3
Gİ
RİŞ
Azərbaycanda və həmçinin dünya ölkələrində energetikanın inkişafı
cəmiyyətin, iqtisadiyyatın ümumi tərəqqisininəsası olmuşdur.
Yanacaq-enerji
resursları ilə zənginlik ölkəmizin və həmçinin dünya ölkələrinin suveren yaşamını
təmin edərək, taleyinə sahib olmaq, çağdaş dövlət yaratmaq imkanı formalaşdırır.
Bugünkü gündə bütün mümkün maddi və mənəvi sərvətlərə sahib olan ölkəmiz öz
dövlət müstəqilliyini və dönməzliyini qorumaq əzmindədir. Bütün bu mövcud olan
imkanlar və potensial enerji mənbələrinə malik olan, keçid dövrünü yaşayan,
müstəqilliyini yenicə əldə edən ölkəmiz eyni vəziyyətdə olan digər ölkələrdən daha
öndədir.
Bununla belə, potensialı qədərincə qiymətləndirib, mövcud ehtiyatları
səfərbər etmək, sosial-iqtisadi gündəmdə, quruculuq işində bu sərvətlərin milli
mənafelər baxımından səmərəli istifadəsini təşkil və təmin etmək olduqca önəmlidir.
Ancaq, bu mürəkkəb prosesdə yalnız neft-qaz və digər bərpa olunmayan enerji
ehtiyatlarına istinad etmək yetərli sayıla bilməz. İndiki reallıq, iqtisadi durum, sürətlə
dəyişən ictimai-siyasi proseslər, alternativ imkanaların zənginliyi bu seçimdə
yanacaq-enerji
amilindən fundamental, bərpa olunan enerji ehtiyatlarından isə geniş
istifadəni ön plana çəkməklə bu strategiyada, iqtisadi dirçəlişin təmin edilməsində
enerji resursları faktorundan səmərəli istifadə edilməsini qaçılmaz edir.
Çox böyük, dinamik, tərəqqi və inkişaf etmiş bəşəriyyət XXI əsrdə mühüm
dəyişikliklərə məruz qalmışdır. Cəmiyyətin keçdiyi bu tərəqqi yolu 20-ci yüzillikdə
Azərbaycan tarixində və iqtisadiyyatında öz izini buraxmışdır.
Külli miqdarda
investisiyanın məhzi Azərbaycana və onun iqtisadiyyatına yatırılmasına səbəb heç
ş
übhəsiz ki, neft və qaz resurslarının istismarı, istifadəsi ilə dinamik inkişaf edən
Azərbaycan iqtisadiyyatı və respublika hakimiyyətinin güclü iradəsidir. Və buna görə
Azərbaycan 100 il öncə belə qüdrətli, dünya siyasi arenasında söz sahibi olan iri
dövlətlərin maraq dairəsində və diqqət mərkəzində olmuşdur.
4
Bu günkü hakimiyyətin apardığı çox böyük iqtisadi və strateji siyasət böyük
təbii resurslara malik olan Azərbaycanla dünya dövlətlərini
hesablaşmağa məcbur
edir.
Öz müstəqilliyini yenicə əldə edən gənc respublikanın apardığı çox güclü
iqtisadi inkişaf və neft siyasəti dövlət müstəqilliyinin qarantına çevrilmiş və təzəcə
formalaşmış Azərbaycanın “Əsrin müqaviləsi”-nin imzalanması kimi yeni bir tarixi
(üstünlüyü bizdə olan) dövrə gətirib çıxardı. Neft müqaviləsinin imzalanması
Azərbaycanın beynəlxalq arenada öz çəkisinə malik olduğunu sübut etdi və bu yenicə
müstəqillik əldə etmiş bir ölkənin əsrə bərabər qalibiyyəti idi. Və bu qalibiyyəti
Azərbaycan xalqına türk dünyasının böyük oğlu ümummilli lider Heydər Əlirza oğlu
Ə
liyev bəxş etmişdir.Bu müqavilə Azərbaycan tarixində yeni bir iqtisadi şəraitin
yaranması ilə yanaşı ölkəmizin güclü tərəfdaşlara və beynəlxalq
aləmdə yeni siyasi
səhifənin açılmasına səbəb oldu. Ölkəyə küllü miqdarda xarici investisiyanın
gətirilməsində məhz 1994-cü ildən başlayaraq həyata keçirilən neft siyasəti böyük rol
oynamışdır.
Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycanın ərazisi karbohidrogen
resursları ilə də zəngindir. Odur ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən
karbohidragen yataqlarının işlənilməsi “Əsrin müqaviləsi”-də razılaşdırıldığı kimi
dünyanın inkişaf etmiş qabaqcıl neft şirkətləri ilə müştərək işlənməsinə təkan vermiş,
Azərbaycan neft və qaz sənayesinin inkişafına kömək etmişdir. Ölkəmizin həm
iqtisadi, həm də sosial inkişafına yanacaq-enerji kompleksi xüsusi təkan vermişdir.
Odur ki, əhalinin enerjiyə olan tələbatının ödənilməsini təmin etmək, iqtisadiyyatın
uğurlu inkişafında qazanılan nəaliyyətlərin möhkəmləndirilməsi Respublika
qarşısında duran əsas vəzifələrdən biridir.
Təkcə beynəlxalq neft siyasətinin deyil, nəhəng dünya dövlətlərinin diqqət
mərkəzinə
çevrilən, neft və qaz ehtiyatları ilə zəngin olan Bakı, Abşeron torpağı
yüzilliklər boyu, hətta əsrin sonunda Sovetlər İttifaqının süqutundan sonra belə daim
dünyanı düşündürən, coğrafi mövqeyinə görə mühüm, strateji əhəmiyyət kəsb edən
ölkə olmuşdur. Olduqca çətin, çoxşahəli siyasi-coğrafi inkişaf,
qəliz sosial-iqtisadi