarşıya qoyulan məqsədə, imkanlarına, istehsal eilən məhsulun xüsusiyyətlərinə və digər amillərə əsaslanaraq məqsəd bazarlarını seçir və bu bazarlara uyğun marketinq stra-tegiyası və marketinq proqramları tərtib edir, onların yerinə yetirilməsinə nəzarət edir və zəruri hallarda onlara dəyişikliklər edir.

Marketinqin məqsədi müəssisənin ümumi məqsədinə nail olunmasına xidmət edir və onun əsasında müəyyənləşdirilir. Bu məqsədlər əsasən marketinqə aid olan göstərijilərlə ifadə olunur və istehlakçı yönümlü xarakter daşıyır.

Məhsul müəssisənin marketinq fəaliyyətini müəyyən edən, ona ən çox təsir edən amildir. Müəssisənin marketinq kompleksinin digər elementləri məhsulun xü­susiyyətlərinə, onun bazar mövqeyinə uyğun olaraq müəyyən edilir. Buna görə də müəssisə məhsulun bazarın hansı seqmentinin tələbatını ödəyəjəyini müəyyənləş­dir­məli, buna uyğun olaraq həmin məhsulun texniki-istismar, keyfiyyət və dəyər para-metrlərini müəyyənləşdirməlidir.

Qiymət istehlakçıların alıjılıq qabiliyyətinə və məhsulun alınmasına dair qərarların qəbuluna, məhsulun satışının həjminə və onun bazar payına jiddi təsir göstərir. Hətta bəzi hallarda qiymət rəqabət mübarizəsində müəssisənin rəqiblərə qalib gəlməsini təmin edən həllediji amilə çevrilir. Buna görə də müəssisə marke­tin­qin ətraf mühit amillərini öyrənərkən öz məhsullarının qiymətini düzgün müəy­yən etməklə yanaşı onun səviyyəsini rəqiblərin məhsullarının qiymətinin səviyyəsilə müqayisə etməli, qiymətin səviyyəsini məhsulun keyfiyyətinə və bazara uyğun­laş­dırmalı, rəqiblərin və alıjıların qiymətin səviyyəsinə reaksiyasını öyrənməli, qiymətin səviyyəsinin dəyişmə diapazonunu müəyyənləşdirməlidir və s.

Bölüşdürmə sistemi məhsulların istehsalçılardan istehlakçılara çat­dırılmasını, satışını və fiziiki yerdəyişməsini təmin edir. O, marketinqin tamam­layı­jı elementidir və onun düzgün təşkili marketinq fəaliyyətinin yüksək effektlə həyata keçirilməsinə şərait yaradır. Buna görə də, marketinq bölməsinin işçiləri bölüşdürmə kanallarının seçilməsi, tijarət-bölüşdürmə şəbəkəsinin təşkili, satış önjəsi və satış­ son­­rası xidmətin göstərilməsini təşkil etməli, zəruri ehtiyatların yaradılması və onun sə­viyyəsinə nəzarət edilməsi məsələlərini həll etməli və bu kimi digər funksiyaları yerinə yetir-məlidir.

Satışın həvəsləndirilməsi tələbatın formalaşdırılması və artırılması və bunların sayəsində satışın həjminin artırılması üzrə tədbirlər komp­lek­sidir. Satışın həvəslən­di­rilməsi siyasəti çərçivəsində satışın həvəsləndirilməsi metodları və üsullarının se­çilmə-si, reklam fəaliyyətin planlaşdırılması və reklam kampaniyalarının həyata ke­çi­rilməsi, reklamın yayımı vasitələrinin seçilməsi, bu sahədə digər təşkilat və müəssisələrlə əməkdaşlıq məsələləri və s. problemlər həll edilir.

Marketinqin yuxarıda qeyd edilən müəssisədaxili amillərinin işlənib hazırlan­ma­sın­da ən vajib problem onların tamlığının və kompleksliliyinin təmin edilmə­sidir. Çünki, bu elementlərin inteqrasiya olunmuş formada həyata keçirilməsi sinerqizm effekti yaradır və marketinq fəaliyyətinin daha yüksək effektlə həyata keçirilməsini təmin edir.

Müəssisənin marketinq fəaliyyətinə təsir edən ən mühüm amillərdən biri də onun idarəetmə strukturudur. Müəssisənin idarəetmə strukturuna müəssisənin rəh­bərliyi, ayrı-ayrı funksional və məhsul əlaməti üzrə təşkil edilmiş bölmə və şöbələr daxildir. Müəssisənin ayrı-ayrı bölmə və şöbələri marketinq fəaliyyətinə müxtəlif jür təsir edir. Müəssisənin rəhbərliyi onun fəaliyyət sahəsini, kor­porativ məqsədini, müəss­isədə marketinqin yeri və rolunu, digər bölmə və şöbə­lərin funksiya və vəzi­fələrini, həm-çinin korporativ mədəniyyəti müəyyənləşdirir. Bütün bu məsələlər bu və ya digər də-rəjədə marketinq fəaliyyətinə təsir edir. Məsələn, müəssisənin ümumi məqsədlərinə uyğun olaraq marketinqin məqsədi müəyyənləşdirilir, fəaliy­yət sahələri əsasında mü-əssisənin məqsəd bazarları seçilir, digər bölmə və şöbələrin funksiya və vəzifələrinin düzgün müəyyən edilməsi mar­ke­tinq bölməsilə əlaqənin düzgün təşkilinə və onlar arasında konfliktlərin ya­ran­masının aradan qaldırılmasına və ya onların operativ həll edilməsinə şərait yaradır və s.

Müəssisənin maliyyə xidməti marketinq tədbirlərinin maliyyələşdirilməsini hə­yata keçirir, vəsaitlərin təyinatı üzrə və effektli istifadə edilməsinə nəzarət edir və marketinq fəaliyyətinin mənfəətlə həyata keçirilməsində maraqlıdır. Maliyyə xid­məti marketinq fəaliyyətinin daha az xərjlərlə həyata keçirilməsində maraqlı olması bəzi hallarda bu bölmə ilə marketinq bölməsi arasında konfliktin yaran­masına sə­bəb olur.



Konstruktor digər texniki xidmət bölmələri daha mütərəqqi, daha mükəm­məl, yüksək keyfiyyətli, ekoloci jəhətdən təmiz və təhlükəsiz məhsulların layihələş­di­ril­məsi və onun istehsalını daha yüksək effektlə həyata keçirilməsi məsələlərilə məş­ğul olur. Marketinq şöbəsi həmin bölmə ilə birlikdə məhsula olan tələbləri müzakirə edir və sanki, həmin bölmələrin sifarişçisi rolunda çıxış edir.

Maddi-texniki təjhizat şöbəsi istehsalı zəruri çeşiddə və ölçüdə material re­surs­ları, avadanlıq və texnika ilə təmin etməklə istehsalın ahəngdarlığını və fasiləsiz­li­yi­ni, yüksək keyfiyyətli məhsul buraxılışını təmin edir.

İstehsalat şöbəsi istehsal prosesinin tələb olunan standartlara uyğun gedişinin təmin edilməsinə, istehsal planına uyğun çeşiddə və keyfiyyətdə məhsul buraxılı­şına görə məsuliyyət daşıyır.

Mühasibatlıq məhsulun maya dəyərinin kalkulyasiyasını hazırlayır, məhsulun qiy­mətinin müəyyən edilməsində iştirak edir, məhsulların buraxılış və ödəniş sə­nəd­lərinin hazırlanmasını, göndərilmiş məhsulların dəyərinin ödənilməsini və s. hə­ya­ta keçirir.

Marketinq şöbəsi istehlakçıların tələbatlarını, alış motivlərini və davranışını öy­rənir, məqsəd bazarlarını müəyyənləşdirir, məhsulların texniki-istismar, dəyər və istehlak para­me­tr­lərinin istehlakçıların tələbatlarına uyğun gəlməsini müəyyən­ləş­di­rir, məhsulların bölüşdürülməsi və satışı kanallarını müəyyənləşdirir, satışın həvəs­lən­dirilməsi və tələbatın formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini tə­min edir. Başqa sözlə desək, marketinqə aid olan funksiyaların həyata keçirilməsini təmin edir.

Son illərdə müəssisənin fəaliyyətinin bazar yönümlülüyünü təmin etmək və müəssisənin müxtəlif şöbələri və bölmələrilə marketinq bölməsi arasında mey­da­na çıxan konfliktləri aradan qaldırmaq və ya onları operativ qaydada həll etmək məq­sədilə müəssisələrdə funksiyalararası komanda formalaşdırılır. Bu komanda bü­tün­lük­də müəssisənin bazar fəaliyyətinin yüksək effektlə həyata keçirilməsinə görə məsu­liyyət daşıyır.


Özünüyoxlama sualları və tapşırıqlar

  1. Marketinqin ətraf mühiti dedikdə nə başa düşürsünüz? Marketinqin makro və mikro mühit amillərinin mahiyyətini izah edin.

  2. Müəssisə tərəfindən nəzarət edilən və nəzarət edilməyən amillərə hansı amillər aiddir?

  3. Marketinqin ətraf mühitinin öyrənilməsinin məqsədi nədir?

  4. Marketinqin sosial-iqtisadi mühit amillərinə hansı amillər aiddir? Bu amillər nəzarət edilən amillərə, yoxsa nəzarət edilməyən amillərə aiddir?

  5. Əhalinin həyat səviyyəsi nejə qiymətləndirilir?

  6. Marketinqin müəssisədənkənar mikromühit amillərinə hansı amillər aiddir? Bu amillərin mahiyyətini izah edin.

  7. Maliyyə-kredit, sığorta və investisiya təşkilatları həm marketinq vasitəçi­ləri­nə, həm də ünsiyyət auditoriyasına aiddir. Onların arasındakı fərqlər nədən ibarət­dir?

  8. Marketinqin müəssisədaxili amillərinin mahiyyətini izah edin.


İstifadə edilmiş ədəbiyyatın siyahısı

  1. Azərbayjanın Statistik Göstərijiləri 2005, Azərbayjan Respublikasının Dövlət Statistika Komitəsi,Bakı, Səda nəşriyyatı, 2005

  2. Akuliç İ.L., Demçenko E.V., Osnovı marketinqa, Minsk, Vışgyhaə şkola, 1998, s. 29-47

  3. Asselğ Q., Marketinq: prinüipı i strateqiə, Uçebnik dlə vuzov, M., İNFRA-M, 1999, s. 97-124

  4. Djobber D., Prinüipı i praktika marketinqa, Uçebnoe posobie, M., İzdatelğskiy dom «Vilğəms», 2000, s. 112-146

  5. Kotler F., Marketinqin əsasları, Bakı, Ergün, 1993, s.34-116

  6. Kotler F., Armstronq Q., Sonders Dj., Vonq V., Osnovı marketinqa, 2-e evrop. izd., Kiev; Moskva; Sankt-Peterburq, 1998, s. 171-210

  7. Gvans Dj. R., Berman B., Marketinq, M., Gkonomika, 1990, s. 27-43



Yüklə 212,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin