Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə1/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik





Azərbaycan tarixi kafedrasının müdiri, 
dosent Mehman Abdullayevin elmi redaktorluğu ilə 
Müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu 
Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. 
Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof 
Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis 
Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan 
oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu 
Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu 
Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana 
Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər 
qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı 
Məmmədova 
Rəyçilər: 
BDU-nun «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» 
kafedrasının müdiri, professor Anar Camal oğlu İsgəndərov 
BDU-nun «Azərbaycan tarixi (humanitar fakültələr üzrə)» 
kafedrasının müdiri, dosent Azad Əhmədağa oğlu Rzayev 
Azərbaycan tarixi. Dərslik. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2016,412 s. 
Dərslikdə Azərbaycan tarixinin ən qədim çağlarından XXI əsrin ilk 
onilliklərinə qədərki dövrünün ən başlıca məsələləri yığcam və anlaşılan şəkildə 
işıqlandırılmış, Azərbaycan tarixinin qədim, orta əsrlər, yeni və ən yeni dövrü 
ilə yanaşı, Müstəqil Azərbaycan Respublikasının tarixinə xüsusi yer ayrılmışdır. 
Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və 
tələbələri üçün nəzərdə tutulmuşdur. 
■^^
030^09070
-
05-2016
 
658(07) 
© *^Bakı Universiteti” nəşriyyatı, 2016 


ön 
soz 
Dünyanın mədəni xalqlan içərisində öz qədimliyi ilə seçilən 
Azərbaycan xalqı çox zəngin tarixə malikdir və hər bir Azərbaycan gənci bu 
tarixi öyrənməyə borcludur. Tarix hər bir xalqın, o cümlədən Azərbaycan 
xalqının da milli özünüdərkinin əsas sütunlarından birini təşkil edir. Qədim 
yunanlar əbəs yerə tarixi "cəmiyyətin müəllimi" adlandırmayıblar. Qədim 
çinlilər isə tarix haqqmda belə deyirdilər: "keçmişi öyrənmək lazımdır, çünki o, 
gələcəyin müəllimidir". Müdriklərdən birinin dediyinə görə, əgər biz öz 
keçmişimizdə olan hadisələri dərindən öyrənməsək, gələcək bizi topa 
tutacaqdır. 
Tarix bəşəriyyətin, o cümlədən ayrı-ayrı xalqların həyatında ta qədim 
çağlardan bu günə qədər baş vermiş ən mühüm hadisələri öyrənən elm hesab 
olunur. 
Azərbaycan tarixi kafedrasımn əməkdaşları tərəfindən Bakı Dövlət 
Universitetinin və Respublikamızın Ali məktəblərinin təbiət və humanitar 
fakültələrinin bakalavr təhsil pilləsi üçün hazırlanmış bu dərslik Respublika 
Təhsil Nazirliyinin tövsiyəsi ilə 2011-ci ildə çap olunmuş Azərbaycan tarixi 
proqramına uyğun şəkildə yazılmışdır. Bu zaman Respublikamızın Ali 
məktəblərinin təbiət və humanitar fakültələrində Azərbaycan tarixi fənninin 
tədrisinə ayrılan dərs saatlarımn həcminin nəzərə alınmasına xüsusi diqqət 
yetirilmişdir. 
Dərslikdə tariximizin ən qədim çağlanndan XXI əsrin ilk onilliklərinə 
qədərki dövrünün ən mühüm problemləri aynca fəsillər və paraqraflarda çox 
aydın, yığcam və anlaşıqlı şəkildə işıqlandırılmışdır. 
Kitabın müəllifləri tarixşünaslığımızda mövcud olan ənənəvi “sülalə 
dövlətləri” prinsipindən imkan daxilində uzaqlaşmağa cəhd göstərmişlər. 
Azərbaycan dövlətçiliyinin əbədiliyi və varisliyi, xalqımızın milli dövlətçilik 
ənənələrinə sadiqliyi prinsiplərinə uyğun şəkildə yazılan dərslikdə Azərbaycan 
xalqımn müxtəlif dövrlərdə dövlətçiliyimizi qoruyub saxlamaq və xarici 
istilalara qarşı azadlıq mübarizəsi xüsusi diqqət mərkəzinə çəkilmişdir. 
Dərslikdə Azərbaycan xalqının etnik kimliyi məsələsi və Azərbaycanın ta 
qədimdən bir türk yurdu olması aydın şəkildə verilmişdir. XVI əsrdə 
Azərbaycan türkləri tərəfindən yaradılan. Şərqin Osmanlı və Böyük Moğol 
impera- torluqlan kimi ən qüdrətli dövlətləri ilə bütün sahələrdə rəqabət 
aparmaq gücündə olan Səfəvi imperatorluğunun tarixinə xüsusi yer aynimışdır. 
XIX əsrin sonları - XX əsrin ilk onilliklərində xalqımızın rus müstəmləkə 
əseu'ə- tinə qarşı milli - azadlıq mübarizəsinə və müsəlman Şərqində ilk 
demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə xüsusi 
diqqət yetirilmişdir. Bu zaman düzgün elmi konsepsiyalar əsas götürülmüş, son 
dövrlərdə tarixşünaslığımızda apanlan elmi araşdırmalarda əksini tapan elmi 
yeniliklərdən dərslikdə geniş şəkildə istifadə olunmuşdur. Yeni dərsliyi yazan 
müəlliflər tariximizin ayrı-ayrı dövrləri üzrə ən əsas mənbələrdən və tədqiqat 
əsərlərindəki materiallardan yetərincə yararlanmağa çalışmışlar. 


Dərslikdə müstəqil Azərbaycan Respublikasmın tarixinə də xüsusi yer 
aynimışdır və XX əsrin 90-cı illərində zəbt olunmuş Azərbaycan torpaqlarım 
erməni işğalçılanndan azad edəcək indiki gənc nəslin vətənpərvərlik ruhunda 
tərbiyə olunması üçün Qarabağla bağlı tarixi gerçəkliklərin ali məktəb 
tələbələrinə anlaşıqlı və elmi cəhətdən əsaslandınlımş şəkildə çatdınimasma 
cəhd göstərilmişdir. 
Dərsliyin müəllifləri kitab çapa hazırlanarkən kompyuter yığımı və 
digər köməkçi işlərdə yaxından iştirak etmiş kafedranm baş laborantı 
S.S.Quliyevaya, doktorant B.N.Quliyev və magistrant F.B.Mahmudovaya öz 
dərin təşəkkürlərini bildirirlər. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin