30
2015/1 (17)
ORİJİNAL MƏQALƏLƏR
UOT: 617.7-007.681
Qasımov E.M., İbadova N.T.
PSEVDOEKSFOLİATİV QLAUKOMANIN MÜALİCƏSİNDƏ
LATANOPROSTUN İSTİFADƏSİNİN KLİNİKİ EFFEKTİVLİYİ
Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azərbaycan
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı, Azərbaycan
Açar sözlər: göz daxili təzyiq, qlaukoma, latanoprost, prostaqlandinlər
Avropa Qlaukoma Cəmiyyətinin məlumatına görə prostaqlandinlər / prostamidlər bugünkü gündə qlaukomanın
medikamentoz müalicəsində ilk seçilən preparatlardır [1]. Hesab olunur ki, F2a prostaqlandini siliar əzələnin
prostaqlandin reseptorlarına təsir göstərməklə siliar əzələsinin ekstrasellyulyar matriksinin strukturunu dəyişir
(əzələ hüceyrələrinin formasının dəyişməsi, kollagenin səviyyəsinin enməsi, metalloproteinazın səviyyəsinin
yüksəlməsi) və siliar əzələnin relaksasiyasına, bir sözlə uveoskleral axının yaxşılaşmasına səbəb olur [2-4]. Hal-
hazırda konservantsız prostaqlandinlərin istifadəsi təklif olunur, o cümlədən prostaqlandin tərkibli göz sistemlər-
implantlar və prostaqlandin tərkibli biodeqradasiya prosesinə malik olan nano-vərəqlər hazırlanmışdır [5-11].
Latanoprost F2α prostaqlandinin ilk sintetik analoqu olub, oftalmohipertenziyanın və qlaukomanın müalicəsində
istifadə olunmağa başlamışdır. Göz daxili mayesində maksimal konsentrasiyası preparatın gözə damızdırılmasından
1-2 saat sonra müşahidə olunur. Hesab olunur ki, latanoprost preparatı bimatoprost və travoprost preparatlarından
daha yaxşı təsir gücünə malikdir [12]. Hazırda daha yaxşı keçiricilik qabiliyyətinə malik, tərkibində benzalkonium
xlorid konservantı olmayan yeni latanoprost preparatı hazırlanmışdır [13]. Qlaukomanın müxtəlif formalarının
müalicəsində latanoprost preparatının effektivliyi və keçiricilik qabiliyyəti üzrə tədqiqatlar aparılır [14-18].
Uveoskleral axının vəziyyəti qlaukomanın formasından asılıdır, müvafiq olaraq onun intensivliyinə farmakoloji
təsir imkanları müxtəlifdir. Johnson T.V. müş.müəl. qeyd edir ki, psevdoeksfoliasiyalı gözlərdə uveoskleral
axın psevdoeksfoliasiya müşahidə olunmayan gözlərlə müqayisədə bir qədər aşağıdır [19]. Psevdoeksfoliativ
qlaukomanın müalicəsində latanoprostun effektivliyi və keçiricilik qabiliyyəti üzrə məlumatlar məhduddur.
Məqsəd - psevdoeksfoliativ qlaukomanın müxtəlif mərhələlərinin müalicəsində Ksalatan (latanoprost 0,005%)
preparatının klinik effektivliyini və keçiricilik qabiliyyətini qiymətləndirməkdir.
Material və metodlar
Hazırki prospektiv tədqiqata birincili psevdoeksfoliativ qlaukoma diaqnozu qoyulmuş 36 pasiyent (62 göz)
cəlb olunmuşdur ki, onlara ksalatan preparatının gün ərzində birdəfəlik damızdırma formasında prostaqlandin
terapiyası təyin edilmişdir. Bütün xəstələrdə tam oftalmoloji müayinə (vizometriya, perimetriya, biomikroskopiya,
qonioskopiya, tonometriya, paximetriya, oftalmoskopiya) kompleksi həyata keçirilmişdir. Göz daxili təzyiqin
(GDT) ölçülməsi applanasiya tonometriya vasitəsi ilə (Maklakov üsulu ilə) aparılmışdır. Pasiyentlərin hər birində
GDT üç ölçülməsinin nəticəsində orta göstərici hesablanırdı. Perimetriya TOMEY AP-2000 aparatında aparılmış,
Hodapp–Parrish–Andersonun təsnifatına görə orta deviasiya indeksinin (mean deviation, MD) əsasında görmə
dairəsinin daralma səviyyəsi üzrə qlaukoma prosesinin inkişaf mərhələsi ayırd edilirdi: başlanğıc mərhələsi MD
≤ - 6 dB, inkişaf mərhələsi - -6 dB < MD ≤ - 12 dB, ifrat inkişaf etmiş mərhələ - > - 12 dB [20].
Pasiyentlərin müayinəsi 2 həftə, 1 ay, 3 ay, 6 ay, 12 ay müddətindən sonra aparılmışdır. Müşahidələrin aparıldığı
müddət ərzində GDT, mərkəzi və periferik görmə, əlavə antiqlaukomatoz preparatların təyininə yaranmış
zəruriyyət, o cümlədən preparatın yan təsirlərin baş vermə tezliyi kimi parametrlər dəyərləndirilmişdir. Qeyd
olunan göstəricilərin təhlili qlaukomanın inkişaf mərhələləri nəzərə alınmaqla aparılmışdır.
Orta kəmiyyətlərin hesablanması (М ± m, burada М – orta qiymət, m – standart sapma) Microsoft Excel
proqramının istifadəsi ilə həyata keçirilmişdir.
Nəticələr və onların müzakirəsi
Xəstələrin (36 nəfər) orta yaş həddi 48,75±12,14 (40-75) təşkil etmiş, onlardan 24 (66,7%) qadın, 12 (33,3%)
isə kişi olmuşdur. Müayinə olunan gözlərin 18 (29%) – başlanğıc, 24 (38,7%) – inkişaf etmiş və 20 (32,3%) isə
– ifrat inkişaf etmiş qlaukoma aşkar edilmişdir. Bununla belə pasiyentlərin 26-da (72,2%) ikitərəfli qlaukoma
prosesi müşahidə edilirdi.
GDT orta səviyyəsi 35,4 ± 2.5 mm c.s (27.0 –52 mm c.s.) təşkil etmişdir. Müalicədən qabaq GDT səviyyəsinə
görə gözlər üç qrupa ayırd edildi: ≤ 27 mm c.s., > 28 mm c.s. < 31 mm c.s və ≥ 32 mm c.s. Qlaukomanın inkişaf
mərhələrini nəzərə alınmaqla gözlərin GDT səviyyəsinə görə bölünməsi cədvəl 1-də təsvir olunub.
31
2015/1 (17)
ORİJİNAL MƏQALƏLƏR
Cədvəl 1
Qlaukomanın inkişaf mərhələlərini nəzərə alınmaqla gözlərin GDT səviyyəsinə görə bölünməsi
Qlaukomanın inkişaf mərhələri
Başlanğıc
İnkişaf etmiş
İfrat inkişaf etmiş
gözlərin sayı
mütləq
%
mütləq
%
mütləq
%
Müalicədən qabaq GDT-nin orta səviyyəsi , mm.c.s
≤ 27
12
66,7%
6
25,0%
-
-
> 28 < 31
5
27,8%
14
58,3%
8
40,0%
≥ 32
1
5,6%
4
16,7%
12
60,0%)
Ksalatan preparatı təyin olunduğu gündən iki həftə sonra GDT orta hesabla 10,3 (29%) mm.c.s enmişdir. Bu
nəticəni digər müəlliflərin gəldiyi nəticələrlə müqayisə edək, latanoprost fonunda 12 həftədən 6 aya qədər aparılan
müşahidə müddətində GDT ilkin səviyyədən 25% - 29.9% enmə təşkil etmişdir [12-21].
Qlaukomanın başlanğıc, inkişaf və ifrat inkişaf etmiş mərhələsində olan 5 (27,8%), 14 (58,3%), 19 (96,4%)
gözlərdə müşahidənin aparıldığı müddət ərzində əlavə antiqlaukomatoz preparatların təyini tələb olunurdu,
bununla belə, əlavə hipotenziv damcılar müşahidənin ilk 6 ayında 30 (48,4%) gözə təyin olunmuşdur. 15 (24,2%)
gözdə medikamentoz yolla GDT normallaşdırmaq mümkün olmadığından antiqlaukomatoz cərrahi əməliyyatının
keçirilməsi tövsiyə olunmuşdur. Bu formada müxtəlif səviyyəli ilkin GDT 40 mm.c.s. çatan gözlərin 24 (38,7%)-də
latanoprost monoterapiyası fonunda 12 ay müddətində pasiyentlərin həkimin təyinatına (diaqram 1) düzgün əməl
etməsi nəticəsində GDT təhlükəsiz səviyyəsinə nail olunması və saxlanılması mümkündür. Qlaukomanın ifrat
inkişaf etmiş mərhələsində və GDT ≥ 40 mm.c.s səviyyəsi şübhəsiz ki, kombinəolunmuş hipotenziv terapiyanın
təyin olunması və ya antiqlaukoma əməliyyatının aparılması üçün göstəricidir.
Müşahidənin aparıldığı müddət ərzində yalnız latanoprostdan istifadə edən pasiyentlərin 2-də (16,7%)
konyunktival inyeksiya, göz və kiprik ətrafı nahiyədə dərinin piqmentasiyası, hipertrixoz, gözün birinci dərəcəli
quruluğu və qıcıqlanma kimi yan təsirlər müşahidə edilirdi (cədvəl 2).
Tor qişası damarlarının mikrosirkulyasiyanın dəyişdirilməsinin mümkünlüyü haqqında, xüsusən onların
latanoprostun təsiri altında daralması ziddiyyətli mülahizələr mövcuddur ki, bu da qlaukoma prosesinin
stabilləşdirilməsi prosesində son dərəcə arzu olunmazdır [21].
40
35
30
25
20
15
GD
T-
nin orta s
əviyy
əsi
Müalicədən
qabaq
Müalicənin 2-ci
həftəsində
Müalicənin 1-ci
ayında
Müalicənin 3-cü
ayında
Müalicənin 6-cı
ayında
Müalicənin 12-ci
ayında
10
5
Şək. 1. Latanoprost monoterapiyasında olan xəstələrin gözlərində müalicə
təyin edildikdən sonra müxtəlif dövrlərdə GDT orta səviyyələri
32
2015/1 (17)
ORİJİNAL MƏQALƏLƏR
Cədvəl 2
Latanoprostun əsas yerli yan təsirlərinin xarakteristikası
Ksalatanın əsas yerli yan təsirləri
Pasiyentlərin sayı, %
Konyunktival inyeksiya
1 (8,3)
Göz və kiprik ətrafı nahiyədə dərinin piqmentasiyası
1 (8,3)
Hipertrixoz
1 (8,3)
Gözün birinci dərəcəli quruluq sindromu və qıcıqlanma
1 (8,3)
Yalnız latanoprostdan istifadə edən pasiyentlər üzərində aparılan müşahidə zamanı 24 gözdə qlaukoma prosesinin
inkişaf etmə əlamətləri aşkar etməmişik. Lakin ədəbiyyatda prostaqlandinlərin istifadəsinin digər yan təsiri,
periorbitopatiya (dermatoxalyazis, blefaroptoz, üst palpebral büküşün dərinləşməsi) haqqında məlumat mövcuddur
[22-24], bizim apardığımız tədqiqatda latanoprost terapiyası fonunda belə fəsadlar müşahidə edilməmişdir.
Yekun
Ksalatan yerli yan təsirlərinin baş vermə azlığı ilə GDT ilkin səviyyədən 29% qədər endirməyə imkan
verən kliniki təsirə malikdir. 12 ay ərzində aparılan müşahidə zamanı latanoprost monoterapiyasının tədbiqinin
müvəffəqiyyət tezliyi 38,7% təşkil etmişdir.
ƏDƏBİYYAT
1.
European Glaucoma Society, Terminology and Guidelines for Glaucoma, 4th edition, 2014, Chapter 3,
p.122-143.
2.
Nilsson S.F.E., Drecoll E., Lütjen-Drecoll E. et al. The prostanoid EP2 receptor agonist butaprost
increases uveoscleral outflow in the cynomolgus monkey // Invest. Ophthalmol. Vis. Sci., 2006, v.47,
p.4042-4049.
3.
Sakurai M., Higashide T., Ohkubo S. et al. Association between genetic polymorphisms of the
prostaglandin F2α receptor gene, and response to latanoprost in patients with glaucoma and ocular
hypertension // Br J Ophthalmol., 2014 v.98(4), p.469-73.
4.
Ocklind A. Effect of latanoprost on the extracellular matrix of the ciliary muscle: a study on cultured
cells and tissue sections // Exp. Eye Res., 1998, v.67, p.179-191.
5.
Qasımov E.M., Ibadova N.T. Birincili açıq bucaqlı qlaukomanın müxtəlif formalarının müalicəsində
uveoskleral axının artırılmasının rolu (ədəbiyyat icmalı) // Oftalmologiya, Bakı, 2014, N2(15), s.91-97.
6.
Demirel S., Doganay S., Gurses I. et al. Toxic-inflammatory effects of prostaglandin analogs on the
ocular surface // Ocul Immunol Inflamm., 2013, v.21(1), p.13-8.
7.
Franca J.R., Foureaux G., Fuscaldi L.L. et al. Bimatoprost-loaded ocular inserts as sustained release drug
delivery systems for glaucoma treatment: in vitro and in vivo evaluation // PLoS One, 2014, v.9(4), p.30,
e95461.
8.
Kim E.J., Kim Y.H., Kang S.H. et al. In vitro effects of preservative-free and preserved prostaglandin
analogs on primary cultured human conjunctival fibroblast cells // Korean J. Ophthalmol., 2013, v.27(6),
p.446-53.
9.
Petrov SIu. Tafluprost – a novel prostaglandin F2alpha analogue // Vestn. Oftalmol., 2014, v.130(5),
p.85-95.
10. Jessen B.A., Shiue M.H., Kaur H. et al. Safety assessment of subconjunctivally implanted devices
containing latanoprost in Dutch-belted rabbits // J. Ocul. Pharmacol. Ther., 2013, v.29(6), p.574-85.
11.
Kashiwagi K., Ito K., Haniuda H. et al. Development of latanoprost-loaded biodegradable nanosheet as
a new drug delivery system for glaucoma // Invest. Ophthalmol. Vis. Sci., 2013, v.19, 54(8), p.5629-37.
12. Mishra D., Sinha B.P., Kumar M.S. Comparing the efficacy of latanoprost (0.005%), bimatoprost
(0.03%), travoprost (0.004%), and timolol (0.5%) in the treatment of primary open angle glaucoma //
Korean J. Ophthalmol., 2014, v.28(5), p.399-407.
13. Alm A. Latanoprost in the treatment of glaucoma // Clin Ophthalmol., 2014, v.26(8), p.1967-1985.
14. Egan P., Harris A., Siesky B. et al. Comparison of intraocular pressure in glaucoma subjects treated with
Xalatan versus generic latanoprost // Acta. Ophthalmol., 2014, v.92(5), p.e415-416.
15. Garway-Heath D.F., Crabb D.P, Bunce C. et al. Latanoprost for open-angle glaucoma (UKGTS):a
randomised, multicentre, placebo-controlled trial. December 19, 2014 http://dx.doi.org/10.1016/S0140-
6736(14)62111-5
33
2015/1 (17)
ORİJİNAL MƏQALƏLƏR
16. Gumińska M., Kłysik A., Siejka A. et al. Latanoprost is effective in reducing high intraocular pressure
associated with Graves’ ophthalmopathy // Klin. Oczna., 2014, v.116(2), p.89-93.
17. Konstas A.G., Quaranta L., Katsanos A. et al. Twenty-four hour efficacy with preservative free tafluprost
compared with latanoprost in patients with primary open angle glaucoma or ocular hypertension // Br. J.
Ophthalmol., 2013, v.97(12), p.1510-5.
18. Li J., Lin X., Yu M. Meta-analysis of randomized controlled trials comparing latanoprost with other
glaucoma medications in chronic angle-closure glaucoma // Eur. J. Ophthalmol., 2015, v.25(1), p.18-26.
19. Johnson T.V., Fan S., Camras C.B. et al. Aqueous humor dynamics in
exfoliation syndrome // Arch. Ophthalmol., 2008, v.126, p.914–920.
20. Hodapp E., Parrish R.K., Anderson D.R. Clinical Decisions in Glaucoma. St Louis: Mosby; 1993, p.53–
61.
21. Kremmer S., Iliadou M., Anastassiou G. et al. Influence of latanoprost on retinal microcirculation in
glaucoma // Open Ophthalmol. J., 2014, v.3(8), p.60-66.
22. Maruyama K., Tsuchisaka A., Sakamoto J. et al. Incidence of deepening of upper eyelid sulcus after
topical use of tafluprost ophthalmic solution in Japanese patients // Clin. Ophthalmol., 2013, v.7, p.1441-
1446.
23. Sakata R., Shirato S., Miyata K. et al. Recovery from deepening of the upper eyelid sulcus after switching
from bimatoprost to latanoprost // Jpn. J. Ophthalmol., 2013, v.57(2), p.179-84.
24. Tan J., Berke S. Latanoprost-induced prostaglandin-associated periorbitopathy // Optom. Vis. Sci., 2013,
v.90(9), p.e245-247.
Касимов Э.М., Ибадова Н.Т.
КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ ПРИМЕНЕНИЯ ЛАТАНОПРОСТА В
ЛЕЧЕНИИ ПСЕВДОЭКСФОЛИАТИВНОЙ ГЛАУКОМЫ
Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, Баку, Азербайджан
Республиканская Клиническая Больница им. Миркасимова, Баку, Азербайджан
Ключевые слова: внутриглазное давление, глаукома, латанопрост, простагландины
РЕЗЮМЕ
Цель – оценить клиническую эффективность и переносимость препарата ксалатан (латанопрост
0,005%) в лечении различных стадий псевдоэксфолиативной глаукомы.
Материал и методы
В данное проспективное исследование были включены 36 пациентов (62 глаза) с первично-диагности-
рованной псевдоэксфолиативной глаукомой, которым была назначена простагландиновая терапия в форме
однократного закапывания препарата ксалатан.
Результаты
Средний срок наблюдения составил 12 месяцев. Средний уровень исходного ВГД составлял 35,4 ± 2.5
мм рт. ст. (27.0 –52 мм рт. ст.). Уровень ВГД в среднем снизился на 10,3 (29%) мм. рт. ст. от исходного через
2 недели после назначения ксалатана. В 5 (27,8%), 14 (58,3%), 19 (96,4%) глазах с начальной, развитой и
далекозашедшей стадиями глаукомы, соответственно, потребовалось назначение дополнительных антигла-
укоматозных препаратов на протяжении всего срока наблюдения. В 15 (24,2%) глазах не удалось нормали-
зовать ВГД медикаментозно, что послужило показанием к проведению антиглаукоматозной операции. У
2 (16,7%) пациентов, использующих исключительно латанопрост на протяжении всего срока наблюдения,
наблюдались местные побочные реакции.
Заключение
Ксалатан обладает выраженной клинической эффективностью, позволяя снизить исходное ВГД на 29%,
при минимальной частоте местных побочных эффектов. Частота успеха применения монотерапии латано-
простом составляет 38,7% случаев при сроке наблюдения 12 месяцев.
34
2015/1 (17)
ORİJİNAL MƏQALƏLƏR
Kasimov E.M., Ibadova N.T.
CLINICAL EFFICACY OF LATANOPROST IN THE TREATMENT OF
PSEUDOEXFOLIATION GLAUCOMA
National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan
Republic Clinical Hospital named after Mirkasimov
Key words: intraocular pressure, glaucoma, latanoprost, prostaglandins
SUMMARY
Aim – to assess the clinical efficacy and tolerability of Xalatan (Latanoprost 0,005%) in the treatment of
different stages of pseudoexfoliation glaucoma (PEX glaucoma).
Materials and methods
36 patients (62 eyes) with primary diagnosed PEX glaucoma who were prescribed Xalatan once daily were
included in this prospective study.
Results
The mean follow-up period was 12 months. Mean baseline IOP was 35,4 ± 2.5 mmHg (27.0 –52 mmHg). The
mean reduction of IOP was 10,3 (29%) mmHg at 2 weeks after initiating treatment with Xalatan. In 5 (27,8%),
14 (58,3%) and 19 (96,4%) eyes with early, moderate and advanced glaucoma, respectively, prescription of
additional antiglaucomatous drops was needed during follow-up. In 15 (24,2%) eyes IOP could not be controlled
medicamentously and antiglaucomatous surgery was required. Local adverse effects of latanoprost were recorded
in 2 (16,7%) patients.
Conclusion
Xalatan is clinically effective in the treatment of PEX glaucoma, as it provides 29% reduction from baseline
IOP with a low rate of local adverse effects. Success rate of Xalatan monotherapy is 38,7% at 12 months.
Для корресподенции:
Касимов Эльмар Мустафа оглы, доктор медицинских наук, профессор, директор
Ибадова Наида Тельман кызы, врач-офтальмолог Отделения Офтальмологии
Республиканской Клинической Больницы им. Миркасимова
Тел.: (99412) 569-91-36, (99412) 569-91-37
Адрес: AZ1114, г.Баку, ул. Джавадхана, 32/15
Email: administrator@eye.az : www.eye.az
Dostları ilə paylaş: |