Pulsuzdur
No: 1 (44) 2014
Qafqaz Universitetində Mexanika
Mühəndisliyi Laboratoriyalarının
açılış mərasimi keçirilmişdir
BP Qafqaz Universitetinə on bir beynəlxalq səviyyəli laboratoriya bağışlayıb
Ümumiyyətlə BP şirkəti bu günədək Qafqaz Universitetində iki yeni fakültənin açılmasına və
16 laboratoriyanın qurulmasına yardım edən layihələrə 2,4 milyon dollardan artıq vəsait yatırıb
Dekabrın 9-da Qafqaz Universi-
tetinin Mexanika Mühəndisliyi
fakültəsinin laboratoriya komp-
leksinin açılışı olmuşdur.
Tədbirdə Azərbaycan Respubli-
kası Dövlət Neft Şirkətinin prezi-
denti Rövnəq Abdullayev, Təhsil
nazirinin müavini Ceyhun Bayra-
mov, BP-nin Azərbaycan, Gürcüs-
tan və Türkiyə regionu üzrə prezi-
denti Qordon Birell, millət vəkil-
ləri, ali təhsil müəssisələrinin rəh-
bərləri və digər rəsmi şəxslər işti-
rak etmişlər. İlk olaraq laboratori-
yanın açılışını bildirən rəmzi lent
kəsilmiş, sonra qonaqlar labora-
toriya kompleksindəki ayrı-ayrı
laboratoriya otaqlarına baxış ke-
çirmiş, burada quraşdırılmış ava-
danlıqların xüsusiyyətləri haqqın-
da qonaqlara ətraflı məlumat ve-
rilmişdir. Tədbirin rəsmi hissəsin-
də çıxış edən Qafqaz Universiteti-
nin rektoru Əhməd Sanıç bildir-
mişdir ki, bu laboratoriya “BP-
Azərbaycan” şirkəti ilə Qafqaz
Universiteti arasında bağlanan
memoranduma əsasən qurul-
muşdur.
Qeyd olunmuşdur ki, 2011-ci ildə
layihənin birinci mərhələsi olan
Kimya mühəndisliyi laboratori-
yaları istifadəyə verilmiş, layihə-
nin ikinci mərhələsi isə Layihə-
ləndirmə və adekvat modellə-
mə, Təxribatsız sınaq üsulları,
Material və metalloqrafiya, Ma-
teriallar müqaviməti, Aerodina-
mika və maye mexanikası, İstilik
elmləri və İstilik keçiriciliyi, Emal
üsulları, Daxili yanma mühərrik-
ləri və Avtomobil, Mexaniki vib-
rasiya və səs nəzarəti, Avtomatik
nəzarət, Mexanizmlər və maşın
dinamikası laboratoriyalarının
açılışı ilə davam etdirilir. Xüsusi
olaraq vurğulanmışdır ki, ikimər-
təbəli bina FAB boyalarının, labo-
ratoriyaların avadanlıqları isə
“BP-Azərbaycan” şirkətinin ma-
liyyə dəstəyi ilə ərsəyə gəlmişdir.
BP-nin Azərbaycan, Gürcüstan və
Türkiyə üzrə regional prezidenti
Qordon Birrel bildirmişdir ki, biz
dünya səviyyəli yerli mütəxəssis-
lərin və yerli işçi qüvvəsinin yetiş-
dirilməsi istiqamətində ARDNŞ-
nin və Təhsil Nazirliyinin göstər-
diyi səylərə dəstək olmaq üçün
onlarla sıx əməkdaşlıq etmişik.
Bu mütəxəsislərin Xəzər regio-
nundakı gələcək layihələrində iş-
tirak edəcəyinə əminliyini bildir-
mişdir.
Atılmış bu addım universitetlərlə
sənaye arasında qarşılıqlı əmək-
daşlığın müvəffəqiyyətli nümu-
nəsi olub mövcud iş bazarının
No: 1 (44) 2014
2
deyil həmçinin praktikada olan
problemlərə tədqiqatlar apara-
raq həll tapması, və universitet-
lərə biznes təşkilatları arasında
qarşılıqlı maraq doğuran dialo-
qun qurulmasını hədəfləyir.
Ali təhsil müəssisələrinə edilən
bu kimi investisiyalar təhsil ba-
zarında universitetlər arasında
açıq rəqabətə şərait yaratmaqla
yanaşı yüksək göstəricilərə malik
ehtiyac duyduğu keyfiyyətli işçi
kadrının yetişdirilməsində mü-
hüm əhəmiyyət kəsb edir. Son
bir neçə ildə Azərbaycan Res-
publikasının iqtisadiyyatının
sürətli inkişafına dəstək verən
uzunmüddətli uğurlu strategi-
yalardan biri olan Şahdəniz-2
layihəsinin icrası vurğulana bilər.
Bu layihə çərçivəsində Azər-
baycan hasil ediləcək təbii qazın
Avropaya çatdıraraq regionda
güclü geopolitik mövqeyə,
enerji sabitliyinə, və güclü iqti-
sadiyyata malik olacaqdır. Özün-
də bir çox yerli və xarici şirkətləri
birləşdirən bu böyük həcmli
əməkdaşlıqda ali təhsil müəssi-
sələrin rolu vacibdir. Dünya
praktikasında uyğulandığı kimi
bu kimi iri həcmli strateji əhə-
miyyət kəsb edən layihələrin ic-
rasında universitetlərin yetişdir-
diyi keyfiyyətli mühəndis kadrı
işçi bazarında yeni yaranmış eh-
tiyacların qarşılanmasında əvəz-
edilməz rol daşıyır.
Beləliklə qarşılıqlı əməkdaşlıq
çərçivəsində ARDNŞ və BP Azər-
baycan kimi böyük investisiyaya
malik olan şirkətlərin marağı
universitetlərin infrastrukturu-
nun möhkəmləndirilməsi, neft
və qaz sahəsində insan kapitalı-
nın yetişdirilməsi, mühəndislik
üzrə tədris planının keyfiyyətinin
artırılması və müasir dünya stan-
dartına cavab verməsi, yerli mü-
təxəssislərin yetişdirilməsi, ali
təhsil müəssisələrin yalnız teorik
tələbələrin cəlb edilməsi istiqa-
mətində müsbət rəqabətə şərait
yaradır və tələbələrin məzun ol-
duqdan sonra iş həyatına rahat
şəkildə qədəm qoymasına sə-
bəb olur. Başqa sözlə şirkətlərin
dəstəyi və təşəbbüsü ilə yara-
dılan modern tədris planları və
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təsdiqi ilə bu
kurrikulumların icraya buraxıl-
ması yeni yaradılmış ixtisasların
yalnız təhsil mövqeyini deyil
həmçinin iş bazarının tələbləri-
nin də diqqətə alınmasını təmin
edir. ARDNŞ-nin prezidenti
Rövnəq Abdullayev 2014-cü ildə
Ulu öndər Heydər Əliyev tərə-
findən əsası qoyulmuş “Əsrin
müqaviləsi” layihəsinin 20-ci ili-
nin tamam olduğunu bildirmiş
və bu illər ərzində həm Azər-
baycan Respublikasının, həm də
ARDNŞ-nin böyük uğurlar əldə
etdiyini vurğulamışdır. R. Abdul-
layev qeyd etmişdir ki, ARDNŞ-
nin qlobal enerji layihələrində
aparıcı rol oynaması, 20 il bun-
dan öncə təməli qoyulmuş yeni
neft strategiyasının uğurla da-
vam etdirilməsindən xəbər verir.
ARDNŞ prezidenti bu kimi təhsil
təşəbbüslərinin maliyyələşdi-
rilməsini böyük bir təhsil inkişaf
layihəsi kimi dəyərləndirmişdir.
Azərbaycan Respublikası təhsil
nazirinin müavini Ceyhun Bayra-
mov, FAB boyaları şirkətinin ic-
raçı direktoru Anar Əliyev, Bey-
nəlxalq Təhsil Mərkəzinin sədri
Ənvər Özərən bu kimi layihələ-
rin ölkəmizin təhsil sisteminin
inkişafına xüsusi töhfə olduğunu
bildirmişlər.