9. Təxliyyənin idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına olan tələblər
9.1. Yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri (TX və PET) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq həyata keçirilməlidir. TX və PET xüsusi təlim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. TX üzrə və ya qurğuların dayandırılması ilə (ayrı-ayrı xətlərin, xəbərvericilərin) əlaqədar təmir işləri zamanı binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün lazımı tədbirlər görməlidirlər.
9.2. Yanğın avtomatika qurğuları layihə sənədlərinə uyğun olmalı, daim hazır və saz vəziyyətdə saxlanılmalıdır. Norma və qaydalarda göstərilən hallardan başqa, qurğuların «avtomatik işədüşmə» sistemindən «əl ilə işəsalma» sisteminə keçirilməsi qadağandır.
9.3. Yanğınsöndürmə qurğularının balonlarında və çənlərində, odsöndürücü maddənin kütləsi və ya təzyiqi onların təlimatlarında təyin olunan hesabdan 10% və daha çox azalarsa, onlar əlavə və ya yenidən doldurulmalıdırlar.
9.4. Sprinkler qurğularının çiləyiciləri mexaniki zədələnmədən qorunmalıdırlar. Açılan və saz olmayan çiləyicilərə tıxacların taxılması (vurulması) qadağandır.
9.5. Qurğulara vaxtlı-vaxtında texniki xidmət göstərilməsi üçün ixtisaslaşdırılmış lisenziyası olan təşkilatlarla müqavilə bağlanmalıdır.
9.6. Mövcud Dövlət Standartlarına uyğun olaraq avtomatik qazla (su ilə) yanğınsöndürmə qurğularının boru xətlərini aşağıdakı rənglərlə:
- qazla yanğın söndürmə - sarı rəng;
- su ilə yanğın söndürmə - yaşıl rəng;
- köpüklə yanğın söndürmə - qəhvəyi rəngli;
-xəbərdaredici halqalar çəkməklə yaşıl rəng.
Dostları ilə paylaş: |