Şagirdlərin cavabların dinləyib tədqiqat aparmağa başlayaq.
1.Şəkillərdə hansı orqanlar sistemi təsvir olunduğunu sadalayın.
2.Skletin canlı üçün nə kimi əhəmiyyəti olduğunu izah edin.
3.Canlıların hərəkəti nəyin sayəsində baş verdiyini müəyyənləşdirin.
3.İnformasiya mübadiləsi.
3.İnformasiya mübadiləsi.
Tədqiqat üçün ayrılan vaxt bitdikdən sonra tapşırığın başa çatdığını bildirirəm.Hər qrup lideri hazırladıqları işləri lövhədən asaraq təqdimata başlayırlar.
4.Məlumatların müzakirəsi və təşkili:
Hər qrup lideri cavablandırmağa çalışdığı suallara ətraflı izahat verir. Onların cavablarıyla motivasiya sualı arasında əlaqə yaradılır.Müzakirə aşağıdakı suallara uyğun olaraq aparılır:
1. Dayaq - hərəkət aparatının heyvan orqanizmində nə kimi funksiyaları var?
3. Heyvanlarda tənəffüs və qan damar orqanlar sistemi hansı orqanlardan ibarətdir?
4. Çoxalamanın nə kimi əhəmiyyəti var?
5. Hormon nədir,orqanların işinə necə təsir göstərir?
5.Nəticələrin çıxarılması:
5.Nəticələrin çıxarılması:
Bütün fikirləri ümumiləşdirib nəticə çıxarmağı təklif edirəm. ƏvvəlcəBİBÖ cədvəlinin nə öyrəndik sütunu doldurulur. Bütün fikirləri ümümiləşdirərək aşağıdakı nəticələrə gəlmək olar.
1. Bütün canlılar kimi heyvanlarda da toxumalar birləşib orqanları,onlarda orqanlar sistemini əmələ gətirirki buda öz növbəsində, heyvan orqanizmini yaradır.
2.Orqanizmlərin bir çoxunda skelet əzələlərlə birlikdə dayaq-hərəkət sistemini əmələ gətirir. sklet daxili orqanları zədələnməkdən qorumaqla yanaşı,həmdə bədənin dayağını təşkil edir.Əzələlərin yığılması sayəsində bədənin ayrı-ayrı hissələri hərəkət edir.
3.Heyvan bədənində baş verən qazlar mübadiləsi tənəffüs adlanır.Müxtəlif tipli tənəffüs orqanları-ağciyərlər,traxeyalar,qəlsəmələr meydana gəlib.
4.Oksigen və qida maddələri qan-damar sistemi vasitəsiylə orqanizmə daxil olur,eləcədə zərərli maddələri və karbon qazını bədəndən çıxarır.
5.Orqanizmin bütün orqanlarınınbirgə fəaliyyətinin tənzimlənməsində sinir və endokrin sistem əsas rol oynayır.Bu sistemlərin fəaliyyəti sayəsində bütün orqanlar vahid bir sistem kimi işləyir.
Ev tapşırığı: Əgər vaxt çatmazsa bu və mövzu sonundakı tapşırıqları evdə cavablandırmaq, elecədə hər hansı heyvanın orqan və orqanlar sistemi barədə internetdən məlumat toplayıb kiçik esse yazmaq tapşırıram.
Ev tapşırığı: Əgər vaxt çatmazsa bu və mövzu sonundakı tapşırıqları evdə cavablandırmaq, elecədə hər hansı heyvanın orqan və orqanlar sistemi barədə internetdən məlumat toplayıb kiçik esse yazmaq tapşırıram.