Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri



Yüklə 458,42 Kb.
səhifə6/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   2   3   4   5   6   7   8   9   ...   112
TTT — копия

6. Elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri

6.1. Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər.

6.2. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri) müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər.

6.3. İşin sonunda təyinatdan asılı olmayaraq, nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası, eləcə də elektrik qurğuları istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövrədən açılmalıdır.

6.4. Elektrik ötürücü xətlərini və xarici (çöl) elektrik naqillərini yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların üzəri ilə çəkilməsinə icazə verilmir.

6.5. Elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur:

- elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (tə`limatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək;

- nasaz elektrik qurğularından istifadə etmək;

- elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək;

- dayağı yanmayan materiallardan, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək;

- standartlara uyğun olmayan (qeyri-standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək;

- magistral kabel xətlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək;

- elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və s. qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq.

6.6. Ehtiyat elektrik dövrəsinin işçi və qəza işıqlandırma sisteminin qidalandırıcı və idarə etmə kabellərini topa şəkildə, bir boruda və ya tikinti konstruksiyalarını bağlı kanalı ilə birgə çəkilməsinə icazə verilmir.

6.7. İnsanların normal təhlükəsiz köçürülməsini həyata keçirmək məqsədi ilə «Çıxış» sözləri yazılmış işıqlı göstəricilər həmişə saz vəziyyətdə olmalıdır.

6.8. Daşınan elektrik işıqlandırıcıları elastiki elektrik naqillərinə malik olmalı, şüşə qapaqlarla və qoruyucu torla mühafizə edilməli və asmaq üçün qarmaqla təchiz olunmalıdırlar. Onların gərginliyi 36 V-dan artıq olmamalıdır.

6.9. Sofitləri quraşdıran zaman ancaq yanmayan materiallardan istifadə etməli, onların gövdəsi isə saxlayıcı trosdan təcrid (izolyasiya) olunmalıdır. Projektorları və sofitləri quraşdıran zaman, onlarla yanar materiallar arasında minimal məsafə 0,5 m olmalıdır. Linzalı projektorlar üçün isə minimal məsafə 2 m olmalıdır. Projektor və sofitlər üçün işıq süzgəcləri yanmayan materiallardan olmalıdır.

6.10. Avtomatik termonizamlayıcılarla təmin edilməmiş elektrik sobalarının istismarına icazə verilmir. Nasaz elektirik qızdırıcı qurğu və cihazlarının istismarı qəti qadağandır.




Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin