1
Mövzu 2. Милли игтисадиййатларын мейарлар вя кейфиййят
эюстяриcиляри ясасында тяснифляшдирилмяси
1. Milli iqtisadiyyat anlayışı, tədqiqatı və onun tipləri;
2. Müstəqil milli iqtisadiyyat, onun formalaşması və prinsipləri;
3. F list, V.Zombrat və V.Oykenin milli iqtisadiyyata dair iqtisadi
fikirləri.
1. Milli iqtisadiyyat anlayışı ,tədqiqatı və onun tipləri.
Milli iqtisadiyyat müəyyən xalqa, millətə məxsus olub onun
mənafelərini ifadə edən, hüdudları dövlət sərhədləri ilə məhdudlaşan,
özünün maddi texniki əsası, münasibətlər sistemi, təsərrüfat mexanizmi və
idarəetmə strukturu olan sosial iqtisadi bir sistemdir. Ölkənin milli
iqtisadiyyatı əhalinin mallara və millətlərə olan təlabatı ilə həmçinin
təlabatların ödənuilməsində iştirak edən milli istehsal ressursları
arasındakı uyğunsuzluğu aradan qaldırmalıdır. Milli iqtisadiyyatın ən
başlıca mövcudluq şərti onun müstəqil olmasıdır. İqtisadiyyatın müstəqil
olması o zaman mümkündür ki, onun:
1. Özünün yetkin milli bazarı və bu bazarın tələblərinə cavab verən
strukturu qərarlaşsın;
2. Öz dayaqları üzərində inkişaf edə bilsin və təkrar istehsal edə
bilmək qabiliyyətinə malik olsun;
3. Müstəqil, möhkəm valyutası, maliyyə-kredit, bank sistemi fəaliyyət
göstərdin;
4. Formalaşmış infrastrukturası olsun;
5. Səhmanlı, çevik təsərrüfat mexanizmi və dövlət idarəçilik ənənələri
olsun.
Bu cür keyfiyyətlərə malik bir iqtisadiyyat sosial istiqamətli ölkənin iş
qabiliyyətli əhalisini işlə təmin etmək imkanında olmalıdır.
Alman iqtisadçısı F.List ilk dəfə olaraq milli iqtisadiyyat anlayışının
mahiyyətini izah edərək göstərmişdir ki, ayrı-ayrı ölkələrin iqtisadiyyatı
öz qanunlarına uyğun inkişaf edir.
Milli iqtisadiyyat özü də aşağıdakı tiplərə ayrılır:
- Müstəqil Milli iqtisadiyyat – tam formalaşmış sağlam bir
iqtisadiyyatdır. Başlıca və ilkin şərti dövlətin siyasi və iqtisadi
müstəqilliyidir. Müstəqil iqtisadiyyat bazar iqtisadiyyatına
əsaslanan, çoxnövlü mülkiyyət formalarına mənsub olan, öz-özünü
2
təkrar istehsal etmək qabiliyyəti olan, möhkəm maliyyə-kredit və
vergi sisteminə, yüksək infrastruktura, səmərəli istehsal əlaqələrinə,
dövlət idarəçiliyi ənənələrinə və tənzimlənməsinə malik olan bir
iqtisadiyyatdır.
- Yarımasılı Milli iqtisadiyyat – iqtisadi cəhətdən tam azad olmadığı
üçün öz xalqının mənafeini qismən ifadə edir. Siyasi və iqtisadi
cəhətdən formal müstəqil olub iqtisadsiyyatı tam azad surətdə
inkişaf edə bilməyən ölkələr bu qrupa daxildir. Bu baxımdan
keçmiş ittifaqın tərkibində olan Azərbaycanın o dövrdəki
iqtisadiyyatını da asılı iqtisadiyyat kimi xarakterizə etmək olar.
- Tam asılı Milli iqtisadiyyat – müstəmləkə xarakterlidir. Belə ki,
bu ölkələrdə həm siyasi, həm də iqtisadi müstəqillik mövcud
olmur. Onların iqtisadiyyatı asılı olduqları üçün dövlətin
mənafelərinə uyğun formalaşdırılır.