Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti



Yüklə 458,42 Kb.
səhifə25/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   21   22   23   24   25   26   27   28   ...   112
TTT — копия

2. Qanaxmada ilk yardım

2.1. Yaradan və ya bədənin təbii dəliklərindən qanın xaricə axması xarici qanaxma adlanır. Qanaxma zamanı qanın bədənin daxili boşluqlarında yığılması daxili qanaxma adlanır.



  1. Qanaxma zamanı ilk növbədə qanın axmasını dayandırmaq lazımdır. Bu məqsədlə yaralanmış yeri yuxarı qaldırıb fərdi paketdən götürülmüş sarqı materialını yumurlayıb yaraya sıxmalı və 4-5 dəq. bu vəziyyətdə saxlamalı. Qan kəsildikdən sonra üstündən yeni sarğı materialı və ya pambıq qoyub tənziflə yaranı bağlamaq lazımdır.

  2. Güclü qanaxmanı sarğı ilə kəsmək mümkün olmadıqda yaranı qidalandıran qan damarlarını barmaq­la və yaxud qol ayağı oynaqdan qatlayıb sonra onu burma (bağ) ilə sıxmaq lazımdır. Qan damarını yaradan yuxarı hissədən sıxırlar ki, bu zaman damar sümüyə sıxılmış olur.

Burma (bağ) əvəzinə rezin borcuqlardan və ya digər elastik materialardan istifadə etmək olar, amma onu qol və ya ayaqda 1,5-2 saatdan artıq saxlamaq olmaz. Bu müddət ərzində zərərçəkəni xəstəxanaya çatdirmalı, bu mümkün olmadıqda bağı 10-15 dəq. müddətinə boşaldıb sonra yenidən möhkəm bağlamaq lazımdır.

  1. Daxili qanaxmanı sifətin kəskin ağarması, zəiflik, nəbzin tezliyinin artması, başkicəllənmə, susuz-luq və "ürəkgetmə" əlamətlərinə görə təyin edilir. Bu halda təcili həkim çağirmalı və o gələnə qədər zərər-çəkənə tam rahatlıq yaratmalı. Zədə yerinə soyuq su kisəciyi, buz və s. qoyulur ki, bu zaman damarlar dara-laraq qanın kəsməsinə kömək edir.

  2. Burundan qan gəldikdə zərərçəkənin başını azacıq arxaya qatlayaraq ötürtməli (və ya uzandırmalı), yaxasını açmalı, sonra burnunun üstünə soyuq islatma qoymalı və burun pərəklərini barmaqla sıxmaq lazımdır.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin