Onuncu fəsil
Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
d) tərəflərin iradəsindən asılı olmayan hallar;
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Əmək Məcəlləsinin 68-ci maddəsinin ŞƏRHİ
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-
cü maddəsinin 2-ci hissəsində göstərilən işçilər);
d) tərəflərin iradəsindən asılı olmayan hallar;
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
1. Şərh olunan maddə əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarım müəyyən edir. Məhz bu əsaslar üzrə işçi ilə işəgötürən arasındakı hüquqi əlaqə kəsilir və əmək hüquq münasibətinin qüvvəsi dayandırılır. AR ƏM-in 68-ci maddəsinin ikinci hissəsində sadalanan əsasların hamısı göndərici xarakter daşıyır və AR ƏM-in ayrı-ayrı maddələrində onların məzmunu ətraflı şəkildə açıqlanır. Məsələn, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qaydası AR ƏM-in 69-cu maddəsində, müddətli əmək müqaviləsinin müddətinin qurtarması AR ƏM-in 73-cii maddəsində müəyyən olunmuşdur.
2. Təcrübədə bəzən əmək müqaviləsinin xitamı, əmək müqaviləsinin pozulması, əmək müqaviləsinin ləğv edilməsi, işçinin işdən çıxarılması kimi terminlərdən İstifadə olunmasına baxmayaraq qüvvədə olan əmək qanunvericiliyi yalnız əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinin ləğv edilməsi kimi terminlərdən geniş istifadə edir. Əmək müqaviləsinin xitamı anlayışı əmək müqaviləsinin ləğv edilməsi anlayışına nisbətən daha genişdir. Belə ki, əmək müqaviləsinin xitamı anlayışı AR ƏM-də nəzərdə tutulmuş əmək müqaviləsinin qüvvəsinin bitməsinin bütün əsaslarını əhatə edən daha iinıumi anlayışdır.
Əmək müqaviləsinin ləğv edilməsi dedikdə İsə əmək müqaviləsinin tərəflərindən biri (işçi və yaxud işəgötürən) tərəfindən əmək müqaviləsinin ləğv edilməsi başa düşüliir.
3. Göstərilən maddə əmək müqaviləsinə xitam verilməsinin əsaslarının qəti siyahısını təsbit etməmişdir. Əmək müqaviləsi digər əsaslar üzrə də xitam oluna bilər. Belə ki, əgər sınaq müddəti ilə əmək müqaviləsi bağlanmışsa, .sınaq müddətində Özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmr İ (sərəncamı, qərarı) ilə xitam verilə hilər. Bir şərtlə ki, əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilmiş olsun (Ətraflı bax: AR ƏM- in 53-cü və 75-ci maddələrinin şərhinə).
4. AR ƏM qüvvəyə minənədək qüvvədə olmuş “Fərdi əmək müqavilələri (kontraktları) haqqında” Azərbaycan Respublikasının 1996-cı il 21 may tarixli Qanununun 26-cı maddəsində fərdi əmək müqaviləsinə xitam verilməsinin aşağıdakı əsasları nəzərdə tutulmuşdur:
a) müddətli əmək müqaviləsinin müddəti bitənədək tərəflərin qarşuluqlı razılığı;
b) tərəflərdən birinin təşəbbüsü;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
ç) tərəflərin iradəsindən asıb olmayan hallar;
d) fərdi əmək müqaviləsində nəzərdə tutulan hallar.
AR ƏM-in 68-ci maddəsinin ikinci hissəsi həmin Qanunun 26-cı maddəsində nəzərdə tutulanlardan fərqli əsaslar da müəyyən edilmişdir. Məsələn, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi. Yuxarıda qeyd olunan Qanunda hu əsas işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin ləğ’ edilməsi əsaslarını təsbit edən 28-ei maddənin birinci hissəsinin “a" bəndində təsbit olunmuşdu.
5. Şərh olunan maddənin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə İlə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin ikinci hissəsində isə əmək müqaviləsinə xitam verilməsinin altı əsası verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi İşəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir və onun tərəfindən imzalanaraq müəssisənin möhürü ilə təsdiqlənir (Ətraflı bax: AR ƏM-İn 83-cü maddəsinin şərhinə).
Əmr (sərəncam, qərar) əsasında işçinin əmək kitabçasında həmin əmrə (sərəncama, qərara) uyğun olaraq müvafiq qeydlər edilir. Əgər əmək müqaviləsi işçi tərəfindən ləğv olunursa, bu zaman AR ƏM-in 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə deyil, AR ƏM-in 69-cu maddəsinə istinad edilməlidir.
6. Əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür.
7. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi haqqında ətraflı bax AR ƏM-in 69-cu maddəsinin şərhinə.
8. işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi haqqında ətraflı bax AR ƏM-in 70-ci maddəsinin şərhinə.
9. Şərh olunan maddənin ikinci hissəsinin “6” bəndi yalnız müddətin qurtarması ilə xitam verilən müddətli əmək müqavilələrinə tətbiq edilir.
10. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası üzrə əmək müqaviləsinə xitam verilməsi haqqında ətraflı bax AR ƏM-in 56-cı maddəsinin şərhinə.
11. Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi haqqında ətraflı bax AR ƏM-in 63-cü maddəsinin ikinci hissəsinin şərhinə.
12. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi haqqında ətraflı bax AR ƏM-in 74-cü maddəsinin şərhinə.
13. Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda əmək müqaviləsinə xitam verilməsi haqqında ətraflı bax AR ƏM-in 75-ci maddəsinin şərhinə.
Dostları ilə paylaş: |