Qafqaz Universitetində Mexanika Mühəndisliyi Laboratoriyalarının



Yüklə 10,44 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix23.12.2016
ölçüsü10,44 Mb.
  1   2

Pulsuzdur

No: 1 (44)     2014



Qafqaz Universitetində Mexanika 

Mühəndisliyi Laboratoriyalarının 

açılış mərasimi keçirilmişdir

BP Qafqaz Universitetinə on bir beynəlxalq səviyyəli laboratoriya bağışlayıb

Ümumiyyətlə BP şirkəti bu günədək Qafqaz Universitetində iki yeni fakültənin açılmasına və 

16 laboratoriyanın qurulmasına yardım edən layihələrə 2,4 milyon dollardan artıq vəsait yatırıb

Dekabrın  9-da  Qafqaz  Universi-

tetinin  Mexanika  Mühəndisliyi 

fakültəsinin  laboratoriya  komp-

leksinin açılışı olmuşdur.

Tədbirdə  Azərbaycan  Respubli-

kası Dövlət Neft Şirkətinin prezi-

denti  Rövnəq  Abdullayev,  Təhsil 

nazirinin müavini Ceyhun Bayra-

mov, BP-nin Azərbaycan, Gürcüs-

tan və Türkiyə regionu üzrə prezi-

denti Qordon Birell, millət vəkil-

ləri, ali təhsil müəssisələrinin rəh-

bərləri və digər rəsmi şəxslər işti-

rak etmişlər. İlk olaraq laboratori-

yanın açılışını bildirən rəmzi lent 

kəsilmiş, sonra qonaqlar labora-

toriya  kompleksindəki  ayrı-ayrı 

laboratoriya otaqlarına baxış ke-

çirmiş, burada quraşdırılmış ava-

danlıqların xüsusiyyətləri haqqın-

da qonaqlara ətraflı məlumat ve-

rilmişdir. Tədbirin rəsmi hissəsin-

də çıxış edən Qafqaz Universiteti-

nin  rektoru  Əhməd Sanıç bildir-

mişdir  ki,  bu  laboratoriya  “BP-

Azərbaycan”  şirkəti  ilə  Qafqaz 

Universiteti  arasında  bağlanan 

memoranduma  əsasən  qurul-

muşdur.


Qeyd olunmuşdur ki, 2011-ci ildə 

layihənin  birinci  mərhələsi  olan 

Kimya  mühəndisliyi  laboratori-

yaları  istifadəyə  verilmiş,  layihə-

nin  ikinci  mərhələsi  isə  Layihə-

ləndirmə  və  adekvat  modellə-

mə,  Təxribatsız  sınaq  üsulları, 

Material  və  metalloqrafiya,  Ma-

teriallar  müqaviməti,  Aerodina-

mika və maye mexanikası, İstilik 

elmləri və İstilik keçiriciliyi, Emal 

üsulları,  Daxili  yanma  mühərrik-

ləri və Avtomobil, Mexaniki vib-

rasiya və səs nəzarəti, Avtomatik 

nəzarət,  Mexanizmlər  və  maşın 

dinamikası  laboratoriyalarının 

açılışı  ilə  davam  etdirilir.  Xüsusi 

olaraq vurğulanmışdır ki, ikimər-

təbəli bina FAB boyalarının, labo-

ratoriyaların  avadanlıqları  isə 

“BP-Azərbaycan”  şirkətinin  ma-

liyyə dəstəyi ilə ərsəyə gəlmişdir.

BP-nin Azərbaycan, Gürcüstan və 

Türkiyə  üzrə  regional  prezidenti 

Qordon Birrel bildirmişdir ki, biz 

dünya səviyyəli yerli mütəxəssis-

lərin və yerli işçi qüvvəsinin yetiş-

dirilməsi  istiqamətində  ARDNŞ-

nin və Təhsil Nazirliyinin göstər-

diyi  səylərə  dəstək  olmaq  üçün 

onlarla  sıx  əməkdaşlıq  etmişik. 

Bu  mütəxəsislərin  Xəzər  regio-

nundakı gələcək layihələrində iş-

tirak edəcəyinə əminliyini bildir-

mişdir.

Atılmış bu addım universitetlərlə 



sənaye arasında qarşılıqlı əmək-

daşlığın  müvəffəqiyyətli  nümu-

nəsi  olub  mövcud  iş  bazarının 


No: 1 (44)     2014

2

deyil  həmçinin  praktikada  olan 

problemlərə  tədqiqatlar  apara-

raq həll tapması, və universitet-

lərə  biznes  təşkilatları  arasında 

qarşılıqlı  maraq doğuran dialo-

qun qurulmasını hədəfləyir.

Ali  təhsil  müəssisələrinə  edilən 

bu  kimi  investisiyalar  təhsil  ba-

zarında  universitetlər  arasında 

açıq rəqabətə şərait yaratmaqla 

yanaşı yüksək göstəricilərə malik 

ehtiyac  duyduğu keyfiyyətli  işçi 

kadrının  yetişdirilməsində  mü-

hüm  əhəmiyyət  kəsb  edir.  Son 

bir  neçə  ildə  Azərbaycan  Res-

publikasının  iqtisadiyyatının 

sürətli  inkişafına  dəstək  verən 

uzunmüddətli  uğurlu  strategi-

yalardan  biri  olan  Şahdəniz-2 

layihəsinin icrası vurğulana bilər. 

Bu  layihə  çərçivəsində  Azər-

baycan hasil ediləcək təbii qazın 

Avropaya  çatdıraraq  regionda 

güclü  geopolitik  mövqeyə, 

enerji  sabitliyinə,  və  güclü  iqti-

sadiyyata malik olacaqdır. Özün-

də bir çox yerli və xarici şirkətləri 

birləşdirən  bu  böyük  həcmli 

əməkdaşlıqda ali təhsil müəssi-

sələrin  rolu  vacibdir.  Dünya 

praktikasında  uyğulandığı  kimi 

bu  kimi  iri  həcmli  strateji  əhə-

miyyət kəsb edən layihələrin ic-

rasında universitetlərin yetişdir-

diyi  keyfiyyətli  mühəndis  kadrı 

işçi bazarında yeni yaranmış eh-

tiyacların qarşılanmasında əvəz-

edilməz rol daşıyır. 

Beləliklə  qarşılıqlı  əməkdaşlıq 

çərçivəsində ARDNŞ və BP Azər-

baycan kimi böyük investisiyaya 

malik  olan  şirkətlərin  marağı 

universitetlərin  infrastrukturu-

nun  möhkəmləndirilməsi,  neft 

və qaz sahəsində insan kapitalı-

nın  yetişdirilməsi,  mühəndislik 

üzrə tədris planının keyfiyyətinin 

artırılması və müasir dünya stan-

dartına cavab verməsi, yerli mü-

təxəssislərin  yetişdirilməsi,  ali 

təhsil müəssisələrin yalnız teorik 

tələbələrin cəlb edilməsi istiqa-

mətində müsbət rəqabətə şərait 

yaradır və tələbələrin məzun ol-

duqdan sonra iş həyatına rahat 

şəkildə  qədəm  qoymasına  sə-

bəb olur. Başqa sözlə şirkətlərin 

dəstəyi  və  təşəbbüsü  ilə  yara-

dılan  modern  tədris  planları  və 

Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyinin  təsdiqi  ilə  bu 

kurrikulumların  icraya  buraxıl-

ması  yeni  yaradılmış ixtisasların 

yalnız  təhsil  mövqeyini  deyil 

həmçinin  iş  bazarının  tələbləri-

nin də diqqətə alınmasını təmin 

edir.  ARDNŞ-nin  prezidenti 

Rövnəq Abdullayev 2014-cü ildə 

Ulu  öndər  Heydər  Əliyev  tərə-

findən  əsası  qoyulmuş  “Əsrin 

müqaviləsi” layihəsinin 20-ci ili-

nin  tamam  olduğunu  bildirmiş 

və  bu  illər  ərzində  həm  Azər-

baycan Respublikasının, həm də 

ARDNŞ-nin  böyük  uğurlar  əldə 

etdiyini vurğulamışdır. R. Abdul-

layev qeyd etmişdir ki, ARDNŞ-

nin  qlobal  enerji  layihələrində 

aparıcı rol oynaması, 20 il bun-

dan öncə təməli qoyulmuş yeni 

neft  strategiyasının  uğurla  da-

vam etdirilməsindən xəbər verir. 

ARDNŞ prezidenti bu kimi təhsil 

təşəbbüslərinin  maliyyələşdi-

rilməsini böyük bir təhsil inkişaf 

layihəsi kimi dəyərləndirmişdir.

Azərbaycan  Respublikası  təhsil 

nazirinin müavini Ceyhun Bayra-

mov,  FAB  boyaları  şirkətinin  ic-

raçı direktoru Anar Əliyev, Bey-

nəlxalq  Təhsil  Mərkəzinin  sədri 

Ənvər Özərən bu kimi layihələ-

rin  ölkəmizin  təhsil  sisteminin 

inkişafına xüsusi töhfə olduğunu 

bildirmişlər.



“İldən ilə böyüyən ailəmizlə Qafqazdan Dünyaya”

1993-cü ildə Umummilli Lider Heydər Əliye-

vin  xeyir  duası  ilə  qurulmuş  olan  Qafqaz 

Universitetində “İldən ilə böyüyən ailəmizlə 

Qafqazdan Dünyaya” adlı məzuniyyət proq-

ramı keçirilib. Sayca 17-ci məzununu iş dün-

yasında  təhvil  verən  universitet  indiyədək   

dörd minə yaxın məzun verib. Bu il isə 170-i 

magistr  olmaqla  660-nəfər  Qafqaz  univer-

sitetindən  məzun  olub.  Qeyd  edimki  bu  il 

yimiz,  Azərbaycanımızın  keşiyindədirlər.  Siz 

övladlarınızla  fəxr  edə  bilərsiniz”.  Rektor 

müəllim heyətinə müraciətindən sonra mə-

zunlara xitabən bildirdi: “Əziz gənclər! dün-

ya kiçildi, bir şəhər halına gəldi. Elm insanın 

xəyal  etdiklərindən  də  çox  sürətlə  irəliləyir. 

Bu gün dünənin dünyasında yaşamırıq. Sa-

bah  isə  bu  günün  dünyasında  yaşaya  bil-

mərik. Elmi biliklərimizi birləşdirib daha gö-

zəl nailiyyətlər əldə edək. O zaman daha sa-

vadlı olacağıq. Bu düşüncə ilə sizi həyat mək-

təbinə yola salırıq. Yolunuz açıq olsun”. Daha 

sonra çıxış edən, ABTM-nin İdarə Heyətinin 

sədri Xaliq Məmmədov məzunlara səslənə-

rək qeyd etdi: “Siz müstəqil, son illər öz inki-

şafı ilə dünyanı heyran qoyan Azərbaycanın 

məzunlarısınız. Artıq son illərin məzunlarının 

sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. 

Təbii ki, bütün bu uğurlar ulu öndərin adı ilə 

bağlıdır”. Onun sözlərinə görə, bu gün ölkə 

başçısı İlham Əliyev də neft kapitalını insan 

kapitalına çevirmək istiqamətində səylə ça-

lışır.  O  həmçinin  rəhbəlik  etdiyi  qurumun 

təhsil  sahəsində  həyata  keçirdiyi  proqram-

larla  bu  siyasətə  xidmət  etdiklərini  də  vur-

ğuladı. Bildirdi ki, elə bu niyyətlə də ABTM 

təşkil olunub.

Məlumat  üçün  bildirək  ki,  sözügedən  təd-

birdə  millət  vəkilləri,  rektorlar,  iş  adamları, 

məktəb  direktorları  da  iştirak  edirdilər.

Məzun gecəsi tələbələrin hazırladıqları bədii 

proqramla  və  incəsənət  ustalarının  çıxışları 

ilə  davam  edib.

TQDK tərəfindən keçən ilin qəbul planından 

128-yer  artırılaraq  530-u  Dövlət  sifarişi  ilə 

olmaqla ümumilikdə 930 yer ayrılmışdır.

Məzuniyyət  proqramında  Millət  vəkilləri, 

Təh-sil nazirliyinin nümayəndələri, BTM-nin 

idarə heyyətinin sədri Xaliq Məmmədov və 

təhsil  şurasının  sədri  dr.  Ənvər  Özərən,  xa-

rici ölkə səfirləri, universitet rektorları, ölkə-

mizin tanınmış elm və iş adamları, media nü-

mayəndələri  və  məzunların  valideynləri 

iştirak ediblər.

Tədbir ulu öndər Heydər Əliyevin, eləcə də 

şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad 

edilməsi, dövlət himninin oxunması ilə baş-

landı.  Daha  sonra  çıxış  edən  universitetin 

rektoru prof. Ahmet Saniç bildirdi ki, bu ali 

təhsil ocağı ümummilli lider Heydər Əliyevin 

əsəridir:  “O,  uca  insan  Türkiyə  universitet 

modelini Azərbaycana gətirmək üçün 1993-

cü ildə bu universitetin fəaliyyətə başlama-

sına  xeyir-dua  verib.  O,  çıxışında  bir  dünya 

universiteti  olma  yolunda  sürətlə  inkişaf 

edən Qafqaz Universitetinin 45 fərqli ölkədə 

işləyən və təhsil alan gəncləri ilə qürur duy-

duğunu dilə gətirdi. Bu il təhsil ocağının ba-

kalavr və magistratura pillələrindən 560 tə-

ləbənin  məzun  olduğunu  diqqətə  çatdıran 

rektor onlara uğurlar dilədi”. A. Saniç övlad-

ları  məzun  olan  valideynlərə  ürək  sözlərini 

söylədi: “Minbir zəhmətlə böyüdüb yetişdir-

diyiniz və beş il əvvəl Qafqaz ailəsinə təslim 

etdiyiniz  övladlarınız  yüksək  bilik,  bacarıq, 

vətən sevgisi ilə artıq canımız qədər sevdi-

No: 1 (44)     2014

3


“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı“ keçirilib

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və 

Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə 

ümummilli  lider  Heydər  Əliyevin  anadan 

olmasının  91-ci  ildönümünə  həsr  olunmuş 

"Gənc  Tədqiqatçıların  II  Beynəlxalq  Elmi 

Konfransı" keçirilib. 18-19 Aprel tarixləri ara-

sında Qafqaz Universitetində keçirilən kon-

fransın  əsas  məqsədi  gənclərin  ulu  öndərə 

və  onun  layiqli  davamçısı  prezident  İlham 

Əliyevə olan böyük məhəbbətini beynəlxalq 

miqyasda  digər  ölkə  gənclərinin  nəzərinə 

çatdırmaq, gənclərin Heydər Əliyev ideyaları 

əsasında bir-biri ilə təmasda olmasına şərait 

yaratmaqdır.  Azərbaycanın  uğurlu  inkişaf 

onlardan  589-u  qəbul  olunub.  Konfransda 

əsasən  təbiət,  mühəndislik  və  filologiya 

elmləri üzrə məruzələr dinlənilib. 

Açılış məruzəsi ilə çıxış edən Qafqaz Univer-

sitetinin  rektoru  prof.  Ahmet  Saniç  nitqinə   

Ümummilli  Lider  Heydər  Əliyevin  “Gənclik 

bir millətin gələcəyidir” sözləri ilə başladı. O 

dedi: “21-ci əsr elm əsridir. Siz gənclərin si-

masında Azərbaycan elminin inkişafını gör-

mək  olur.  Qafqaz  Universiteti  ümummilli 

lider Heydər Əliyevin əsəridir. Siz gənc elm 

adamları da həmçinin ulu öndərin əsərləri-

siniz.” Azərbaycanın dünya səviyyəsində yeni 

texnologiyalara  inteqrasiya  yolunu  seçərək 

sürətlə  inkişaf  etdiyini  xüsusi  qeyd  edən 

rektor əlavə etdi ki: «Bu inkişafın reallaşma-

sında Heydər Əliyev irsinin layiqli davamçısı 

prezident İlham Əliyevin əməyi danılmazdır. 

Onun  sayəsində  ulu  öndərin  atmış  olduğu 

təməllər üzərinə bugünkü müasir Azərbay-

can dünyada tanınır və tərəfdaş kimi qəbul 

olunur.  Ona  görə  də  siz  gənclər  cəmiyyətə 

fayda  verəcək  elmlə  məşğul  olmalı,  əldə 

etdiyiniz  nailiyyətləri  layihə  şəklində  tətbiq 

etməlisiniz».

Digər  natiqlər  də  çıxışlarında  Ümummilli 

Lider  Heydər  Əliyevin  adı  ilə  bağlı  olan  bu 

konfransın  xarici  ölkələrdən  gələn  elm 

adamlarına  ulu  öndərin  ideyalarının,  eləcə 

də Azərbaycanda elmin səviyyəsinin yüksək 

olmasının  təbliği  baxımından  əvəzsiz  töhfə 

verəcəyini vurğuladılar. 

Açılış mərasimindən sonra konfrans öz işini 

seksiya  iclaslarında  müzakirələrlə  davam 

etdirdi.


strategiyasına, "Neft kapitalının insan kapi-

talına  çevrilməsi  siyasətinə",  "Azərbaycan 

2020:  Gələcəyə  Baxış  İnkişaf  Konsepsiyası-

na" bu istiqamətdə töhfə vermək qarşıya qo-

yulan əsas məqsədlərdəndir. Fəxri Xiyaban-

da  Ümummilli  Lider  Heydər  Əliyev  və  gör-

kəmli oftalmoloq alim Zərifə Əliyevanın mə-

zarını ziyarət ilə start götürən konfrans, təş-

kilat komitəsi adından dos. Babək Abbaso-

vun məlumatlandırıcı çıxışı ilə açıq elan olun-

du. "Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi 

Konfransı"na  dünyanın  14  ölkəsinin  gənc 

tədqiqatçıları tərəfindən Azərbaycan, ingilis, 

rus və türk dillərində 783 tezis təqdim edilib,  



“Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” İqtisadiyyat 

və Beynəlxalq münasibətlər IV Beynəlxalq konqresi keçirilib

Konqresin  həyata  keçirilməsinin 

əsas  məqsədi  qlobal  dünya 

şərtlərində ortaq tarixi və mədə-

niyyəti  bölüşən  Qafqaz  və  Mər-

kəzi  Asiya  cəmiyyətlərinin  müx-

təlif  universitet,  akademiya  və 

institutlarında  faəliyyət  göstə-

rən  elm  adamlarını  bir  araya 

gətirməkdir.  Bunun  sayəsində 

yaşadıqları  cəmiyyətin  və  ümu-

milikdə Qafqaz və Mərkəzi Asiya 

regionunun  mövcud  şərtlərini, 

qarşılaşdıqları  problemləri  təhlil 

etmək,  ortaq  problemlərin  mü-

zakirə olunmasını və onların həll 

yolları  üçün  təkliflər  irəli  sürül-

məsini  təmin  etmək  hədəflən-

mişdir. 

Dünyanın  19  ölkəsindən  İqtisa-

diyyat  və  Beynəlxalq  Münasi-

bətlər  üzrə  200-ə  yaxın  elm  xa-

dimlərinin bir araya gələrək geniş 

miqyaslı  müzakirələr  aparması 

nəticəsində  konfransın  həyata 

heçirilməsində  qarşıya  qoyul-

muş  məqsədə  nail  olunmuşdur. 

Konqresə  İqtisadiyyat  bölməsi   

ilə bağlı təqdim olunacaq məru-

zələr Azərbaycan, türk, ingilis və 

ya rus dillərində, Beynəlxalq Mü-

nasibətlər  bölməsi  ilə  bağlı  mə-

ruzələr yalnız ingilis dilində təq-

dim  olunmuşdur.  Ümumilikdə   

bir  çox  mövzular  üzrə  məruzə-     

lər  olmuş  və  müzakirələr  aparıl-

mışdır. 

Qafqaz  Universitetində  02-04 

May  2014-cü  ildə  dördüncüsü 

keçirilən  “Qloballaşma  Prose-

sində  Qafqaz  və  Mərkəzi  Asiya” 

İqtisadiyyat  və  Beynəlxalq  Mü-

nasibətlər  Konqresində  xüsusilə 

regionun  iqtisadi  və  beynəlxalq 

əlaqələri müzakirə olunub.

No: 1 (44)     2014



4

Universitet - İş dünyası əlaqələrinə 

həsr olunmuş dəyirmi masa keçirilmişdir

afqaz  Universitetində  universitet  -  iş 

Q

dünyası əlaqələri"nə həsr olunmuş də-



yirmi  masalar  keçirilmişdir.  Universitetlərin 

iştirakı ilə təşkil olunmuş I Dəyirmi Masada 

20 müxtəlif universitetdən prorektorlar, de-

kanlar,  kafedra  müdirləri,  karyera  planlama 

mərkəz  müdirləri  və  mütəxəssislərdən  iba-

rət  38  qonaq  iştirak  etmişdir. 



I Dəyirmi Masanın danışıq və 

müzakirələri sonunda əldə olunan   

nəticə və təkliflər:

1)  Universitet - İş Dünyası Əlaqələri ali təhsil 

müəssisələrinin  ən  mühim  məsələlərin-

dən biridir.

2)  Bu mühim məsələdə uğur əldə olunması 

üçün,  universitetlər  arasında,  məlumat-

təcrübə mübadiləsi, işbirliyi və əlaqələrin 

genişləndirilməsi zəruridir.

3)  "Azərbaycan  Universitetlərinin  iş  dünya-

sından məsul şəxslərinin “Virtual Platfor-

ma”  yaradılması  üçün  lazımi  tədbirlərə 

başlanılmalıdır.

4)  Bu  məsələnin  universitet  idarəsi  başda 

olmaqla, müəllimlərə, dövlət müəssisələ-

rinə, tələbələrə və valideynlərinə, məzun-

lara  və  iş  dünyasına  baxan  cəhətlərini 

nəzərə almaq mühimdir.

5)  Universitet idarələrinə xas olan cəhətlər:

a) Universitetlərdə  iş  dünyası  mərkəzləri 

təkmilləşdirilməli, qarşılıqlı işbirliyi və təc-

rübə mübadiləsi imkanları artırılmalıdır.

b) Universitetlərə daxil olan abuturiyent-

lər kafedra və bölmələrdə yiyələnəcəkləri 

tədrisin nə olduğunu, məzun olanda han-

sı imkanlara malik ola biləcəklərini daha 

tələbə olmadan bilməlidirlər. 

5

No: 1 (44)     2014



c)  Universitet iş dünyası əlaqələrinin təd-

risə, dərslərə, həm də dərsdən kənar fəa-

liyyətlərə baxan cəhətləri var. Dərslər, təd-

ris  planları  və  dərsdən  kənar  fəaliyyətlər 

monitorinq üsulu ilə iş dünyasının tələb-

lərinə uyğun olub-olmadığı araşdırılmalı, 

uyğun deyilsə uyğunlaşdırılmalıdır.

d) Müəllimlərin  maddi  imkanları  artırıl-

malıdır.

e)  Müəllimlərin  iş  dünyası  məsələləri  ilə 

bağlı  təkmilləşdirilməsinə  xüsusi  qayğı 

göstərilməlidir.

f)  Universitetlərin  texniki  bazası  qüvvət-

ləndirilməli və laboratoriya imkanları ar-

tırılmalıdır.

g) Tələbələrin  iş  dünyasına  hazırlıq  pro-

sesinə birinci kursdan başlanılmalıdır.

h)  Xarici  universitetlərin  təcrübələrindən 

istifadə  edilməli,  müəllim  və  tələbələrin 

daxili  və  xarici  universitetlərlə  mobilliyi 

artırılmalıdır.

6)  Müəllimlərə xas olan cəhətləri:

a) Müəllimlər, dərslərini müasir üsullarla, 

dövlət standartlarına və bəynəlxalq tələb-

lərə uyğun keçməlidir.

b) Müəllimlər, dərsləri ilə bağlı iş dünya-

sının tələblərinə diqqət yetirməlidir. Dərs-

lərdə verilən biliklərin məzuniyyət sonra-

sında  nə  işə  yarayabiləcəyi  tələbələrə 

açıqlanmalıdır.

c)  Müəllimlər  təkmilləşdirmə  kurslarına 

qatılmaq üçün aktiv olmalıdır

“Universitet - iş dünyası əlaqələri” 

mövzulu II Dəyirmi Masa 

II Dəyirmi Masada ARDNŞ, TUSİAB, Azerfon, 

Azersu, Azersun, Azinka, Aztexnika, Azercell, 

Mətanət A, Bank of Baku, Nurgün Holding, 

Ernst&Young, Aksesuar İnşaat və Coca-Cola 

kimi 15 böyük şirkət, işə qəbul və kadrların 

seçilməsi şöbələri, təlim tədris mər

kəzi, eləcə 

də  insan  resursları  departamenti  müdirləri 

və mütəxəssisləri iştirak ediblər. 



Danışıq və müzakirələr sonunda əldə 

olunan nəticə və təkliflər:

1)  Tələbələrin  karyeralarını  daha  dəqiq  hə-

dəfləməsi üçün tələbələrə vaxtında şirkət-

lərə  uyğunlaşmalarında  yardımçı  olun-

malıdır.

2)  Yalnız yüksək ballı tələbələrə deyil eyni za-

manda aşağı balı tələbələrə də şərait ya-

ratmalı  və  onların  da  özlərini  inkişaf  et-

dirmələri üçün plan hazırlanmalıdır.

3)  İş dünyasının yüksək keyfiyyətli kadr tələ-

batının qarşılanması üçün universitetlərlə 

əməkdaşlıqlarının artırılması zəruridir.

4)  İş dünyası əməkdaşları tələbələrin təcrübə 

sahəsində  daha  istəkli  və  aktiv  olmalı, 

dərslərdə  təcrübə  və  seminar  fəaliyyətlə-

rində iştirak etməlidir.

5)  İş  dünyası  sosial  məsuliyyət  layihələrinə 

daha çok imkan ayırmalıdır

6) İş dünyası, magistr və doktorantların dis-

sertasiya işlərinin seçilməsi, tədqiqatların 

aparılması, təkmilləşdirilməsi proseslərinə 

daha çox qatılmalıdır

7)  Şirkətlər təcrübəli və lazımlı kadr tələb et-

mələri əvəzinə prespektivli tələbəni lazımı 

kadr etmələri istiqamətində çalışmalıdır.

8)  Şirkət nümayəndələri universitetlərlə əla-

qələri və tələbələri daha yaxşı tanımala-

rına  görə  Master  Klasslarda  daha  aktiv 

iştirak etməlidirlər.

No: 1 (44)     2014

6

9)  Universitetlərin  texniki  bazası  qüvvətlən-

dirilməli  və  laboratoriya  imkanları  artı-

rılmalıdır

10)  İş dünyası şirkətlərin başqa ölkədə yerlə-

şən filiallarında tələbələrin təcrübə keç-

mələrinə yardımçı olmalıdır

11)  Məzunlar  iş  düyasındakı  əmək,  bilik  və 

təcrübələrini tələbələrlə paylaşmalıdır.

“Universitet - iş dünyası əlaqələri” 

mövzulu III Dəyirmi Masa

III  Dəyirmi  Masada  BP,  FAB  Boya  və  Kimya 

Sənayesi MMC, İpək Yolu Sahibkarlığın İnki-

şafına Dəstək İB,  İTECA Caspian LLC, Qarant 

Holding,  Akkord  Sənaye  Tikinti  İnvestisiya 

Korporasiyası  ASC,  Deloitte,  Saipem  Asia, 

AMEC Services Ltd, Veyseloğlu LLC, Avrora, 

Koroğlu  MMC  kimi  12  iri  miqyaslı  şirkət 

iştirak ediblər.



Yüklə 10,44 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə