5.1. Təlimatda göstərilən qaydaların həyata keçirilməsinə görə aşağıdakı şəxslər məsuliyyət daşıyırlar:
-pestisidlərin daşınması, saxlanması və təhlükəsiz istifadəsi ilə əlaqədar bütün infrastruktur təminat bazasının yaradılmasına görə pestisidlərdən istifadə edən təsərrüfat subyektinin rəhbəri cavabdehdir;
-pestisidlərin saxlanıldığı anbarda temperatur, nəmlik və sanitar-gigiyena normalarına, saxlama rejimlərinə və təhlükəsizlik qaydalarına riayət edilməsinə, müvafiq qeydlərin aparılmasına, həmçinin preparatların qəbulu, saxlanması və anbardan buraxılması zamanı müvafiq qaydalara əməl olunmasına görə anbardar cavabdehdir.
5.2. Bu təlimata uyğun olaraq işçilərin təlimatlandırılmasına və qaydalara riayət olunmasına nəzarət edilməsinə görə dərmanlamaya məsul şəxs cavabdehlik daşıyır.