Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri



Yüklə 458,42 Kb.
səhifə4/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   2   3   4   5   6   7   8   9   ...   112
TTT — копия

4. Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri

4.1. Otaqların, binaların və tikililərin yanğına qarşı sistem və qurğuları (tüstüyə qarşı qoruma, yanğın avtomatik qurğuları, yanğına qarşı su təchizatı sistemləri, yanğına qarşı qapılar, klapanlar, yanğına qarşı divar və üst örtüklərindəki digər qoruyucu qurğular və s.) daim saz vəziyyətdə saxlanılmalıdır. Qapıların öz-özünə bağlanması üçün qurğular saz vəziyyətdə olmalıdırlar. Yanğına qarşı və ya tüstüyə qarşı qapıların (qurğuların) normal bağlanmasına mane olan hər hansı bir cihazların quraşdırılmasına icazə verilmir.

4.2. Yanğınla nəticələnə bilən nasaz qurğu, dəzgah və avadan­lıqlardan istifadə edilməsinə icazə verilmir. Eləcə də təyin edilmiş texnoloji rejimə, hərarətə, təzyiqə və digər təhlükəsizlik parametrlərinə nəzarəti təmin edən nəzarət ölçü və texnoloji avtomatik cihazları söndürülmüş vəziyyətdə olduqda, onların işləməsinə (istismarına) icazə verilmir.

4.3 Normativ tələblərə əsasən odadavamlı məhlulla hopdurulmuş taxta konstruksiyalı elementlər və parçalar müddəti keçdikdən sonra və öz hopdurulma keyfiyyətini itirdikdən sonra yenidən eyni məhlulla hopdurulmalıdırlar. Hopdurulmuş konstruktiv elementlərin və parçaların yanğına qarşı vəziyyəti ildə iki dəfədən az olmayaraq yoxlanılmalıdır.

4.4. Yanğına qarşı divarların, üst örtüklərinin və çəpərləmə konstruksiyaları-nın müxtəlif mühəndis və texnoloji kommunikasiyalarla kəsişdikləri yerlərdə əmələ gəlmiş dəlik və yarıqlar (aralar), tələb olunan odadavamlı, tüstü və qaz keçirməyən yanmayan tikinti qarışığı (məhlulu) və ya digər materiallarla tutul-malıdır.

4.6.Binaların və tikililərin otaqlarında aşağıdakılar qadağandır:

- bayır nərdivanlarına çıxışları mebellə, avadanlıqla və digər əşyalarla tutmaq;

-otaqların yığışdırılmasında benzindən, ağ neftdən, “AAM və YM” istifadə etmək, həmçinin donmuş boruları lehimləmə lampalarından və ya digər üsullarla açıq alovdan istifadə etməklə qızdırmaq;

- iş yerini yağlı sürtgü materiallardan təmizlənməmiş saxlamaq;

- müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər quraşdırmaq

4.7. Bina və tikililərin damlarındakı (örtüklərindəki) xarici (çöl) yanğın nərdivanları və sipərlər saz vəziyyətdə saxlanılmalı və ildə iki dəfədən az olmayaraq möhkəmliyi yoxlanılmalıdır.

4.8. Damın, texniki mərtəbələrin və zirzəmilərin pəncərələri şüşələnməlidir, qapıları isə bağlı vəziyyətdə olmalıdır. Qapıların üstündə açarın harada saxlanıldığı göstərilməlidir. Bina və tikililərin zirzəmi və yarımzirzəmilərinin xaricdən işıqlandırılması üçün nəzərdə tutulmuş qapı və pəncərə qarşısındakı oymaqlar, boşluqlar (çuxurlar) mütəmadi olaraq yanar zibildən təmizlənməlidir. Həmin pəncərə oymaqlarının birdəfəlik bağlanmasına icazə verilmir.

4.9. Maye yanacaqla işləyən qızdırıcı cihazların benzin ilə doldurulmasına icazə verilmir.

4.10. Binadakı adamların sayı köçürmə yollarının buraxma qabiliyyətindən asılı olaraq, layihələşdirmə normaları ilə təyin edilmiş miqdardan çox olmamalıdır. Hesabat üçün layihə normalarının göstəriciləri olmadıqda, binadan insanların köçürülməsinin təmin olunması vaxtını 2 dəqiqə qəbul edilməlidir.

4.11. Müxtəlif yağların silinməsi üçün istifadə olunmuş silgi materiallarının yığılması üçün qapaqla kip bağlanan metal qutu quraşdırılması vacibdir. Növbə qurtaran zaman qutu otaqdan çıxarılmalıdır.

4.12.Adamların kütləvi şəkildə iştirak etdiyi tədbirlərdə:

- iki köçürmə çıxışı olan, layihə normalarına cavab verən, pəncərələrində barmaqcıqlar olmayan, ikinci mərtəbədən yuxarıda yerləşməyən, yanar mərtəbəara örtüyü olan binalardan istifadə etməyə icazə verilir;

- elektrik işıqlandırma sistemi olmayan otaqlarda tədbir yalnız sutkanın işıqlı vaxtında keçirilməlidir;

- elektrik şəbəkəsində gərginliyi azaldan transformatorlardan istifadə olunmadığı zaman, çil-çıraqların bəzədilərək 12 Volta qədər gərginlikdən və 25 Voltdan çox olmayan lampalardan istifadə olunmalıdır;

- çil-çıraqlarda nasazlıq (məftillərin qızması, lampaların yanıb sönməsi, qığılcım olması və s.) aşkar olunduqda onu elektrik şəbəkəsindən tez bir zamanda ayırmaq lazımdır;

Aşağıdakılar qadağan olunur:

- sıralar arasındakı keçidin enini azaltmaq, keçidlərdə əlavə kresloların, stulların qoyulması və s.;

- səhnəcik və tamaşa vaxtı otaqlarda işıqların tam söndürülməsi;

- otaqlara normadan artıq nəzərdə tutulmuş adamların toplaşması.

Tədbirlərin aparılması zamanı məsul şəxslərdən ibarət növbətçilər təşkil edilməlidir.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin