Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti



Yüklə 458,42 Kb.
səhifə1/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
  1   2   3   4   5   6   7   8   9   ...   112
TTT — копия




Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Dövlət Aqrar Universiteti



TƏHLÜKƏSİZLİK TEXNİKASI

GƏNCƏ 2021
Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının 12 iyul 2021-ci il tarixli iclasında (protokol №9) təsdiq edilmişdir.

Müəlliflər: Azərbaycan Dövlət Aqrar Universitetinin Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının əməkdaşları: dosent, t.f.d. E.C.Zeynalov, dosent, t.f.d. R.T.Xəlilov, dosent, t.f.d. S.Ş.Vəliyev, dosent, t.f.d. N.M.Hacıyev, dosent, t.f.d. O.R.Əliyev, assistent Ş.S.Nuhuyeva, assistent Ə.Ş.Allazov.



Azərbaycan Dövlət Aqrar Universitetində yanğın təhlükəsizliyi üzrə təlimat

(Universitetin bütün strukturları üçün)


1. Ümumi qaydalar

1.1.Universitetdə yanğın təhlükəsizliyi qaydaları tələblərinə riayət etmək bütün əməkdaşlar üçün məcburidir.

1.2. Yanğın təhlükəsizliyi təmin edilərkən qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin müəyyən edilmiş qaydada təsdiq olunmuş digər normativ sənədlər rəhbər tutulmalıdır.

1.3. Universitetdə yanğın zamanı insanların təhlükəsizliyi tə­min edilməli, yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.

1.4. Universitetin bütün işçiləri, yanğına qarşı ilkin təlimatlandırıldıqdan sonra işə buraxılmalıdırlar. İşin xüsusiyyəti dəyişdikdə isə müəyyən edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində xəbər verilməsi və söndürülməsi üsullarının öyrədilməsi üzrə əlavə təlimat keçirilməlidir. Hər bir vəzifəli şəxs, mühəndis-texniki heyət və təhsilalanlar ilkin və sonrakı (ildə bir dəfədən az olmayaraq) yanğına qarsı təlimatlandırılaraq, bu haqda xüsusi yanğına qarşı təlimatlandırma jurnalında imza etməlidirlər.

1.5. Binaların, tikililərin, otaqların, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər universitetin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilirlər.

1.6. Yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozul­ması­na görə hüquqi, fiziki və vəzifəli şəxslər qüvvədə olan qanunveri­ciliyə əsasən məsuliyyət daşıyırlar.

1.7.Vəzifəli şəxslər, yanğın təhlükəsizliyinin təmin edilməsinə müəyyən edilmiş qaydada təyin edilmiş şəxslər yanğın təhlükəsizliyi qaydalarının, göstərişlərin, qərarların və yanğın nəzarəti üzrə dövlət yanğın nəzarəti orqanlarının digər qanuni tələblərinin vaxtında yerinə yetirilməsini təmin etməlidirlər.

1.8.Universitetin məsul şəxsləri yanğın təhlükəsizliyi tələb­lə­rinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində aşağıdakı vəzi­fələri yerinə yetirməlidir:

1.8.1. Yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

1.8.2. Yanğın Təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;

1.8.3. Yanğına qarşı təbliğat aparmaq, habelə işçilərə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək;

1.8.4. Yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək;

1.8.5. Yanğından mühafizə bölmələrini qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;

1.8.6. Yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulma-sında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və onun bölmələrinin əməkdaşlarına köməklik göstərmək;

1.8.7. Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və universitetin başqa obyektlərinə daxil olmasını təmin etmək;

1.8.8. Azərbaycan Respublikasının Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin tələbi ilə uviversitetin yanğın təhlükəsizliyi vəziyyəti barəsində, habelə ərazidə baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;

1.8.9. Yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığını, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə şəhər və rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə və ya onun bölmələrinə ləngimədən məlumat vermək;

1.8.10.Universitet binalarının əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini Dövlət Yanğın Nəzarəti Orqanları ilə razılaşdırmaq, həmçinin yuxarıda adları çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi barəsində həmin orqanlara mə`lumat vermək.

1.9. Yanğın Təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər:

1.9.1. Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və qaydalara ciddi riayət etmək;

1.9.2.Binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq;

1.9.3. Yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinə məlumat vermək;

1.9.4. Yanğından Mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək, yanğını söndürmək üçün mümkün tədbirlər görmək;

1.9.5. Yanğının söndürülməsində yanğından mühafizə bölməsinə kömək göstər-mək;

1.9.6. Dövlət Yanğın Nəzarəti Orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

1.9.7.Universitetin təsərrüfat, bina və tikililərdə yanğın təhlükə­siz­li­yinin tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün şəhər və rayon Dövlət Yanğın Nəzarəti Orqanı vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə