İlk tibbi yardımın göstərilməsi üzrə təlimat
Ümumi müddəalar
1. Tədris və tədrisi təmin edən maddi-texniki təminat sahələrində (məs. istixana,qaraj və s.) zədələnmiş şəxsə göstərilən ilk tibbi yardımın əsas vəzifəsi həkim müayinəsinə qədər onun vəziyyətinin pislənməsinə yol verməməkdir.
İlk tibbi yardımın nəticəsi onun təcili sürətdə və ixtisaslı göstərilməsindən asılıdır.
2. Struktur bölmələrinin (dekanlıq, kafedra, şöbələr, sahələr və s.) rəhbərləri bu təlimatın bütün əməkdaşlar, təhsilverən və təhsilalanlar tərəfindən öyrənməsini təşkil etməlidir.
Hər bir struktur bölmədə ilk tibbi yardım üçün dərman qutuları və çantaları olmalıdır.
Struktur bölmələrinin rəhbərləri onların dərmanla vaxtında təchiz edilməsinə və lazımi qaydada saxlanmasına nəzər yetirməlidir.
3. İlkyardımı göstərən şəxs aşağıdakıları bilməlidir:
insan orqanizmində həyat üçün zəruri olan funksiyaların əsas pozulma əlamətlərini;
ilk tibbi yardımın ümumi prinsiplərini və onların konkret zədələnmə halı üçün tətbiq edilmə üsullarını;
zədələnmiş şəxsin aparılma üsullarını.
Kömək göstərən şəxs aşağıdakıları bacarmalıdır:
zədələnmiş adamın vəziyyətini qiymətləndirməyi və onun ilk növbədə hansı yardıma ehtiyacı olduğunu müəyyən etməyi;
yuxarı nəfəs yollarından havanın sərbəst keçməsini təmin etməyi;
süni nəfəs verməyi ("ağızdan-ağıza" və ya "ağızdan buruna") və ürəyin qapalı masajını yerinə yetirməyi;
qanaxmanı müvəqqəti olaraq saxlamaq üsularını;
zədələnmiş yerə sarqı qoymaq qaydasını;
müxtəlif növ zədələnmə və ya kəskin xəstələnmə hallarında ilkyardımın göstərilmə qaydalarını;
zədələnmiş adamı aparmağı, nəqliyyata mindirməyi və nəqliyyat vasitəsində daşımağı;
ilkyardım qutusundan istifadə etməyi.
5. Ilkyardım aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir:
zədələyici amillərin orqanizmə təsirini kənar etməli və zərərçəkənin vəziyyətini qiymətləndirməli;
zədənin (travmanın) xarakterini və ağırlığını, zərərçəkənin xilas etmək üçün tədbirlərin ardıcılığını təyin etməli;
v) zərərçəkəni xilas etmək üçün tədbirləri lazımi ardıcıllıqla yerinə yetirməli;
q) həkim gələnə qədər zərərçəkənin əsas həyat funksiyalarını saxlamalı;
d) təcili həkim yardımını (və ya həkimi) çağırmalı saylı telefonla və ya zərərçəkənin yaxın müalicə müəssisəsinə aparmaq üçün tədbirlər görməli.
Dostları ilə paylaş: |