Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri



Yüklə 458,42 Kb.
səhifə3/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   2   3   4   5   6   7   8   9   ...   112
TTT — копия

3. Ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri

3.1. Ərazilər, bina, tikililər vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Yanar tullantıları, zibilləri və.s. xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb, sonra isə atmaq lazımdır.

3.2. Binaların, tikililərin aralarında olan yanğına qarşı ara məsafələrində malların yığılmasına, avtomobillərin dayanacaq kimi istifadə edilməsinə, bina və qurğuların (qurulmasına) tikilməsinə icazə verilmir.

3.3. Binalara, qurğulara, açıq anbarlara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın inventarları saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin, girişlərin tutulmasına qəti yol verilməməlidir.

3.4 Universitetin siqaret çəkmək üçün ayrılmamış yerlərində, yetiş­miş dənli və texniki bitkilərin zəmilərində siqaret çəkməyə icazə verilmir.

3.5. Bina və qurğuların aralarındakı layihə normaları ilə təyin edilmiş yanğına qarşı ara məsafələrində, bina və qurğulara 50 metrdən yaxın olmamaq şərti ilə tonqalların qalanmasına, tullantıların və boş qabların (taraların) yandırılmasına icazə verilir. Tullantıların və boş qabların (taraların) xüsusi ayrılmış yerdə yandırılması, xidmətçi heyətin nəzarəti altında həyata keçirilməlidir.

3.6. Yanğına qarşı su mənbələrinin, çöl (xarici) yanğın nərdivanlarının, bina və tikililərin girişlərinin tez tapılması üçün universitetin əraziləri gecə vaxtı işıqlandırılmalıdır.

3.7. Ərazidə yanar tullantılardan ibarət zibilliklərin yığılmasına icazə verilmir.




Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin