BİNALARIN QIZDIRILMA, VENTİLYASİYA, İŞIQLANMA SİSTEMLƏRİ VƏ ONLARA VERİLƏN GİGİYENİK TƏLƏBLƏR
Plan
Binaların isidilməsinin təşkili
Binaların ventilyasiya sistemləri və onlara verilən tələblər
Binaların işıqlanma sistemləri və onlara verilən gigiyenik tələblər
Binaların isidilməsinin təşkili İş zonasında havanın normal əmək şəraitinə uyğun temperaturunu təmin etmək üçün yerli və mərkəzi isitmə sistemləri tətbiq edilir.
Yerli isitmə sistemində istilik mənbəyi kimi sobalar, qaz və elektrik cihazları işlədilir ki, bunlar bilavasitə isidilən otaqlarda qurulur. Yerli isitmə sistemləri əsas istehsalatdan uzaqda yerləşmiş, sahəsi 500m2-ə qədər olan otaqların qızdırılması üçün tətbiq olunur. Bütün digər hallarda mərkəzi isitmə sistemindən istifadə olunur.
Mərkəzi isitmə sistemləri istilik daşıyıcısının növünə görə: su, buxar və hava sistemlərinə; istilik daşıyıcısının parametrlərinə görə: aşağı və yüksək təzyiqli su və buxar sistemlərinə; istiliyi otağa vermə üsuluna görə: konveksiyalı və şüalı; sirkulyasiya üsuluna görə: təbii (cazibə qüvvəsi ilə) və süni (nasoslar) sistemlərə bölünür.
İnsanların müntəzəm və ya uzun müddət (2 saatdan çox) işlədiyi bina, tikili və otaqlar, habelə texnoloji şərtlərə görə müsbət temperatur saxlanılan otaqlar sanitariya normalarında göstərilmiş hədlərə qədər isidilməlidir.
İstehsalat otağında hər bir işləyənə 50m2 – dən çox sahə düşdükdə isitmə sistemi ilə havanın tələb olunan temperaturu yalnız daimi iş yerlərində təmin edilir, İş yerlərindən kənarda isə temperatur normadan aşağı ola bilər.
Mərkəzi isitmə sistemlərinin istilik generatorları qızdırılan otaqlardan kənarda qoyulur. İsidici sistemlər əmək mühafizəsi cəhətdən aşağıdakı tələbləri ödəməlidir:
a) bütün mövsüm ərzində otaqların havası müntəzəm qızdırılmalı.
b) yanğın və partlayışa təhlükəsiz olmalı
ç) istiliyin miqdarı tənzimlənə bilməli
c) ventilyasiya sistemi ilə əlaqələndirilməli.
d) otaqların havasını zərərli ayrılmalarla və pis iylərlə çirkləməməli.
e) istismarı və təmiri asan olmalı
Otaqda havanın temperaturu o vaxt hesab olunur ki, xarici və daxili divarların yaxınlığında temperaturlar fərqi ən çoxu 2oS, otaq hündürlüyünün hər bir metrində isə ən çoxu 2,50 S olsun. Otaqda gün ərzində temperatur dəyişkənliyi su ilə isidilmə sistemində 2,30S-dən soba ilə isidilmədə isə 4,50S –dən artıq olmamalıdır.
İstilik daşıyıcısı kimi su və buxar tətbiq edildikdə bunlar xüsusi qazanxanalarda qızdırılır və otaqlarda qoyulmuş qızdırıcı cihazlara borular vasitəsilə verilir.Hava ilə isidilmə sistemində otaqlara verilən hava kaloriferlərdə qızdırılır.
Sanitariya-gigiyena cəhətdən su ilə isidilmə sistemləri daha əlverişlidir. Bunlar suyun 1000S-ə qədər və 1000S-dən çox qızdırılması sistemlərinə ayrılır. Suyun sistemdə hərəkətini su nasosları və ya ejektor qurğuları təmin edir.
İnzibati-məişət otaqlarının isidilməsi üçün qızdırıcı panellərdə tətbiq edilir.
Otaqda qızdırıcı cihazlar, bir qayda olaraq, pəncərələrin altında, eyni ox üzrə qurulur. Əgər iş yeri pəncərənin yanında yerləşirsə, o aşağı enən soyuq hava axınlarından mühafizə olunmalıdır.