28
göstərdiyi təsirqüvvəsinə bərabərdir. Lakin fərq orasındadır ki, vulkanın
aktiv
fəaliyyəti, məhsulların böyük miqdarda mühitə buraxılması müəyyən dəvr ərzində bir
dəfə baş verdiyi halda, İES-lər bu işi daimi olaraq yerinə yetirirlər. Müqayisə üçün
qeyd etmək olar ki, on min illər ərzində təbii mühitdə vulkanların fəaliyyəti insanın
təsərrüfat fəaliyyəti nəticəsində əsasən qazıntı yanacağının yandırılması və parnik
qazlarının atılması ilə əlaqədar 100-200 ildə atmosferə
bu qədər nəzərə çarpacaq
dərəcədə təsir göstərə bilməmişdir.
Ümumilikdə, energetikadayanacağın əksər hissəsi boş-boşuna (səmərəsiz)
şə
kildə yandırılır. Yəni energetika qurğuların faydalı iş əmsalı yalnız 30-40% təşkil
etməkdədir. Lakin, əldə olunmuş enerji bu və ya digər üsulla istifadə edilərək son
nəticədə istilik enerjisinə çevrilir. Bu o deməkdir ki, biosferə və ətraf mühitə yalnız
kimyəvi çirklənmə daxil olmur, bununla bərabər istilik çirklənməsi də mühitə nüfuz
edir. Enerji obyektlərinin qaz, maye və sülb halında çirkləndiriciləri və tullantıları bir
hissəsi qlobal, o cümlədən regional və lokal dəyişkənliyə səbəb olmaqla iki axında
yayılır. Qeyd olunmuş hal təsərrüfatların müxtəlif sahələrində də baş verir, lakin yenə
də, dünya üzrə qlobal çirkləndirici mənbə qismində energetika və qazıntı yanacağının
yandırılması çıxış edir. Bu qazlar atmosferə nüfuz edir və onların toplanması
nəticəsində atmosferin qaz tərkibinin dəyişməsinə səbəb olur,
o cümlədən parnik
qazlarının konsentrasiyası dəyişməklə istilik effekti yaradır. Bu fəaliyyətlər
nəticəsində atmsferin qaz tərkibi də mənfi yönümdə xeyli dəyişmiş, xlorflüor
karbohidrogenləri (freonlar) kimi əvvəllər praktiki olaraq
rast gəlinməyən qazlar
meydana gəlmişdir. Bu qazlar qlobal çirkləndiricilər kimi çıxış etməklə yüksək istilik
effektinə malik olmaqla yanaşı, ən böyük təhlükələrdən hesab edilən strotosferin
ozon pərdəsinin dağılmasında iştirak edir.
Ümumilikdə, qeyd etmək olar ki, müasir mərhələdə bütün zərərli sənaye
tullantılarının miqdarının 20%-ni atmosferə atılmasına görə İES-lar
məsuliyyət
daşıyır. Onlar nəinki yerləşmiş olduğu coğrafi rayon və onun ətraf mühitinə,
bütövlüklə biosferə təhlükəli dərəcədə təsir göstərirlər. İES-lərin çirkab suları da
tərkibində küllü miqdarda zərərli maddələr daşıyır. Onlara vanadium, nikkel, flüor,
29
fenollar və neft məhsulları aiddirlər. Bu çirkab sular və ərazidən axan leysan yağışları
suları su hövzələrinə axıdıldıqda orada suyun keyfiyy tərkibinə mənfi təsir
göstərməklə yanaşı su orqanizmlərinin də məhv olmasına səbəb olurlar.
Suyun
çirklənməsi həm də su hövzələrində temperaturun yüksəlməsi və oranın təbii
hidrotermik rejiminin pozulması nəticəsində baş verir. Suyun çiçəkləməsi prosesləri
intensiv hal alır, bu qazların suda həll olma qabiliyyəti aşağı salır, suyun bütünlükdə
fiziki xassələri dəyişir, suda gedən bütün kimyəvi və bioloji proseslər sürətlənir və s.
Su hövzəsinin isinməsi nəticəsində həmin zonada suyun şəffaflıq dərəcəsi azalır, asan
oksidləşən maddələrin parçalanma prosesi isə sürətlənir. Belə su hövzələrində
fotosintezin sürəti əhəmiyyətli dərəcədə aşağı düşür.
Atom elektrik stansiyaları (AES) dünya üzrə müxtəlif ölkələrdə geniş istifadə
olunmaqdadır və nüvə energetikası dövrümüzdə ən perspektivli energetika
mənbələrindən hesab olunur. Nüvə yanacağının əsas xüsusiyyəti ehtiyatının nisbətən
çox olması olması,
həm də təəssüflər olsun ki, ətraf mühitə neqativ təsir göstərmə
qüvvəsi ilə səciyyələndirilir. AES-in nüvə yataqlarına bağlamamaq imkanının olması
onların tikintisinin digər üstünlüyü hesab oluna bilər. Belə ki, AES-ları kiçik həcmə
malik olduğundan onların daşınması üçün heç də böyük xərc tələb olunmur. Bu
sahənin səmərəliliyini qeyd etmək üçün təkcə onu vyrğulamaq kifayətdir ki, 1000 ton
daş kömürdən əldə olunmuş yanacaq yalnızca 0,5 kq nüvə yanacağından alınmış
enerji miqdarına bərabərdir. Dünya ölkələrinin çoxillik təcrübəsi belə qənaətə
gəlməyə əsas verir ki, AES-lərin istismarı və istifadəsi
əhəmiyyətli dərəcədə ətraf
mühitə təsir göstərməsə də bu təsir birdəfəlik və irimiqyaslı ola bilər. Cədvəl 1.1.2-
də il ərzində yanacaq sərfi və ətraf mühitin çirklənməsi üzrə gücü 1000 MVt olan
AES və İES-lərin müqayisəli məlumatları verilir.
Dostları ilə paylaş: