MühaziRƏ V üRƏk-qan damar, onkoloji, ƏSƏb-ruhi


Vərəm sosial gigiyenik problem kimi



Yüklə 42,6 Kb.
səhifə4/9
tarix07.04.2023
ölçüsü42,6 Kb.
#94329
1   2   3   4   5   6   7   8   9
MÜHAZİRƏ V

Vərəm sosial gigiyenik problem kimi,
vərəmli xəstələrə tibbi yardımın təşkili

Sosial xəstəliklər sırasına aid olan və bütün xəstəliklər içərisində xüsusi yer tutan vərəmdir. Vərəm qeyri epidemik infeksion xəstəliklər qrupuna aiddir. Bu xəstəliyin əmələ gəlməsinə təsir göstərən ən mühüm səbəblərdən xarici mühitin əlverişsiz şəraitidir. Bioloji faktorların rolunu inkar etmədən bütün dünya ölkələri alimləri vərəmlə xəstələnmədə əsas rolu əhalinin sosial-iqtisadi həyat şəraitilə əlaqələndirirlər. Hələ XX əsrin əvvəllərində bu xəstəliyi «kasıblığın bacısı», «proletar xəstəliyi» adlandırırdılar. Aparılan tədqiqatlar göstərir ki, bütün dünya ölkələrində XX əsrin sonunda vərəmli xəstələrin 60,7%-i maliyyə və maddi şəraitin qeyri kafı olması ilə əlaqədar olmuşdur. Hazırki dövrdə inkişaf etmiş ölkələrə nisbətən inkişaf etməkdə olan ölkələrdə vərəmlə xəstələnmənin səviyyəsi yüksəkdir. Vərəmin müalicəsi və onunla mübarizə tədbirləri sahəsində yüksək nailiyyətlər əldə edilməsinə baxmayaraq, bir çox ölkələrdə bu aktual problem kimi qalmaqda davam edir.


Vərəm - qaranlıq, rütubətli zirzəmilərin, cansıxıcı və tozlu emalatxanaların xəstəliyi olub, pis qidalanan, arıqlamış, haldan düşmüş fəhlələrin, əhali qrupgnun xəstəliyidir. Müharibədən sonrakı illərdə vərəm xəstəliyinin azalması sahəsində tədbirlər müsbət nəticələrini göstərməsinə baxmayaraq 1991- ci ildən bu xəstəliyin artıma doğru tendensiyası bütün MDB ölkələrində olduğu kimi Azərbaycanda müşahidə olunmuşdur. Sankt-Peterburq şəhərində 1998-ci ildə ilk dəfə aşkar edilən vərəmli xəstələr 1991-ci ilə nisbətən 2 dəfə artmışdır. 1990-cı ildə hər 100000 nəfər əhaliyə 18,9-dan 1996-cı ildə 42,5-ə çatmışdır. Vərəmin sosial-gigiyenik problem olması aşağıdakılar ilə müəyyən edilir.
1.Epidemioloji göstəricilərin yüksək səviyyəsi.
2. Xəstəliyin davam etmə və ağırlıq dərəcəsi, əmək qabiliyyətinin uzun müddət itirilməsi və əlillik.
3. Vərəmə qarşı mübarizə və tibbi yardımın təşkilinin xüsusiyyətləri.
Vərəmə qarşı mübarizənin səmərəliliyini xarakterizə etmək üçün bir neçə göstəricidən istifadə edilir.
1. Xəstələnmənin səviyyəsi. İl ərzində ilk dəfə aşkar edilmiş aktiv vərəmli xəstələrin son illər artmağa meyillidir. Aşkar edilmiş xəstələrin əksəriyyəti kişilərdir (213) və 20-40 yaşda olan əhali qrupunu əhatə edir.
İlk dəfə aşkar edilən vərəmli xəstələrin qeydi aparıldıqda aşağıdakılar nəzərə alınmalıdır:

2. Xəstəlik. Bu göstərici lazımi müalicə tədbirləri aparıldıqda belə xəstələnməyə nisbətən çox yavaş templə dəyişilir. Xəstəlik göstəricisi xəstələnmə göstəricisindən yüksəkdir. Xəstələnmə göstəricisi ona görə azdır ki, o yeni xəstələrin azalması ilə xarakterizə edilir.
3. İnfeksiyalaşma səviyyəsi. Müəyyən edilmişdir ki, erkən yaşlarda uşaqların vərəmə yoluxması vərəm olan ailələrdə vərəm olmayan ailələrə nisbətən 5-6 dəfə çox təsadüf edilir.
4. Vərəmdən ölüm. Vərəmin müalicəsinin aparıldığı 20 il ərzində əldə edilən nailiyyətlər (1950-ci ildən başlayaraq) bu xəstəlikdən ölüm göstəricisinin 7 dəfə azalmasına səbəb olmuşdur. Təəsüflər olsun ki, son illər vərəm xəstəliyi xeyli artmışdır. Rusiyada bu xəstəlikdən ölüm göstəricisi 2 dəfə artmış və 1998-ci ildə 100000 nəfər əhaliyə 16,7 təşkil etmişdir. Azərbaycan Respublikasında vərəmdən ölüm 33% - dən 60%-ə qədər artmışdır.
Təcrübə göstərir ki, vərəmli xəstələrin müalicəsi və bu xəstəliyin qarşısının alınmasında vərəm əleyhinə dispanser ən səmərəli nəticə verən müalicə-profilaktika idarəsidir. Xidmət ərazisindən asılı olaraq, dispanserlər rayon, şəhər, respublika səviyyəsində olur. Bundan başqa vərəm xəstəxanaları, poliklinikaiarda kabinetiər, vərəm sanatoriyalan da mövcuddur. Vərəm dispanseriəri sahə-ərazi prinsipi üzrə fəaliyyət göstərirlər.
Vərəm dispanserlərinin əsas funksiyaları aşağıdakılardır:
1. Vərəmlə xəstələnmənin səviyyəsini, xidmət rayonunda yaşayanlar arasında və xüsusilə uşaqlar və yeniyetmələr arasında baş verən ölümün qeydi.
2. Yenidoğulanlara və, göstəriş olarsa, yaşlılara vərəmə qarşı peyvəndin vaxtında və tam aparılması.
3. Açıq və ya aktiv formalı vərəmli xəstələrin vaxtında izolə edilməsi və hospitalizasiyası.
4. Xəstə şəxslərlə və basilgəzdirənlərlə kontaktda olanların müayinə edilməsi.
Vərəmli xəstələrin 60-70% poliklinikaya müraciət nəticəsində aşkar edilir və vərəm dispanserinə göndərilirlər. Hər bir vərəmli xəstə üçün xüsusi məlumat vərəqəsi (forma № 089/u) doldurulur və dispanserə göndərilir. Vərəm dispanseri qapalı formalı tibb idarəsi olub, yalnız həkimlər tərəfindən vərəm diaqnozu qoyulan xəstələri qəbul edir.
Bütün ərazi ayrı-ayrı sahələrə bölünür. Hər sahəyə bir həkim təyin edilir. Yerli şəraitdən asılı olaraq, 1 ftiziatrik sahədə 20-30 min əhalidən 60 minə qədər əhali ola bilər. Yaxşı olar ki, terapevtik, pediatrik və ftiziatrik sahənin əlaqəsi yaxşı olsun. Bu isə terapevt, pediatr və ümumi həkimlər ilə ftiziatrın sıx əlaqədə çalışması üçün şərait yaradır.
Dispanserin tərkibində 2 şöbə təşkil edilir: Yaşlılar və uşaqlar üçün.
Vərəm dispanserinin əsas hissəsini ambulator şobə təşkil edir. Adi həkim kabinələrindən başqa dispanserdə stomatoloji kabinetin olması da vacibdir. Onun strukturunda bakterioloji laboratoriya, rentgenoloji kabinet, flüoroqrafiya stansiyaları da təşkil edilir. Hətta stasionarları da ola bilər. Dispanser vərəmə qarşı mübarizəni kompleks plan əsasında aparır. Kompleks planın əsas hissəsini sanitariya-profılaktika tədbirləri təşkil edir:
- Xəstələrin vaxtında aşkar edilməsi və infeksiyalaşmamışların revaksikasiyasının təşkili;
- Xəstələrin vaxtında aşkar edilməsi və kütləvi, məqsədli profilaktik müayinələrin aparılması;
- Vərəm ocaqlarının sağlamlaşdırılması, basilgəzdirənlərin mənzil şəraitinin yaxşılaşdırılması;
- Xəstələrin işlə təmin olunması;
- Sanitariya-maarifı işi.
Kompleks planda əsas yerlərdən birini yeni diaqnostik və müalicə metodlarının tətbiqi tutur.
Vərəm əleyhinə dispanserin həkimi göndərilən xəstələri diqqətlə müayinə etdikdən sonra diaqnoz qoyur və dispanser qeydiyyatına götürür. Dispanser qeydiyyatına götürülənlər aşağıdakı müşahidə qruplarına bölünür;
1. Aktiv vərəm
2. Sönən vərəm
3. Kliniki sağalma ilə gedən vərəm
4. Kontaktlı
5. Ağ ciyərdən kənar vərəm
6. Uşaqlar üçün qruplar
7. Yüksək risk və ya residiv
8. Ağ ciyər sorkoidozu olan xəstələr.
Bizim ölkəmizdə vərəmin profılaktikası 2 istiqamətdə aparılır;
1. Sanitariya-profilaktika formasında
2. Spesifik profilaktika formasında
Sanitariya profilaktikaya sağlamların vərəmə yoluxmasının qarşısını alan və epidemioloji vəziyyətin yaxşılaşdırılmasına yönədlilən vasitələr aiddir.
Spesifik profilaktikaya - vaksinasiya, revaksinasiya və kimyəvi terapiya aiddir. Vərəmlə xəstələnmənin azaldılması üçün dövlət basilgəzdirənləri mənzillə, xəstələri müalicə- profilaktika yardımı ilə, pulsuz dərmanlarla təmin etmək üçün maliyyə vəsaiti ayırmalıdır. ÜST verdiyi məlumata görə dünyada 20 milyon vərəmli xəstə vardır. Onların 80%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.
ÜST-in vərəmə qarşı mübarizədə əsas strategiyası «qısa fəaliyyətli kontrollaşdırılmış kimyəvi terapiyadır»
- ÜST-nın vərəmə qarşı apardığı mübarizənin əsas vəzifəsi yoluxma formasında olan vərəmli xəstələrin 85%-nin sağalmasına nail olmaqdır. Bu məqsədlə xəstəlyin qarşısını almaq üçün hazırlanmış milli proqramlar aşağıdakılardır:
1. Vərəmlə xəstələnmənin və infeksiyanın törədicisinin yayılma intensivliyinin tezliklə azaldılması.
2. Tədricən vərəm xəstəliyınin azaldılması.
3. Dərmanlara vərdiş edilmənin azaldılması.
4. Xəstələrin gələcək müalicəsini asanlaşdırmaq və mümkün etmək.
1995-ci ildən dünyanın 80 ölkəsində ÜST-ın proqramı reqionlara müvafiq olaraq həyata keçirilir. Əhalinin 22%-i bu proqramın həyata keçirildiyi yerlərdə yaşayır. Proqramın tətbiqi isə vərəmlə xəstələnmənin azaldılmasında yüksək göstəricilərin əldə edilməsinə nail olmağa imkan vermişdir.
Müalicə-profilaktika idarələri tərəfındən hər il 10 minlərlə adamın flyuroqrafiya ilə əhatə olunması vərəmin ilkin formalarının aşkar edilməsini təmin edir. Belə xəstələrin əmək qabiliyyətini müvəqqəti itirməsi 10 aydan çox davam edir. Əgər 10 aydan çox davam edərsə xəstə HƏEK-ə göndərilir və ona əlillik dərəcəsi təyin edilir. Vərəmli xəstələrin stasionar müalicəsinin müddəti tibbi göstərişdən asılıdır. Xəstəxana şəraitində 90 gün, sanatoriyada isə 6 həftədən 3 aya qədər müalicə alırlar.
Vərəmli xəstələrin tamamilə sağalması klinik məlumatlara əsasən müəyyənləşdirilir, yəni 80-90% hallarda ilkin aşkar edilmiş vərəmli xəstələr 12 ay müalicədən sonra sağalır və basilgəzdirənlərin sırasından xaric edilir, tam sağalma baş verir.
Vərəmin qarşısının alınması üçün dövlət bir sıra sağlamlaşdırıcı tədbirlər görür. İdmanm, bədən tərbiyəsinin, turizmin və sağiam həyat tərzi uğrunda aparılan işləri gündən- günə intensivləşdirir.



Yüklə 42,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin