1.3. Pestisidlər yığılan anbarlarda mineral gübrələrin, ərzaq mallarının, yemin və s., təsərrüfat mallarının saxlanılması qadağandır.
1.4. Pestisidlər və digər kimyəvi preparatlar kimyəvi xüsusiyyətləri və təhlükəlilik dərəcələrinə görə aşağıda göstərilən qruplara ayrılmalı və anbarına yığılma zamanı bunlar nəzərə alınmalıdır:
1.5. Pestisidlərin saxlanma yerlərində pestisidin daxil olduğu təhlükəlilik qrupuna müvafiq olaraq təhlükəlilik və xəbərdaredici nişanları asılmalıdır.
1.6. Pestisidlərlə işləyəcək şəxslər işə rəhbərlik edən şəxs tərəfindən pestisidlərin xüsusiyyətləri (toksikilik dərəcəsi, məsarif norması, istifadə sayı, antidotu və s.), insan orqanizminə təsiri, onunla davranmaq qaydaları, yanğın təhlükəsizliyi, zəhərlənmə zamanı ilk yardım tədbirləri barədə təlimatlandırmalıdırlar.
1.7. Bu şəxslər hər il tibbi yoxlamadan keçməli və texniki təhlükəsizlik qaydalarının təlimatları ilə tanış olmaları barədə işlədiyi təsərrüfat subyektində açılmış xüsusi jurnalda qeydiyyat aparılmalıdır.
1.8. Tibbi nəzarətdən keçməyən və tibbi cəhətdən əks göstəricisi olan şəxslərin, 18 yaşına çatmayan işçilərin, hamilə və südəmər uşaqlı qadınların pestisidlərlə işləmələrinə icazə verilməməlidir.
1.9. Pestisidlərlə işə başlamazdan əvvəl təsərrüfat rəhbəri və ya məsul şəxs tərəfindən bütün işçilər qoruyucu geyim və fərdi mühafizə vasitələri (xüsusi kombinizon, rezin əlcəklər, hermetik göz eynəyi, respirator, çəkmə və s.) ilə təmin edilməlidirlər .
1.10. Kimyəvi mübarizədən əvvəl ətrafda olan qonşu ərazilərin sahibləri, həmçinin arıçılar ərazidə aparılacaq kimyəvi mübarizə və texniki təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlandırılmalıdırlar.
1.11. Kimyəvi mübarizə aparılacaq sahənin ətrafına əvvəlcədən ərazidə kimyəvi mübarizənin aparılacağı haqqında xəbərdaredici lövhələr vurulmalı, lövhələr hər hansı birinin yanından digər qonşu lövhə görünən məsafədə olmalı, insanların və digər canlıların sahəyə daxil olmasına icazə verilən vaxta qədər orada qalmalıdır.