İlkin sənəd işçinin işə qəbul olunmasına dair müəssisə rəhbərinin əmridir. Bu
mərhələdə işə qəbul olunanla onun vəzifəsi, ödənilən əmək haqqı, iş qaydaları, istirahət
vaxtı və sairə müəyyənləşdirilir. Tərtib olunmuş əmrdə qəbul olunmuş şəxsin adı, soyadı,
atasının adı, vəzifəsi, iş yeri, əmək haqqı, tarif dərəcəsi, müəssisədə işləyəcəyi dövr
göstərilir.
Mövcud olan qanunvericiliyə görə işçi qəbul olunarkən əmək kitabçası, pasport,
təhsil haqqında sənəd, hərbi bilet (hərbi xidmətçilər üçüün) təqdim edilməlidir. Başqa
sənəd tələb etmək mövcud qanunvericiliyə görə qadağan edilmişdir.
Tərtib olunmuş əmr müəssisə rəhbəri tərəfindən imzalandıqdan sonra, qəbul
olunan şəxs həmin əmrlə tanış olmalıdır. Bundan başqa əmr mühasibatlığa təqdim
olunur və bu əsasda qəbul olunan şəxs üçün şəxsi hesab açılır.
Müəssisədə işə düzələn şəxslə müəssisə arasında müqavilə bağlanır.
Müqavilədə iş şəraiti, iş vaxtı, ödəniləcək əmək haqqı, sosial təminat və s. əks olunur. 5
gün müddətində işə qəbul olunmuş şəxsin əmək kitabçasında onun işə başlamasına dair
yazılış aparılmalıdır.
Əgər işçi bir vəzifədən digər vəzifəyə keçirilirsə, bununla əlaqədar olaraq əmr
verilir. Hər hansı işçi öz fəaliyyətini dayandırmaq istəyirsə, ərizə ilə müəssisə rəhbərinə
müraciət edir və onun işə qəbul olunması ilə əlaqədar bağlanmış müqavilənin
dayandırılmasına xahiş edir.
Əmək kitabçası hər bir şəxs üçün onun iş fəaliyyətini göstərən əsas sənəd hesab
olununr. Müəssisədə 5 gündən artıq işləyən şəxsə doldurulur. Əmək kitabçası həmin
şəxsin iş stajının müəyyən olunması, təqaüd dövrünün hesablanması üçün əsas
sayılmaqla, ciddi hesabat sənədi hesab olunur.
İş vaxtının növündən asılı olmayaraq, müəssisədə iş vaxtından istifadənin uçotu
Dostları ilə paylaş: |