MühaziRƏ V üRƏk-qan damar, onkoloji, ƏSƏb-ruhi



Yüklə 42,6 Kb.
səhifə1/9
tarix07.04.2023
ölçüsü42,6 Kb.
#94329
  1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ V


MÜHAZİRƏ V


ÜRƏK-QAN DAMAR, ONKOLOJİ, ƏSƏB-RUHİ
XƏSTƏLİKLƏRİ, TRAVMATİZM, ALKOQOLİZM,
NARKOMANİYA, ABORT, DƏRİ-ZÖHRƏVİ, QİÇS XƏSTƏLİKLƏRİ SOSİAL-GİGİYENİK PROBLEM KİMİ

Əhali arasında yayılan müxtəlif patologiyalardan bir sıra xəstəliklər mühüm sosial-gigiyenik əhəmiyyət kəsb edirlər. Bu xəstəlikləri öyrənməyin əhəmiyyəti yalnız onların geniş yayılma səviyyəsi ilə izah edilmir, bununla bərabər onların əhalinin arasında ölümün, əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnmənin, ölkənin iqtisadiyyatına böyük zərər vuran, əlilliyin və vaxtından əwəl ölümün baş verməsində böyük rol oynaması ilə müəyyən edilir. Belə xəstəliklərə ürək- damar sistemi, bədxassəli şişlər və travmalar aiddir.


Bundan əlavə mühüm qeyri-epidemik xəstəliklər qrupuna bir sıra xəstəliklər də aiddir. Onlara vərəmi, ruhi pozğunluqları, zöhrəvi xəstəlikləri, bəzi dəri xəstəliklərini və QİÇS-i aid etmək olar.

Ürək-qan damar sistemi xəstəliklərinin sosial-gigiyenik əhəmiyyəti və bu xəstəliklərə qarşı tibbi yardımın təşkili


XX əsrin 2-ci yarısı və XXI əsrin əwəllərində tibb elmi və təcrübi səhiyyənin ən mühüm və aktual problemlərindən biri ürək-qan damar sistemi xəstəlikləridir. Bu xəstəliklərin sosial gigiyenik mahiyyəti yalnız onların yayılma tezliyi ilə deyil, ağırlıq dərəcəsi ilə də müəyyən edilir. Bu xəstəliklər iqtisadi cəhətdən inkişaf etmiş əksər dünya ölkələrində, o cümlədən Azərbaycanda ölüm səbəbləri içərisində 1-ci yeri tutur. Ambulator-poliklinika idarələrində qeyd olunan xəstəliklərin strukturunda, ümumi xəstələnmə içərisində ürək-damar sistemi xəstəlikləri 1-ci yerdə yox, mühüm yerlərdən birini tutur. Ürək-damar sistemi xəstəlikləri bütün qeyd olunmuş xəstəliklər içərisində 14-16%; ilk dəfə qeyd olunmuş xəstəliklər içərisində isə 2% təşkil edir. İlk dəfə qeydə alınmışxəstəlikiərin içərisində tənəffüs sistemi xəstəliklərinin payına 48%, travmaların payına 3% düşür.


Ürək qan damar sistemi xəstəliklərinin yayılma səviyyəsi müxtəlif müəlliflərin verdiyi məlumatlara görə ayrı-ayrı regionlarda tərəddüd edir. Burada yalnız risk faktorları deyii, eyni zamanda müxtəlif ərazilərdə bir-birindən fərqli olan sosial-demoqrafik göstəricilər də təsir göstərir. Aparılan xüsusi epidemioloji tədqiqatiar göstərir ki, 40-59 yaşda kişiiərin 29% onlarda hipertoniya xəstəliyinin mövcud olmasını halda bilməmişlər, ürəyin işemik xəstəliyinin olmasından xəstələrin 61%-nin məlumatları olmamışdır. Yaş-cins xüsusiyyətlərinə gəldikdə isə yaş artdıqca bu xəstəliklərin intensiv surətdə yüksəlməsi müşahidə edilmişdir. Revmatizmdən başqa, müraciət məlumatlarına görə xəstələnmənin səviyyəsi qadınlarda kişilərə nisbətən 1,4 dəfə çox qeyd olunmuşdur (miokard infarktından başqa).
Bu xəstəliyin aktuallığı aşağıdakı böyük şərtlərlə bağlıdır:
1. Ürək-damar sistemi xəstəlikləri ilə xəstələnənlərin sayının artması - iqtisadi cəhətdən inkişaf etmiş bütün ölkələrə aiddir.
2. Müasir dövrdə xəstələnmənin strukturunda ürək- damar
xəstəliklərinin üstünlük təşkil etməsi.
3. Ürək-damar xəstəliklərinin cavanlaşmaya meylli olması.
4. Əhali içərisində yaşlılann sayının artması - bu isə ürəyin
işemik xəstəliyi və hipertoniya xəstəliyi ilə müşayət olunur.
5.Sinir-psixi gərginlik olan işdə çalışanların sayının artması.
6. Ürək-damar xəstəliklərindən baş verən yüksək ölüm səviyyəsi.
7. Əmək qabiliyyətini müvəqqəti itirməklə və əlilliklə
əlaqədar olan böyük itkinin baş verməsi.
Yaş artdıqca həm kişi və həm də qadınlar arasında ürək- damar sistemi xəstəliklərindən ölüm artır. Kişilər arasında bütün yaşlarda ölüm qadınlara nisbətən yüksəkdir. Lakin bütün yaş qruplarını götürsək, ölüm qadınlar arasında kişilərdən yüksəkdir - bu isə yaş qruplarında olan müxtəlifliklə əlaqədardır. Ürək-damar sistemi xəstəliklərindən ölüm göstəricilərinin artması əhalinin qocalaşması, diaqnostikanın yaxşılaşdırılması və ölüm səbəblərinin düzgün təyin edilməsidir. Ölüm göstəricilərinin artmasına səbəb əhali içərisində daha cavan yaşlarda belə (30-49 yaşda) xüsusilə kişilər arasında ölümün kəskin surətdə artmasıdır.
Hospitallaşdırılmış xəstələnmədə ürək-damar sistemi xəstəlikləri ön yerlərdən birini tutur. Bütün hospitalizə edilənlərin isə 12%-ni təşkil edir.
Müxtəlif epidemioloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ürək-damar sistemi xəstəlikləhnin əmələ gəlməsində risk faktorları mühüm yer tutur. Bu risk faktorlarından irsiyyət, həyat ritminin artması, sinir-psixi gərginiik, az hərəkətli həyat tərzi, idmanla az məşğul olmaq, əmək rejimində olan pozğunluqlar, istirahətin və qidalanmanın düzgün olmaması, nikotin, alkohol və narkotiklərin qəbulu kimi zərərli adətlər yüksək təsir gücünə malikdirlər.
BST verdiyi məlumata görə ürək-damar sistemi xəstəliklərindən baş verən ölümün yarıdan çoxunu azaltmaq və qarşısını almaq olar. Ürək-damar xəstəliklərinin profilaktika strafegiyasını əhali arasında aparılan iş proqramına və kliniki müdaxiləyə ayırmaq olar. ÜST mütəxəssisləri göstərirlər ki, həm iqtisadi inkişafa malik olan ölkələr və inkişaf etməkdə olan ölkələr üçün ən asan və ucuz yol sağlam həyat tərzini təbliğ etmək və kompleks profilaktik tədbirlərin həyata keçirilməsidir.



Yüklə 42,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin