1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
XƏZƏR UNİVERSİTETİ
HUMANİTAR VƏ SOSİAL ELMLƏR FAKÜLTƏSİ
İstiqamətin şifri və adı 060209-Psixologiya
İxtisaslaşmanın adı Klinik psixologiya
Psixologiya kafedrasının magistrantı
Əhmədova Sevinc Bəxtiyar qızının
Magistr dərəcəsi almaq üçün
GƏNC TƏLƏBƏ OĞLANLAR ARASINDA SİQARET ÇƏKMƏ İLƏ
DEPRESSİYA ARASINDA ƏLAQƏ
mövzusunda
DİSSERTASİYA İŞİ
Elmi rəhbər
Psixologiya üzrə fəlsəfə doktoru Ləman Verdiyeva
Bakı-2016
2
MÜNDƏRİCAT
GİRİŞ .......................................................................................................................................4
I FƏSİL. TÜTÜN HAQQINDA ÜMÜMİ MƏLUMAT......................................................10
1.1.Tütün haqqında ümumi məlumat....................................................................................... 10
1.2.Tütünçəkmə tendensiyası.................................................................................................. 16
1.3.Tütünlə mübarizə üzrə milli strategiya..............................................................................19
II FƏSİL. DEPRESSİYA HAQQINDA ÜMUMİ MƏLUMAT........................................24
2.1.Depressiya haqqında...........................................................................................................24
2.2.Psixi pozuntular və siqaret..................................................................................................30
2.3.
Siqaret asılılığı və depressiya arasında əlaqə...................................................................33
III FƏSİL. GƏNCLİK DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ..............................................37
3.1. Gənclik dövrü xüsusiyyətləri və tütün aslılığını yaradan faktlar.......................................37
3.2. Valideyn nəzarəti və zərərli vərdişlər arasında əlaqə......................................................40
IV FƏSİL. GƏNC TƏLƏBƏ OĞLANLARIN SİQARET ÇƏKMƏSİ İLƏ
DEPRESSİYA ARASINDA ƏLAQƏSİNİN EKSPERİMENTALTƏDQİQİ.................43
4.1.Tədqiqatda istifadə olunmuş material və metodlar............................................................44
4.1.1.Tədqiqat iştirakçıları........................................................................................................45
4.1.2.İstifadə olunmuş metodikalar..........................................................................................46
4.1.3.Tədqiqatın strukturu........................................................................................................46
4.1.4.Statistik analiz.................................................................................................................47
4.1.5 Alınan nəticələrin təhlili..................................................................................................52
3
NƏTİCƏ..................................................................................................................................59
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT...................................................................................60
ƏLAVƏLƏR...........................................................................................................................64
4
Giriş
Mövzunun aktuallığı. Tütünçəkmə - dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən
biridir. Böyüklər arasında, hər 10 nəfərdən birinin ölümünün səbəbidir. Bəzi ənənəvi
cəmiyyətlərdə əsrlərdən bəri istifadə olunan tütünün, sənaye inqilabından sonrakı dövrlərdə
bir çox ölkələrdə istifadəsi artmışdır. Tütün istifadəsi bütün dünyada və xüsusilə inkişaf
etməkdə olan ölkələrdə cəmiyyətin önəmli sağlamlıq problemidir. Siqaret indiki vaxtda
bütün cəmiyyətlərdə geniş şəkildə istifadə olunan tütünün bir növüdür. Faciəlidir ki,
epidemiya inkişafda olan ölkələrə tərəf irəliləyir. Bir neçə oniliklər ərzində tütünlə əlaqəli
bütün ölümlərin 80%-i inkişaf etməkdə olan ölkələrdə baş verib
1
. Bu irəliləyiş qlobal tütün
sənayesinin inkişafda olan ölkələrdə cavan və yetkinlik yaşına çatmış insanları hədəfə alan
marketinq strategiyası ilə əlaqəlidir. Əlavə olaraq, hal-hazırda qadınların əksəriyyəti tütündən
istifadə etmədiyinə görə tütün sənayesi onları yeni potensial istehlakçı kimi seçərək, onlara
tərəf təcavüzkarlıqla irəliləyir. Tütündən istifadənin geniş yayılmış asılılığa çevrilərək hər il
milyonlarla insanın həyatını əlindən alan və sağlamlığına zərər vuran qlobal epidemiya
səviyyəsinə çatdığı bir dövrdə tütünə qarşı mübarizə beynəlxalq ictimaiyyətin qarşısında
duran vacib vəzifələrdən biridir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş
Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası bu istiqamətdə atılmış ən vacib
addımlardan biridir. Tütün istifadəsi bir çox xəstəlik üçün risk faktoru olmaqla yanaşı özü də
bir xəstəlik olaraq qəbul edilməkdədir
2
.
Siqaret epidemiologiyasının ən əhəmiyyətli nöqtələrindən biri də siqaretə başlama
yaşlarıdır. Hər gün dünyada
80.000-100.000 gəncin siqaret aludəçisi olduğu
bildirilməkdədir.
3
Siqaret istifadə etməyə başlayan hər iki gəncdən biri bu pis vərdişi davam
etdirir. Ekologiyanın pisləşdiyi, qlobal tütün epidemiyasının genişləndiyi bir şəraitdə bu növ
1
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin “
Tütünə qarşı mübarizə haqqında ”Ümumdünya
Səhiyyə
Təşkilatının Çərçivə konvensiyasına Uyğunluğunun Müqayisəli Təhlili.Bakı:2015, 53 s ,4-6 s.
2
Azərbaycan Respublikasının 2011-2015- ci illər üçün Tütünlə mübarizə üzrə milli strategiya. Bakı:2010, 44 ,3-8 s.
3
Tütünçəkmədən imtina etmə üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.Bakı:2012, 67s .6-12
s.
5
xəstəliklər təkcə sürətlə yayılmır, həm də bu səbəbdən ölüm halları kütləvi şəkildə artır.
Dünyada 8 ölüm səbəbinin 6-sı üçün risk faktoru olan tütün,insanları müxtəlif yollarla öldürə
bilir. Tütün epidemiyası dünyanı yoluxucu xəstəliklərin epidemiyalarından daha çox təhdid
etməkdədir. Siqaret çəkənlərdə vaxtından əvvəl ölmə halı 77%-dir
4
.
Bu, yeganə leqal istehlak
malıdır ki, ondan istifadə edənlərin təxminən yarısını öldürür.
Elm adamları dünyanın ən məşhur və ciddi sağlamlıq problemlərindən ikisi olan nikotin
aslılığı və depressiyanı bir-biriylə əlaqəli olduğunu bildirdilər
5
.
Siqaret çəkmə insan orqanizminə çox mənfi təsir göstərir. Həyatının müəyyən bir dövründə
major depressiya keçirmiş şəxslərdə siqaret istifadəsi bu xəstəliyi olmayanlara görə olduqca
yüksək faiz təşkil edir. Siqaret aludəçilərində depressiya olma ehtimalı siqaret aludəçisi
olmayanlara görə iki qat çox olduğu müəyyən edilmişdir. Depressiv vəziyyətdə olan
şəxslərdə siqaret asılılığı nisbəti artarkən,siqaret aludəçiliyi olan şəxslərdə depressiyanın
olması bu fərdlərin daha çox siqaret çəkərək asılılıqlarının artmasına gətirib çıxardır. Bu
səbəblədə depressiyaya meyilli olan şəxlərin siqareti tərgitmə ehtimalı müvəfəqiyyətsizliklə
nəticələnir
6
. Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə depressiya ilə mübarizə
edən təxminən 121 milyon insanın yüzdə 20 ilə 40-nın intihara cəhd edir, yüzdə 10 ilə 15-i
isə həyatını itirir. Bu gün hər beş qadından və hər on iki kişidən birində depressiya müşahdiə
olunur. Depressiyanın yayılma səviyyəsi 12 yaşdan aşağı uşaqlar arasında 2% təşkil
edirsə,yeniyetmələr arasında 4-8% təşkil edir.
Depressiyanın yayılmasının artması səbəbiylə Dünya Səhiyyə Təşkilatı 2012-ci il 10
Oktyabr Dünya Psixi Sağlamlığı gününün əsas mövzusu olaraq Depressiyanı təyin etdi.
Xüsusilə inkişaf etmiş ölkələrdə təsir sahəsini hər keçən gün artıran bu xəstəlik, müasir
dünyanın epidemiyası olaraq xarakterizə edilir.
4
Mathers CD, Loncar D. Projections of global mortality and burden of disease from 2002 to 2030. PLoS
Medicine:2006,3-11p:e442.Additional information obtained from personal communication with
Mathers(www.cdc.gov/tobacco/.../tips/...smoking/.../depression-and-smoking)
5
Smoking and depression: Harvard Mental Health Letter.;2002 ,3 p(psychcentral.com/library/depression_smoking)
6
Moss TG, Weinberger AH, Vessicchio JC, Man-cuso V, Cushing SJ, Pett M, et al. A Tobacco Reconceptualization in Psychiatry
(TRIP): Am J Addict 2010; 293-311 p(//www.mentalhealth.org.uk/a-to-z/s/smoking-and-mental-health)
6
Tədqiqat mövzusunun işlənilmə səviyyəsi. Aparılan tədqiqatlarda, yeniyetmə və gənclərdə
siqaret çəkmə vərdişinin yüksək olduğu və depressiv əlamətlər müşahidə olunduğu qeyd
edilmişdir.M.Gulec, B.Bakir, M.Ozer M, Ucar, S.Kilic, M.Hasde tələbələr arasında
apardıqları tədqiqatlarda siqaret çəkmə ilə depressiya arasında güclü bir əlaqə təyin etmişlər.
RT.Mikolajczyk, AE.Maxwell, V.Naydenova, S.Meier, El Ansari Avropa ölkələrində
apardıqları tədqiqatda universitet tələbələri arasında depressiv əlamət sıxlığı Polşada 34%,
Bolqarıstanda 39%, Almaniyada 23% olaraq müəyyən olunmuşdur. Allgöver və
həmkarlarının depressiya testi vaistəsi ilə 15 Avropa ölkəsində apardıqları tədqiqatlarda
universitet tələbələrində depressiv əlamət göstəricisi 32,0% olaraq aşkarlanmışdır. Siqaret
çəkənlərdə çəkməyənlərə görə depressiv əlamətlərin daha yüksək səviyyədə olduğu
müxtəlif tədqiqatlarda verilmişdir.
7
Aparılan tədqiqatların təhlili göstərir ki, siqaret çəkənlərdə depressiv əlamətlər
çəkməyənlərə görə nisbətdə daha yüksəkdir.
8
Bəzi araşdırmalarda siqaret çəkənlərdə depressiya çəkməyənlərə görə nisbətdə 2,2 dəfə
çoxdur.
9
Koreyada aparılan tədqiqatda siqaret çəkmə ilə depressiya arasında əlaqə olduğu müəyyən
olunmuşdur.
10
Bununla yanaşı tədqiqatlarda siqaret çəkmə vəziyyəti ilə depressiv əlamətlər
7
Yargıç , Baykan H.(2013) Severe mental disorders, depression and smoking cessation Anadolu dergisi 77-83 s, Güleç M, Bakır
B, Özer M, et al. Association between cigarette smoking and depressive symptoms among military medical students in Turkey.
Psychiatry Research 2005; 281-286 s, (www.scopmed.org),Huten M, Kalyoncu A, Pektaş Ö,Beyazyürek M. Psikiyatrik bozukluğu
olmayan kişilerde sigara içme davranışının depresyon düzeyleriyle ilişkisi,Bilimsel Çalışmalar Özet Kitabı, 1998: 206 s
8
İnci R, Ağargün MY, Özer ÖA, ve ark. Bir grup üniversite öğrencisinde sigara içimi ve mizaç durumları. 39. Ulusal
Psikiyatri Kongresi Bildiri Kitabı, 2003: 610-612,Yazıcı H, Çetinkaya B, Kahveci H, Demirci S. Genç bireylerde depresif
belirtiler ve sigara içmeye dönük tutumlar. Bağımlılık Dergisi 2007; 8: 79-84,Surtees PG, Pharoah PDP, Wainwright NWJ, et
al. A followup study of new users of a university counselling service. Br J Guid Counc 1998; 26: 255-72.(www.scopmed)
9
Sütoluk Z, Nazlıcan E, Azizoğlu A, Akbaba M. Yüreğir Çıraklık Eğitim Merkezi öğrencilerinde depresyon sıklığı ve
nedenleri. Türk Tabipleri Birliği Mesleki Sağlık ve Güvenlik Dergisi 2005; Temmuz-Ağustos-Eylül: 23-26, Güleç M, Bakır
B, Özer M, et al. Association between cigarette smoking and depressive symptoms among military medical students in
Turkey. Psychiatry Research 2005; 134: 281-286.( www.bmj.com/content/348/bmj.g1151)
10
Lee KJ. Current smoking and secondhand smoke exposure and depression among Korean adolescents: Analysis of a
national crosssectional survey. BMJ Open 2014;4:e003734. doi:10.1136/bmjopen-2013-003734 (www.scopmed.org)
7
arasında əlaqənin olmadığını müəyyən edən nəticələr də əldə olunmuşdur.
11
Siqaret aslılığı digər asılılıqlar kimi, həm genetik həm də mühit kimi faktorların təsiri ilə
yaranan kompleks davranışdır. Siqaret asılılığının genetik təsiri ilə bağlı; genioloji, əkizlər və
molekulyar genetik tədqiqatlar aparılmışdır.
12
Əkizlərlə aparılmış 14 fərqli tədqiqatın
nəticələrinin təhlili göstərir ki, nikotin asılılığının 56% genetik, 24% ailə, 29% ekoloji
faktorlardan qaynaqlanır.
13
Aparılan araşdırmalar aslılığın inkişafında ekoloji faktorların
siqaret çəkməyə başlamaqda, genetik faktorların isə uzunmüddətli istifadədən aslılığa keçiddə
rol oynadığını göstərir.
14
Xəstəliklərin genetik təməlini araşdırmaq üçün aparılan əkizlər
üzərində tədqiqatda, tək yumurta əkizləri ilə cüt yumurta əkizləri arasındakı konkordantlıq
nisbəti qiymətləndirilmişdir. Bu qiymətin 1-dən böyük olması o xəstəliyin etiologiyasında
potensial genetik faktorların olduğunu göstərir. Siqaret aludəçisi olan əkizlərdə aparılan
iki tədqiqatda bu nisbət 1.3 və 1.6 olaraq tapılmışdır.
15
Əkizlər üzərində tədqiqatlar ilk dəfə
1958-ci ildə Almaniya da aparılmışdır.
16
Əkizlər üzərində aparılan tədqiqatlar, nikotin
asılılığının depressiya kimi eyni ailədə davam etdiyini və böyük nisbətdə irsi olduğunu
göstərir. Genetik faktor, tütün istifadəsi və depressiya arasındakı əlaqəni qismən açıqlaya
bilir. Bu tədqiqatda tək yumurta əkizlərində siqaret asılılığının cüt yumurta əkizlərindən
daha çox olduğu müşahidə edilmişdir. ABŞ, Skandinaviya, Avstraliya, Yaponiyada daha
11
Özen Ş, Arı M, Gören S, ve ark. Tıp Fakültesi birinci ve altıncı sınıf öğrencilerinde sigara ve alkol kullanım sıklığı.
Anadolu Psikiyatri Dergisi 2005; 6: 92-98.8,Marakoğlu K, Çivi S, Şahsıvar Ş, Özdemir S. Tıp Fakültesi birinci ve ikinci sınıf
öğrencilerinde sigara içme durumu ve depresyon yaygınlığı arasındaki ilişki. Bağımlılık Dergisi, 2006; 7: 129-134,Akvardar Y,
Demiral Y, Ergor G, Ergor A. Substance use among medical students and physicians in a medical school in Turkey. Soc
Psychiatry Psychiatr Epidemiol 2004; 39: 502-506.( www.everydayhealth.com/depression/smoking-and-depression.)
12
Sullivan PF, Kendler KS. The genetic epidemiology of smoking. Nicotine Tob Res 1999; 1:51–57(www.rcpsych.ac)
13
True WR, Heath AC, Scherrer JF, Waterman B, Goldberg J, Lin N et al. Genetic and environmental contributions to smoking.
Addiction 1997; 92:1277–1287(/www.mentalhealth.org.)
14
Carmelli D, Swan GE, Robinette D, Fabsitz R. Genetic in fluence on smoking–a study of male twins. N Engl J Med 1992;
327:829–833(www.apa.org)
15
Edwards KL, Austin MA, Jarvik GP. Evidence for genetic influences on smoking in adult women twins. Clin Genet 1995.
16
Akgün GA, Tufan AE, Yurteri N, Erdoğan A. Dikkat eksikliği hiperaktivite bozukluğunun genetik boyutu. Psikiyatride Güncel
Yaklaşımlar-Current Approaches in Psychiatry 2011; 3:15-48 (www.bagimlilikdergisi.net)
8
geniş diametrli nümunələrlə bu mövzuda tədqiqatlar icra edilmişdir. Bu tədqiqatlar siqaret
asılılığına əlavə olaraq siqaretə başlama yaşı, çəkmə miqdarı, siqareti tərgidə bilmək kimi
siqaret çəkmə davranışlarının təşkil edilməsində də genetik faktorların rolunun olduğunu
göstərmişdir.
17
Digər bir araşdırma, siqaret çəkmənin eyni zamanda depressiya ilə yaxın əlaqəsi olan
həyacan pozuntusu riskini də artırdığını göstərdi.
18
Dinn və həmkarlarının apardıqları tədqiqatda siqaret çəkən və çəkməyən qrupda, depressiya
və həyacan ilə siqaret çəkmə arasında əlaqə tapmamışdır, lakin Rezvanfard və digərlərinnin
apardıqları tədqiqatda isə yüksək siqaret asılılığı olan qrupda depressiya balları daha yüksək
olmuşdur.
19
Tədqiqatın obyekti. Tədqiqatda 200 nəfər oğlan iştirak etmişdir (100 nəfər siqaret çəkən
(əsas qrup) 100 nəfər siqaret çəkməyən(kontrol qrup)). Araşdırmaya cəlb olunanlar 18-24
yaş arası oğlanlar təşkil edir. Tədqiqata cəlb olunanlar respublikamızda fəaliyyət göstərən ali
təhsil ocaqlarının tələbələri olmuşdur (Bakı Dövlət Universteti, Azərbaycan Tibb
Universteti, Xəzər Universteti, Azərbaycan Dillər Universteti, Azərbaycan Texnologiya
Universteti, Gəncə Dövlət Texnologiya Universteti, Azərbaycan Memarlıq və İnşaat
Universteti). Hər bir iştirakçıya tədqiqatın məqsədi haqqında informasiya verilmiş, tədqiqatda
iştirak edənlərdən məlumatlı razılıq alınmışdır.
Tədqiqatın predmeti. Siqaret çəkən və çəkməyən gənc oğlan tələbələr arasında depressiv
vəziyyətin ölçülməsi , siqaret çəkənlərdə aslılığın müəyyən edilməsi.
Tədqiqatın fərziyyəsi.
1.Depressiyaya meyilli olan nikotin asılılarının vərdişlərini tərk etmək üçün daha çox
zamana ehtiyacları olur.
2.Depressiya- nikotin asılılığı üçün bir risk faktorudur.
17
Tezel A. Sigara içme ve depresyon. Atatürk Üniv. Hemşirelik Yüksekokulu Dergisi 2002; 1-3 s.(www.yesilay.org.tr/tr/.../sigara-
ve-tutun-bagimliligi)
18
Snaith RP, Zigmond AS. The hospital anxiety and depression scale. Br Med J, 1986;292:344.( www.cdc.gov)
19
Rezvanfard M, Ekhtiari H, Mokri A, Djavid G, Kaviani H.Psychological and Behavioral Traits in Smokers and Their
Relationship with Nicotine Dependence Level. Archives of Iranian Medicine 2010; 395-405 p.( www.apa.org)
9
3.Siqareti tərgitmək, depressiyaya meyilli olan şəxslərdə yeni bir depressiv dövrü
sürətləndirə bilər.
4.Siqaret çəkənlərdə depressiya göstəricisi çəkməyənlərə nisbətdə çoxluq təşkil edir.
Tədqiqatın məqsədi. Tədqiqat işinin başlıca məqsədi 18-24 yaş arası kişilərdə siqaret çəkmə
sıxlığını təyin etmək və depressiya ilə əlaqəsini ortaya qoymaqdır.
Tədqiqatın vəzifələri. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıda qeyd olunan
vəzifələrin həlli vacib hesab edilmişdir.
1.Siqarət çəkənlərdə depressiya ehtimalının təsirini müəyyənləşdirmək.
2.Siqaret çəkənlərdə aslılığın dərəcəsini müəyyənləşdirmək.
3.Siqaret çəkən və çəkməyənlərin sosial göstəricilərinin dinamikasını sistemli şəkildə
öyrəndikdən sonra tövsiyələr irəli sürmək.
Tədqiqatın gedişində istifadə olunan metodikalar.
1.Sosial-demoqrafik xüsusiyyətləri və siqaret çəkmə vərdişini təyin etmək üçün xüsusi işlənib
hazırlanmış anket vaistəsilə göstəricilər qeydə alınmışdır;
2.Depressiya səviyyələrini qiymətləndirmək üçün Bek Depresiyya Testi (BDT) tətbiq olundu;
3.Nikotin asılılığını qiymətləndirmək üçün Fagerstrom Asılılıq Testi(FBT)istifadə edilmişdir;
Tədqiqatın elmi əhəmiyyəti. Apardığımız tədqiqat işi böyük elmi əhəmiyyətə malikdir.
Tədqiqat gənc nəslin psixoloji və fizioloji sağlamlığı üçün gələcək də bu istiqamətdə
aparılacaq tədqiqat işləri üçün zəmin rolunu oynaya bilər.
Tədqiqatın elmi yeniliyi və praktik əhəmiyyəti. Tədqiqatda Azərbaycanda ilk dəfə olaraq
siqaret çəkmə ilə depressiya arasındakı əlaqə araşdırılmışdır.
Tədqiqat işinin nəticələri orta
və ali məktəblərdə mütəmadi maarifləndirici psixoloji treninq və seminarların təşkilində
istifadə edilə bilər.
Dissertasiya işinin quruluşu. Dissertasiya işi giriş, 4 fəsil, nəticə,ədəbiyyat siyahısı və
əlavələrdən ibarətdir.
10
I FƏSİL.TÜTÜN HAQQINDA ÜMUMİ MƏLUMAT
1.1.Tütün haqqında ümumi məlumat
Tütün badımcançiçəklilər (Solanaceae) fəsiləsinin Nicotiana L. cinsinə aid olan birillik
bitkidir. Əsl tütün Nicotiana tabacum L. adlanır. Tütün 120 ölkədə yetişdirilir. Dünya üzrə
kənd təsərrüfatı üçün yararlı olan torpaqların təxminən 4 milyon hektarında tütün bitkisi
becərilir. Tütün yarpağında 1-3 % nikotin, 1 % efir yağı, 4-7 % qətran, 7-10 % zülal,4-13 %
Dostları ilə paylaş: |