MühaziRƏ 1 Texnogen maddələrin yanma qanunauyğunluqları



Yüklə 96,09 Kb.
səhifə1/5
tarix13.04.2022
ölçüsü96,09 Kb.
#55295
  1   2   3   4   5
MÜHAZİRƏ 1



MÜHAZİRƏ 1

Texnogen maddələrin yanma qanunauyğunluqları


Yanma – çox maraqlı və insanlara həyatı lazım olan, çox qədim zamanlardan diqqəti cəlb edən bir prosesdir. Əvvəllər insanlar öz-özünə alışma və ya şimşək çaxması nəticəsində yaranan odu (alovu) qoruyub saxladılar. Sonra – ağac parçala­rının bir-birlərinə sürtünməsinə əsaslanan, daha sonra çaxmaq­daşından alınan alətlərin əldə olunması ilə odun alınması üsulunun kəşfi baş verdi.

XVII əsrdə metallurgiyanın inkişafı ilə əlaqədar olaraq yanma nəzəriyyəsinin işlənib hazırlanmasına ehtiyac yarandı. Bu zaman yanlış olaraq floqiston nəzəriyyəsi meydana gəldi:



metal + qızdırılma = flogiston + metal yanığı;

metal yanığı + flogiston + qızdırılma = metal.

XVIII əsrin ikinci yarısında kimya sahəsində dəqiq tədqiqat üsullarının tətbiq olunması Flogiston nəzəriyyəsinin yalan olduğunu sübut etdi və bu nəzəriyyə tamamilə rədd edildi. М.V.Lomonosov ilk dəfə sübut etdi ki, yanma prose­sinin mahiyyəti yanan maddələrin hava ilə kimyəvi birləşmə­sinə əsaslanır. Fransız alimi Lavuazye 1773-cü ildə müəyyən etdi ki, yanma prosesində oksidləşdirici kimi havanın hamısı deyil, ancaq onun tərkibində olan oksigen iştirak edir. Beləliklə, XVIII əsrin ikinci yarısında elmi yolla sübut edildi ki, yanma prosesi oksidləşmə reaksiyasıdır.

XIX əsrin sonlarında rus akademiki A.N.Bax avtooksid­ləşmə nəzəriyyəsini işləyib hazırlamış və sübut etmişdi ki, yanma – ümumi oksidləşmə proseslərini (parçalanmaya meylli və çox aktiv atomar oksigenin ayrılmasına səbəb olan, möhkəm olmayan peroksid birləşmələrinin alınması ilə gedən) xüsusi halıdır. İstiliyin təsiri ilə yanma reaksiyasının sürətlənməsi nəzəri­y­yəsinin əsası 1884-cü ildə Vant-Hoff tərəfindən qoyul­muşdur. 1928-ci ildə akademik N.N.Semyonov bu nəzəriyyəni inkişaf etdirdirilmişdir və buna görə o, 1956-cı ildə Nobel mükafatına layiq görülmüşdür. Akademik N.N.Semyonov həm də zəncirvarı yanma reaksiyaları nəzəriy­yə­sinin müəllifidir. Bu nəzəriyyə idarə oluna bilən yanma proseslərinin idarə oluna bilməyən adi (partlayışla yanma) yanma proseslərinə keçid mexanizminin izah olunmasına, həmçinin qaz partlayışlarının kəmiyyətcə qiymətlən­di­rilməsinə imkan verir. Akademik N.N.Semyonov tərəfindən yaradılan məktə­bin müasir yanma nəzəriyyəsinin inkişafında çox böyük rolu olmuşdur. Hal-hazırda, milli təhlükəsizlik, sənaye təhlükəsizliyi, fövqəladə hallarda əhalinin mühafizəsi məsələlərinə aid olan problemlər son dərəcə aktuallıq kəsb edir. Mütəmadi olaraq yanğın və partlayışlarla əlaqədar qəza hallarının müşahidə olunduğu iri sənaye müəssisələri, neft və qaz magistral kəmərləri real təhlükə mənbəyidirlər. Son zamanlar şaxtalarda baş verən, insan tələfatları və böyük miqdarda material itkiləri ilə nəticələnən qəza halları daha çox müşahidə olunur. Avadan­lığın, nəqliyyat vasitələrinin nasazlığı, həmçinin insanla­rın təsiri nəticəsində aviasiya, dəmiryolu və avtomobil nəqliyyatı sahələrində də baş verən qəza hallarının sayı artmaqdadır. Kimyəvi təhlükəli və radioaktiv maddələrin atılması, neft məhsullarının axıdılması, təhlükəli maddələrlə işləyən avadan­lı­ğın dağılması və onun yüksək təzyiq altında işləməsi zamanı baş verən qəzalar daha çox təhlükə yaradır. Azərbaycan Respublikasında texnoloji avadanlığın qəza­sız istismar olunmasını və yanğın təhlükəsizliyi qaydalarını təmin edən çoxlu sayda normativ sənədlər işlənib hazırlan­mış­dır. Lakin, fövqəladə halların qarşısının alınması, yanğın və partlayışlara qarşı mübarizə və profilaktik işlərin təkmilləş­dirilməsi, bu işlərin təşkili yanğın və partlayış nəzəriyyəsinin fiziki-kimyəvi aspektlərinə aid elmi biliklərin mənimsənilmə­sini tələb edir. “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükə­siz­liyi mühən­disliyi” ixtisası üzrə təhsil alan müasir tələbələr və müvafiq mütəxəssislər müəssisələrdə baş verə biləcək potensial yanğın və partlayış təhlükəli hallara aid elmi biliklərə malik olmalı və belə halların aradan qaldırılması üsullarını bilməlidirlər.


Yüklə 96,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin