Natiqlik və ictimai çıxışlar barədə çox sayda mənbə və praktiki məsləhətlər mövcuddur. Bəs yaxşı dinləyici olmaq üçün nə etmək lazımdır və nə üçün dinləyici olmaq istəyirsən



Yüklə 22,71 Kb.
tarix25.12.2023
ölçüsü22,71 Kb.
#194897
serbest işler


Natiqlik və ictimai çıxışlar barədə çox sayda mənbə və praktiki məsləhətlər mövcuddur. Bəs yaxşı dinləyici olmaq üçün nə etmək lazımdır və nə üçün dinləyici olmaq istəyirsən?


Stiven Kovinin “Yüksək uğurlu insanların 7 vərdişi” adlı kitabının V vərdişində belə deyilir: “Əvvəlcə anlamağa çalış, sonra isə anlaşılmağa”, ya da ki, “əvvəlcə dinlə, sonra isə danış”. Kovi belə izah edir ki, insanlar söhbət zamanı bir-birlərini dinləmirlər, bunun əvəzinə onlar danışmağa və məsləhət verməyə, ya da ki, fikir bildirməyə tələsirlər. Natiqlik və ictimai çıxışlar barədə çox sayda mənbə və praktiki məsləhətlər mövcuddur. Bəs yaxşı dinləyici olmaq üçün nə etmək lazımdır və nə üçün dinləyici olmaq istəyirsən?
Stiven Kovinin “Yüksək uğurlu insanların 7 vərdişi” adlı kitabının V vərdişində belə deyilir: “Əvvəlcə anlamağa çalış, sonra isə anlaşılmağa”, ya da ki, “əvvəlcə dinlə, sonra isə danış”. Kovi belə izah edir ki, insanlar söhbət zamanı bir-birlərini dinləmirlər, bunun əvəzinə onlar danışmağa və məsləhət verməyə, ya da ki, fikir bildirməyə tələsirlər.

Bunun səbəbi eşitdiyimiz məlumatı öz təcrübəmizlə əlaqəlandirməyimizdə və digər tərəfi başa düşmək üçün bilərəkdən səy göstərməməyimizdədir. Buna baxmayaraq, fəal şəkildə dinləmə və anlama biznes və həyatda effektiv kommunikasiya üçün açardır. Henri və Karen Kimsi-Haus ”Co-Active Coaching” adlı kitablarında qulaq asmanı və dinləmə sənətini necə inkişaf etdirməyin 3 səviyyəsini izah edirlər.

Səviyyə 1

I səviyyə dinləyicinin əsas fokusunun öz fikirlərinə, düşüncələrinə, nəzər nöqtəsinə və hisslərinə yönəldiyi qarşılıqlı əlaqədir. İnsanlar eşitdikləri sözləri öz təcrübələri və ehtiyacları ilə əlaqələndirirlər. Bu cür dinləmə biz qərarla üzləşəndə və ya məlumat toplamaq lazım olduqda tamamilə qəbul olunandır. Məsələn, əgər biz avtomobil alırıqsa, avtomobilin xüsusiyyətlərinin bizim tələbatımızı və büdcəmizi ödəyib ödəməyəcəyini bilmək üçün satıcını I səviyyədə dinləyəcəyik.


Səviyyə 2-də dinləyici kommunikasiya yolunu əvvəcədən görür. Dinləyicinin bütün diqqəti natiqdə və söhbətdədir. Bu, tək deyiləni eşitmək deyil, həm də nə deyildiyini diqqətə almaq mənasına gəlir. Bu dinləmə şəkli səs tonuna, bədən dilinə və üz ifadələrinə diqqət etməyi özündə cəmləşdirir. Bu tərz dinləmə Kovi tərəfindən empatik dinləmə forması kimi izah edilmişdir və özündə parafraz etməyi və natiqin sözlərinə əks etdirməyi ehtiva edir.
Bu dinləmə səviyyəsində dinləyici öz daxili səsinə və ətrafında baş verən heç nəyə fikir verməməyi bacarmalıdır. Nəticə olaraq, dinləyici deyilən sözlərin mənasını anlamış olur, cavab üçün yol seçir, həmçinin cavabının müsahibinə göstərdiyi təsiri qiymətləndirə bilir.
II səviyyəli dinləmə peşəkar kouçların öz ünsiyyətləri zamanı istifadə etdikləri texnikadır, lakin Henri və Karen Kimsi-Haus bununla kifayətlənmir və qulaq asmağın daha əhəmiyyətli səviyyəsini ortaya qoyurlar.
III səviyyə dinləmə danışığa tamamilə yeni fərqindəlik gətirir. Bu cür dinləmə forması II səviyyə dinləmədə olanları özündə əks etdirməklə yanaşı intuisiyanı da istifadə etməyi və hər hansı formada olan məlumatı daha çox almağa hazır olmağı ifadə edir. Bu dinləmə forması tək sohbətin özünə deyil, həmçinin əhatələndiyin mühitə də yönəlməyi ehtiva edir.
Dəqiq və əsaslı faktlara söykənmədiyi üçün intuisiyanın istifadəsi düzgün anlaşılmaya bilər. İntuisiya məhfumu əslində sadədir və gözəl kommunikasiya vasitəsi kimi istifadə oluna bilər. Əgər tərəf müqabilinizi dinləyərkən siz nəsə hiss edirsinizsə, bu hissə diqqət etməyə çalışın, amma çox da bağlanmayın. Bu hissinizdə düzgün olduğunuzu sübut etməyə çalışmadan onun natiqə təsirini nəzərdən keçirin və söhbətin hansı səmtə yönəlməsini anlayın.
Məsələn, siz belə deyə bilərsiniz : ”Mən başa düşürəm ki, siz bu nəticədən razısınız, eyni zamanda mən hiss edirəm ki, ağlınızda başqa da nəsə var”. Cavab belə ola bilər, “Xeyr, həqiqətən yoxdur” və ya “Bəli, doğrusu mən bizim layihədə baş verən problemdən danışmaq istəyirdim”. Sizin duyduğunuz hisdə doğru olub-olmamağınızın əhəmiyyəti yoxdur, əsas olan bu hissin söhbətə təsiridir.
Dinləmə sənətinin inkişaf etdirilməsi zaman tələb edir, lakin onun üzərində gündəlik olaraq işləmək mümkündür. Bu bacarıq xüsusən digərləri ilə danışıqlar zamanı və ya onları nəyəsə inandırmaq lazım olduğunda xüsusilə yararlıdır. Bu bacarıq etibar və anlama fürsəti yaradır. Anlamanın razılaşma olmadığını nəzərə almaq vacibdir; siz digər şəxsin fikri ilə razılaşmaya, lakin onun düşüncə formasını başa düşə bilərsiniz. Yaxşı dinləyici olmağın faydalarından biri də biri söhbəti irəliyə aparmağa kömək edən faydalı və təsirli cavab üçün əlavə məlumata və zamana sahib olmaqdır. diqqətin mahiyyəti ilə bağlı çoxlu sayda tədqiqatlar aparılmışdır. Bu tədqiqatlar həm diqqətin psixoloji mahiyyətini, həm onun fizioloji əsasını, həm də növlərini və xüsusiyyətlərini araşdırmaqla məşğuldur. Bu tədqiqatlarda əsasən diqqət idrak prosesi kimi götürülmüş və onu bu aspektdə təhlil etmişdilər. Lakin sonralar bununla bağlı tədqiqatlarda fikir dəyişdirildi. Çünki diqqət digər idrak proseslərindən fərqli olaraq həmin idrak proseslərinə daxil olur və onların yaranmasında bilavasitə iştirak edir. Əgər bu aspektlərdən məsələyə baxsaq görərik ki, diqqət özü xüsusi bir proses olaraq idrak proseslərinin (duyğunu, qavrayışın, təfəkkürün) yaranmasına şüurlu nəzarət edir. Məsələn, hər hansı bir duyğunun əmələ gəlməsi üçün və ya hər hansı bir obyektin qavranılması üçün hökmən ona diqqət yetirmək lazımdır. Bütün bunlar diqqətin bir psixi proses olaraq insan həyatında necə mühüm əhəmiyyətə malik olmasını göstərir.
Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəffəqiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Yəni diqqət psixi fəaliyyətin seçici səciyyə daşımasında ifadə olunur. Bu mənada diqqət cismin, hadisənin inikası olmayıb psixi fəaliyyətin obyektinin aydın, aşkar əks olunmasının təmin edir.
Diqqət şüurumuzun müəyyən obyekt üzərinə yönəlməsindən və mərkəzləşməsindən ibarət olan psixi prosesdir. Bu tərifdən çıxış edərək diqqətin aşağıdakı funksiyalarını fərqləndirə bilərik: İnsana çoxlu sayda qıcıqlandırıcılar təsir edir. Lakin o, onlardan ən vacib olanını seçir, digərlərini kənar edir. Bu diqqətin seçmə funksiyasıdır.
2.Diqqətin müəyyən obyekt üzərində saxlanılması funksiyası. Bu zaman insan qarşıya qoyduğu məqsədə müvafiq olaraq şüurunu müəyyən obyekt üzərində saxlayır.
3.Diqqətin nəzarət və tənzimetmə funksiyası. Bu zaman diqqət insan fəaliyyətini tənzimetmə funksiyasını həyata keçirir.
2-ci sual. Diqqətin fizioloji əsasları ilə bağlı nəzəriyyələrin 3 qrupunu göstərmək olar:

Geştalt psixoloqların fikrincə, diqqətin həcmi və istiqaməti bütövlükdə struktur qavrayışın qanunları ilə müəyyən olunur. Onu yaxşı bilməklə diqqətin fizioloji əsasını izah etmək mümkündür.

İkinci qrup psixoloqlar diqqətin «emosional nəzəriyyəsi» mövqeyində dayanırlar. Bu psixoloqlar belə güman edirlər ki, diqqətin istiqaməti bütövlükdə həvəs, təlabat və emosiyalarla bağlıdır. Amerikan biheviorist psixoloqlarının əksəriyyəti praktik olaraq bu mövqedə dayanırlar.

Nəhayət, problemə »diqqətin motor nəzəriyyəsi" mövqeyindən yanaşan üçüncü qrup psixoloqlar diqqətə hər bir iradi aktın əsasında duran motor ustanovkaların təzahürü kimi baxırlar. Belə hesab edirlər ki, diqqətin mexanizmi hər bir gərginliyi xarakterizə edən əzələ səyi siqnalıdır.



Asanlıqla görmək olar ki, bu nəzəriyyələrdən hər biri diqqətin tərkibinə daxil olan müəyyən komponenti ayırır, lakin praktiki olaraq diqqətin əsasında duran ümumi fizioloji mexanizmlər haqqında məsələyə yanaşmağa cəhd etmirlər. Diqqətin ümumi fizioloji əsasları haqqında hipoteza irəli sürən fizioloqlar qarşısında nəzərə çarpacaq çətinliklər meydana gəlmişdir. Ən ilkin cəhdlərdən biri məşhur ingilis fizioloqu Şerrinqtonun hipotezi idi ki, sonralar çox məşhur ad almışdı: "ümumi hərəki sahə nəzəriyyəsi" , yaxud da "Şerrinqton qıfı". Onurğa beyninin arxa buynuzlarında sensor neyronların hərəki neyronlardan çox olması faktını müşahidə edərək Şerrinqton belə bir vəziyyəti bildirdi ki, heç də hər bir hərəki impuls özünün hərəki sonluğuna çata bilmir və çox sayda sensor oyanmalar özünün "ümumi hərəki sahə «sinə malik olur.
Diqqəti adətən sinir sistemlərinin müxtəlif səviyyələrində yerləşən „süzgəc“ə bənzədirlər və bu funksiyanın əsasən retikulyar formasiyanın — yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur.
Hələ vaxtilə akademik İ.P.Pavlov diqqətin fizioloji əsasını birinci növbədə bələdləşmə refleksi ilə izah etmişdir. Adətən qarşılaşdığımız hər bir yeni cisim və hadisə, yenilik bizi maraqlandırır, onunla tanış olmağa, bələdləşməyə sövq edir.
Diqqətin fizioloji əsaslarını başa düşməyə İ.P.Pavlovun kəşf etdiyi »optimal oyanma ocağı" haqqında təlim çox kömək göstərmişdir. Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcuddur. İnsana xaricdən və daxildən təsir edən qıcıqlandırıcılar içərisindən həmin sahəyə təsir edənləri daha tez və asanlıqla oyanma əmələ gətirir.
Bundan başqa diqqətin fizioloji əsaslarının aydınlaşdırılması üçün A.A.Uxtomskinin irəli sürdüyü «dominant oyanma sahəsi» haqqında təlim böyük rol oynamışdır. Dominant oyanma sahəsi optimal oyanma sahəsindən özünün yüksək davamlılığı ilə fərqlənir. Belə dominant (üstün) oyanma sahəsi nəinki yeni əmələ gələn oyanma ocaqlarını ləngidir, həm də onların hesabına daha da güclənə bilir.
Yüklə 22,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin