Mövzu Sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri. Plan



Yüklə 31,17 Kb.
səhifə1/7
tarix01.05.2023
ölçüsü31,17 Kb.
#105374
  1   2   3   4   5   6   7

Mövzu 5. Sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri.
Plan:

  1. Sahibkarlıq fəaliyyətinin çoxnövlülüyünün zəruriliyi, səbəbləri, ümumi cəhətləri, qarşiliqli əlaqəsi və fərqləri.

  2. İstehsal sahibkarliği və onun xüsusiyyətləri.

  3. Xidmət sferasmda sahibkarlığın istiqamətləri.

  4. Kommersiya sahibkarliğmm mahiyyəti və xüsusiyyətləri.

  5. Kommersiya sahibkarliğmda əmtəə birjalarmm və reklam müəssisələrinin rolu.

  6. Maliyyə sahibkarliği və onun əsas əlamətləri.

  7. Maliyyə sahibkarliği üçün fond və valyuta birjalarmm, siğorta və audit fəaliyyətinin əhəmiyyəti.

  8. Konsultativ sakhibkarliq və onu reallaşdirma üsullari.


1. Sahibkarlıq fəaliyyətinin çoxnövlülüyünün zəruriliyi, səbəbləri, ümumi cəhətləri, qarşiliqli əlaqəsi və fərqləri.
İşgüzar bir proses olmaqla sahibkarliq fəaliyyəti iqtisadiyyatm maddi istehsal və xidmət sektorunu özündə birləşdirən müxtəlif sahələrində: sənayedə, kənd təsərrüfatmda, tikintidə, ticarətdə, maliyyə-bank sferasmda həyata keçirilir. Nəticədə sahibkarliq fəaliyyətinin müxtəlif cəhətlərinə görə - iqtisadi fəaliyyətin xarakterinə, cəlb edilən və istifadə olunan iqtisadi resurslara, investisiyalarm yönəlmə obyektinə və istiqamətinə, işgüzar qərarlarm və əldə edilən konkret nəticənin xüsusiyyətinə və s. görə fərqlənən təkrar istehsal tsiklinin müxtəlif tsiklərində - məhsul və xidmətlər istehsalmda, onlarm bölgüsü və mübadiləsi fazalarmda fəaliyyət göstərən müxtəlif növləri yaramr. Bu baximdan sahibkarliq fəaliyyətinin bir - birilə qarşiliqli əlaqəli olan və bir - birini tamamlayan istehsal, kommersiya, maliyyə, konsultativ (konsaltinq) və s. kimi növləri vardir.
2. İstehsal sahibkarliği və onun xüsusiyyətləri.
İstehsal sahibkarliği - müxtəlif növ məhsullarm istehsali, habelə onlarm istehlakçilara çatdirilmasi ilə əlaqədar olaraq işlərin görülməsi və xidmətlərin göstərilməsi, bu məqsədlə həyata keçirilən innovasiya, elmi - texniki, informasiya proseslərini özündə birləşdirir.
Istehsal sahibkarliği öz əhəmiyyəti baximmdan biznes fəaliyyətinin müəyyənedici, aparici, ictimai - zəruri, ölkənin sosial-iqtisadi inkişafma bilavasitə təsir göstərən növüdür, belə ki, o cəmiyyətin iqtisadi subyektləri - insanlar (ailə təsərrüfatlari), firmalar (müəssisələr) və dövlətin yaşayib fəaliyyət göstərməsi üçün zəruri olan məhsullar: gündəlik tələbat və uzun müddətli istifadə üçün kütləvi istehlak mallari, habelə istehsal - texniki təyinatli məhsullar istehsali ilə məşğuldur. Istehsal sahibkarliği həm də biznesin ən çətin formasi kimi səciyyələndirilir ki, bunun da əsas səbəbləri kimi fəaliyyətə başlamaq üçün nisbətən böyük həcmli ilkin kapitalm zəruriliyi, yüksək bazar rəqabəti şəraitində düzgün qərarlar qəbul edilməsinin vacibliyi, iqtisadi fəaliyyət üçün zəruri olan iqtisadi resurslarm nisbi məhdudluğu və qiymətlərinin bahaliği, sahibkarliqla bağli riskin yüksək səviyyəsi, yüksək həcmli transaksion xərclərin olmasi və s. çixiş edirlər. Istehsal sahibkarliği, sənaye, kənd təsərrüfati və tikintidə, habelə onlarm alt sahələrində (yüngül və yeyinti sənayesi, heyvandarliq və s.) həyata keçirilir, bazar iqtisadiyyati şəraitində onun təşkilati - hüquqi formasini isə əsasən xüsusi və şərikli mülkiyyət üzərində fəaliyyət göstərən istehsal müəssisəri, təşkilatlari, səhmdar cəmiyyətləri (korporasiyalar) təşkil edirlər.
Fəaliyyət göstərdiyi iqtisadiyyat sahəsindən (sənaye, kənd təsərrüfati, tikinti), istehsal etdiyi məhsulun növündən və təyinatmdan (istehlak şeyləri və ya istehsal vasitələri ) asili olmayaraq istehsal sahibkarliği qarşisinda bir sira aşağidaki tələblər vardir: iqtisadi fəaliyyətə başlamaqdan əvvəl istehsal amillərinin (istehsal fondlarmm və iş qüvvəsinin) əldə edilməsi və onlarm səmərəli kombinasiyasma nail olunmasi, istehsal olunan məhsulun alicmin tələbatma uyğun gəlməsi üçün bazarm marketinqinin aparilmasi, biznes - tərəfdaşlari - iqtisadi resurslarm mülkiyyətçiləri, hazir məhsulun bilavasitə istehlakçilari, vasitəçi ticarət və nəqliyyat təşkilatlari və s. ilə sabit və qarşiliqli faydali iqtisadi əlaqələrin təmin edilməsi, istehsal prosesinin daimi innovasiya ilə müşayiət olunmasi, bizneslə bağli informasiya mənbələrinə sərbəst girişin təmin olunmasi və s.

Yüklə 31,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin