Əməyin və onun ödənilməsinin uçotu
Azərbaycan Respublikasının Əmək məcəlləsinin 154-cü maddəsində göstərilir ki,
Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək
müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə
işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ,
habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Müəssisələrdə işçi heyətinin şəxsi heyətinin uçotunun aparılması təşkil
olunmalıdır. Belə ki, bütün işçilərin işə qəbul olunması, tutduqları vəzifələr üzrə
yerdəyişmələr, onların ixtisaslarının təkmilləşdirilməsi, peşəkarlığın artırılması, ailə
vəziyyəti və s. sənədləşdirilməlidir. Göstərilən əməliyyatın icrası əyani-texniki uçot
olmaqla müəssisənin kadr xidməti tərəfindən aparılır.