Sadəliyi.Sözün qüdrəti sözün təsiri. Nitq qüdrətli silahdır.Cəmiyyət dövlət və dövlətin quruluşunda məhkəmə və ictimai siyasi sistemində mühüm rol oynayır.Yunan və Roma natiqlik məktəbinin görkəmli nümayəndələri nitqə yüksək qiymət vermişlər nitqin aydın təmiz və uyğunluluq kimi kəşf etmişdilər.Diogenin fikrincə nitqin 5 əsas xüsusiyyəti vardır.
Nitqin təmizliyi.
Cilalanmış nitq təmizdir.İfadə olunan fikrin asan qavranılmasıdır.Fikrin ifadəsi üçün.Ən zəruri olan sözlərin işlədilməsi yığcamlıqdır.Məqsədəuyğunluq ifadə təsirin mövzuya uyğunluğudur.Siseron (roma natiqidir) deyir:”Nitq üçün təmizlik və aydınlıq o qədər vacibdir ki,onu əsaslandırmağa ehtiyac yoxdur.”
Lakin bu vacib keyfiyyətlər nitqin dinləyiciləri özünə cəlb etməsi üçün kifayət etmir.Bunun üçün nitqin gözəlliyidə vacibdir.Uyarlıq dil vasitəsinin nitqdə məqsəd və ünsiyyətin tələbinə cavab verəcək şəkilə salınmasıdır.Hələ qədim yunanlılar və romalılar.Natiqlik sənətində uyarlığa xüsusi diqqət yetirmişlər.Aydınlıq və yığcamlıq nitqin əsas keyfiyyətlərindəndir.Eyni sözün ifadənin cümlənin fikrin yersiz təkrarı uzunçuluq yığcamlığa mənfi təsir göstərir.Dinləyicini oxucunu yorur,marağını söndürür.Müəyyən nitq üçün Aristotel sözü ilə desək “aydınlıq ən vacib üslubi keyfiyyətdir.Nitqin düzgünlüyü fikrin aydın ifadəsini ilkin şərtidir.Firudin Bəy Köçərli nitqin aydınlığını fikrin düzgünlüyü ilə əlaqələndirərək yazır ki,”dili dolaşıq şəxsin fikri dolaşıqdir”.Doğru və gözəl fikirli adamların kəlamı Həmişə aydın açıq və düzgün olur.Aydın nitq aydın düşüncə ilə bağlıdır.Üzeyir Hacıbəyovun “o,olmasın bu, olsun” müsiqili komediyasında,nitqin aydın olmayan ziyalıların nitqini,Məşhədi İbadın dili ilə tənqid etmişdir.Bədii əsər bu və ya digər dilə tərcümə ediləndə Originallıq uyarlıq və anlaşıqlıq nəzərdən qaçırılmır.Bədii əsər bəzən elə tərcümə edilirki,O əslində uyğun gəlmir suni təsir bağışlayır məzmunu anlaşılmır.Nitqin aydın,asan,anlaşıqlı düzgün olması tez başa düşülməsidir.Sadə nitq hər cür ümumilikdən yalançı pafosdan,qondarma ifadələrdən,təmtəraqdan uzaq nitqdir.İfadə nə qədər gözəl olarsa,fikir və hisslər o qədər zəif olar.Nitqin sadəliyi üçün yığcamlıq,aydınlıq,anlaşıqlıq və cümlənin qısalığı şərtdir.Vaxtıilə Flober yazırdı:Əgər cümləni qısaltmaq mümkünsə qısalt,bunu həmişə etmək olar.Ən yaxşı cümlə ən qısa cümlədir.