6
meyllərin müəyyən olunması müasir Azərbaycan elmində vacib və aktual vəzifə kimi
qarşıda durur.
Təbii sərvətlərlə zəngin olan ölkəmizin nefq-qaz resursları davamlı iqtisadi
inkişafın formalaşmasında böyük əhəmiyyət kəsb etsə də, onun davamlı,
uzunmüddətli və dayanıqlı olmasını vəd etmir. Yanacaq-enerji resurslarının hasilatı,
istehsalı və ticarəti ölkəyə küllü miqdarda vəsait və investisiyalar cəlb etməklə yanaşı
onu dünya birliyində müəyyən nüfuza malik söz sahibi kimi də formalaşdırır. Lakin,
unutmamalıyıq ki, sadaladığımız faktorlar təbii resurslar əsasında qurulmuşdur və bu
təbii resurs hansı yanacaq-enerji mənbəsi olmasından asılı olmayaraq dünya
bazarında bir məhsuldan başqa bir şey deyildir. Və qloballaşdan dünyada bu
məhsulun qiyməti tələb və təklif faktorları əsasında formalaşır ki, bu da yanacaq
enerji resursları ilə zəngin və iqtisadiyyatının əksər hissəsini bu resurslara bağlı
şə
kildə inkişaf etdirmiş ölkə üçün, o cümlədən Azərbaycan üçün olduqca risklidir.
Məsələnin ikinci tərəfi həmin yanacaq resurslarından hasil olunan enerjinin
baha başa gəlməsi və ətraf mühitə vurduğu neqativ təsirlə əlaqəlidir ki, bu xüsusiyyət
bərpa olunan enerji mənbələrindən istifadə zamanı özünü göstərmir. Dünya
praktikasına diqqət etsək, qeyd edilən təcrübədən yararlanan və istər iqtisadi istərsə
də ekoloji cəhətdən yüksək nəticələr əldə etməklə alternativ enerji resurslarından
bəhrələnən ölkələr heç də bu resurslarla coğrafi baxımdan ən zəngin olan ölkələr
siyahısında deyil, elmi texniki tərəqqi və texnoloji cəhətdən inkişafın yüksək pilləsinə
qədəm qoymuş ölkələr cərgəsindədir.
Dostları ilə paylaş: