Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti



Yüklə 458,42 Kb.
səhifə26/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   22   23   24   25   26   27   28   29   ...   112
TTT — копия

3. Yanıqlarda ilk yardım

3.1. Yanıqlar termik, kimyəvi və elektrik xarakterli olur. Zədənin dərinliyinə və böyüklüyünə görə bütün yanıqları 4 dərəcəyə ayırırlar:



  • birinci dərəcəli yanığın əlamətləri: dərinin qızarması və şişməsi;

  • ikinci dərəcəli yanığın əlamətləri: qızarmiş və şişmiş dəridə sulu qabarcıqların əmələ gəlməsi;

  • üçüncü dərəcəli yanığın əlamətləri: dərinin üst və dərin qatlarının ölüklənməsi (qaysaq əmələ gəlməsi) və bəzən qanaması;

  • dördüncü dərəcəli yanığın əlamətləri: dərinin kömürləşməsi, əzələlərin, vətərlərin və sümüklərin zədələnməsidir.

  1. Termik və elektrik yanıqlarında ilk növbədə yanıq yerinə sterilizə olunmuş sarğı qoymaq lazımdır. I və II dərəcəli yanıqlarda yanığın sahəsi kiçikdirsə ona spirtlə, araqla və ya odekolonla isladılmış tənzif qoymalı;

  2. Boyuk yanıqda isə zərərçəkəni döşək ağına bürüyüb uzatmalı və üstünü basdırmalı. Həkim gələnə qədər xəstəyə çay içirdib rahatlıq yaratmaq lazımdır. Şok əlamətləri (ağarma, təngənəfəslik, nəbz zəifliyi) yarandıqda xəstəyə 15-20 damcı valerian cövhəri vermək olar.

  3. III və IV dərəcəli yanıqlar yalnız tibb müəssisəsində müalicə edilir.

  4. Kimyəvi yanıqlarda ilk növbədə kimyəvi maddənin qatılığını və təsir müddətini azaltmaq lazımdır. Bu məqsədlə yanıq yerini çoxlu miqdarda axar su ilə 15-30 dəq. ərzində yumaq lazımdır. Sonra zədələnmiş yerə müvafiq neytrallaşdırıcı məhlulda isladılmış sarğı qoyurlar. Qələvi yanığında zədə yerinə bor turşusu məhlulunda, turşu yanığında isə qida sodası məhlulunda isladılmış sarğı (islatma) qoymaq lazımdır.

  5. Dərinin böyük yanıqlarında, həmçinin turşu və ya qələvi gözə düşdükdə ilkyardımdan sonra zərərçəkənin təcili sürətdə tibb müəsisəsinə aparmaq lazımdır.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin