Mövzu3: Məktəbəqədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsiplər



Yüklə 15,23 Kb.
tarix11.06.2023
ölçüsü15,23 Kb.
#128552
didaktik prins 3


Mövzu3: Məktəbəqədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsiplər
Məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında müəyyənləşdirilir:
- nəticəyönümlülük – təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi;
- uşaqyönümlülük – təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyil və marağının, təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılmasına və inkişafına yönəldilməsi;
- şəxsiyyətyönümlülük – uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılması;
- inkişafyönümlülük – uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin olunması;
- tələbyönümlülük – ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması;
varislik – müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının
məzmun və mahiyyət etibarilə bir-birini tamamlaması;
- inteqrativlik – təlimin məzmun komponentlərinin əlaqələndirilməsi;
- azərbaycançılıq – uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə hörmət hissinin aşılanması.
- dünyəvilik – dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, dinlə əlaqəsi olmama.
Açar sözlər:
Uşaqyönümlülük:
1.İş üsulu,iş forması
2.İllustrasiya ilə dərs keçmək
3.Seçim vermək
4.Diaqnostik qiymətləndirmə aparmaq
5.Maraqlar,oyunlar
6.Potensialı nəzərə almaq
Şəxsiyyətyönümlülük:
1)Psixomotor bacarıq
2)Ünsiyyət
3)İdrak
4)Milli bəşəri dəyərlər,hüquqlara hörmət etmək
Dünyəvilik:
1)Din dövlətdən ayrıdır
2)Dini təbliğə yol verməmək
İnkişafyönümlülük
1)Nailiyyətin təhlili
2)Formativ,summativ qiymətləndirmə
Nəticəyönümlülük
1)Dərsin planını qurmaq
2)Dərsi əvvəlcədən müəyyənləşdirmək
3)Nəticəli olmaq
Tələbyönümlülük:
1)Dövrlə ayaqlaşmaq
2)Müasir standartlara cavab vermək
3)İnformasiya kommunikasiya texnologiyası ilə dərs keçmək
Azərbaycançılıq:
1)Fəal vətəndaş mövqeyi
2)Gerb,himn,bayraq
3)Dövlətçilik
Varislik:
1)Sadədən mürəkkəbə dərs keçmək
2)Yaşlar arasında mövzunu düzgün əlaqələndirmək
İnteqrativlik:
1)Mövzuları əlaqələndirmək
2)Mövzunu keçib sinifdə rolu canlandırmaq
3)İnteqrasiya etmək
Yüklə 15,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin