Ölkə nəqliyyatı
Azərbaycan dünyada strateji yeri, İpək Yolu və cənub-şimal dəhlizi kimi proektlərdə mühüm rol oynamasına və ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini vurğulayır. Ölkədə nəqliyyat sektoruna dəmir yolu, avtomobil, aviasiya və dəniz nəqliyyatı daxildir.
2003-cü ildə Azərbaycan hökuməti Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi yaratmış və ölkə Vyana konvensiyasının yol hərəkəti üzrə üzvü olmuşdur. Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. 2009-2014 illəri arası ölkənin nəqliyyat sektoruna cəlb edilmiş investisiyaların həcmi iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş investisiyaların 20 faizini təşkil etmişdir.
2013-cü ilə görə, Azərbaycanda 37 hava limanı və bir heliport fəaliyyət göstərir. 2015-ci ildə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikilməsi, şərqdə Çin və Qazaxıstan dəmir yolunu birləşdirmək vasitəsilə Asiya və Avropa arasında nəqliyyatı təmin etməsi gözlənilir.
Azərbaycan Respublikasının avtomobil yolları — Azərbaycan Respublikasında mövcud olan bütün yol şəbəkəsini əhatə edir. 2009-cu ildə avtomobil yollarının cəm uzunluğu 18,946 km, onlardan respublika əhəmiyyətli 4,631 km, bərk örtüklü isə 18,774 km təşkil edib.Avtomobil yolları nəqliyyatın bir növü olaraq, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənilir. Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə "Azəravtonəqliyyat" Dövlət Konserni və "Azəravtoyol" Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" Departamentləri yaradılmışdır.
1971-1980-ci illərdə Azərbaycanda bütün xalq təsərrüfatının sahələri üzrə sürətli inkişaf baş vermişdi, kənd təsərrüfatının və neft sənayesinin əmtəə dövriyyəsi artıb. Bu artım mövcüd olan avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi, yenidən qurulmasına ehtiyac yaradırdı. Qeyd olunmuş müddətdə yolların uzunluğu 1.2 dəfə çoxalsa da, yük gərginliyi 1.5, hərəkətin intensivliyi isə 2 dəfə artıb. 1974-cü ildə mövcud olan Şose Yolları Baş İdarəsi əsasında Avtomobil Yolları Tikinti və İstismar Nazirliyi (rus. Минстройавтодор Азерб. ССР) yaradılıb. Bu onillikdə yolların təmirinə və təminatına ayrılılan vəsaitlər 3.5 dəfə, kapital qoyuluşu isə 2.5 dəfə artıb. 1980-ci ilə qədər bütün dövlət əhəmiyyətli yollar asfalt-beton örtüyünə keçdilər.
Avtomobil yollarının tarixində əhəmiyyətli yer tutan Azərbaycanın KPMK (Kommunist Partiyasının Mərkəzi Komitəsi) və Azərbaycan SSR-ın Nazirlər Sovetinin 259 nömrəli "Azərbaycan SSR-ın avtomobil yollarının tikintisi, təmiri və təminatını yaxşıllaşdırmaq üçün gələcək tədbirlər haqqında" qətnaməsi çıxardılıb. Bu qətnaməyə əsasən Avtomobil Yolları Tikinti və İstismar Nazirliyi 1981-1985 və 1986-1990 illərinə yolların keyfiyyətini ümumittifaq dərəcəsinə qalxdırmaq üçün xüsusi plan hazırlayıb. Bunun nəticəsində yenə də yollara kapital qoyuluşu artdı.
Sovet İttifaqının dağılışı ilə əlaqədar bütün keçmiş sovet respublikalarda iqtisadi böhran baş verib. Mərkəzi planlaşdırma sistemi yox olub, və bu sənaye, kənd təsərrüfatı və digər sahələrdə istehalın düşməsi ilə nəticələnib. Azərbaycan isə həm də müharibə ilə üzləşib. Erməni təcavüzkarlar tərəfindən Dağlıq Qarabağ və 7 rayon işğal edilib. İşğal altında olan ərazidə isə 4498 km avtomobil yolları, 110 müxtəlif körpülər və çox sayda texnika qalıb. Çətin vəziyyətə düşmüş yol sahısinə dəyişiklik gətirmək üçün 1994-cü ildə "Dövlət yol fondu" haqqında qanun çaxardılıb. Bu addım bir qədər sahənin maliyyə vəziyyətini sabitləşməyə imkan verdi. 1996-ci ildə bu qanun dəyişdirilib, və onun funksiyaları Maliyyə Nazirliyinə və Dövlət Gömrük Komitəsinə verilib.
Nəqliyyat Nazirliyi və "YolNəqliyyatServis" departamenti tərəfindən sahəyə xarici investorları cəlb etmək üçün müəyyən addımlar atılıb. Prezident Heydər Əliyev sərəncamı əsasında 1998-ci ildə Bakıda "Tarixi İpək Yolunun bərpası üzrə Beynəlxalq Konfrans" keçirilib.. Konfransda 32 ölkə və 13 bəynalxalq təşkilatlar iştirak edib, və konfransın nəticəsində Avropa-Qafğaz-Asiya nəqliyyat dəhlizində yerləşən ölkələr üçün siyasi-iqtisadi cəhətdən əhəmiyyətli "Bakı Deklarasiyası" imzalanıb. Transqafğaz Avropa-Qafğaz-Asiya-TRASEKA yol dəhlizini bərpa etmək üçün müxtəlif investorlar cəlb olunub, misal üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Ərəb İqtisadi İnkişaf Küveyt Fondu, İslam İnkişaf Bankı və digərləri. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin və nəqliyyat-yol kompleksinə daxil olan qurumların nəqliyyat sahəsinə dair beynəlxalq təşkilatlarla əməkdaşlıq edir::
Avropa İttifaqının TASİS, TRASEKA proqramları
Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumətlərarası Yol Işçiləri şurası (1995)
ECO – İqtisadi Əməkdaşlıq Təçkilatı (IƏT) (1992)
Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya (1992)
Nəqliyyat Nazirlərinin Avropa Konfransı (1998)
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (1992)
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (1997)
Mülki Aviasiyanın Avropa Konfransı (2002)
Beynəlxalq Dəniz Təşkilatı (1995)
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (1993)
Beynəlxalq Dəmir Yolu İttifaqı (1995)
Dəmir Yolu Əməkdaşlıq Təşkilatı (1993)
MDB-nin Nəqliyyatda Əlaqələndirmə Müşavirəsi (müşahidəçi)
MDB-nin Dəmir Yolu Nəqliyyatına dair Şura (1992)
MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi (1991)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) (1992)
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (2003)
Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqram (2002)
GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) (1997)
Dostları ilə paylaş: |