mühasibat uçotunun iqtisadi nəzarətdə və idarəetmədə rolu
Uçot aparatı işçiləri, nəzarət-təftiş və audit xidməti, vergi orqanları yeni idarəetmə prinsiplərinə əsaslanaraq mövcud olan maddi ehtiyatlarIn düzgün və sərfəli istifadə olunması üzərində nəzarəti təmin etməlidirlər. Mühasibat uçotunun nəzarət funksiyasının genişlənməsi bir daha onunla əlaqədardır ki, hazırki şəraitdə hər bir müəssisə rəhbərliyi, menecerlər öz müəssisələrini maliyyə-təsərrüfat göstəriciləri və ödəmə qabiliyyəti informasiyalarını əldə etmələri vacib şərtlərdir.
keyfiyyətli təşkil olunmuş mühasibat uçotu informasiyası müəssisə və şirkətlərin istehsal əməliyyatIarın müxtəlif mərhələlərinə bütün əməliyyatların fəaliyyətinə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müxtəlif idarəetmə qərarlarını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.
İdarəetmə uçotu gələcəkdə mühasibat uçotunun tərkib hissəsi olmaqla təşkilatın daxilində müxtəlif səviyyəli - rəhbərlər tərəfindən istifadə olunan uçot informasiyalarının toplanması üçün nəzərdə tutulur. Bu uçot növünün başlıca təyinatı konkret istehsalat nəticələrinin əldə edilməsində məsul olan menecerləri lazımi və tam həcmdə informasiya ilə təmin etməkdən ibarətdir.
İdarəetmə uçotu plan, normativ, proqnoz və analitik informasiyaları ümumiləşdirir, uçotun müşahidə proseduralarını, onların ölçülməsi və qeydə alınmasını tam əks etdirir.
İdarəetmə sistemində istehsal məsrəfləri haqda informasiyalar ümumiləşdirilir və aşağıdakı maddələr üzrə uçota alınır:
məsrəf növləri (məhsul, iş və xidmət nomenklaturaları) üzrə:
məsrəflərin başvermə yerləri, yəni material ehtiyatlarına olan
ilk tələbat bölmələri (iş yerləri, briqadalar, sexlər və i.a) üzrə:
məsrəfin aparıldığı, yəni bazarda satılmaq üçün nəzərdə tutulan
məhsul. iş və xidmət növləri üzrə.
Mühasıbat uçotu təşkilatın aktivləri, öhdəlikləri, gəlirləri, xərcləri və onların dəyişməsi haqda bütün informasiyaları tam, fasiləsiz və sənədlə rəsmiləşdirilmiş qaydada dəyər ifadəsi ilə toplamaq, qeydə almaq. və ümumiləşdirmək sistemini özündə əks etdirır.
Digər uçot növlərindən fərqli olaraq mühasibat uçotu öz işini aslandırılmış sənədlərlə: təşkilatın maliyyə-təsərrüfat fəaliyyətində baş verən bütün dəyişiklikləri fasiləsiz olaraq vaxtında və tam əhatə etməklə: məlumatları ancaq ona məxsus üsulları (mühasibat hesabları, ikili yazılış, balans və s.) tətbiq etməklə qarşıya qoyulan prinsiplər əsasında yerinə yetirir.
Uçot informasiyaları həm təşkilat daxili, həm də ondan kənarda idarəetmə və maliyyə qərarları qəbul etmək üçün əsas aparifı vasitə hesab edilir. Bu zaman o, informasiya, planlaşma (tanişliq), nəzarət, mühafizə və təhlil kimi ən mühüm funksiyanı yerinə yetirir.
İnformasiya Mühasibatlığın əsas vəzifəsi təşkilatın əmlak vəziyyəti haqqında informasiya formalaşdırmaq, yəni əmlakın yerləşdirilməsi və onun mühafizəsi üzərində nəzarətin təşkil edilməsini təmin etməkdən ibarətdir. Təşkilatın fəaliyyəti və onun daxili istifadəçiləri-müdiriyyəti, təsisçisi, iştrakçısı, təşkilatın əmlakının mülkiyyətçisi, xarici investorları, kreditorları və mühasibat hesabatının digər istifadəçiləri haqqında tam və dəqiq informasiya formalaşdırmaq böyük əhəmiyyət daşıyır. Təşkilatın mühasibatlığı istənilən vaxtda ona məxsus əmlakın bölüşdürülməsi, yəni təşkilatın hansı əmlaka malik olması və onların harda yerləşməsi haqqında zəruri informasiyalara malik olmalıdır. İdarəetmə uçotunun ən başlıca məqsədi, zəruri qərar qəbul etmək və idarəetmənin effektliyi üçün təşkilat rəhbərini tələb olunan informasiyalarla təmin etməkdən ibarətdir. Əsaslandırılmış idarəetmə qərarı qəbul etmək üçün təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti haqda vaxtlı-vaxtında yararlı məlumat olmasını özündə əks etdirir.
Planlaşdırma (tapşırıq)- hərəkətetmə prosesinin qaydasını ifadə edir. O, qarşıya qoyulan məqsədin quruluşunu, onun yerinə yetirilmə yollarının axtarılmasını və bu məsələnin həlli üçün optimal variantının seçilməsini özündə birləşdirir. Bir qayda olaraq cari və perspektiv dövrün planlaşdırılması qarşıdakı maddi məsrəflər və pul vəsaitinin həcmini nəzərdə tutan mənfəət haqda informasiya olmadan aparmaq qeyri-mümkündür. Keçən dövrün hesabatının diqqətlə öyrənilməsi sayəsində gələcək dövr üçün planlar, proqramlar və tapşırıqlar işlənib hazırlanır. Hesabat məlumatlarına əsasən müəssisənin əsas və dövriyyə vəsaiti ilə təmin edilməsi müəyyənləşdirilir və onlardan düzgün istifadə edilməsi aydınlaşdırılır.
Nəzarət-planın (tapşırığın) həqiqi yerinə yetirilməsinin müəyyən edilmə prosesini özündə birləşdirir. Bu prosesi yerinə yetirmək üçün həqiqi məsrəf və gəlirləri planla (tapşırıqla) müqayisə etmək metodundan istifadə edilir. Təşkilatın vəziyəti və onun əmlakının hərəkəti, öhdəlik və təsərrüfat əməliyyatlarının ifrası və s. üzərində nəzarətin təşkil edilməsi təsərrüfat fəaliyyətində baş verən neqativ hallara qarşı mübarizə aparmaq, təsərrüfatdaxili ehtiyatları müəyyən etmək məqsədi ilə yerinə yetirilir. Təşkilatlarda daxili nəzarət: əvvəlfədən (rəsərrüfatəməliyyatları aparılana qədər): Yari (əməliyyat aparılan dövrdə): son (əməliyyat baş verdikdən sonra) aparılan nəzarətə bölünür. Xarifi maliyyə nəzarətini investorlar, kreditorlar, hesablama palatası, bank, xəznədarlıq, təftiş-nəzarət idarəsi, vergi orqanlari yerinə yetirir.
Nəzarət aşağıdakı 3 formada yerinə yetirilir:
Mühafizə - açıqlanmış hesablar planından (işçi hesablar planından) istifadə etməklə təşkilatın maddi dəyərlilərinin, pul vəsaitlərinin, həmçinin mövlud əmlakının hərəkəti və mühafizəsinin bütün aspektlərini mühasibat uçotunda qeydə almağı nəzərdə tutur. Bu funksiya uçotun aparılmasının obyektivliyini və inventarlaşmasının vaxtlı-vaxtında həyata keçirilməsini təmin edir. Hesabat göstəricilərinin düzgünlüyü müxtəlif mülkiyyət formalı müəssisələrin əmlakının qorunmasına xidmət edir. Mühasibat uçotu sistemi müəssisənin digər xidmətlər ilə əlaqədə əmlakın qorunub saxlanmasını təmin edir və müxtəlif əksikgəlmə, xarabolma və itkilərin qarşısını alır. Göstərilən məsələlərin həllində idarə və müəssisələrdə qalıqda olan əmtəə-material dəyərlilərinin dövrü inventarlaşdırılmasının xüsusi əhəmiyyəti vardır. Aparılan inventarlaşdırma nəticəsində təsərrüfat əməliyyatlarının lazımi sənədlərlə rəsmiyyətə salınması, onların mühasibat uçotunda əks olunması müəyyənləşdirilir və yoxlama nəticələri əsasındakı sənədlər faktiki uçot göstəriciləri ilə müqayisə olunmaqla nəticə müəyyənləşdirilir.
Təhlil - qəbul edilmiş qərarların müntəzəm öyrənilməsi prosesini əhatə edir. Burada idarəetmə sisteminin fəaliyyət göstərməsinə maneçilik göstərən əks əlaqələrin təsir dərəyəsini təyin etmək zəruri hesab edilir.
Bu zaman qarşıya qoyulan məqsədə nail olunmadıqda, planın (tapşiri in) yerinə yetirilməmə səbəbləri analitik xüsusilə: planlaşmada, nəzarətdə, qarşıya qoyulan məqsədin yerinə yetirilməməsində olan nöqsanlar hərtərəfli araşdırılır. Bu vəzifənin icra edilməsi mühasibat uçotunun bütün hissələrinin göstəricilərinin təhlil edilməsi üçün şərait yaradır. Sərbəst bazar şəraitinin mövcudluğunu nəzərə alsaq, təhlilin düzgün aparılması xeyli əhəmiyyət kəsb edir. Müəssisənin analitik informasiyalarla yetərincə təmin olunmaması halları baş verdikdə, müəssisənin fəaliyyətinə zərər dəyə bilər.
Hal-hazırda təsərrüfat təirübəsində mühasibat uçotunun informasiyalarından daxili və xərii istifadəçilər istifadə edir.
Daxili istifadəçilər – planlaşmanı, nəzarəti və işgüzar əməliyyatı qimətləndirməklə iş prosesini yerinə yetirmək üçün zəruri informasiyalardan istifadə edən idarə aparatında çalışan işçilər, sahibkarlar, menecerlər hesab edilirlər.
Xarici istifadəçilər - informasiyaları birbaşa yaxud maliyyə marağından dolayı yolla istifadə edən kənar istehlakçılardan ibarətdir. Onlar aşağıdakı qruplara bölünür:
təşkilatlarda işləməyən aniaq onun fəal fəaliyyətində maraqlı olan şəxslər
(səhmdarlar, investorlar, kreditorlar, alıhlar вә 5.)
bilavasitə təşkilatın işində anfaq dolayı yolla iştirak edilməsində maliyyə marağı olan şəxslər — vergi xidməti, dövlət idarəetmə orqanları, müxtəlif maliyyə institutları və fond bazarı iştirakçıları (sığorta şirkətləri, bircalar, brokerlər və ia ):
işgüzar əməkdaşlıqdan başqa maliyyə marağı olmayan şəxslər: auditor firmaları, statiska orqanları və s.
Sadalanan istifadəçilər üçün keyfiyyətli və yararlı mühasibat informasiyaları daha əhəmiyyətlidir. ABŞ-da informasiyanın yararlılığı onun dəyərliliyi (əhəmiyyətliliyi) və ümidverifiliyi (həqiqiliyi) ilə xarakterizə olunur.
İnformasiyanın təsərrüfatın fəaliyyətinə dəyərliliyi (əhəmiyyətliliyi) bu və ya
digər qəbul edilmiş idarəetmə qərarının təsir etmə imkanını təyin etməklə müəyyən olunur. İnformasiyanın dəyərliliyinin müəyyən edilməsi amillərinə aşağıdakılar daxildir:
vaxtlı-vaxtında təqdim etmə — informasiya onu istifadə edənlərə vaxtlı-vaxtında təqdim edilməlidir. Öz vaxtında təqdim edilməyən informasiyalar təşkilatın real vəziyyəti haqda məlumat əldə etməyə imkan yaratmır:
proqnozu təmin etmə — təşkilatın inkişaf istiqamətini əks etdirən proqnozun. verilməsi təsərrüfatın gələfək dövrlərdə sürətlə addımlamasına geniş yollar açır:
informasiya mənbələri ilə əks əlaqənin mövyudluğu — bu operativ idarəetmə qərarının həyata keçirilməsini təmin edir.
ümidverifilik (həqiqilik) - istifadəçilərə düzgün, tam və obyektiv məlumatların verilməsini xarakterizə edir. Bunun üçün informasiya aşağıdakıları özündə əks etdirməlidir:
təsərrüfat əməliyyatlarının baş verməsinin yoxlanmasi və onu təsdiq etməyə imkan yaradan aydınlı i:
daxili və xarci istifadəçilərin marağını təmin edən neytrallı i.
Dostları ilə paylaş: |