9
Energetikanın ətraf mühitə təsirimüxtəlif cür olur:
-
Atmosferə - oksigendən istifadə olunmaqla, havaya zəhərli və zərərsiz qaz,
rütubətlik, kül və digər kimyəvi birləşmələr buraxmaqla;
-
Hidrosferə – sudan sənayedə və məişətdə istifadə etməklə, su anbarları və
kanalları yaratmaq, suyun təbii axarını dəyişmək, çirkab və zəhərli
maddələrlə murdarlanmış sular, maye tullantıları axıtmaqla;
-
Litosferə – təbii landşaftları
dəyişkənliyə uğratmaq, qazıntı yanacaq
resurslarından istifadə etmək və onlarla çirkləndirmək, torpaqları
ş
oranlaşdırmaqla, toksiki maddələr (zəhər) atmaqla;
-
Biosferə – təbii canlıları məhv etməklə, abiotik faktorları
dəyişdirmək və
çirkləndirici maddələrinbirbaşa canlı orqanizmlərə təsir göstərməsini təmin
eməklə, ekosistemlərdə yönləndirici əlaqələrin fəaliyyətini pozmaqla.
Sadalanan səbəblərə görə, yanacaq-enerji resurslarının səmərəli istifadəsinin
optimal üsulunun tapılması və bununla bərabər bu fəaliyyətin ətraf mühitə minimum
zərərin yetirilməsi ilə nəticələnməsi dünya ölkələri arasında ümumi prioritet məsələ
olaraq qalır.
Dünya ölkələrinin iqtiasdiyyatı olduqca çoxşahəli
və bir-biri ilə müqayisədə
müxtəlif ölçülüdür. Hər bir ölkənin iqtisadiyyatının əsaslandığı təməl prinsipləri
vardır ki, onları da seqmentləşdirmək mümkündür. Belə ki, dünya ölkələrinin
müəyyən qismi təbii resurslar əsasında inkişaf etmişdirsə, bəziləri elm, texnologiya,
insan kapitalı faktorları ilə irəli keçmişlər. Statistika sübut edir ki əksər iqtisadiyyatlar
birtərəfli, yəni təbii sərvətlərdən asılı iqtisadiyyat üzərində qurulmuşlar. Lakin dünya
praktikasına və eləcə də 2015-ci ildə respublikamızın iqtisadi mənzərəsində baş
verənlərə baxsaq
belə qənaətə gəlmək olar ki, biristiqamətli iqtisadi inkişaf
resurslardan aslılıq yaradır və hər hansı bazar dəyişikliyi baş verdiyi halda
iqtisadiyyatı iflic formaya salır.
Qlobal Enerji Statistikasına əsasən dünya enerji istehsalı aşağıdakı şəkildə
bölünmüşdür: