Zeyd Rəəd Əl-Hüseyn, bmt-nin İnsan Hüquqları üzrə Ali Komissarı



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix06.09.2017
ölçüsü2,32 Mb.
#29072
  1   2   3

Mündəricat

Zeyd Rəəd Əl–Hüseyn, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı

Oktyabr, 2014-cü il 

Vətəndaş  cəmiyyəti  xadimlərinin  qətiyyətliliyi  və  düzlüyü  məndə  və,  ola  bilsin  ki 

sizdə də, təvazökarlıq, böyük borc hissi, həmçinin bərabər və ayrılmaz ləyaqət və 

hər bir insanın hüquqları naminə işləri davam etdirmək hissi yaradır.

Bu vəsait haqqında məlumat

 ................................................................................

Vətəndaş cəmiyyəti subyektləri və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün məkan

 .

2.1. BMT-nin insan hüquqları sistemi – qısa icmal



 ...................................................

Azad və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət şərtləri 

 .....................................

3.1. Əlverişli siyasi və ictimai mühit

 .........................................................................

3.2. Əlverişli qanunvericilik mühiti 

 ..........................................................................

3.3. Sərbəst informasiya axını 

 ................................................................................

3.4. Uzunmüddətli dəstək və resurslar  

 ..................................................................

3.5. Dialoq və əməkdaşlıq üçün ümumi mühit  

 ....................................................

Vətəndaş cəmiyyəti subyektlərinin üzləşdiyi çətinliklər 

 ...........................................

4.1. Vətəndaş cəmiyyətinin işini ləngidən qanunvericilik və normativ xarakterli tədbirlər

 

4.2. Əsassız tədbirlər 



..............................................................................................

4.3. Qanundankənar təqiblər, hədə-qorxular və repressiyalar

 ...............................

Mən nə edə bilərəm? BMT–yə müraciət 

 ...............................................................

Sənədli resurslar

 ......................................................................................................

Bizimlə əlaqə saxlayın

 ............................................................................................

1. 


2. 

3. 


4. 

5.

6.



7.   

2

4



6

8

9



10

11

11



12

17

18



19

20

26



34

36


2

3

Vətəndaş cəmİyyətİ üçün praktİkİ Vəsaİt

1.  Bu Təlimat haqqında

Sərbəst ifadə, birləşmə və dinc toplaşma azadlığı və dövlət işlərində iştirak etmək hüququ 

insanlara öz fikirlərini bölüşmək, yeni fikirlər formalaşdırmaq və öz hüquqlarını tələb etmək 

naminə  başqaları  ilə  birləşmək  imkanı  verən  insan  hüquqlarıdır.  Məhz  bu  ictimai  azadlıqları 

həyata keçirməklə, biz iqtisadi və sosial inkişafımızla bağlı əsaslı qərarlar qəbul edirik. Məhz 

bu hüquqlar sayəsində biz vətəndaş fəaliyyətində iştirak edə və demokratik cəmiyyətlər qura 

bilərik. Bu azadlıq və hüquqların məhdudlaşdırılması bizim birgə tərəqqimizə xələl gətirir.

Hazırkı vəsait BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) tərəfindən vətəndaş 

cəmiyyəti  üçün  hazırlanmış  praktiki  vəsaitlərdən  altıncısı  olmaqla,  OHCHR–in  cari  tematik 

prioritetlərindən  biri  olan  “demokratik  fəaliyyət  sahəsinin  genişləndirilməsi”  kontekstində 

nəzərdən keçirilməlidir.

Hazırkı  vəsaitdə  vətəndaş  cəmiyyəti  subyektlərinin  fəaliyyəti  ilə  bağlı  məsələlər 

işıqlandırılmışdır.  Vəsait  “vətəndaş  cəmiyyəti”  və  “vətəndaş  cəmiyyətinin  fəaliyyət  sahəsi” 

terminlərinin  işçi  təyinatının  müəyyənləşdirilməsi  ilə  başlayır.  Daha  sonra,  ifadə,  birləşmək 

və  dinc  toplaşmaq  azadlığı,  eləcə  də  dövlət  işlərində  iştirak  etmək  hüququ  üçün  müvafiq 

beynəlxalq insan hüquqları standartlarının icmalı da daxil olmaqla, azad və müstəqil vətəndaş 

cəmiyyətinin fəaliyyəti üçün lazım olan şərt və şəraitlərin icmalı verilmişdir.

Vəsaitə bütün insan hüquqlarını (mülki, mədəni, iqtisadi, siyasi və sosial) bütün insanların 

mənafeyi  naminə  inkişaf  etdirmək  istiqamətində  vətəndaş  cəmiyyətinin  öz  işini  həyata 

keçirməsi  üçün  mühitin  inkişafı  məqsədilə  hökumətlər  və  vətəndaş  cəmiyyəti  subyektləri 

(VCS)  arasındakı  bir  sıra  əməkdaşlıq  nümunələri  daxil  edilmişdir.  Vətəndaş  cəmiyyətinin 

işi  üçün  maneələr  və  məhdudiyyətlər,  o  cümlədən  təqib,  hədə-qorxu  və  təzyiq  tədbirləri 

müəyyən edilmişdir. Vəsaitdə vətəndaş cəmiyyəti subyektlərinə vətəndaş cəmiyyətinin yerli 

səviyyədə fəaliyyəti üçün şəraiti təbliğ etmək və qorumaq məqsədilə BMT-nin insan hüquqları 

sistemindən faydalanmaq təklif olunur. Hazırkı vəsaitin sonunda, resurslar və əlaqə məlumatları 

təqdim olunur.

Hazırkı vəsaitin əsas məqsədi BMT-nin insan hüquqları sistemi ilə tanış olmayan VCS-lərə  

yardım etməkdir. Hazırkı vəsait tərtib olunma prosesinin lap əvvəlindən başlayaraq müxtəlif 

VCS-lərin töhfə və məsləhətləri ilə zənginləşdirilmişdir.


4

5

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

2. Vətəndaş cəmiyyəti subyektləri və vətəndaş 

cəmiyyəti üçün fəaliyyət məkanı

Hazırkı Vəsaitdə vətəndaş cəmiyyəti ictimai iştirakçılığın müxtəlif formaları ilə könüllü məşğul 

olan  və  BMT-nin  məqsədlərinə  (sülhün  və  təhlükəsizliyin  dəstəklənməsi,  insan  hüquqlarının 

inkişafı, təbliği və hörmət) uyğun olan ümumi maraqlar əsasında fəaliyyət göstərən fərdlər və 

qruplar kimi müəyyən edilmişdir: 

BMT-nin  həyatımızın  yaxşılaşdırılmasına  yönəlmiş  fəaliyyəti  insan  hüquqlarına  hörmət 

prinsiplərinə əsaslanır. Yuxarıdakı şərhə uyğun olmaqla, vətəndaş cəmiyyəti subyektləri, birbaşa 

və ya dolayı yolla, öz işinin məzmun və xarakteri baxımından insan hüquqlarının təbliğinə və 

qorunmasına xidmət göstərir.

VCS-lər  hüquqlarla bağlı məlumatlılığın artırılmasını təşviq edir, problemlərin müəyyənləş-

dirilməsində, strategiyaların hazırlanması, siyasət və qanunlara təsir göstərmək və hesabatlılığın 

təminatına nail olmaq istiqamətində icmalara köməklik göstərirlər. VCS-lər dövlət siyasəti ilə 

bağlı  qərarların  qəbulu  proseslərinin  tam  həcmdə  əsaslı  olması  üçün  ictimaiyyətin  fikirlərini 

toplayır  və  onları  müvafiq  instansiyalara  göndərirlər.  VCS-lər  həm  də  eyni  vaxtda  bir  neçə 

istiqamət üzrə təhlükəli və zəif mövqedə olan şəxslərə xidmətlər göstərirlər.

Məsələn, vətəndaş cəmiyyəti subyektlərinə daxildir: 

1



İnternet fəalları da daxil olmaqla, hüquq müdafiəçiləri;



İnsan hüquqları təşkilatları (QHT-lər, birliklər, zərər çəkmiş şəxslərə dəstək qrupları);

Koalisiyalar və şəbəkələr (məsələn, qadın hüquqları, uşaq hüquqları və ya ətraf mühit



məsələləri, torpaq hüquqları, LGBTİ və s. üzrə);

Əlil şəxslər və onları təmsil edən təşkilatlar;



İcma əsaslı qrupları (yerli xalqlar, azlıqlar, kənd icmaları);

Dindar qruplar (kilsələr, dini qruplar);



İttifaqlar (həmkarlar ittifaqları, eləcə də jurnalist birlikləri, hakimlərin, hüquqşünasların

və vəkillərin assosiasiyaları, magistrat hakimlərin assosiasiyaları, tələbə birlikləri);

İctimai hərəkatlar (sülh hərəkatları, tələbə hərəkatları, demokratiya hərəkatları);



İnsan  hüquqlarının  təmin  edilməsinə  birbaşa  töhfə  verən  mütəxəssislər  (məsələn,

humanitar təşkilatların əməkdaşları, vəkillər, həkimlər və tibb işçiləri);

İnsan hüquqlarının pozulması qurbanlarının qohumları assosiasiyaları; və



İnsan  hüquqlarının  təşviqinə  yönəlmiş  fəaliyyətlərlə  məşğul  olan  ictimai  qurumlar

(məktəblər, universitetlər, elmi–tədqiqat strukturları).

Vətəndaş cəmiyyəti subyektləri problemləri həll etmək və cəmiyyət üçün mühüm 

əhəmiyyət kəsb edən məsələləri əhatə etmək istiqamətində fəal şəkildə səy göstərirlər:

Yoxsulluq, korrupsiya və iqtisadi qeyri-bərabərliklə mübarizə



Silahlı münaqişələr də daxil olmaqla, humanitar böhranlara qarşı reaksiya

Qanunun aliliyinin və hesabatlılığın təşviqi



İctimai azadlıqların təşviqi

Dövlət büdcələrinin şəffaflığının təbliği



Ətraf mühitin qorunması

İnkişaf hüququnun həyata keçirilməsi



   BMT-nin insan hüquqları Proqramı üzrə iş: Vətəndaş cəmiyyəti üçün soraq kitabçası, 

    OHCHR, 2008, s. vıı.

BMT-nin Baş Katibi Pan Gi Munun Vətəndaş Cəmiyyətinə dəstəklə bağlı yüksək 

səviyyəli tədbirdəki nitqindən, 23 sentyabr, 2013-cü il

“Öz xalqını eşitməyən liderlər onun səsini küçələrdən, meydanlardan, və ya tez–tez 

şahidi olduğumuz kimi, döyüş meydanlarından eşitməli olacaqlar. Lakin, daha yaxşı 

yol mövcuddur. Daha çox iştirak. Daha çox demokratiya. Daha çox qarışlıqlı fəaliyyət 

və açıqlıq. Bu, vətəndaş cəmiyyəti üçün maksimum fəaliyyət sahəsi deməkdir.”

“Hər bir şəxsin, fərdi və başqaları ilə birlikdə, insan hüquqları və əsas azadlıqları 

milli  və  beynəlxalq  səviyyədə  təşviq  etmək  və  müdafiə  etməyə  səy  göstərmək 

hüququ vardır.” (Maddə 1, çıxarış müəllifə məxsusdur).

Adətən Hüquq müdafiəçiləri haqqında Bəyannamə kimi istinad edilən, Universal 

insan hüquqları və əsas azadlıqların təşviqi və müdafiəsi ilə bağlı ayrı-ayrı şəxslərin, 

qrupların və ictimai orqanların hüquq və öhdəliklərinə dair Bəyannamə (BMT Baş 

Assambleyasının 53/144 saylı Qətnaməsi).



6

7

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

• Azlıqlara və digər risk qruplarına mənsub şəxslərin hüquq və imkanlarının genişləndirilməsi

• Ayrı-seçkiliyin hər hansı forması ilə mübarizə

• Cinayətlərin qarşısının alınması tədbirlərinə dəstək

• Korporativ sosial məsuliyyət və hesabatlılığın təşviq edilməsi

• İnsan alverinə qarşı mübarizə

• Qadınların hüquq və imkanlarının genişləndirilməsi

• Təhrikçi çıxışlara qarşı mübarizə

• Gənclərin hüquq və imkanlarının genişləndirilməsi

• Sosial ədalətin gücləndirilməsi və istehlakçı hüquqlarının müdafiəsi

• Sosial xidmətlərin göstərilməsi

VCS-lər    bütün  səviyyələrdə:  yerli,  milli,  regional  və  beynəlxalq  səviyyələrdə  fəaliyyət 

göstərirlər.

Vətəndaş cəmiyyətinin fəaliyyət sahəsi dedikdə vətəndaş cəmiyyəti subyektlərinin cəmiyyətdə 

tutduğu yer, vətəndaş cəmiyyətinin fəaliyyət göstərdiyi mühit və çərçivə; və vətəndaş cəmiyyəti

subyektləri, dövlət, özəl sektor və geniş ictimaiyyət arasında münasibətlər nəzərdə tutulur.

Sülh və təhlükəsizliyin təmin edilməsi və bütün dünyada inkişafa yönəlmiş fəaliyyətlərlə 

yanaşı,  bütün  insan  hüquqlarının  bütün  insanlar  üçün  təşviqi  və  qorunması  BMT-nin  üç 

prinsipindən  biridir.  O,  BMT  Nizamnaməsi  və  beynəlxalq  insan  hüquqları  standartları 

əsasında müəyyən edilir.

BMT insan hüquqlarını üç əsas üsulla təşviq və müdafiə etməyə çalışır:

1.  İnsan Hüquqları üzrə BMT Ali Komissarlığı (OHCHR) insan hüquqlarının təşviqi və 

müdafiəsi sahəsində fəaliyyət göstərməklə BMT çərçivəsində aparıcı təşkilatdır. O, insan 

hüquqlarının  müdafiəsinə  yönəlmiş  fəaliyyətlərinin  təsirini  artırmaq  məqsədilə  BMT-nin 

ixtisaslaşmış strukturları, fondları və proqramları (məsələn, Ümumdünya Səhiyyə Təşkilatı, 

BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNICEF, Beynəlxalq Əmək Təşkilatı, YUNESKO və s.) ilə

sıx əməkdaşlıq edir.

2.    İnsan  hüquqları  üzrə  öhdəliklərin  ölkələr  tərəfindən  icrasını  müntəzəm  və  vaxtaşırı 

nəzərdən  keçirmək  məqsədilə,  insan  hüquqları  haqqında  beynəlxalq  sazişlər  (pakt  və 

konvensiyalar)  çərçivəsində  müstəqil  ekspertlərdən  ibarət  qruplar  və  ya  müqavilə  orqanları 

yaradılır.

3.  İnsan hüquqları məsələlərini və mövcud vəziyyəti müzakirə etmək məqsədilə, BMT–yə 

üzvü olan dövlətlərdən ibarət hökumətlərarası orqanlar və ya birliklər yaradılır. Bu məqsədlə 

yaradılan  əsas  hökumətlərarası  orqan,  digər  orqanlarla  yanaşı,  öz  işini  Xüsusi  Prosedurlar 

adlanan  müstəqil  ekspertlər,  eləcə  də  Universal  Dövri  İcmal  adlanan  mexanizm  vasitəsilə 

dəstək üzərində quran insan hüquqları Şurasıdır.

Qeyd olunan üç element müstəqil, lakin bir–birini tamamlayan elementlərdir.

Bu  mandatların  və  mexanizmlərin  ətraflı  izahatı  ilə

“Birləşmiş  Millətlər  Təşkilatının  insan 

hüquqları ilə bağlı Proqramı ilə necə işləməli?: Vətəndaş cəmiyyəti üçün sorğu kitabçasında” 

(bax: bölmə 6. Resurslar) tanış olmaq mümkündür. Qeyd olunan sorğu kitabçası BMT-nin altı

rəsmi dilində, eləcə də görmə problemi olan şəxslər üçün rəqəmsal informasiya çıxışı sistemi 

formatında (DAISY) kompakt–disklərdə fransız və ingilis dillərində mövcuddur.

BMT-nin insan hüquqları üzrə müdafiə mexanizmi işinin əsasını iş VCS-lərin  iştirakı təşkil 

edir. Beynəlxalq səviyyədə, vətəndaş cəmiyyəti ekspert bilikləri, məlumatlılığın artırılmasına 

yönəlmiş tədbirlər, hüquq müdafiəsi məsələləri üzrə monitorinq və hesabatlılıq tədbirləri və 

insan hüquqlarının pozulması faktları formasında öz töhfəsini verir. VCS-lər  insan hüquqları 

sahəsində yeni standartların, mexanizmlərin və institutların işlənib hazırlanmasına və insan 

hüquqları  problemlərinin  həllinə  istiqamətlənən  resursların  və  ictimai  dəstəyin  səfərbər 

edilməsinə dəstək verirlər.

2.1.  BMT-nin insan hüquqları sistemi –

qısa xarakteristika



8

9

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

BMT-nin  İnsan  Hüquqları  Şurası  ifadə  azadlığı,  birləşmək  və  dinc  toplaşmaq 

azadlığı,  hədə-qorxu  və  repressiyalar,  eləcə  də  hüquq  müdafiəçiləri  ilə  bağlı  olan 

və vətəndaş cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edən bir neçə qətnamə qəbul 

etmişdir. 2013 və 2014-cü illərdə, Şura “dinc, çiçəklənən və demokratik cəmiyyətlərin 

qurulması  üçün  zəruri  olan  bütün  səviyyələrdə  şəffaflıq  və  hesabatlılıq  da  daxil

olmaqla dövlət idarəçiliyi prosesləri və müvafiq dövlət idarəçiliyinin təşviqi işlərinə 

vətəndaş  cəmiyyətinin  bütün  səviyyələrdə  fəal  şəkildə  cəlb  edilməsinin  həlledici 

əhəmiyyətini” qəbul etməklə,  vətəndaş cəmiyyətinin fəaliyyət sahəsi haqqında 27/31 

və 24/21 saylı qətnamələr qəbul etmişdir.

BMT-nin İnsan Hüquqları Şurası vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri

3. Azad və müstəqil vətəndaş cəmiyyətinin fəaliyyəti 

üçün şərait

3.1.  Əlverişli siyasi və ictimai mühit 

BMT Baş Katibi Pan Gi Mun, İnsan Hüquqları Şurasının iyirmi beşinci sessiyasının 

iştirakçılarına video müraciət, mart, 2014-cü il 

“Azad  və  müstəqil  vətəndaş  cəmiyyəti  yerli,  milli  və  qlobal  səviyyədə  sağlam  və 

məsuliyyətli idarəetmənin əsasını təşkail edir.”

Dövlətlərin  beynəlxalq  hüquqi  öhdəlikləri  onlardan  insanların  fərdi  və  ya  başqaları 

ilə birlikdə vətəndaş fəaliyyəti ilə məşğul olmaq imkanlarını və bacarıqlarını fəal şəkildə 

dəstəkləyən iqtisadi, siyasi, sosial, hüquqi, mədəni şərait yaratmağı tələb edir.

Dövlət orqanları və vətəndaş cəmiyyəti strukturları arasında qarşılıqlı münasibətlərin 

əsasını formalaşdıran insan hüquqlarına riayət etmək prinsipləri aşağıdakılardır:

Vətəndaş  cəmiyyətinin  qiymətləndirildiyi  və  təşviq  edildiyi  siyasi  və  ictimai  mühit. 

Təcrübədə, təsisatlar və vəzifəli dövlət nümayəndələri vətəndaş cəmiyyəti subyektləri ilə 

müntəzəm qarşılıqlı fəaliyyət şəraitində onlarla hesablaşırlar.



İştirak  –  Vətəndaş  cəmiyyətinin  ictimai  həyatdakı  rolu  hamı  tərəfindən  təsdiq 

edilir və vətəndaş cəmiyyəti subyektləri müstəqil fəaliyyət göstərmək və dövlət 

orqanlarının mövqelərindən fərqli mövqeləri müdafiə etmək hüququna malikdirlər.

Ayrı-seçkiliyə yol verməmək –  Bütün  vətəndaş  cəmiyyəti  subyektləri  ictimai 



həyatda iştirak etməyə dəvət olunur və hər hansı bir ayrı-seçkilik olmadan bu cür 

iştirak imkanları ilə təmin olunur.

Ləyaqət  –  Dövlət  orqanları  və  vətəndaş  cəmiyyəti  insanların  həyatını 



yaxlaşdırmaqla  bağlı  ümumi  məqsədə  xidmət  edir  və  bu  zaman  müxtəlif 

funksiyaları  yerinə  yetirirlər.  Qarşılıqlı  hörmət  bu  cür  qarşılıqlı  əlaqələr  üçün

həlledici əhəmiyyətə malikdir.

Şəffaflıq və hesabatlılıq  –  İctimaiyyətin  maraqlarına  xidmət  edən  fəaliyyətlər 



dövlət qulluqçularından açıqlıq, məsuliyyət, dəqiqlik, şəffaflıq və hesabatlılıq tələb 

edir. Onlar, həmçinin VCS-lərdən  bir–birləri və ictimaiyyət qarşısında şəffaflıq və 

cavabdehlik tələb edir.

Qabaqcıl təcrübənin əsasını təşkil edən əsas şərtlər:

2



  BMT-nin  hüquq  müdafiəçilərinin  vəziyyəti  üzrə  xüsusi  məruzəçisinin  hesabatı:  Hüquq 



müdafiəçiləri üçün təhlükəsiz və əlverişli şəraitin elementləri, A/HRC/25/55.

10

11

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

Tunis  –  Vətəndaş  cəmiyyəti  insan  hüquqları  və  demokratiya  üçün  prinsipial 

əhəmiyyət kəsb edən yeni qanun və siyasət prinsiplərinin işlənib hazırlanmasında 

iştirak  etməklə  yeni  Tunisin  qurulmasında  ən  mühüm  rol  oynamışdır.  Vicdan 

məhbuslarının ümumi amnistiyası barədə fərman və dörd beynəlxalq sazişə (Bütün 

şəxslərin zorakı itkin düşməkdən mühafizəsinə dair Beynəlxalq Konvensiya, Mülki və 

Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta Fakültativ Protokol, İşgəncələrə və digər

qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı Konvensiyaya 

Fakültativ  Protokol  və  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Roma  Nizamnaməsi)

qoşulmaqla bağlı qanunlar kimi demokratik keçid dövrünün ilk təşəbbüsləri barədə 

məsələlərdə  vətəndaş  cəmiyyəti  təşkilatları  ilə  məsləhətləşmələr  aparılmışdır. 

Vətəndaş  cəmiyyəti  təşkilatları  yeni  seçki  məcəlləsini  elan  etmiş  və  qeyri-

hökumət təşkilatlarının dövlət tərəfindən, eləcə də xaricdən maliyyələşdirilməsinin 

mümkünlüyünə dair müddəanı da özündə əks etdirən birləşmək azadlığı haqqında 

yeni  qanunu  qəbul  etmiş  demokratik  təsisatların  yaradılmasında  iştirak  etmişlər. 

Həmin qanunun 2011-ci ilin sentyabr ayında qəbul edilməsindən etibarən, Tunisdə bir 

neçə min yeni assosiasiya yaradılmışdır. Tunisdə ilk demokratik və şəffaf seçki kimi

tarixə düşmüş 2011-ci il seçkilərində vətəndaş cəmiyyətinin rolu prinsipial əhəmiyyət 

kəsb  etmişdir.  Həmin  vaxt,  ilk  dəfə  olaraq,  10.000–dən  artıq  vətəndaş  cəmiyyəti 

fəalı  beynəlxalq  ictimaiyyətin  dəstəyi  ilə  Müəssislər  Məclisinə  keçirilən  seçkilərin 

monitorinqi  məqsədilə  səfərbər  edilmişdi.  Vətəndaş  cəmiyyəti,  xüsusilə  qadın 

təşkilatları, qadın və kişilər arasında tam bərabərlik prinsipinin 2014-cü ilin yanvar 

ayında Müəssislər Məclisinin böyük səs çoxluğu ilə qəbul edilmiş yeni Konstitusiya 

mətninə daxil olunmasına dəstək nümayiş etdirmişlər.

İnsan Hüquqları Şurasının müzakirə qrupunun vətəndaş cəmiyyətinin fəaliyyət 

sahəsinin  təşviqi  və  müdafiəsi  məsələləri  ilə  bağlı  müzakirəsinin  nəticələrinə  dair 

qısa məruzə, A/HRC/27/33.

3.2.  Əlverişli hüquqi fəaliyyət sahəsi 

Qanunvericilik aktları, inzibati qaydalar və təcrübə beynəlxalq standartlara uyğundur

və  vətəndaş  cəmiyyətinin  fəaliyyətinə  zəmanət  verir.  Vətəndaş  cəmiyyəti  subyektlərinin 

ədalət  məhkəməsinə,  müstəqil  və  səmərəli  insan  hüquqları  təsisatlarına  və  beynəlxalq 

insan  hüquqları  mexanizmlərinə  çıxışı  həmin  fəaliyyət  sahəsinin  ayrılmaz  hissəsini  təşkil 

edir. Səmərəli qanunlar və siyasət prinsipləri həyati vacib məsələlər olsa da, düzgün həyata 

keçirilmədikdə səmərəsiz olacaqdır.

3.3. Məlumatların sərbəst yayılması 

VCS-lərə  problemlər  barədə  məlumat  və  informasiyaları  əldə  etmək,  öz  narahatlıqlarını 

ifadə  etmək,  həll  yollarının  axtarılmasında  konstruktiv  şəkildə  iştirak  etmək  və  problemlərin 

həllinə  töhfə  vermək  imkanı  vermək  məqsədilə,  ideyalara,  məlumatlara,  təşəbbüslərə  və 

qərarlara sərbəst çıxış imkanı.

3.4. Uzunmüddətli dəstək və resurslar

Marginal qrupların səsinin eşidilməsi üçün potensialın formalaşdırılması tədbirləri və bütün 

VCS-lər  üçün resurslara, görüş yerlərinə və texnologiyalara çıxış imkanlarının təmin edilməsi.

Sloveniyada  birləşmək  azadlığı  hüququ  qeydiyyatdan  keçməmiş  birliklər  də 

daxil  olmaqla,  bütün  assosiasiyaların  müdafiəsini  təmin  edir;  qeyd  olunan  hüquq

qeydiyyatdan  keçməmiş  assosiasiyalarda  iştirak  edən  şəxslər  üçün  bütün  növ 

fəaliyyətləri  həyata  keçirmək,  o  cümlədən,  dinc  xarakterli  toplantılar  keçirmək  və 

onlarda iştirak etmək hüququ nəzərdə tutur. 

Dinc toplaşmaq və sərbəst birləşmək azadlığı hüququ ilə bağlı BMT-nin xüsusi 

məruzəçisinin hesabatı, A/HRC/20/27.

Livan və Mərakeşdə  qanunvericilik  vətəndaş  cəmiyyəti  təşkilatlarının  yerli  və 

xarici mənbələrdən maliyyələşməsi üçün dövlət orqanlarının təsdiqini tələb etmir.

Dinc toplaşmaq və sərbəst birləşmək azadlığı hüququ ilə bağlı BMT-nin xüsusi 

məruzəçisinin hesabatı, A/HRC/20/27.

Xorvatiyada  Hökumət  qrantların  bölüşdürülməsi  zamanı  bütün  hakimiyyət 

səviyyələrində dövlət orqanları tərəfindən riayət olunması icbari olan və əsas şəffaf

qayda  və  prosedurların  əks  olunduğu  assosiasiyaların  proqram  və  layihələrinin 

həyata  keçirilməsinə  qrantların  ayrılması  üzrə  qabaqcıl  təcrübə,  standartlar  və 

meyarlarla bağlı Məcəlləni qəbul etmişdir (2007).

Qeyri-kommersiya  hüququ  üzrə  Avropa  Mərkəzi  (ECNL).  Vətəndaş  cəmiyyəti

təşkilatları üçün dövlət maliyyələşdirməsi: Avropa İttifaqı və Qərbi Balkan ölkələrində

qabaqcıl təcrübələr, 2011-ci il


12

13

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

3.5.  Dialoq və əməkdaşlıq naminə birgə fəaliyyət sahəsi

Vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqəsi olan 

beynəlxalq hüquqi standartlar

Qərar qəbuletmə proseslərində vətəndaş cəmiyyəti üçün yer təmin edir.

Vətəndaş  cəmiyyətinin  fəaliyyəti  üçün  təhlükəsiz  və  əlverişli  şərait  insan  hüquqları 

sahəsində  beynəlxalq  standartlara  əsaslanan  etibarlı  milli  hüquqi  baza  səviyyəsində 

dəstəklənməlidir.

İfadə  azadlığı,  birləşmək,  dinc  toplaşmaq  və  dövlət  işlərində  iştirak  etmək  hüququ 

insanlara  müsbət  dəyişikliklər  naminə  səfərbərlik  imkanı  verən  hüquqlardır.  Hər  bir 

şəxs,  fərdi  və  ya  başqaları  ilə  birlikdə,  bu  hüquqlardan  yararlanmalıdır.  Onlar  vətəndaş 

fəaliyyətinin əsasını təşkil edirlər.

İnsan  hüquqları  üzrə  əsas  beynəlxalq  sənədlərin  əksəriyyəti  ictimai  azadlıqların 

müdafiəsi ilə birbaşa əlaqəsi olan və ayrı-seçkiliyə yol verməməklə bağlı bütün prinsiplərə 

istinad olunan müddəaları özündə birləşdirir:

İnsan hüquqları haqqında ümumi Bəyannamə (19, 20, 21-ci maddələr);



Mülki  və  siyasi  hüquqlar  haqqında  Beynəlxalq  Pakt  fikir  və  fikri  sərbəst  şəkildə

ifadə  etmək,  dinc  məqsədlə  toplaşmaq  və  birləşmək,  və  ictimai  həyatda  iştirak 

azadlığı hüquqlarını təmin edir (19, 21, 22, 25-ci maddələr);

İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt həmkarlar ittifaqları



yaratmaq  və  onlarda  iştirak  etmək,  həmçinin  mədəni  həyatda  iştirak  etmək 

hüququnu təmin edir (8, 15-ci maddələr);

Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi  haqqında



Konvensiya  qadınların  hüququ,  siyasi,  iqtisadi  və  mədəni  həyatda  iştirak  etmək 

hüququnu təmin edir (maddə 3);

İrqi  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi  haqqında  Beynəlxalq



Konvensiya ifadə azadlığı, dinc toplaşmaq və birləşmək və ictimai işlərdə iştirak 

etmək hüququ ilə bağlı ayrı-seçkiliyi qadağan edir (maddə 5);

Uşaq hüquqları haqqında Konvensiya ifadə, birləşmək və dinc toplaşmaq azadlığı



hüququnu təmin edir (13, 15-ci maddələr);

Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya fikir və sərbəst ifadə azadlığı,



informasiyaya çıxış əldə etmək hüququ, siyasi və ictimai həyatda, eləcə də mədəni 

həyatda iştirak hüququnu təmin edir (21, 29, 30-cu maddələr);

Maldiv adalarında  2014-cü  ildə,  regional  QHT-lər  və  beynəlxalq  təşkilatlarla

birlikdə,  İslam  dini  çərçivəsində  gender  bərabərliyinin  həyata  keçirilməsi  işində 

məlumat mübadiləsi və regional təcrübələri müzakirə etmək məqsədilə, hökumət 

qadın hüquq müdafiəçiləri üçün beş günlük forumun keçirilməsinə dəstək vermişdi.

Meksikada  Hüquq  müdafiəçiləri  və  jurnalistlərin  müdafiəsinə  dair  2012-ci  ildə

qəbul  edilmiş  qanun  hüquq  müdafiəçiləri  və  jurnalistlərin  üzləşdikləri  təhdidləri

aradan qaldırmaq üçün milli mexanizmin yaradılmasını nəzərdə tutur. Həmin qanun 

beynəlxalq QHT-lərin və təşkilatların, eləcə də OHCHR-in Meksika Nümayəndəliyinin

dəstəyi ilə, vətəndaş cəmiyyəti subyektləri və Konqresin iştirakı ilə hazırlanmışdır.

Nepalda  2010-cu  ildə,  Məzhəb  ayrı-seçkiliyi  və  toxunulmazlığı  barədə  Qanun

vətəndaş cəmiyyətinin, dalitlərin işləri üzrə Milli Komissiyanın və OHCHR-in Nepal 

Nümayəndəliyinin iştirakı ilə işlənib hazırlanmışdır. Həmin qanun 2011-ci ilin mayında 

qəbul edilmişdir.

Yeni Zelandiyada  2011-ci  ildə  Əlillər  haqqında  Qanun  Əlillərin  Assosiasiyasının

iştirakı ilə hazırlanmışdır.

Dinc toplaşmaq və sərbəst birləşmək azadlığı hüququ ilə bağlı BMT-nin xüsusi 

məruzəçisinin hesabatı, A/HRC/20/27.

Vanuatuda,  2013-ci  ildə  Hökumət  Universal  Periodik  İcmal  Komitəsi  (UPR 

Committee) yaratmış və Komitənin sədr müavini vəzifəsinə Vanuatu Qeyri-Hökumət

Təşkilatları  Assosiasiyasının  nümayəndəsini  təyin  etmişdi.  Bundan  başqa,  vətəndaş 

cəmiyyəti  insan  hüquqları  haqqında  məruzələrin  təqdim  edilməsi  üzrə  ölkənin 

öhdəliklərini  əlaqələndirmək  səlahiyyətini  həyata  keçirən  İnsan  Hüquqları  üzrə  Milli 

Komitədə də təmsil olunur. 2013-cü ildə, Əlillərin Hüquqları üzrə Komitənin hesabatının 

hazırlanmasında əlil şəxslərlə işləyən təşkilatlarla geniş məsləhətləşmələr aparılmışdı.



14

15


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin