III FƏSİL. AZƏRBAYCANIN ENERJİ RESURSLARININ
İSTİFADƏSİNDƏN YARANAN EKOLOJİ PROBLEMLƏR
VƏ ONLARIN HƏLLİ İSTİQAMƏTLƏRİ
60
Ekoloji problemlər dedikdə müxtəlif ekoloji amillər səbəbindən təbiətin
strukturunun və funksiyasının dəyişməsi nəticəsində peyda olan problemlər nəzərdə
tutulur. Ekoloji problemlərin meydana gəlməsinin əsas səbəbləri son
dövrlərdəiqtisadiyyatın müxtəlif sahələrinin sürətli inkişafı, eləcə də insan
fəaliyyətinin ətraf mühitə mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarıdir.
Bununla belə, əksər ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında ətraf mühitin
mühafizəsi edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin
həllinə böyük diqqət yetirilir. Beləliklə, ətraf mühitin sağlamlaşdırılması ekoloji
siyasətin əsasını təşkil edir. Odur ki, ölkəmizdə Avropa qanunvericiliyinin tələblərinə
cavab verən bir sıra mühüm qanunlar qəbul olunmuş, o cümlədən dövlət proqramları
və normativ-hüquqi sənədlər hazırlanaraq təsdiq edilmişdir.
Respublikamızın təbii-iqtisadi potensialı və imkanları olduqca zəngindir.
Azərbaycan MDB ölkələri arasında da perspektiv imkanlara malikdir. Azərbaycan
karbohidrogen ehtiyatları ilə də zəngindir ki, bu da artıq yüz əlli ildən çoxdur ki,
dünya ölkələrinin diqqət mərkəzindədir.
Lakin bu fakt da danılmazdır ki, yanacaq-enerji kompleksi təbii ehtiyatların ən
çox istehlakçısı olduğu üçün ətraf mühitin çirklənməsində payı yüksəkdir.
Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, YEK-in müəssisələri tərəfindən
zərərli tullantıların 30%-i atmosferə, 30%-i su hövzəsinə, 25%-i isə torpaq
sahələrinə buraxılır. Hava qurğularını çirkləndirən digər səbəblər istilik elektrik
stansiyaları və kiçik istilik qurğularıdır. Beləki, respublikamızda bir neçə iri sənaye
şə
hərlərində çoxsaylı və müxtəlif təyinatlı müəssisələr fəaliyyət göstərir ki, onlar da
ə
traf mühitə böyük miqyasda mənfi təsir göstərirlər.
Energetikanın ətraf mühitə mənfi təsirlərini aşağıdakı kimi təsnifatlaşdırmaq
olar:
- EnergetikanınAtmosferə təsiri: oksigendən istifadə etməklə qaz,
rütubətlik,kül buraxmaqla;
61
- Energetikanın Hidrosferə təsiri: sudan istifadə etmək, su anbarları
yaratmaq, çirkab və qızdırılmış sular, maye tullantıları atmaqla;
- Energetikanın Litosferə təsiri: landşaftı dəyişmək, qazıntı yancağından
istifadə etmək, toksin (zəhər) atmaqla;
- Energetikanın Biosferə təsiri: abiotik faktorları dəyişmək və
çirkləndiricilərin bilavasitə canli orqanizmlərə təsir göstərmək, ekoloji sistemlərdə
idarəedici əlaqələrin fəaliyyətini pozmaqla.
Ekoloji problemlərin əsas mənşəyi energetika sənayesidir ki, bu da
respublikamız üçün aktual məsələlərdən biridir. Bu problemlərin dayanıqlı inkişaf
prinsipləri əsasında həll edilməsi qarşıda duran əsas məsələlərdən biridir. Bu
məqsədlə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.
Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan
ibarətdir:
1) su ehtiyatlarının çirkab suları ilə çirkləndirilməsi, həmçinin trans sərhəd
çirklənməyə məruz qalması;
2) atmosfer havasının sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən
çirklənməsi;
3) meşə ehtiyatlarının, faunanın, həmçinin balıq ehtiyatlarının azalması;
4) münbit torpaq sahələrinineroziyaya, deqradasiyaya uğraması və
ş
oranlaşmaya məruz qalması;
5) bərk sənaye və məişət tullantılarının, həmçinin təhlükəli tullantıların ətraf
mühitə atılması;
6) biomüxtəliflikdə seyrəkləşmə prosesinin güclənməsi;
Aydın olur ki, bu problemlərin hər biri yanacaq enerji sənayesinə, neft və qaz
yataqlarının hasilatı, istehsalı, regionlarda yanacaq kimi istifadə olunan oduncağın
kütləvi istismarınadək birbaşa və ya dolayı yolla energetika sənayesi ilə əlaqəlidir.
Azərbaycan çərçivəsində yanacaq enerji kompleksi əsasında baş verən
çirklənmədən söz açarkən Xəzər dənizinin ekoloji durumunun gərgin olmasını xüsusi
62
qeyd etmək gərəkdir. İllərdir istismar olunan neft-qaz yataqları dənizin flora və
faunasına böyük həcmdə zərər vurmuşdur.
Xəzər dənizinin çirklənməsi mövzusunda bəzi vacib xüsusiyyətlər nəzərə
alınmalıdır:
Birincisi, dənizin ayrı-ayrı sahələri çirklənməyə məruz qalıb ki, bu da çirkabın
qeyri – bərabər paylanması ilə əlaqədardır.
İkincisi, çirklənmə sahilboyu əraziləri əhatə edir ki, bu da çirklənmənin bir
zonadan başqa zonaya daşınması və oranı da çirkləndirməsi ilə nəticələnir.
Tullantılar əsasən suyun üzrində - üst qatında toplaşır ki, bu da "su-atmosfer"
zonasının əmələ gəlməsinə səbəb olur. Ona gorə də, daha çox burada toplanmış
çirkablar dənizin bioloji əhəmiyyətli sahələrinin çirklənməsinə gətirib çıxarır.
Neftin dənizə tökülməsi əsasən Neftin çıxarılma və daşınma prosesləri
nəticəsində baş verir. Bu cür çirklənmə dənizin bəzi sahələrində çox yüksək
səviyyəyə çatır, beləki yol verilən normanı 20 dəfəyə qədər ötür.
Bakı buxtası, Abşeron arxipelaqı, Çeleken, Türkmənbaşı, Manqışlaq, Adalar,
Tenqiz və neft sənayesinin digər inkişaf edən əraziləri Xəzər dənizində neft və neft
məhsulları ilə ən çox çirklənməyə məruz qalan hissələr sayıla bilər.Mütəxəssislər belə
hesab edirlər ki, neft sənayesinin güclü inkişafı səbəbindənXəzər dənizinin daha da
çirklənəcəyini proqnozlaşdırmaq real olardı.
Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibi zərərli kimyəvi maddələrlə
zəngin olan tullantılarla çirklənmə hesab edilə bilər. Neft karbohidrogenlərini, ,
karbonukleidlər, xlor üzvi birləşmələrini və ağır metalları bunlara misal olaraq
göstərmək olar. Dəniz suyunun çirklənməsində mühüm rol oynayan məhlullardan biri
və ən əsası da neft karbohidrogenləridir. Bu zaman, Abşeron yarımadası və
Manqışlağın yarısını əhatə etmiş olan dəniz neft sənayesi və sualtı neft borularından
nəzərdə tutulur.
Dənizdə neft buruqlarının görünməsi vaxtilə dünyada böyük rezonansa səbəb
olmuş, elm və texnikanın nailiyyəti kimi sayılsa da, neft buruqlarını hətta “dənizdə
möcüzə” və yaxud “dünyanın möcüzəsi” adlandırmışlar. Və bu gün biz fəxrlə deyə
63
bilərik ki, bu möcüzə keçən əsrin 60-70-ci illərində məhz Odlar yurdu Azərbaycanda
təşəkkül tapmışdır. Həmin dövrdə Azərbaycan keçmiş Sovetlər İttifaqının tərkibində
olsa belə bütün dünyanın inkişaf etmiş ölkələrinin diqqətini neft və qaz yataqları ilə
zəngin məkan kimi öz üzərinə cəlb etmişdir. Hələ o dövrdə bəzi alimlər bu
nailiyyətlərin yaxın gələcəkdə böyük ekoloji problemlər yaradacağını, dənizdə
balansın pozulacağı barədə həyəcan təbili çalmışlar. Bu gün biz doğma Xəzərin
dünya miqyaslı, qlobal problemə çevrildiyini öz gözlərimizlə görərək, alimlərin
həmin fikirlərinin doğru olduğuna çox təəssüf ki, bir daha əmin olduq. Xəzərin bütün
dünyanı narahat edən ekloji vəziyyəti ona bioloji cəhətdən "ölü buxta" statusunu
vermiş, paytaxt Bakının sahili isə Xəzərin ən çirkli hissəsi hesab edilir.
Təəssüflə qeyd etməliyik ki, tək Xəzər dənizi deyil, ölkənin iri sənaye şəhəri
olan Sumqayıt və digərləri quru mühitin çirklənməsinə səbəb olur. Onu da qeyd edək
ki, böhran vəziyyətini yaşayan Bakı daha çox çirklənməyə məruz qalır, çünki
yanacaq-enerji kompleksinin şəhərdə olması atmosferin çirklənməsi kimi fəsadlar
verir ki, cədvəl 16-dan görürük ki, atmosferin çirklənməsinin əsas faizi paytaxt
şə
hərin üzərinə düşür.
Neft-kimya sənayesi və neft emalı, əsasən, Abşeron yarımadasında inkişaf
tapmışdır ki, bu da bölgələrdəki təsərrüfatın dinamikası üçün olduqca vacibdir. Bu
yüksəlişlə birlikdə ekologiyaya və ətraf mühitə dəyən zərər minimal səviyyyəyə
çatdırılmalıdır.
Zəngin Abşeron torpağının neft və minerallaşmış su ilə çirklənməsinin başlıca
səbəbi, çox onilliklər ərzində neft çıxarılmasında köhnə texnologiyadan son
damlasına qədər istifadə edilməsidir. Təxminən 10 min hektardan artıq çirklənmiş
ə
razi, hansı ki, bunun da 7,4 min ha-ı kənd təsərrüfatı (əkin sahələri) torpaqlarıdır ki,
bu göstərici təkcə Abşeron yarımadasında və Şirvanda çirkləndirilmiş ərazilərin bir
hissəsidir. Elə ərazilər var ki, neft torpağın 2-3 metr dərinliyinə hopur və yeraltı
suların külli miqdarda çirklənməsinə səbəb olur. Bəzi hallarda isə neft istehsal olunan
ə
razilərdə torpaq sahəsi həmçinin radionuklidlərlə də çirklənmişdir. Hətta, çirklənmə
o dərəcəyə çatmışdır ki, torpaq sahələri qamma şüalarına yol verilən həddən 30-50
64
dəfə yüksək çirklənmişdir. Ən çox atmosferin çirklənmə mənbəyinə neft-kimya və
neftayırma
zavodlarının
ə
trafındakı
torpaq
sahələrinin neft və
maye
karbohidrogenlərlə çirklənməsi səbəb olur (cədvəl 3.1).
Təkcə su ehtiyatları və atmosferin deyil, torpaq qatının çirklənməsinə də güclü
nəzarət tələb edilir. Torpağa atılan cürbəcür təbii, müxtəlif sənaye, kənd təsərrüfatı və
eyni zamanda məişət tullantıları onun səthini örtərək, atılan maddələrin texnоlоji
miqrasiyası hesabına, bəzi elementlərin və onların birləşmələrinin daxil olması
torpağın fəsadlarla nəticələnə biləcəyi çirklənməyə səbəb olur. Buraya radiоaktiv
elementlər, mineral gübrələr, pestisidlər və s. daxildir. Məişət materialları, qazıntı
işləri nəticəsində çıxarılan süxürlar, dəmir-betоn və metal kоnstruksiyası torpağın
səthində uzun müddət qaldıqda mikrоbiоlоji və fiziki-kimyəvi parçalanma baş
verərək torpağın xassələrini dəyişdirə bilir. Çox maraqlıdır ki, hava və sudan fərqli
olaraq çirklənmiş torpağın özünü təmizləmə prosesi çox cüzi gedir. Məhz buna görə
torpada uzun müddət qalan tullantılar və elementlər torpağın tərkibindəki
elementlərlə reaksiyaya girir və arzuolunmaz nəticələr verir, yəni müxtəlif maddələr
ə
mələ gətirir.
Dostları ilə paylaş: |