АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №2, səh. 69-75 (2013)
Gəncə-Qazax Florasının Nadir Növləri Və Yeni Taksonlar
T.S.Bab
akişiyeva
1
, S.C.
İbadullayeva
2
1
Azərbaycan Dövlət Aqrar Universiteti, Atatürk prospekti, 262, Gəncə AZ2000, Azərbaycan
2
AMEA Botanika Institutu, Badamdar şossesi, 40, Bakı AZ1073, Azərbaycan;
E-mail: sayyarajamshid@yahoo.com
Gəncə-Qazax florasında 28 fəsiləyə, 40 cinsə aid 50 növün itmə və ya azalma səbəbləri müəyyən
edil
miş və bitkilərin təbii bərpası üçün tədbirlər göstərilmişdir. Ərazi florasının nadir bitkilərindən
olan Iris camillae,
İris schelkownikowii növlərinin yeni formalarına, Punica granatum növünün isə yeni
variasiyasına (Punica granatum var. parvilofa) ərazidə ilk dəfə rast gəlinmişdir.
Açar sözlər: Gəncə-Qazax ərazisi, nadir və endemik növlər, yeni areallar
GİRİŞ
Gəncə-Qazax bölgəsi flora biomüxtəlifliyi
baxımından çox zəngindir. Bu botaniki-coğrafi
rayon
öz relyef quruluşuna görə arandan-
subalpadək nadir bitkiləri müxtəlif bitkilik
tiplərində cəmləşdirmişdir (Гаджиев, 1990;
Гаджиев и др., 1990). Bugünədək ərazidə nadir və
yalnız bura üçün xarakterik növlər xüsusi olaraq
tədqiq edilməmişdir. Burada qədim dövrlərdən
qalmış reliktlər, Qafqaz və yalnız Azərbaycana
məxsus endemik bitkilər çoxluq təşkil edir. Onların
böyük
bir qismi ərzaq, yem, dərman, texniki,
ədviyyat, dekorativ və s. bitki kimi yerli əhali
tərəfindən geniş istifadə edildiyinə baxmayaraq,
indiyə qədər onların genofondunu əks etdirən
növdaxili sistematika
işlənilib hazırlanmamışdır
(
Şahmuradova və b., 2013). Bu növlərin in situ
şəraitdə limit faktorları, onların dözümlülük
riskinin artmasının səbəbləri öyrənilməmiş və onlar
ekoloji cəhətdən qiymətləndirilməmişdir.
Bizim apardığımız son tədqiqatlar göstərir ki,
hazırda Gəncə-Qazax florasının ali bitkilərinin ən
azı 10-dan çox növü nadir olmaqla yanaşı, həm də
təhlükə altındadır. Eyni mənzərəni biz Gəncə ətrafı
fitocoğrafi rayonunun flora biomüxtəlifliyində də
görürük. Son tədqiqatlara görə, Gəncə ətrafında
ekoloji vəziyyət 2-3% pozulmamış qalmışdır
(
Səfərov, 2012). Bütün qeyd olunanları nəzərə
alaraq,
Gəncə-Qazax bölgəsində nadir və
təhlükənin müəyyən həddində olan bitkilərin
taksonomik
tərkibinin müəyyən edilməsi qarşıya
məqsəd qoyulmuşdur.
MATER
İAL VƏ METODLAR
Tədqiqat
aparılan
ərazi
Azərbaycan
Respublikasının qərb zonasında yerləşən, sahəsi
12,482 min km
2
olan,
Ağstafa, Qazax, Daşkəsən,
Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Samux,
Göygöl
, Şəmkir, Tovuz inzibati-coğrafı rayonlarını
əhatə
edən
Gəncə-Qazax botaniki-coğrafi
rayonudur.
Ərazi dəniz səviyyəsindən 100 m-dən
3767 m-
ə qədər hündürlüyündədir (Çamus 3724 m,
Hinaldoq isə 3367 m-dir.).
Təbii şəraitdə 2003-2013-cü illlər ərzində
müşahidələr aparılmış (Бейдеман, 1974), bir sıra
geobotaniki tədqiqatlar (Работников, 1950) həyata
keçirilmişdir. Bununla yanaşı, nadir və məhvolma
təhlükəsi qarşısında qalan növlərin coğrafı
öyrənilməsində
Q.Valterin
(1956), Braun-
Blanquetin
(1937), M.Q.Popovun (1963),
M.Zaharın (1963) areal təsnifatından istifadə
edilmişdir. Taksonların adlandırılması zamanı
Azərbaycan florası 8 cildliyindən, Çerepanovun
əlavə və dəyişikliklərindən istifadə edilmişdir
(
Флора Азерб., 1952-1961; Черепанов, 1995),
Ərazidə nadir və məhvolma təhlükəsi
qarşısında qalan növləri müəyyənləşdirmək, onların
ümumi siyahısını tərtib etmək üçün aşağıdakı
tədqiqatlar aparılmışdır: Müxtəlif en dairəsindən
asılı olmayaraq az yayılan növlər, müəyyən
səbəbdən öz areallarını qısaldan və məhvolma
təhlükəsi qarşısında qalan taksonlar seçilmişdir;
Endemik, nadir növlərə üstünlük verilmişdir. Bütün
endemik növlərin qorunması məsələsi qarşıda
təxirəsalınmaz məqsəd kimi qoyulmuşdur. Burada
növlərin endemikliyi yox, onların nadir və çox
mürəkkəb statusa malik olması nəzərə alınmışdır;
Siyahıya potensial təsərrüfat imkanlarına malik
olan növlər daxil edilmiş, nəsli kəsilməkdə olan
növlərin genofondunu saxlamaq üçün müəyyən
əməli tədbirlər aparılmışdır; Nadir, məhvolma
təhlükəsinə məruz qalan və azsaylı növlərə diqqətlə
yanaşılmış, Kiçik Qafqazın şimal hissəsindən, Kür
düzü, Kür-
Araz ovalığı və Bozqır yaylası botaniki
coğrafı
rayonların
ərazilərinin
müxtəlif
sahələrindən herbari materialları toplanılmış və
Azərbaycan Dövlət Aqrar Universitetinin yeni
yaradılmış fonduna təhvil verilmişdir.
69
Gəncə-Qazax Florasinin Nadir Növləri
NƏTICƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Nadir,
təhlükə həddində olan və nəinki
Azərbaycanda eləcə də yayılma mərkəzi yalnız
Gəncə-Qazax ilə məhdudlaşan növlərin müasir
vəziyyəti və azalma səbəbləri təyin edilmiş və hər
bir növ barədə aşağıda məlumat verilmişdir.
Nərgizçiçəklilər - Amaryllidaceae C.St. Hil.
fəsiləsinə aid Fişer ştrinbergiyası - Sternbergia
fischeriana
(Herb.) M.Roem.
növü
erkən
çiçəkləyən, məhdud və arealı daralan bitkidir.
Bozqır yaylasının Göytəpə, Budyax, Kəlağaylı
sahələrində aşağı və orta dağ qurşağının quru
yamaclarında tək-tək rast gəlinir. Gözəl görünüşlü
dekorativ bitkidir,
soğanaqcıqlarının və çiçəklərinin
toplanması
nadirləşməsinin
əsas
təsiredici
faktorlarından biridir.
H
əyətyanı sahələrdə, Azərbaycan Dövlət
Aqrar Universitetinin dendroloji sahəsində və
Şəmkir su elektrik stansiyasının sahəsində becərilir.
Təbii bərpası üçün soğanaqları reintroduksiya
edilmişdir. Az.Res. “Qırmızı kitabı”nın 2-ci nəşrinə
daxil edilmişdir (2013, s. 228).
Sumaq -
Anacardiaceae Lindl. fəsiləsinə aid
Sarağan və ya Bəlgə- Cotinus coggygria Scop. dar
areala malik olan qiymətli bitkidir. Yüksək
keyfiyyətli taninlər, aşı maddəsi, dərman, bəzək
bitkis
i olmaqla, etil spirti, efir yağı və fuzetun adlı
sarı rəngli maddənin mənbəyidir. Kol bitkisi kimi
yerli əhali tərəfindən kütləvi şəkildə istifadə edilir.
Genofondunun
saxlanması üçün bitkinin
kütləvi
surətdə
kəsilməsi,
çiçəklərinin
toplan
ılmasının və istifadəsinin qarşısı alınmalıdır.
Populyasiyas
ı üzərində mütəmadi müşahidələr
aparılır, becərilməsinin təşkili məqsədəuyğundur.
Gözəl görünüşlüdür. Qoruyucu xətt kimi parkların
və
xiyabanların
kənarlarında
becərilməsi
məqsədəuyğundur. Bu genofondun qorunması üçün
ən əlverişli üsuldur.
Fəsilənin nadir növlərindən biri də Fıstıq-
Pistacia mutica Fisch. et C.A.Mey. növüdür.
Məhdud sahədə yayılan, az saylı növdür. Fərdlərin
sayı azalan, arealları get-gedə daralan bitkidir.
Bozqır yaylasının Bozdağ silsiləsində aşağı dağ
qurşaqlarına kimi quru yamaclarda, dağətəyi və
ovalıqlarda tək-tək rast gəlir. Əsas lokaliteti Göygöl
rayonu
ndadır.
Antropogen təsirlər bitkinin fərdlərinin sayının
azalmasının əsas səbəblərindən biridir. Ağacların
kəsilməsi əsas təsir edən faktordur. Bağ və
parklarda az da olsa becərilir. Bunlarla yanaşı
Turyançay D
övlət qoruğunda digər bitkilərlə
birlikdə qorunur. Lakin bitkinin genofondunu
saxlamaq üçün onun geniş sahələrdə becərilməsinin
elmi təşkili, kəsilməsinin qəti qadağan edilməsi və
fərdlər
üzərində
fenoloji
müşahidələrin
gücləndirilməsi vacibdir.
Fəsiləyə aid digər növ Sumaqdır – Rhus
coriaria L.
Dar areallı, qiymətli aşı və rəngləyici
bitkidir. Geniş yayılan bitki olsa da tədqiq edilən
ərazidə bir lokalitetə malikdir. Bitkinin kəsilməsi,
meyvəsinin toplanması, fərdlərinin sayının
azalmasına səbəb olur. Antropogen amillər və
torpaq eroziyası bitkinin məhv olmasına əsas təsir
edən amillərdən biridir.
Ərazidə bitkinin qorunması üçün xüsusi
mühafizə tədbirləri işlənib hazırlanmamışdır.
Bunun
la əlaqədar bitkinin toxumlarının toplanıb
münasib
sahələrdə
becərildikdən
sonra,
reintroduksiyası təmin edilməlidir. Bitkinin
kəsilməsinin
qadağan
edilməsi
tədbirləri
aparılmalıdır.
Kərəvüzkimilər –Apiaceae Lindl. fəsiləsinin
Vitman öküzboğanı- Bupleurum wittmannii Stev.
növü də Bozqır yaylasının nadir növlərindəndir.
Azərbaycan florasında yalnız bu botaniki-coğrafı
rayonda Molladi kəndinin yaxınlığında olan Qazan
göl ətrafında rast gəlinən bu növ V.Tutayuqun
herbari materiallarının kameral analizi nəticəsində
təyin edilmişdir. Bilasuvar rayonu ərazisindən son
vaxtlarda
aşkar edilmişdir, qeyd edilən ərazi növün
yeni yayılma sahəsidir. Respublikada az
yayıldığından qorunması vacibdir. Herbari
fondunun araşdırılmasından məlum olmuşdur ki,
son 50-
60 ildə heç bir korrektor tərəfindən
toplan
ılmamışdır, ola bilsin ki, bu növ tədqiqat
ərazisində tamamilə məhv olmuşdur. Bərpası üçün
toxumları Bilasuvar ərazisindən toplanaraq Bozqır
yaylasında introduksiya edilmişdir.
Ferula caspica Bieb. -
Xəzər ilankölgəsi
Kərəvüzkimilərin Azərbaycan florasında çox az
yayılan bir növüdür, Bozqır yaylasının Xanabad
kənd ətrafında, dağətəyi və ovalıqda, quru
bozqırlarda, səhra yamaclarında, duzlu sahələrdə
nadir halda
rast gəlinir.
Otlaqlardan səmərəsiz istifadə edilməsi,
müxtəlif köç yollarının salınması növ fərdlərinin
sayının azalmasına səbəb olan problemlərdən
biridir. Antropogen amillər və təbii fəlakət bitkinin
məhv olmasının əsas təsiredici faktorudur. Mədəni
halda becərilməsi haqqında məlumat yoxdur. Bitki
Turyançay Dövlət qoruğunda qorunur və
Azərbaycanın «Qırmızı kitabı»nın 1-ci və 2-ci
nəşrlərinə daxil edilmişdir.
Bitkinin toxumla
rının toplanıb münasib
sahələrdə əkilməsi, bitki fərdləri üzərində fenoloji
müşahidələrin gücləndirilməsi əsas mübarizə
tədbirlərindən biridir.
Asteraceae Dumort. - Aster
çiçəklilər fəsiləinə
aid
Hohenaker kuziniyası- Cousinia hohenackeri
Fisch. et C.A.Mey. m
əhdud areala malik növdür.
Azərbaycan florasında yalnız Bozqır yaylasında və
Diabar botaniki-
coğrafı rayonunda yayılması
genofondunun qorunmas
ı üçün əsas göstəricidir.
70
Babakişiyeva və İbadullayeva
1931-
ci ildə T.Qeydeman tərəfindən Bozdağ
silsiləsindən toplanılmışdır. Lakin bu son 80 ildən
çox bir dövr ərzində bu bitki bir dəfə də olsun
toplanmamışdır, ola bilsin ki, növ tamamilə məhv
olmuşdur. Ərazilərin səmərəsiz otarılması,
antropogen amillərin otlağa mənfi təsirinin
nəticəsidir ki, növ tamamilə məhv olmuşdur.
Ədəbiyyat mənbələrinə əsaslanaraq uyğun
ərazilərdə bitki tərəfimizdən axtarılsa da
tapılmamışdır.
Şərq kuziniyası- Cousinia orientalis (Adams.)
C.Koch.
fəsilənin nadir və məhdud areala malik
növlərindəndir. 1928-ci il A.Kolakovski Kür
düzünün Poylu
və Salahlı kəndi arasından və
M.Saxokiya
tərəfindən 1929-cu ildə Bozqır
yaylasının Acınohur bozqırlarından toplanılmışdır.
Qeyd
etmək lazımdır ki, bu növ son 85 ildən çox
bir
müddət ərzində bir dəfə də olsun yenidən
toplanmamışdır. Növ ola bilsin ki, məhv edilmişdir.
Biz
yuxarıda qeyd edilən əraziyə bir neçə dəfə
ekspedisiya
təşkil etmiş, lakin bu bitkiyə rast
gəlməmişik. Toxumlarının mübadilə yolu ilə əldə
edilərək bərpası istiqamıtində tədqiqat işi aparılır.
Göyzəbankimilər - Boraginaceae Juss.
fəsiləsinin Nazikçiçək buqlossa - Buglossoides
tenuiflora (L. fil.) Johnst. (=Lithospermum
teniflorum L.) növü nadir bitkidir. Qafqaz
florasında yalnız Azərbaycanda yayılan bu növün
öyrənilməsinin və genofondunun saxlanılmasının
böyük
əhəmiyyəti vardır. Bu növə aid herbari
materialı AMEA Botanika İnstitutunun Mərkəzi
herbariumunda yoxdur. Tipi Sankt-Peterburqda
saxlanılır. Növ fərdlərinin sayı azaldığından ola
bilsin ki, tamamilə məhv olmuşdur. Təbiətdə
yayılma sahəsi müəyyən edilməmişdir, fərdlərini
tapılması istiqamətində daima müşahidələr aparılır.
Təbii fəlakət, torpaq eroziyası və otlaqlardan
səmərəli istifadə edilməməsi əsas məhvedici
faktorlar
ından biridir. Təbiətdə yayılması haqqında
tam məlumat yoxdur.
Kələmkimilər
-
Brassicaceae
Burnett.
fəsiləsinin Jerar ərəbotu - Arabis gerardii (Bess.)
Koch növü a
realı qısalan, nadir, bəzək və yem
bitkisidir. Genetik cəhətcə çox maraqlı materialdır.
Genofondunun
saxlanılması üçün bu növün
hərtərəfli öyrənilməsi məqsədəuyğundur. Bozqır
yaylasında kolluqda, meşə talasında, xırda
təpəciklərdə nadir hallarda rast olunur. Bozqır
yaylasında yayılma sahələrinin səmərəsiz otarılması,
təbii fəlakət fərdlərin sayının azalmasına təsir edir.
Fəsilənin nadir növlərindən biri də
Neotorularia
eldarica
(Grossh.)
V.Avet.
(=Torularia eldarica
Grosh.)
–
Eldar
yeniməsməsidir. Arealı qısalan, nadir və endemik
bitkidir.
Azərbaycanda Bozqır yaylası və Kür
düzündə kiçik biotoplarda rast gələn bitkinin
fərdlərinin sayı get-gedə azalır. Ərazidən səmərəsiz
istifadə edilməsi və təbii fəlakətlər nadirləşməsinin
əsas təsiredici faktorudur. Bitki fərdləri üzərində
fenoloji
müşahidələrin
gücləndirilməsi,
lokalitələrinin yayıldığı sahələrnin otarılmasının
azaldılması və toxumunun toplanıb münasib
sahələrdə çoxaldılmasının elmi təşkili indiyədək
hazırlanmamışdır. 2013-cü ildə bitkiyə aid 3-4 fərd
tapılmışdır, toxum tədarükü gözlənilir.
Qərənfilçiçəklilər fəsiləsi – Caryophyllaceae
Cuss.
Azərbaycanda 86 cinsə aid 171 növlə təmsil
olunur
. Bunlardan 1 növü Divarkənarı qumsevən –
Psammophiliella muralis
(L.)
İkonn.
(=Gypsophila muralis L.) nadir bitkidir. Ərazidə ola
bilsin ki, tamamilə məhv olmuşdur, buna görə də
onun tədqiqi böyük əhəmiyyət kəsb edir.
Azərbaycan florasında cinsin yeganə növü
olduğundan genofondun saxlanılması üçün
qorunma
sı vacibdir. Mərkəzi Herbariumun təftişinə
əsasən demək olar ki, 1929-cu ildə A.Kolakovski
tərəfindən toplanılsa da, bu 80 il ərzində yenidən
toplan
ılmamışdır. Gman edilir ki, antropogen
amil
lər bitkinin məhv olmasına səbəb olmuşdur.
Təbiətdə növün axtarılmasının davam etdirilməsi,
müşahidələrin aparılması, arealı müəyyən etdikdən
sonra yasaq şəklində qorunması və münasib
sahələrdə çoxaldılması tövsiyə edilir.
Tərəkimilər fəsiləsi – Chenopodiaceae Vent.
aid
Ağ
sirkən
-
Atriplex cana
C.A.Mey.
Azərbaycanda yalnız Bozqır silsiləsinin
Böyrük-Enci
yaylasında rast gəlinir və saksaul kimi
yanacaq bitkisi olmaqla onun genofondunun
saxlanılması üçün qorunması məqsədəuyğundur.
Ərazinin səmərəsiz otarılması, bitkinin
gövdəsindən yanacaq kimi istifadə edilməsi
fərdlərin sayının azalmasına səbəb olmuşdur. Təbii
fəlakətlər o cümlədən, torpaq eroziyası, sahənin
otarılması bitkiyə təsir edən əsas faktorlardan
biridir.
Sərvkimilər fəsiləsinə Cupressaceae Rich. Ex
Bartl. aid
Foetid ardıcı - Juniperus foetidissima
Willd. üçüncü dövr
ün etalon bitkilərindən biridir.
Nadir və məhvolma təhlükəsi qarşısında qalan bitki
kimi Qırmızı kitabın II nəşrinə daxil edilmişdir,
məhdud areala malik olan bitki kimi genofondunun
s
axlanılmasının əhəmiyyəti böyükdür. Bozqır
yaylasında Əldcan və Göyçay arasında tək-tək rast
gəlir. Turyançay Dövlət qoruğunda mühafizə
olunur. Toxumlarının quşlar, gəmiricilər tərəfindən
məhv edilməsinin qarşısının alınması üçün
mübarizə tədbirləri işlənib hazırlanmalıdır.
Paxlakimilər – Fabaceae Lindl. fəsiləsinin
Andrec astrakantı - Astracantha andrejii
(Rzazade) Czer. növü endemik, dar
areallı olmaqla
Qafqaz florasında yalnız Bozqır yaylası botaniki-
coğrafı
rayonunda
yayıldığından
bitkinin
qorunması vacibdir. Herbari materiallarından aydın
olur ki,
Palantökən silsiləsindən Şelkovnikov və
71
Gəncə-Qazax Florasinin Nadir Növləri
Çomaxlı stansiyası ətrafından dəniz səviyyəsindən
200-
300 m hündürlükdən F.Alekseyenko tərəfindən
toplan
ılmışdır. Antropogen amillər, təbii fəlakətlər
o cümlədən torpaq eroziyası növün azalmasının
əsas təsiredici amilləridir. Qeyd edilən ərazinin
yasaqlar tipində qorunması, təbii fəlakətlərə qarşı
mübarizə tədbirlərinin işlənilib hazırlanması
tövsiyə edilir.
Xırdaçiçək qılınclı – Securigera parviflora
(Desv.) Lassen (= Coronilla parviflora Willd.)
f
əsilənin nadir, məhdud areala malik növüdür.
Tədqiq edilən sahədə lokal biotipinə yalnız Bozqır
yaylasında İvanovka kəndi ətrafında, kolluqda rast
gəlinir. Təbiətdə bitkinin fərdləri üzərində nəzarətin
gücləndirilməsi, münasib sahələrdə onun geniş
introduksiyası təşkil olunmalıdır.
Güney
gəvəni – Astragalus gjunaicus Grossh.
Kiçik
Qafqazın şimal hissəsinin Kəpəz dağının
yuxarı dağ qurşağının quru daşlı yamaclarında
yayılmışdır. Bitkinin fərdlərinin azalmasına səbəb
təbii
aşınma,
torpaqların
deqradasiyasıdır.
Müharibə şəraitinə görə son dəfə 2000-ci ildə
müşahidə edilmiş, lakin toplanılmamışdır.
Balaca
əqrəbotu – Scorpiurus minimus
Losinsk. az
yayılan, nadir bitkidir. Bozqır
yaylasının quru otlu yamaclarında rast gəlinir. Növ
az
sahədə yayıldığından antropogen amillərin
təsirindən fərdlərin sayı get-gedə azalır. Təbiətdə
bitki
üzərində nəzarətin gücləndirilməsi, münasib
sahələrdə çoxaldılmasının geniş tədqiq edilməsi
əsas qorunma tədbirlərindən biridir.
Qlobularia
kimilər – Globularisceae DC.
fəsiləsinin Adi qlobulariya – Globularia vulgaris
L. nadir
və nəsli kəsilmək təhlükəsində olan, arealı
daralan növlərdən biridir. Qafqaz florasında yalnız
Azərbaycanın Göygöl rayonu ərazisində rast
gəlindiyindən genofondunun saxlanılması üçün
mühafizə edilməlidir.
Otlaqlardan səmərəli istifadə edilməməsi
bitkinin sayının azalmasına səbəb olur. Bitki
toxumla çoxalır.
İridaceae Juss. –Süsənkimilər fəsiləsinin
Kamillə süsəni – İris camillae Grossh. nadir,
Cənubi Zaqafqaziyanın dar areallı endemik
növüdür. Bitki
Bozqır yaylasının, Kür düzündə
yerləşən Samux rayonunun Qaradaşlı və Qazangöl
ətrafında quru çınqıllı yamaclarda yayılmış və
oradan
elm üçün təsvir edilmişdir. Bir-neçə
variasiyası elmə məlumdur (var. emaculata
Grossh., var. maculata Grossh.)
, onların formaları
kulturadadır: f.lutla, f.coerulea, f.pseudoiberica,
f.sulpharea, f.variegata, f.commanis, f.pollida,
f.bicolor, f.grossheimii, f.divacea, f.violacea
və
f.speciosissima.
Bitkinin məhvolma səbəblərindən biri
kökümsovunun çıxarılması, sahənin sistemsiz
otarılması, çiçəyinin toplanmasıdır. Respublikanın
bağ və xiyabanlarında, həyətyanı sahələrdə
becərilir. AMEA Botanika İnstitutunun dendroloji
sahəsində introduksiya olunmuşdur.
Bu növ Azərbaycanın «Qırmızı kitab»ına daxil
edilmişdir (1989, 2013). Aparılan tədqiqat
nəticəsində yuxarıda qeyd edilən 2 variasiya və 12
formadan 3-
ü Bozqır yaylası botaniki-coğrafı
rayonu üçün ilk dəfə olaraq yeni areal kimi bizim
tərəfimizdən göstərilir: İris camillae f.coerulea, İris
camillae f.lutea
və İris camillae f.sulphurea.
Gürcü süsəni – İris iberica Hoffm. nadir,
məhdud areala malik olan, fərdlərinin sayı azalan
bitkidir.
Yaxşı
bəzək
bitkisidir,
Qafqaz
endemiki
dir. Azərbaycan ərazisində Bozqır yaylası,
Kür düzünün dağətəyi düzənliyinin daşlı-çınqıllı
sah
ələrində rast gəlinir. Gürcüstanınn Tbilisi
ətrafından elm üçün təsvir edilmişdir. Bitki
yayıldığı Eldar oyuğu Dövlət qoruğunda qorunur.
«Qırmızı kitab»a daxil edilmişdir.
Cırtdan (qısaboy) süsən – İris pumila L. nadir
və məhdud areala malik, bəzək bitkisidir. Kür düzü,
Boz
qır yaylasında, düzənlikdə, otlu yamaclarda,
kolluqda
lokal biotiplərinə rast gəlinir. Bitkinin
yayıldığı
ərazinin
səmərəsiz
otarılması,
kökümsovunun və çiçəklərinin toplanması qəti
qadağan edilməlidir. Antropogen və təbii amillər
fərdlərin məhv olmasına səbəb olan əsas faktordur.
Aleksey süsəni – İris alexeenkoi Grossh.
Nadir, az
yayılan Azərbaycanın endemik növüdür.
Genofondunun
saxlanılması üçün bitki mühafizə
olunmalıdır. Qazax rayonunun Gül-güllü və
Ağdaşdan təsvir edilmişdir. Torpağın eroziyası,
otlaqlardan
səmərəsiz istifadə, çiçəklərin və
kökümsovların toplanması, kök boğazlarının
gəmiricilər tərəfindən yeyilməsi bitkinin məhvolma
səbəbləridir.
Gəncə-Qazax
ərazisində
ziyanvericilərə, xüsusən gəmiricilərə qarşı müvafiq
mübarizə aparılmasa bitki tamamilə sıradan çıxa
bilər.
Şelkovnikov süsəni – İris schelkownikowii
(Fomin) Fomin m
əhdud areala malik endemik
bitkidir. Genofondun saxlanılması qorunması
vacibdir.
Azərbaycanda yalnız Bozqır yaylası
Samux rayonu ərazisinin Göytəpə sahəsinin aşağı
dağ qurşağının quru gilli və daşlı yamaclarında
yayılmışdır.
Nadirləşməsinin
əsas faktoru
antropogen amillərdir.
Tədqiqat ərazisindən ilk dəfə aşağıdakı 4
forma
tapılmışdır: İ.schelkownikowii f. pallida
Grossh., f.coerulea Grossh., f.violascens Grossh.
və
f. bimaculata Grossh.
Cil
kimilər – Cyperceae Juss. fəsiləsinə aid
Enliyarpaq tüklücə – Eriophorum latifolium
Hoppe. növü
Azərbaycan ərazisində yalnız Kiçik
Qafqazın şimalında yayılmış nadir bitkisidir. Çox
az yayılan yüksək dağ bataqlıq bitkisi olduğundan
genofondun saxlanılması üçün qorunmalıdır.
72
Babakişiyeva və İbadullayeva
Cığkimilər– Juncaceae Juss. fəsiləsinin Sahil
cığı – Juncus littoralis C.A.Mey. növü məhvolma
təhlükəsi qarşısında olan nadir bitkidir. Ümumi
Azərbaycan ərazisində geniş yayılsa da Bozqır
yaylası botaniki-coğrafı rayonunda çox az rast
gəlinir. Qorunmasına ehtiyac vardır.
Zanbaqkimilər– Liliaceae Juss. fəsiləsinə aid
Eyxler dağlaləsi – Tulipa eichleri arealı daralan
Şərqi Zaqafqaziyanın endemik növlərindəndir.
Bitkinin soğanaqcığının və çiçəyinin toplanması,
yayıldığı sahənin otarılması məhv olmasına təsir
edən
əsas
faktorlardandır.
Azərbaycan
Respublikasının «Qırmızı kitab»nın II nəşrinə daxil
edilmişdir.
Biberşteyn dağlaləsi – Tulipa biebersteiniana
Schult. Et. Schult. fil. nadir, növdür.
Bozqır
yaylasının Acınohur sahəsində quru otlu
yamaclarda, kolluqlarda, otlaqlarda
təsadüf olunur.
«
Qırmızı kitab»a daxil edilmişdir. Mədəni halda
becərilməsi, sahəsinin genişləndirilməsi və bitkinin
toplanması qəti qadağan edilməli, mübarizə
tədbirləri hazırlanıb həyata keçirilməlidir. Bitkinin
rast
gəlindiyi ərazidə yasaqlar təşkil edilməlidir.
Dəvəayağıkimilər– Limoniaceae Ser. (=
Plumbaginaceae Lindl.)
fəsiləsinin Fomin fomin
tıs-tısı – Acantholimon fominii Kusn. növü dar
areala malik olan endemik bitkidir.
Azərbaycanın
endemik
bitkisi
olduğundan genofondunun
saxlanılması üçün mühafizə olunmalıdır. Ellər
oyuğunda Bozdağ silsiləsində dağ ətəyində, gilli və
daşlı sahələrdə yayılması barədə məlumatlar olsa da
s
on 90 ildən çox bir vaxt ərzində bir dəfə də olsun
ki, yenid
ən toplanmamışdır. Ola bilsin ki, növ
tamamilə məhv olmuşdur. Tədqiqat davam etdirilir.
Nazikquyruq
tıs-tıs
-
Acantholimon
lepturoides (Caub.et Spach) Boiss.
Qafqazın
endemik bitkisi olmaqla nadir növdür. Bunun üçün
genofondunun
saxlanılması vacibdir. Azərbaycan
ərazisində Bozqır yaylası və Kiçik Qafqazın şimal
sahəsinin quru gilli və daşlı yamaclarında
yayılmışdır.
Nazikçiçək tıs-tıs - Acantholimon tenuiflorum
Boiss. n
adir və məhdud areallı endemik bitkidir.
Çox az yayılan, az populyasiyaya malik endemik
növ olduğundan genofondunun qorunması vacibdir.
Təbii fəlakətlər, o cümlədən torpaq eroziyası,
antropogen amillər bitkinin məhvolmasına gətirib
çıxara bilər.
Günotukimilər – Hemerocallidaceae R. Br.
fəsiləsinin Kürən günotu – Hemerocallis fulva L.
a
realı qısalan, nadir növdür. Bozqır yaylasının
Dəhndağ sahəsində rast gəlinir. Sahənin səmərəsiz
otarılması növün məhv olmasına təsir edən
faktorlardan biridir. Bitkinin soğanaqcıqlarının
toplanması, heyvanların bu sahədə otarılması qəti
qadağan edilməlidir.
Əməköməcikimilər – Malvaceae Juss.
fəsiləsinin Meşə əməköməci, Balba – Malva
sylvestris L.
Bozqır yaylasında az-az rast gəlinir.
Otlaqların səthi yaxşılaşdırılması tədbirləri,
antropogen amillər fərdlərin sayının azalmasına
səbəb olur. Genofondunun qorunması üçün ADAU-
nun dendraloji sahəsində və Gəncə şəhəri
Yaşıllaşdırma idarəsinin təcrübə sahəsində
A.İsgəndərova tərəfindən becərilərək genofondu
qorunur.
Kiçicik əməköməci – Malva parviflora L.
m
əhvolma təhlükəsi qarşısında qalan nadir bitkidir.
Dərman, vitaminli, qanyaradıcı, bəzək və qiymətli
bitki olduğundan genofondunun saxlanılması üçün
növ
mühafizəsi
edilməlidir.
Yaşıllaşdırma
idarəsinin dendraloji sahələrində A.İsgəndərova
tərəfindən becərilmişdir.
Səhləbçiçəklilər
–
Orchidaceae
Juss.
fəsiləsinin Qəşəng qayışçiçək – Himatoglossum
formosum (Stev.) C.Koch növü
tamamilə məhv
olmaq üzrədir. Yaraşıqlı bəzək və dərman
bitkisidir. Şərqi Zaqafqaziyanın endemik növü
olduğundan genofondunun saxlanılması vacibdir.
Təbii fəlakət və otarılma lokalitetlərinin sayının
a
zalmasına səbəb olur. AMEA Mərkəzi Nəbatət
bağında becərilir. «Qırmızı kitab»lara daxil
edilmişdir.
Şamkimilər– Pinaceae Lindl. fəsiləsinə aid
Eldar şamı – Pinus eldarica Medw. nadir, çox az
yayılan Azərbaycanın endemik bitkisidir. Ellər
oyuğunda 400-600 m hündürlükdə, əhəngli, duzlu
torpaqlarda
yayılmışdır.
Gəncə
şəhərində
yaşıllaşdırmada istifadə edildiyi üçün genofondu
qorunur.
Qırtıckimilər – Poaceae Barnhart fəsiləsinə aid
Qafqaz şiyavı – Stipa caucasica Schmalh. növü
ərazinin otaq sahələrində lokallaşır, səmərəsiz
istifadə edilməsinə görə sayı durmadan azalmışdır.
Bitkinin qılcıqlarının toplanması nadirləşməsinin
əsas təsiredici amillərindən biridir.
Çəltikvarı leersiya – Leersia oryzoides (L.)
Sw. Az
yayılan, arealı qısalan bitkidir. Azərbaycan
flo
rasında yalnız Kiçik Qafqazın şimalında rast
gəlindiyindən genofondunun qorunması vacibdir.
Göygöl rayonu
ərazisində, aranda, rütubətli
yerlərdə, çay, göl ətrafında, alaqlı yerlərdə rast
gəlir. Bitkinin lokaliteti olan ərazi yasaq şəklində
qorunmalı, fərdlər üzərində nəzarət gücləndirilməli,
toxumu münasib
sahələrdə əkilməlidir.
Nar – Punicaceae Horon.
fəsiləsinin yegə
növü olan Nar – Punica granatum L. relikt bitki
olmaqla, ərzaq, dərman, rəngləyici, aşılayıcı, bəzək
və s. kimi geniş istifadə edilir. Təbii bitmə sahələri
antropogen təsirlərdən azalmağa başlamışdır.
Bozqır yaylasının Acınohur qış otlaq sahəsinin Şəki
yaylası nahiyəsindən bu növün yeni areal olaraq
variasiyası Punica granatum var. parvilofa məlum
edilmişdir.
73
Gəncə-Qazax Florasinin Nadir Növləri
Pirolakimilər – Pyrolaceae Dumort. fəsiləsinin
Pyrola media Sw. növü ç
ox nadir, az yayılan
bitkidir. Azərbaycan ərazisində yalnız Kiçik
Qafqazın şimal hissəsinin Göy-göl ətrafından bir
dəfə 1945-ci ildə Ş.Əfəndiyeva tərəfindən
toplan
ılmışdır. Herbari materialına əsasən bu növün
Göygöl ətrafında olması aydınlaşır, lakin 2002-ci
ildən göl ətrafına xüsusi buraxılış verilmədiyi üçün,
yeni məlumat əldə edə bilməmişik.
Qaymaqçiçəkkimilər – Ranunculaceae Juss.
fəsiləsinin Aleksey qaymaqçiçəyi – Ranunculus
illyricus L. (= Ranunculus alexeenkoi Grossh.)
növü n
adir, Azərbaycanın endemik bitkisidir.
Azərbaycan ərazisində yalnız Qobustan və Bozqır
yaylasında rast gəlinir.
Bitki son 50-
60 ildə yenidən toplanmamışdır.
Antropogen amillər və ya təbii faktorlar nəticəsində
fərdlərin sayı azalmış, arealı get-gedə daralmış və
nəticədə ola bilsin ki, məhv olmuşdur.
Gülçiçəkkimilər – Rosaceae Cuss. fəsiləsinə
aid
Qırmızı tubulqa – Pyracantha coccinea M.
Roem. növü y
axşı bəzək, quşlar üçün yem, torpaq
eroziyasına qarşı istifadə edilən əvəzsiz material
olduğundan genofondunun mühafizəsi vacibdir.
Bitkinin kökündən çıxarılması fərdlərin sayının
azalmasına səbəb olur. Turyançay dövlət
qoruğunda nüsxələri qorunur.
Tüklüçiçək yemişan – Crataegus eriantha
Pocar. A
zərbaycanın endemik bitkisidir. Ərazidə
növəmələgəlmə
prosesinin
yaranmasında,
növmüxtəlifliklərinin öyrənilməsində bu taksonun
xüsusi rolu olduğundan genofondunun qorunması
vacibdir.
Bitkinin kəsilməsi və antropogen amillər
fərdlərin sayının azalmasına səbəb olur.
Qaya dovşanalması – Cotoneaster saxatilis
Pocark.
Azərbaycanın
və
ümumilikdə
Zaqafqaziyanın nadir, məhdud areala malik
endemik bitkisidir.
Antropogen amillər azalmasının
əsas təsiredici faktorudur. Respublikanın Bozqır
yaylasının yalnız qərb nahiyəsində bir-neçə fərdinə
rast gəlinir. AMEA Mərkəzi Nəbatət bağında, park
və xiyabanlarda becərilərək mühafizə olunur. Təbii
reintro
duksiyasına böyük ehtiyac vardır.
Boyaqotukimilər – Rubiaceae Juss. fəsiləsinə
aid olan
Eldar dilqanadanı- Galium eldaricum
Grossh. a
realı get-gedə qısalan, nadir bitki
növüdür. Tərkibi rəngləyici maddə ilə zəngindir.
Azərbaycan üçün endemik növdür. Yalnız Bozqır
yaylasının daşlı-çınqıllı yamaclarında yayılmışdır.
Yayıldığı sahənin sistemsiz otarılması fərdlərin
sayının azalmasına səbəb olur. Samux rayonu
ərazisinin Ellər oyuğu Dövlət qoruğunda qorunur.
Keçiqulağıkimilər– Scrophulariaceae Cuss.
fəsiləsinin Ardıc bulaqotu – Veronica arceuthobia
Woronow
Azərbaycan florasının endemik
bitkisidir. Bozqır yaylasının otlu yamaclarında,
kolluq
larda, ardıc kolları arasında tək-tək rast
gəlinir. Fərdlər üzərində müşahidələrin aparılması,
toxumunun toplanıb münasib sahələrdə əkilməsi
genofondun qorunması üçün əsas şərtdir.
Xırdaçiçək leptohabdos – Leptorhabdos
parviflora
(Benth.) Benth.
nadir bitkidir.
Azərbaycan florasında nadir və az rast gəlinəndir.
Genofondunun
qorunması üçün bitkinin mühafizəsi
vacibdir.
Təbiətdə az rast gəlindiyindən son 20-30
il ərzində bu bitki yenidən toplanmamışdır. Bitki
ola bilsin ki, tamamilə məhv olmuşdur.
Pişikotukimilər – Valeriaceae Botsch.
fəsiləsinin Lipski valerianotu – Valerianella lipskyi
Lincz. m
əhvolma qarşısında qalan nadir növü
Qafqazda yalnız yalnız Bozqır yaylası botaniki-
coğrafi rayonunun qumsal sahələrində yayılmışdır.
Aşqabad ətrafından elm üçün təsvir edilmişdir.
Bitki fərdlərinin üzərində nəzarətin gücləndirilməsi,
geniş sahələrdə becərilməsi genofondunun
saxlanılması üçün vacib şərtlərdəndir.
Üzümkimilər – Vitaceae Cuss. fəsiləsinin Meşə
üzümü - Vitis sylvestris C.C.Gmel. növü a
realı
qısalmaqda olan nadir bitkidir. İstiliyə və soyuğa
davamlıolduğu üçün ilkin sortların və seleksiya
əhəmiyyətli yeni hibrid sortların alınmasında,
mədəni
üzüm
sortlarının
məhsuldarlığının
artırılmasında istifadə edilməsi üçün genofondun
qorunma
sının əhəmiyyəti böyükdür.
Azərbaycanın I və II nəşr «Qırmızı kitab»``ına
(1989, 2013)
daxil edilmişdir.
Yanacaq üçün bitkinin kəsilməsi, çay kənarı
meşələrdən istifadə edilməsi və ya onun
çiçəklərindən
üzümün
məhsuldarlığının
artırılmasında istifadəsi qəti qadağan edilməlidir.
Güründüyü kimi
Gəncə-Qazax ərazisindən 28
fəsiləyə aid 40 cins və 50 növün nadirləşməsi və ya
itməsi müəyyənləşdirilmişdir. Ərazidə aparılan
ekspedisiyalar zamanı və floranın təftişindən
toplanılan herbari nümunələri içərisindən İris Juss.
Cinsinə aid yeni formalar aşkar edilmişdir: İris
camillae (
İ.camillae f.coerulea, İ.camillae f.lutea və
İ.camillae f.sulphurea), İris schelkownikowii
(
İ.schelkownikowii
f.
pallida
Grossh.,
İ.schelkownikowii
f.
coerulea
Grossh.,
İ.schelkownikowii f. violascens Grossh. və
İ.schelkownikowii f. bimaculata Grossh.) yeni
formala
rına rast gəlinmişdir.
Punica granatum
növünün ilk dəfə olaraq yeni
variasiyasının (Punica granatum var.parvilofa)
arealı tapılmışdır.
ƏDƏBIYYAT
Azərbaycan SSR-in Qırmızı kitabı (1989) I nəşr,
Bakı.
Azərbaycan Respublikasının Qırmızı kitabı
(2013) II n
əşr. Bakı, 673 s.
74
Babakişiyeva və İbadullayeva
Səfərov C.Q. (2012) Texnogen tullantılar şəraitində
bitən bəzi iynəyarpaqlı növlərin morfo-anatomik
analizi və tolerantlıq xüsusiyyətlərinin artırıilması.
Biol. elm.
üzrə fəls. dokt. dis. avto-tı. Bakı, 22s.
Şahmuradova M.C., İbadullayeva S.C. (2013)
Göygöl rayonunun faydalı bitkilərinin sistematik-
ekoloji təhlili. AMEA Gəncə bölməsi Xəbərlər
məcmuəsi, №53: 9-19.
Бейдеман И.Н. (1974) Методика изучения
филогении
растений
в
растительных
сообществах. Новосибирск: Наука СО, 155 с.
Гаджиев В.Д. (1990) Высокогорная раститель-
ность Малого Кавказа. Баку: Элм, 211 с.
Гаджиев В.Д., Алиев Д.А., Кулиев В.Ш.,
Вагабов
З.В.
(1990)
Высокогорная
растительности Малого Кавказа (в пределах
Азербайджана). Баку: Элм, с. 10-22.
Попов М.Г. (1963) Основы флорогенетики. М.,
153 с.
Работников Т.А. (1950) Жизненный цикл
многолетняя травянистых растении в луговых
уснозах. В кн.: Геоботаника, М.:Л.: c. 7-204.
Флора Азербайджана (1952-1961) В 8-х т. Т. 2-
8,
Баку: Изд-во АН Азерб. ССР.
Черепанов С.К. (1995) Сосудистые растения
России и сопредельных государств (в пределах
бывшего СССР). CпБ: Мир и семья-95, 990 с.
Braun-Blanquet C. (1937) Sur L’origine des
elements de la flora Mediterranean. Stat. inst.
Geobot. Medit. alpine., Montpellier, 56: 8-13.
Walter H.
(1956)
Das problem der
Tentralanatolischen Steppa. Die
Naturwissenschoften, 43: 97-102.
Zahary M. (1963) On the geobotanical structure it
Iran. Bull. Res. Council of Israel. Sect. D. Bot.,
11D. Cupp.: 1-113.
Редкие Виды и Новые Таксоны Гянджа-Газахской Флоры
Т.С.Бабакишиева
1
,
С.Дж.Ибадуллаева
2
1
Азербайджанский государственный аграрный университет
2
Институт ботаники НАНА
Выявлена опасность исчезновения 51 вида, относящихся к 41 роду и 29 семействам Гянджа-
Газахской флоры и подготовлен план естественного возобновления этих видов. Впервые обнаружены
новые формы редких видов Iris camillae (I. camillae f. coerulea, I.camillae f.lutea и I. camillae f.
sulphurea), I. schelkownikowii ( I.schelkownikowii f. pallida Grossh., I.schelkownikowii f. coerulea Grossh.,
I.schelkownikowii f. violascens Grossh.
и I.schelkownikowii f. bimaculata Grossh.), а также вариация
Punica granatum (Punica granatum var.parvilofa).
Ключевые слова: Гянджа-Газахская территория, редкие и эндемичные виды, новые ареалы
Rare Species And New Tacsons Of The Flora of Ganja-Gazakh Region
T.S.Babakishiyeva
1
, S.J.Ibadullayeva
2
1
Azerbaijan State Agrarian University
2
Institute of Botany, ANAS
Threat of disappearance of 51 species belonging to 41 genera and 29 families of the flora of Ganja-Gazakh
region has been ascertained and a plan of natural renovation of these species has been developed. New forms
of rare species as: Iris camillae (
I.camillae f.coerulea, I.camillae f.lutea və I.camillae f.sulphurea), I.
schelkownikowii ( I.schelkownikowii f. pallida Grossh., I.schelkownikowii f. coerulea Grossh.,
I.schelkownikowii f. violascens Grossh. and I.schelkownikowii f. bimaculata Grossh.) as well as variation of
Punica granatum ( Punica granatum var. parvilofa) have been found out for the first time.
Key words: Ganja-Gazakh area, rare and endemic species, new areals
75
Document Outline - Səfərov C.Q. (2012) Texnogen tullantılar şəraitində bitən bəzi iynəyarpaqlı növlərin morfo-anatomik analizi və tolerantlıq xüsusiyyətlərinin artırıilması. Biol. elm. üzrə fəls. dokt. dis. avto-tı. Bakı, 22s.
Dostları ilə paylaş: |