www.erc-az.org
Avqust 11/2008
Layihələrimiz
İyul ayı üzrə inflyasiya göstəricisi açıqlanıb
Avqust ayının 8-də İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyət İnstututu Budapeşt Fondunun
İnstitusional yardım layihəsi çərçivəsində həyata keçirdiyi “Alternativ inflyasiya səviyyəsinin
hesablanması” proqramı üzrə Azərbaycanın 11 regionunda bu ilin iyul ayı ərzində apardığı
qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. Nəticələrə görə, iyul ayı ərzində
Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,72 faiz, Bakıda 0,44 faiz, regionda isə 1,09 faiz
olub.
Əmtəə qrupları üzrə ən yüksək inflyasiya səviyyəsi ərzaq məhsullarında – 0,91 faiz müşahidə
olunub. Tədqiqat aparılan dövr ərzində inflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə - 0,67 faiz,
xidmət üzrə isə 0,29 faiz təşkil edib.
Mərkəzin hesablamalarına görə, bu ilin 7 ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ)
15,58 faiz, bu ilin iyul ayının ötən ilin iyul ayı ilə müqayisəsində illik inflyasiya isə 29,1 faiz qeydə
alınıb.
Aparılmış statistik müşahidə nəticəsində məlum olmuşdur ki, bu ilin iyul ayında ən çox bahalaşma
ərzaq məhsulları üzrə - göyərti (66,55 faiz), yemiş (56,07 faiz), şəkər (21,77 faiz), çiyələk (14,74
faiz), yer xiyarı (14,12 faiz), qeyri-ərzaq məhsulları üzrə - giriş üçün mebel (13,25 faiz),
soyuducular (11,99 faiz), velosipedlər (2,53 faiz), xidmət üzrə isə - restoran tərəfindən yeməklə
təmin edilmə xidmətləri (14,94 faiz), otel və mehmanxanalar tərəfindən mənzil xidməti (11,09 faiz)
üzrə olub. Ən çox ucuzlaşma isə ərzaq məhsulları üzrə - yer pomidoru (14,75 faiz), lumu (11,28
faiz), təzə kartof (11,03 faiz), şaftalı (6,94 faiz), buğda unu (4,12 faiz) olub.