Mühazirə - 15
Kapitalist münasibətlərinin inkişaf
ı
Plan:
1. Şimali Azərbaycanda aqrar və burjua islahatları. Kapitalist
münasibətlərinin təşəkkülü.
2. Cənubi Azərbaycan XIX əsrin ikinci yarısında.
3. XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti.
Ədəbiyyat:
1.Azərbaycan tarixi. 7 cilddə. IV c. Bakı, 2007.
2. Azərbaycan taxixi (qədim dövrlərdən XX əsrin əvvəl-lərinə qədər) Bakı, 2007.
3. Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı,2009.
4. Azərbaycan tarixi XIX-XX əsrin əvvəli. Ali məktəblər üçün mühazirələr kursu. Bakı, 2010.
1. Şimali Azərbaycanda aqrar və burjua islahatları.Kapitalist münasibətlərinin təşəkkülü
XIX əsrin ikinci yarısında Rusiya imperiyasının tərkibində olan Şimali Azərbaycan Ümumrusiya
bazarına qoşuldu. Burada kapitalist münasibətlərinin inkişafı 60-cı illərə təsadüf edir. Bu dövrdə
neft istehsalına mənfi təsir göstərən amillər-iltizam sistemi, kəndlilərin icbari əməyindən istifadə,
neft və neft məhsullarına tələbatın azlığı və s. Bakı, Şəki, Şamaxı şəhərlərində manufaktura tipli
müəssisələrdə, Naxçıvan duz mədənlərində, Salyan balıq vətəgərələrində, Zəylik zəy zavodunda
bu və ya digər formada icbari əmək tətbiq olunurdu. Hökumət 1864-cü ildə Balaxanı neft
mədənlərində quyulara təhkim edilmiş kəndlilərin (sonralar Naxçıvan duz mədənlərində, Zəylik
zəy zavodunda və s.) icbari əməyini ləğv etdi. Bu tədbirlər nəticəsində dağ-mədən sənayesində
azad muzdlu əməkdən istifadə olunmasına başlandı. 1860-cı illərdən başlayaraq Rusiyadakı
müəssisələrdə neftdən sənaye miqyasında istifadə edilməsi Şimali Azərbaycanın neft və neft
məhsullarına tələbatı artırdı. Neft hasilatına tələbatın artması yeni neft yataqlarının istismar
edilməsinə və neftçıxarmada texniki təkmilləşdirmələr aparılmasına səbəb oldu. 1859-cu ildə
Suraxanıda ağ neft istehsalına başlandı. 1861-ci ildə Pirallahı adasında parafin zavodu işə
salındı. 1863- cü ildə Bakıda ikinci ağ neft zavodu inşa edildi .1865-ci ildə Gədəbəydə “Simens
qardaşları” səhmdar cəmiyyətinin misəritmə zavodu istifadəyə verildi. Bu zavod Rusiyada ən iri
misəritmə müəssisəsi idi . Çar hökuməti Gədəbəydə 10 min desyatindən çox meşə sahəsini
posessiya (müəyyən şəxslərə şərti mülkiyyət hüququnun verilməsi) əsasında “Simens qardaşları”
şirkətinə istifadəyə verdi. 1865-ci ildə Simens qardaşları Daşkəsəndəki kobalt yataqlarını
istismar etmək üçün zavod tikdilər.1861-ci ildə Nuxada Aleksey və Voronin qardaşları ipək
fabrikinin əsasını qoydular. 1862-ci ildə Londonda keçirilən ümumdünya sərgisində bu fabrikin
məhsulları keyfiyyətinə görə medala layiq görülmüşdü. XIX əsrin 60-cı illərində kəndin getdikcə
daha çox əmtəə-pul münasibətlərinə cəlb olunması satlıq məhsulların istehsalını çoxaldır,
keyfiyyətinin yüksəldilməsinə diqqəti artırırdı. 1865-ci ildə verilən “Kənd cəmiyyətləri
haqqında” qanuna əsasən vahid kənd idarəsi yaradıldı. Kənd cəmiyyətini kəndxuda və onun
köməkçiləri idarə etməli idi. Kənd idarəsinə 25 yaşından yuxarı olan kəndlilər 3 il müddətinə
seçilir, onları qubernator təsdiq edirdi. Kənd cəmiyyətinin ali orqanı kəndlilərin yığıncağı idi.
Kənd yığıncağının kənd məmurlarını seçmək, onları kənd cəmiyyəti üzvlüyündən çıxarmaq,
ictimai torpaqlar haqqında sərəncam vermək, dövlət vergilərini qaydaya salmaq hüquqları var
idi. Mühüm məsələni həll etmək üçün bütün əhalinin səslərinin üçdəiki hissəsi tələb olunurdu.
Kənd idarələri qəza və quberniya idarələrinə tabe olub, heç bir müstəqilliyə malik deyildi.
Qanuna görə bəylər kənddə inzibati-məhkəmə işlərindən uzaqlaşdırıldılar.
Burjua islahatları. 1870-ci il 14 may islahatı. Rusiya hökü- məti Şimali Azərbaycan
iqtisadiyyatını müstəmləkə sisteminə uyğunlaşdırmaq üçün Cənubi Qafqazda kəndli islahatı
keçirməyə məcbur oldu. 1861-ci ildə Cənubi Qafqaz Mərkəzi İslahat Komitəsi yaradıldı. 1861-ci
ilin iyununda təsdiq edilmiş Cənubi Qafqaz diyarının mərzləşdirilməsi haqqında “Əsasnamə”
əsasında dövlət, sahibkar torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi islahatın hazırlanması
yolunda ilk addım idi. 1866-cı ildə Bakı, Şuşa, Tiflis və İrəvan bəy komissiyalarının yaradılması
islahatın hazırlanmasında ikinci addım idi (80, s. 3). Nəticədə 1870-ci il mayın 14-də II
Aleksandr “Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis
quberniyaları “ali müsəlman silki”ndən olan şəxslərin torpaqlarında sakin olan kəndlilərin torpaq
quruluşu haqqında Əsasnamə”ni imzaladı (107, v. 2). “Əsasnamə”də kəndlilərin feodal
asılılığının ləğv edilməsi, torpaq və vergilər məsələsinə toxunulurdu. Onun əsas müddəaları:
1)Şimali Azərbaycanda sahibkar kəndliləri feodal asılılığından azad edilirdilər. 2)1847-ci il
“Əsasnaməsi”ndə olduğu kimi, 15 yaşına çatmış kişilərə 5 desyatin əkinəyararlı torpaq verilirdi.
3)1847-ci il “Əsasnamə”sindən fərqli olaraq kəndlinin 5 desyatindən artıq torpaq sahəsi
mülkədarın xeyrinə kəsib götürülür, torpağı 5 desyatindən az olan kəndliyə əlavə torpaq sahəsi
verilməsi nəzərdə tutulmurdu. 4)Torpaq sahiblərinə bütün torpağın üçdəbir hissəsini öz əlində
saxlamaq hüququ verilirdi (9, s. 211-212). “Əsasnamə”də kəndliyə pay torpağını satın alıb,
mülkiyyətinə çevirmək hüququ verilsə də, Rusiyadan fərqli olaraq kəndliyə torpağı almaq üçün
vəsait verilmir, həm də o, pay torpağını satın almağa məcbur edilmirdi. Torpağın satış qiyməti də
Rusiyadakından baha idi. Bu məhdudiyyət özü Rusiyanın milli müstəmləkə siyasətinin təzahürü
idi. 1870-ci il 14 may islahatının məhdud cəhətlərindən biri də onun yalnız sahibkar kəndlilərinə
aid edilməsi idi. Kəndlilərin əksəriyyətini təşkil edən dövlət kəndliləri həmin islahatdan kənarda
qalırdı. Məhdud cəhətlərinə baxmayaraq kəndlilərə torpaq əldə etmək hüququnun verilməsi
burjua xarakteri daşıyırdı .“Əsasnamə”yə görə, kəndli hüquqi cəhətdən şəxsən azad olub, sərbəst
şəkildə istədiyi yerə köçə bilərdi (61). O, sahibkardan yalnız iqtisadi cəhətdən asılı idi (72, s.
129). Kəndlilər əvvəlki kimi yenə də öz məhsulunun 1/10 hissəsini malcəhət kimi torpaq
sahibinə verirdi. Əvvəllər meşələrdən pulsuz istifadə edildiyi halda, indi kəndlilər pul ödəməli
idilər. “Əsasnamə”yə görə biyar ləğv olunurdu. Bu islahat Quba qəzasında 1877-ci ildə, Zaqatala
dairəsində isə çox gec-1913-cü ildə keçirildi. 1870-ci il 14 may islahatı Şimali Azərbaycanda
feodal-asılı münasibətlərinə güclü zərbə endirərək kapitalist münasibətlərinin sonrakı inkişafına
şərait yaratdı .Məhkəmə islahatı. Şimali Azərbaycanda məhkəmə islahatı 1866-cı ildə keçirildi.
İslahata əsasən:1.Silki məhkəmələr ləğv edildi və vahid məhkəmələr yaradıldı.2.Qəzalarda dairə
məhkəmələri və barışıq şöbələri təşkil olundu. Dairə məhkəmələrini çarın təsdiqinə canişin
təqdim edirdi. Bu məhkəmələr barışıq məhkəmələrinin qərarlarına nəzarət edir, onların
səlahiyyətində olmayan bütün mülki və cinayət işlərini həll edirdi. 3. Məhkəmə iclasları açıq
keçirilirdi və s.Məhkəmə islahatının müsbət cəhətləri ilə yanaşı, məhdud cəhətləri də var idi.
Belə ki, Rusiyada hakimlər seçildiyi halda, Azərbaycanda onlar yalnız ruslardan təyin olunur,
məhkəmə iclasları rus dilində aparılırdı. Məhkəmə hakimləri özbaşınaqlıq edir vərüşvətxorluqla
məşğul olurdu.Şəhər islahatı. Şimali Azərbaycanda 1870-ci il iyunun 16 təsdiqedilmiş
“Əsasnamə”yə əsasən şəhər islahatı yalnız 1878-ci ildəhəyata keçirildi. “Əsasnamə”yə görə,
şəhər idarələri və dumalara seçkilərdə silki mədəniyyət ləğv olunsa da, əmlak senzi tətbiq
olunurdu. Şəhərdə yaşayıb vergi verən əhalinin hər biri seçkilərdə iştirak edə bilərdi. 25 yaşına
çatmayanlar və qadınlar bələdiyyə seçkilərində iştirak edə bilməzdilər. Şəhər dumalarının kiçik
təsərrüfat işləri ilə məşğul olmaq hüququ var idi. Dumanın fəaliyyətinə qubernator nəzarət
edirdi. Qafqazda bütün ali hakimiyyət canişinin əlində idi. Quberniyalarda bütün mülki və hərbi
hakimiyyət qubernatora məxsus idi. Qəzalar qəza rəisləri tərəfindən idarə olunurdu. Şimali
Azərbaycanda kapitalist münasibətlərinin təşəkkülü. Keçirilən islahatlar nəticəsində kənd
təsərrüfatında capitalist münasibətlərinin inkişafı sürətləndi. Kənd təsərrüfatında təkmil alətlər
tətbiq edildi, texniki bitkilərin əkinləri genişləndirildi, bəzi sahələrdə məhsul istehsalının
ixtisaslaşması və s. başlandı. Əkinə yararlı torpaqların üçdəiki hissəsinin çoxunda dənli bitkilər
əkilirdi. Qızılboya, barama, sənaye pambıqçılığı, tütünçülük, biyan kökü istehsalına da xüsusi
diqqət verilirdi. 1850-ci ildə Tiflisdə yaradılmış “Qafqaz kənd təsərrüfatı cəmiyyəti” kənd
təsərrüfatında yeni texnikanın tətbiqində mühüm rol oynadı. Cənubi Qafqaza kənd təsərrüfatı
alətləri və maşınları Batum, Poti və Bakı limanları vasitəsilə gətirilirdi. Bunlardan əsasən varlı
kəndlilər və Rusiyadan köçüb gəlmiş kəndlilər istifadə edirdilər. 70-90-cı illərdə kənd
təsərrüfatının bütün sahələrində muzdlu əmək tətbiq olunurdu. Kapitalizmin inkişafı nəticəsində
torpaq alqı-satqı obyektinə çevrilirdi. İcarəyə götürülmüş torpaqlarda muzdlu əməyin tətbiqi
artırdı. Dövlət kəndlilərindən pulla “həyət vergisi” adlanan torpaq töycüsü alınırdı. Sahibkar
kəndliləri əvvəlki kimi malcəhət (torpaqdan istifadəyə görə 1/10) və bəhrə (suvarma suyundan
istifadə edildiyi üçün) vergisi verirdilər. 1887-ci ildə başlayaraq Azərbaycan kəndliləri hərbi
vergi adlanan mükəlləfiyyət də daşımağa başladılar. Xristian olmadıqlarına görə orduya
çağırılmayan azərbaycanlılar 3 illik orta qazancı nəzərə alınmaqla müəyyən olunmuş həcmdə
hərbi vergi verməli idilər.
Neft sənayesinin inkişafı. 1860-70-ci illərdə iltizam sistemi neft sənayesinin inkişafına bir
növ buxov olmuşdu. Duru yanacağa tələbatın artması hökuməti iltizam sistemini ləğv etməyə
məcbur etdi. 1872-ci ilin fevralın 17-də iltizam sistemi ləğv olundu. Qanun əsasən neft yataqları
ayrı-ayrı şəxslərə birdəfəlik satıla bilərdi.
1872-ci ilin dekabrında ilk dəfə neft yataqları müzaidə (hərrac) vasitəsilə açıq satışa qoyuldu
(4, s. 226). İlk növbədə neft sənayesi böyük kapital qoyuluşu tələb edirdi. Ona görə də neft
mədənləri və tərkibində neft olan torpaqlar əsasən rus və xarici kapitalın əlinə keçirdi. 1879-cu
ildə İsveç təbəəsi Nobel qardaşları “Nobel qardaşları” şirkətinin əsasını qoydular. 1880-cı illərdə
Rotşildin, 90-cı illərdə Vişaunun timsalında fransız və ingilis kapitalı Bakıya nüfuz etdi. 70-80-cı
illərdə neftli torpaqlara sahib olmuş neft sənayeçiləri arasında H.Z.Tağıyev, Musa Nağıyev,
Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi azərbaycanlılar da var idi. İltizam sisteminin ləğvi,
xarici kapital axını neft hasilatının və emalı texnikasının
yaxşılaşmasına, neft məhsullarının daşınma vasitələrinin təkmilləşdirilməsinə səbəb oldu. Hələ
1871-ci ildə Balaxanıda buruqla ilk neft quyusu qazılıb istifadəyə verilmişdi. 1873-cü ildə
Balaxanıda
ilk neft fontanı vurdu. 1873-cü ildə quyuların qazılmasında ilk dəfə buxar mühərrikindən istifadə
olundu (4, s. 219). 1878-ci ildə mədənləri neftayırma müəssisələri ilə birləşdirən buxar
mühərrikli nasoslarla təchiz olunmuş ilk neft kəməri işə salındı (75, s. 274-275). 1880-ci ildə
“Nobel qardaşları” şirkəti tərəfindən mədənlər arasında neft və sərnişin daşımaq üçün ilk darxətli
dəmir yolu çəkildi (4, s. 220). 1878-ci ildə İsveçdə hazırlanmış dünyada ilk neft tankeri Bakı ilə
Həştərxan arasında hərəkətə başladı. XIX əsrlə XX əsrin qovuşuğunda neft hasilatı və neft
çıxarılmasına görə Bakı dünyada birinci yerə çıxdı. Neft məhsullarına marağın artması 1873-cü
ildə “Qara şəhər” adlanan zavodlar rayonunun yaranmasına
səbəb oldu. Bakı şəhəri həm neftçıxarma, həm də neft email mərkəzinə çevrildi. 1884-cü ildə
Bakıda kapitalistlərin xüsusi təşkilatı-Neft sənayeçiləri qurultayı təşkil edildi. Təşkilatın başında
Qurultay Şurası dururdu. 1894-cü ildə neft sənayeçilərinin Peterburqda keçirilən müşavirəsində
“Bakı ağ neft zavodçuları ittifaqı”adlı inhisar birliyi yaradıldı. İstehsal olunan neft məhsullarının
98 %-nə bu inhisar birliyi nəzarət edirdi. Lakin bu birlik daxili çəkişmələr üzündən 1897-ci ildə
dağıldı (4, s. 271). Neft emalı və
neft hasilatı mexaniki istehsal, kükürd, kolçedan, kükürd turşusu, soda, gəmiçilik və neftlə bağlı
olan bu kimi istehsal sahələrinin inkişafına ciddi təsir göstərdi. 1890-cı ildə H.Z.Tağıyev “Kaspi”
gə-
miçilik şirkətini yaratdı. 1894-cü ildə Gəncə qəzasında “Naftalan” neft sənayesi və ticarət şirkəti
təsis edildi. 1897-ci ildə H.Z.Tağıyev başqa sənaye sahələrinə kapital qoymaq üçün özünün neft
mədənlərini müəssisələri ilə birlikdə ingilis kapitalistlərinə 5 milyon manata satdı və
iqtisadiyyatın yeni sahələrinə-toxuculuq sənayesinə, gəmiçiliyə və balıqçılığa xeyli kapital
qoydu. O, eyni zamanda ingilislərə
satdığı müəssisələr əsasında yaradılmış “Oleum” səhmdar cəmiyyətinin 1,6 mln. manatlıq
səhmini öz əlində saxladı (86, s.68), bu cəmiyyətin icraçı direktorlarından birinə çevrildi. 1900-
cü
ildə H.Z.Tağıyevin toxuculuq fabrikinin işə salınması Azərbaycan müstəmləkə iqtisadiyyatına
xas olan birtərəfli inkişaf meylini aradan qaldırmaq yolunda ilk addım idi. H.Z.Tağıyev
Azərbaycan
iqtisadiyyatınin müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk sənayeçi olmuşdur.
Sənayenin başqa sahələri. Bakıda mexaniki zavodlar, gəmi təmiri emalatxanaları, buxar
mühərrikləri ilə hərəkətə gətirilən dəyirmanlar, tütün fabrikləri, yeyinti, tikinti materialları
istehsal edən müəssisələr fəaliyyət göstərirdi. Azərbaycanda əlvan metallurgiya sənayesi inkişaf
edirdi. Bu sənaye sahəsi rus və alman kapitalı əsasında meydana gəlmişdi.1883-cü ildə
Qalakənd missaflaşdırma zavodu inşa edilmişdi. Gəncə, Gədəbəy və Cavanşirdəki mədənlərdən
mis filizi; Daşkəsəndən dəmir, kobalt filizi; Cavanşir və
Naxçıvandan gümüş, qurğuşun filizi çıxarılırdı. Zəylik kəndi yaxınlığında az miqdarda zəy əldə
edilirdi. İpək emalı sənayesi əsasında Nuxa, Zaqatala, Qarabağ və Naxçıvanda yayılmışdı. Nuxa
şəhəri
“Qafqaz Lionu” adlandırılırdı. İlk pambıqtəmizləmə zavodu 1882-ci ildə Naxçıvanda inşa
olundu. Xəzər dənizi nərə balığı növlərinin zənginliyinə görə dünyada birinci yeri tuturdu.
Azərbaycanın balıq
və balıq məhsulları Rusiyaya, Almaniyaya, Avstriyaya, Fransaya, Polşaya, Amerikaya ixrac
olunurdu. Rusiyada biyan kökü emalının mərkəzi Azərbaycan idi. Ləkidə, Ucarda, Gəncədə və
Kürdəmirdə
biyan emalı zavodları tikilmişdi. Bakı və Nuxada tütün fabrikləri inşa edilmişdi. Naxçıvanda daş
duz, Bakı və Cavad qəzalarında isə şor-narın duz çıxarılırdı. Xəzər dənizində dünyada ilk dəfə
neftdaşıyan gəmilər üzürdü. 1883-cü ildə Cənubi Qafqazda Bakı-Tiflis dəmir yolu işə salındı (4,
s. 249). 1900-cü ildə Biləcəri stansiyasını Petrovsk (Mahaçqala) ilə birləşdirən dəmir yolu xətti
istifadəyə verildi (119, v. 2-3). Bununla Bakı bilavasitə Ümumrusiya bazarına çıxmaq imkanı
əldə etdi. XIX əsrin sonunda dəmir yolu stansiyalarına yaxın olan (Ağstafa, Yevlax, Ləki, Ucar,
Kürdəmir, Hacıqabul) sənaye və ticarə mərkəzlərinin rolu artır, dəmir yolundan uzaqda olan
(Nuxa, Şamaxı, Şuşa) ticarət mərkəzlərinin əhəmiyyəti isə azalırdı. XIX əsrin 80-90-cı
illərində(Ucar-Göyçay, Yevlax-Nuxa-Zaqatala, Gəncə-Hacıkənd, Ləki-Ağdaş) dəmir yolu
stansiyalarından qəza mərkəzlərinə şose yolları çəkildi. Həmin əsrin 60-cı illərindən etibarən
Azərbaycan şəhərləri arasında teleqraf və telefon xətləri çəkilişi sürətləndi. 1864-cü ildə Tiflis-
İrəvan-Naxçıvan-Culfa, 1868-ci ildə Bakı-Tiflis teleqraf xətləri çəkildi (108, v. 107). Bakı
şəhərini əhatə edən ilk mərkəzləşdirilmiş telefon stansiyası 1886-cı ildə işə salındı (82, s. 259,
267; 120).
XIX əsrin ikinci yarısında iqtisadiyyatın inkişafı Azərbaycand şəhərlərin sayının və
əhalisinin artmasına gətirib çıxardı. Şimali Azərbaycanda 10 şəhər və 5 qəza mərkəzi var idi.
Bakı,
Şamaxı, Quba, Lənkəran şəhərləri Bakı quberniyasına, Gəncə, Nuxa, Şuşa şəhərləri Yelizavetpol
quberniyasına, Naxçıvan və Ordubad şəhərləri İrəvan quberniyasına, Zaqatala şəhəri isə Tiflis
quberniyasına daxil idi. Şəhər əhalisinin artım sürətinə görə Bakı (112 mindən şox) Rusiya
imperiyası və Avropa ölkələrini ötübkeçdi. Əsrin sonunda Bakı əhalisinin cəmi 40 %-i
azərbaycanlılar təşkil edirdi. Şəhərdə iş qabiliyyətli əhalinin 60 %-i fəhlələr təşkil edirdi (4, s.
279). Bakıdan sonra əhalinin sayına görə Gəncə şəhəri gəlirdi, ticarət və sənayenin inkişafına
görə isə ikinci yeri Nuxa şəhəri tuturdu. 1897-ci il əhali sayınına görə şəhər əhalisinin üumi sayı
270 min nəfərə çatmışdı, ki bu da öz növbəsində Azərbaycanın bütün əhalisinin 14%-dən şoxunu
təşkil edirdi (81). Şəhər əhalisinin mili tərkibində azərbaycanlılar 53% təşkil edirdi. XIX əsrin
sonunda hakim təbəqəyə daxil olanların ümumi sayı 15 min nəfəri keçmişdi.
1870-ci ilin şəhər “Əsasnaməsi” yalnız 1878-ci ildə Bakıda, 1892-ci ildə təsdiq olunan yeni
şəhər “Əsasnaməsi” isə Gəncə şəhərində də tətbiq olundu. Şəhərlər inkişaf etdikcə onların xarici
görünüşləri də dəyişirdi. İki və üşmərtəbəli evlər tikilir, bağlar salınırdı. 1859-cu ildə Bakıda
“Qubernator bağı”, 1882-1883-cü illərdə “Nobel bağı” salındı. Bu şəhərdə ilk elektrik stansiyası
“Qafqaz və Merkuri” cəmiyyətinə məxsus idi. Əsrin sonunda təsis edilmiş “Elektosila” səhmdar
cəmiyyəti sonralar Bayıla və Ağ şəhərdə 2 güclü elektrik stansiyası tikdirmişdi. 1889-cu ildə
Bakıda konka (atlardan qoşqu vasitəsi kimi istifadə olunan dəmir yolu) açıldı (4, s. 280). 1876-cı
ilin martından Azərbaycanda da gildiya ticarət qaydasının tətbiq olunmasına başlandı (30).
Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən asılı
olaraq gildiyanın hər hansı dairəsinə yazılmalı və öz müəssisələri üçün müəyyən bilet almalı idi.
Birinci gildiya tacirləri bütün dövlətlərin mallarını “Rusiyanın hər yerində yük ilə, həm də tay,
yaxud top” (34, s. 64-65) ilə satmaq üçün lazım olan qədər kontor, anbar, dükan açmaq
hüququna malik idi. İkinci gildiya şəhadətnaməsi alanlar isə şəhadətnamə aldıqları quberniya,
qəza və
kəndlərdə istənilən qədər dükan açıb, Rusiya və digər dövlətlərin mallarını sata bilərdilər (51, s.
179). 1887-ci ildə Bakıda ticarət yarmarkası təşkil edildi (4, s. 269).
Dostları ilə paylaş: |