Məhsulların bölüşdürülməsi və satışının mahiyyəti, funksiyaları və səviyyələri
Satış kanallarının iştirakçılarının ümumi xarakteristikası
Satış kanallarının seçilməsinə təsir edən amillər
Məhsulların fiziki bölüşdürülməsinin təşkili
Ehtiyyatların idarə edilməsi
1- ci sual. Məhsulların bölüşdürülməsi və satışının mahiyyəti, funksiyaları və səviyyələri
Məhsulların bölüşdürülməsi və satışının məqsədi tələb olunan məhsulların lazım olan vaxtda, lazım olan yerdə münasib qiymətə istehlakçılara çatdırılmasını və mübadilə prosesinin həyata keçirilməsini təmin etməkdir.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün məhsulların bölüşdürülməsi və satışı prosesində bir sıra funksiyalar yerinə yetirilir. Onlara aşağıdakılar aiddir:
İnformasiyanın toplanması və istehlakçıların məlumatlandırılması;
Sifarişlərin qəbulu və işlənməsi;
Məhsulların nəql edilməsi və aralıq məntəqələrdə yükləmə - boşaltma əməliyyatlarının yerinə yetirilməsi;