Mühazirə №8. Qlobal informasiya cəmiyyəti İnformasiya cəmiyyətinin formalaşma xüsusiyyətləri



Yüklə 148 Kb.
səhifə1/6
tarix01.05.2022
ölçüsü148 Kb.
#56789
növüMühazirə
  1   2   3   4   5   6
8. information globalisation az


Mühazirə №8. Qlobal informasiya cəmiyyəti


  1. İnformasiya cəmiyyətinin formalaşma xüsusiyyətləri.

  2. Qlobal informasiya cəmiyyətinin yaradılması problemləri və onların həllində dövlətlərin fəaliyyəti.


Tövsiyyə olunan ədəbiyyat siyahısı:

Əliquliyev R.M., Mahmudov R.S. Internetin tənzimlənməsi problemləri.

Ekspress informasiya. Informasiya cəmiyyəti seriyasi, Baki: “Informasiya Texnologiyalari” nəsriyyati, 2010

Абдуллаев И.З. Информационное общество и глобализация: Критика неолиберальной концепции. Ташкент: изд-во «Фан ва технология», 2006.

Делягин М. Г. Мировой кризис: общая теория глобализации. ИНФРА, М.: 2003.

Чернов А. А. Становление глобального информационного общества: проблемы и перспективы. М.: Издательско-торговая корпорация «Дашков и К°», 2003.

Jones, A. Dictionary of Globalization. – Cambridge, 2006.

Chandrasekhar, C.P. How Global is the IT Industry? / C.P. Chandrasekhar // Political Affairs. 2006. September-October. http://www.politicalaffairs.net/article/articleview/4276/1/216

6th International Conference on Information Warfare and Security, The George Washington University, Washington, USA, 17-18 March 2011, http://academic-conferences.org/


  1. İnformasiya cəmiyyətinin formalaşma xüsusiyyətləri

XXI əsrin əvvəlində informasiya inqilabı sosial reallığın demək olar ki, hər tərəfinə öz təsirini göstərdi. Bunu 90-ci illərin əvvəllərində Harvard Universitetinin sosioloqu Daniel Bell qeyd etmişdir. Hazırda, əmək əşyaları tamamilə texnoloji sistem ilə idarə olunduğu halda, müasir istehsalın avtomatlaşdırılması üsulları, həmçinin idarəetmə, texnika, təhsil və tədqiqat sahələrində informasiya və kommunikasiya texnologiyalarının yayılması, birbaşa insanın müdaxiləsi olmadan öz fəaliyyətini davam etdirir. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi olan “İnformasiya Cəmiyyəti”ni yaratdı.
İnformasiya cəmiyyəti –informasiya və biliklərin cəmiyyətin həyatındakı rolunun yüksəlməsi, infokommunikasiyanın, informasiya məhsullarının və xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının artması, qlobal informasiya məkanını yaratmaqla insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına çıxışını, informasiya məhsullarına və xidmətlərinə olan sosial və şəxsi tələbatlarının ödənməsini təmin edən müasir sivilizasiyasının inkişafının bir pilləsidir.
İnformasiya məkanı iki əsas mənada təsvir edilir:

  1. Elektron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanı.

  2. İnformasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələri. Bu mənada “informasiya məkanı” anlayışı “informasiya mühiti” anlayışı ilə eyniləşir.

İnformasiya cəmiyyətinin əsas xüsusiyyəti insan fəaliyyətinin bütün sahələrində İnformasiya Kommunikasiya Texnologiyalarının artan roludur. M.Kastellsin sözlərinə görə, "İnformasiya Texnologiyaları ətrafında qurulmuş yeni texnoloji paradiqmaların fəaliyyəti nəticəsində maddi mədəniyyətin transformasiyası" baş verir. XX əsrin 80-cı illərinin ikinci yarısında, Belfastda Kraliça Universitetinin İnformasiya Tədqiqatları kafedrasına rəhbərlik etmiş, informasiya idarəetmə sahəsində tanınmış mütəxəssis sayılan W.Martin, “informasiya cəmiyyətinin” adı çərçivəsində o zamanlar "qabaqcıl sənaye cəmiyyəti"nin formalaşması mərkəzləri qismində çıxış edən Yaponiya, ABŞ və Qərbi Avropanı nəzərdə tuturdu. Tədqiqatçının fikirlərinə əsasən, belə bir cəmiyyətin fərqləndirici xüsusiyyətləri aşağıdakı beş ən vacib şərtlərdir: texnoloji, sosial, iqtisadi, siyasi və mədəni. Bunlardan ən əsası texnoloji amildir – informasiya texnologiyaları sənaye, müəssisə, təhsil və gündəlik həyatda geniş istifadə edilir. İnformasiyanı əldə etmək sosial sahədə "həyat keyfiyyəti"nin dəyişdirilməsi üçün mühüm stimulyatora və "informasiya şüur"un formalaşması və təsdiqinə çevrilir. İnformasiya, iqtisadiyyatın resurs, xidmət, məhsul, əlavə dəyər və məşğulluq mənbəyi kimi, gələcək inkişaf üçün əsas dəyərli amil kimi çıxış edir. Siyasi sahədə informasiyanın yayılması vətəndaşların siyasi proseslərdə və əhalinin müxtəlif sosial qrup və təbəqələri arasında konsensusa nail olunması üçün iştirakını əhəmiyyətli dərəcədə artırmağa kömək edir. Mədəniyyət meyarı həm hər fərdin, həm də ümumiyyətlə cəmiyyətin inkişafında informasiyanın dəyərli xarakteri olmasının tanınmasıdır. Bu sənayeləşmiş ölkələrin iqtisadi, texniki və struktur dəyişikliklərinin mahiyyətinə əsasən, Bell “post-sənaye cəmiyyətinin” inkişaf ilə bağlı dərin dəyişiklikləri üçüncü texnoloji inqilab adlandırılmasını təklif edib. Bunlardan birincisi XVIII əsrin ikinci yarısında Sənaye inqilabının əvvəlinə təsadüf edir. Bellin fikirlərinə görə, buxar gücündən istifadə, prinsipial olaraq yeni bir anlayışı – "əməyin səmərəliliyini" – həyata gətirmişdir.


"Az xərclər ilə daha çox mənfəət" - Bellin fikrinə əsasən, əsas şüar və sonrakı iqtisadi inkişafın məqsədidir. XIX əsrdə məsafədən enerji ötürülməsi, telefon, radio və sintetik materialların yaradılması, iki innovasiya - elektrik və kimya sahəsi ilə bağlıdır və bununla da ikinci texnoloji inqilab başa çatdırılmışdır.

Mövcud, kompüter və telekommunikasiya ilə bağlı üçüncü texnoloji inqilabın əsasında dörd innovasiya prosesi dayanır:



  • mexaniki, elektrik və elektromexaniki sistemlərdən konstruktiv elementlərin böyük hissəsinin azaldılması və xeyli enerji və rabitə ötürülmə dərəcəsini artırmağa imkan verən elektron vasitələrə keçid;

  • "miniaturlaşması", əhəmiyyətli dərəcədə dəyişməsi mənasında, elektrik keçirən və ya elektrik impulslarına çevirən konstruktiv elementlərin "sıxılması" və bu baxımdan, tranzistorun ixtira edilməsi ilə mikroprosessor üçün bir çox tənzimləyici və saxlayıcı funksiyalarını ötürməyə imkan yaratması – bunların hamısı "buxar gücünün kəşf edilməsinin əhəmiyyəti ilə müqayisə oluna bilər";

  • “digitization” və ya informasiyanın diskret olaraq ötürülməsi, telefon (səs), televiziya (şəkil), kompüter (data) və faks (mətn) arasında, rəqəmsal kodlar vasitəsilə, ənənəvi rabitə sektorunda fərqləri aradan qaldıran, maddi qarşılıqlı əlaqələrin qəbuluna digital dönüştürməyə uyğun olmuş və teletransmissiya kimi tanınan, vahid bir ittifaqa çevrilmişdir;

  • Proqram təminatı - məişət şəraitində və kiçik sənayedə şəxsi kompüterlərin geniş yayılması üçün "açardır", çünki istifadəçinin bundan sonra tez və eyni zamanda müxtəlif məsələləri həll etmək üçün artıq hər hansı bir xüsusi proqramlaşdırma dilinə sahib olması tələb olunmur.

XVIII əsrin sonu - XIX əsrin ortalarında baş verən Sənaye inqilabına oxşar XX əsrin elm və texnoloji inqilabı, aydın göründüyü kimi, bu gün tamamlanması hələ də uzaqda olan bütöv bir dövrü əhatə edir. Keçmişdə quru yolu və gəmiçilik sisteminin inkişafı dünya ticarət bazarının yaradılmasına gətirib çıxartdı. XX əsrin birinci yarısında rabitə, radio, telefon və digər vasitələrin yaranması isə mümkün transmilli sənaye iqtisadiyyatının və sənaye cəmiyyətinin inkişafına gətirib çıxardı. Müasir iqtisadiyyatın və cəmiyyətin uğurlu inkişafının əsasını telekommunikasiya təşkil edir. İnformasiya cəmiyyətinin mühüm xüsusiyyətlərindən biri informasiyanın emalı və məlumat ötürücülərinin yaradılması ilə bağlı texnologiyaların konvergensiyasıdır. Ənənəvi informasiya daşıyıcısı olan azad rabitə müxtəlif vasitələrlə ötürülməyə başlamışdır: telefon və kabel xətləri, peyk, mobil və simsiz rabitə. Nəticədə informasiya sənayesinin müxtəlif ənənəvi sahələrinin texnoloji konvergensiya prosesi başladı: kompüter, telekommunikasiya, kütləvi informasiya vasitələri - ən geniş XX əsrin 90-cı illərinin ikinci yarısında baş tutdu. Əvvəl kompüter texnologiyasında, sonra telekommunikasiyada, sonra isə veriliş sahələrində baş verən dicitəlləşmə - tezliklə dicital informasiya axınının bu kommunikasiyaların hər üç sahəsi üzərində öz dövrünü başlayarkən onları artıq bir-birindən təcrid olunmuş şəkildə baxılmayacağı faktını aşkar etmişdir. Tamamilə fərqli olaraq funksiyalar yayım və telekommunikasiyalarda qəbul edilmişdir. Belə ki, yayım əsasən təhsil və əyləncəli proqramlar üçün nəzərdə tutulmuşdur, telekommunikasiya isə biznes və hökumət məqsədləri üçün.


İki yüz il əvvəl, Sənaye inqilabı insanların ağır fiziki və monoton əl işi sahələrindən azad edilməsinin əsasını qoymuşdursa, indi informasiya inqilabı insanı sadə və təkrar ruhi aktların daimi icrası ilə bağlı fəaliyyətindən xilas etməyə başlayır. Belə əməliyyatlar, kibernetika yaradıcılarından biri Norbert Wiener tərəfindən qeyd edildiyi kimi, "əslində, insana xas olmayan əməkdir".
Onun fikrincə, müasir cəmiyyətin ən vacib xüsusiyyətlərindən biri, sosial inkişafın bütün proseslərə təsir etmək üçün informasiyanı təmin etmə səviyyəsidir. Sosial-iqtisadi, hüquqi, elmi, siyasi, texniki, ekoloji və digər informasiyalar, əsas istifadəçilər – istər vətəndaşlar, istərsə də dövlət və beynəlxalq ictimaiyyətin bütövlükdə, nəinki yaşamaq üçün bütün imkankarıı təmin edən əsas komponent kimi çıxış edir, eyni zamanda kütləvi fəaliyyətin, axınların və informasiya silsilələrinin müxtəlif əməliyyat yolları vasitəsilə yeni növünü yaradır. Homo sapiens, "şüurlu insan" bir “Homo communicans”a – "kommunikasiya insanına" çevrilir. Wiener tərəfindən vurğulandığı kimi, "səmərəli yaşamaq – doğru informasiyaya malik olaraq yaşamaq deməkdir".
Beləliklə, tarixdə “niyə belə deyil, başqa cür baş verib” sualını izah etməyə çalışan bir çox anlayışlar var. Əsas olanlar ənənəvi "sivilizasiya" (Toynbi, Danilevski kimi müəlliflər) və "formasion" (məşhur Marks "beşliyi") – sayılır. Birinci – insan cəmiyyətinin sosial-mədəni növlərini və ikinci istehsal və iqtisadi əlaqələr inkişafının əsaslarını təşkil edir.
Tarixi inkişafın gedişatında olan bütün fikir müxtəlifliyi ilə müəlliflərin hamısında bir sıra ümumi xüsusiyyətləri izləmək olar:

  1. tarix şərti olaraq üç əsas, "kənd təsərrüfatı", "sənaye" və "post-sənaye" adlı qlobal mərhələlərə bölünür;

  2. mərhələlər arasında olan fərqlər istehsalat münasibətləri və ya təbiət ilə insan arasında qarşılıqlı əlaqə vasitəsilə həyata keçirilir;

  3. növbəti mərhələləyə keçid, insanların şüurunda transformasiyanı nəzərdə tutan, yaşayış mühitinin dəyişilməsi, elmi və texnoloji inqilab vasitəsi ilə həyata keçirilir;

  4. tamamlayıcı tarixi mərhələ, bir sıra filosoflara görə, artıq gəlib çatıb, başqalarının fikrincə isə, yaxın gələcəkdə olacaq "informasiya cəmiyyəti" dir.



  1. Yüklə 148 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə