10. Yanğın avadanlığı və ilkin yanğın söndürmə vasitələrinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri
10.1.Bina və tikililər normalara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidirlər. Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vasitələrinin istifadəsinə yol verilmir.
11. Yanğın baş verən zaman edilən hərəkətlər
11.1. Hər bir əməkdaş yanğının və ya yanmanın əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun artması və s.) aşkar etdikdə aşağıdakı hərəkətləri etməlidir:
- dərhal telefonla yanğından mühafizə orqanına xəbər vermək (bununla bərabər obyektin ünvanını, yanğının baş vermə yerini, həmçinin öz soyadını deməlidir);
- imkan daxilində insanların köçürülməsi, yanğının söndürülməsi və əmlakın oddan qorunması üçün ölçü götürməlidir;
- yanğın bölmələrinin qarşılanmasını təmin etməlidir.
11.2. Yanğın bölməsi gəldikdə binanın rəhbəri (və ya onu əvəz edən şəxs) yanğın söndürmə rəhbərini obyektin, bitişik tikililər və qurğuların konstruktiv və texnoloji xüsusiyyətlərindən, saxlanılan və işlədilən maddələrin, məmulatların sayı və yanğın təhlükəli xüsusiyyətlərindən və yanğının müvəffəqiyyətlə ləğv edilməsi üçün lazım olan digər məsələlərlə məlumatlandırmalıdır.
Dostları ilə paylaş: |