sulu karbonlar və 13-15 % kül elementləri vardır. Tütün haqqında ilk yazılı məlumatlara
bizim eradan əvvəl V əsrə aid olan mənbələrdə rast gəlinsə də, şərqi asiyalılara bu bu bitki
çox
qədim
zamanlardan
məlum
idi.
Bu
bitki
Amerika
hindullarına
tarixi
müəyyənləşdirilməmiş qədim dövrlərdən məlumdur. Bu səbəbdən də tütünün vətəni Amerika
sayılır. Tütün çəkən ilk avropalılar 1492-ci ildə Amerika qitəsinə ayaq basan Kolumbun
ekspedisiyasının üzvləri olmuşdu. Hər il yer kürəsində 8 milyon ton tütün istehsal olunur.
Tütünün zərərli bitki olması haqqında ilk dəfə XVI əsrin axırlarında məlumat verilir.
Dünyada geniş şəkildə istifadəsi isə ancaq XIX əsrdə sənaye inqilabından sonra başlamışdır.
1950-ci ilə qədər isə sağlamlıq üçün zərərləri mövzusunda ciddi nəşr olmamışdır. 1950-ci
ildə nəşr olunan 5 əhəmiyyətli iş siqaret ilə xərçəng xəstəliyi əlaqəsinə diqqət çəkmişdir. Belə
ki,1586-cı ildə Almaniyada ” De plantis epitome utilissima” jurnalında çıxan məqalədə tütün
təhlükəli bitki adlandırılır. Onun tüstüsünün orqanizmə zərərli təsiri isə ilk dəfə bundan
təqribən 200 il sonra 1762-ci il də İngiltərədə Con Xill tərəfindən öyrənilir. Bu dövrdən
başlayaraq tütün çəkməyin insan orqaniziminə təsiri geniş tədqiq olunmağa başlayır. XVIII
əsrin axırlarında Amerikalı tədqiqatçı Samuel Tomas Van Semmeriq tütün çəkilməsinin
xərçəng xəstəliyinə səbəb olduğunu bildirir.
20
1818-ci ildə Almaniyanın Heydelberq
universtetinin tələbələri nikotinin farmakologiyası haqqında dissertasiya yazaraq onun
qorxulu zəhər olduğunu elmi cəhətdən əsaslandırdılar.
20
Qəniyev. M. Farmakologiya I hissə. Bakı;2010, 199-206 s
11
XX əsrdə isə nikotinin çox güclü psixoaktiv maddə olduğu müəyyənləşdirilir. Nikotinin
kofein və marixuanadan güclü lakin alkoqol kokain və heroindən zəif aslılıq törədir. Məlum
psixoaktiv maddələr içərisində ən güclü psixi aslılıq halını nikotin törədir. Məhz buna görədir
ki, siqareti tərgidən insanların cəmi 7%-i bir il müddətinə buna dözə bilirlər. Qeyd etmək
lazımdır ki, orqanizimdə xroniki tütün çəkilməsini xarekterizə edən neyrokimyəvi
dəyişikliklər kokain, morfin və heroinin qəbulu zamanı meydana çıxan dəyişikliklərə çox
oxşardır. Odur ki, 1988-ci ildə ABŞ-ın baş cərrahının məruzəsində nikotin narkotik elan
olunmuş və 1992-ci ildə tütünün törətdiyi aslılıq Xəstəliklərin ümumdünya təsnifatına daxil
edilmişdir. Nikotin toxuma baryerlərini çox yaxşı keçir, odurki insan orqaniziminin elə bir
sistem toxuması və hüceyrəsi yoxdur ki, siqaret tüstüsü və onun tərkibində olan zərərli
maddələr ona təsir göstərməsin.
1964-ci ildəki də "Surgeon General" hesabatı ilk dəfə rəsmi olaraq, siqaret çəkmənin
ağciyər xərçəngi ilə əlaqəsini bildirmişdir. Bundan sonra aparılan tədqiqatlarda da inkar edilə
bilməyəcək şəkildə siqaretin ağciyər xərçənginin bütün histolojik tipləri (yastı epitelli
xərçəng,qarışıq xərçəng,diferensiasiya etməmiş xərçəng və adenokarsinoma) üçün həm
kişidə, həm də qadında başlıca səbəb olduğu sübut edilmişdir. Ağciyər xərçəngi ən sıx
görülən xərçəng növlərindəndir; bütün dünyada illik 1.3 milyon insanı öldürən xərçəng
sağlamlıq problemlərindən biri olmağa davam edir.
21
Əsrlər keçdikcə tütünün yalnız qəbul olunma yolları dəyişmişdir. XVIII əsrdə iylənilən tütün
XIX əsrdə siqaralar, XX əsrdə isə sənaye yolu ilə istehsal olunan siqaretlər geniş yayılmışdır.
Siqaretlərin istehsalı ilə əlaqədər tütünün istifadəsi hədsiz dərəcədə artmışdır. Ceyms Bonsak
1981-ci ildə siqaret hazırlayan cihaz kəşf etdikdən sonra siqaretdən istifadə göstəriciləri
qlobal miqyasda yüksəlməyə başlamışdır. XX əsrin 60-cı illərindən başlayaraq tütünçəkmə
ilə bağlı yaranan sağlamlıq problemləri artıq danılmaz idi. Bəzi ölkələrdə siqaret çəkmə eyni
səviyyədə qalmış,bəzilərində hətta azalmışdır. Siqaret istehsalı tütün məmulatlarının ən
böyük hissəsini (ümümi satışın 96%)təşkil edir
22
.
21
Ə.Həsənov Pataloji Anatomiya, Bakı ;2007,396 s
12
Philip Morris amonyak qatqılı siqaret istehsalına 1965-ci ildə başladı. 1965,1974-cü illərdə
amonyak istifadəsini gedərək artırdı. Bu dövrdə Philip Morris satışlarında yüksək artımlar
ortaya çıxdı. Amonyak qatqılı Amerikan tütününün məhsul xüsusiyyətləri: daha yumşaq,
daha yüksək tüstü pHli, daha yüksək miqdarda sərbəst nikotin təmin etməsidir. Tütünün geniş
yayılmasının əsas səbəbi bu bitkinin orqanizmdə aslılıq yaratmaq xüsusiyyəti ilə bağlıdır.
Nikotindən asılılıq sindromu - davranış, dərketmə və fizioloji simptomlar kompleksi olub,
nikotinin təkrar qəbulundan sonra yaranır və adətən, təkrar olaraq qəbul etmə istəyini
(tələbini) yaradır. Nikotinin qəbuluna nəzarətin çətinləşməsi həmin maddənin zərərli təsirinə
malik olmasına baxmayaraq nikotinin davamlı qəbul edilməsinə, nikotinin dozasının yol
verilən həddinin artmasına və bəzən abstinensiya vəziyyətinin yaranmasına gətirib
çıxarır(XBT-10,221-ci səhifə). Nikotin qəbul etdikdən sonra, eyforiya, oyanıqlıq, hafizə və
diqqətin artması və sıxıntıdan qurtulma kimi təsirləri olur. Nikotinin təsirlərinə
qarşı tolerantlıq inkişaf edir və ilk siqaret istifadə edərkən yaranan təsir yaranmır.
N-xolinoreseptorlar orqanizmin müxtəlif üzv toxuma və sistemlərində lokalizasiya olunaraq
son dərəcə mühüm həyatı əhəmiyyətli fizioloji funksiyaların tənzim və icrasında əvəzsiz rol
oynayırlar. Müxtəlif lokalizasiyalı N-xolinoreseptorların kimyəvi maddələrə qarşı həsssalığı
müxtəlif olsa da,N-xolinomimetiklər bu törəmələrə bir qayda olaraq stimuləedici, oyandırıcı
təsir göstərir. Bu sıranın tipik və etalon nümayəndəsi nikotindir. O, tütün yarpağından alınan
alkoloiddir. Tütün yarpağının tərkibində oxşar kimyəvi quruluşa malik və bu səbəbdən də bir
birinə bənzər adları olan 12 alkoloid vardır. Bunlardan ən əsasları nikotin, nornikotin,
nikotein və nikotimindir. Bu alkoloidlərdən tibbi və sosial yönümdə ən mühüm əhəmiyyət
kəsb edəni eləcə də tütün yarpaqlarında miqdarca ən çox olanı nikotindir. Preparatın
farmakoterapevtik əhəmiyyəti yoxdur, başqa sözlə ondan dərman maddəsi kimi istifadə
olunmur. Əhali arasında tütün (siqaret) istifadənin geniş yayılması ilə əlaqədər olaraq,
preparatın toksioloji aspekti böyük əhəmiyyət kəsb edir. Müəyyən edilmişdir ki, qurudulmuş
tütün yarpaqlarında nikotinin miqdarı 0,3%-dən 8%-ə qədər olub, ümumi alkoloidlərin
22
Bilir N. Ve arkadaşları; Avrupa Tütün Kontrol Raporu 2007 , 11-15s.WHO Türkiye Ofisi, December:2007
(www.dusunenadamdergisi.org/)
13
95%-ni təşkil edir. Adi siqaretdə
nikotinin miqdarı istifadə olunan tütünün növündən asılı
olaraq 15-20 mq-a qədər ola bilər. Siqaret çəkmə zamanı nikotin yanaraq parçalandığına
(piroliz prosesinə uğradığına) və siqaretdən çıxan dumanın yalnız bir qismi inhalyasiya məruz
qaldığına görə, orqanizmə daxil olan nikotinin miqdarı 0,37-1,56 mq-a bərabər olur. İstifadə
dozasında asılı olaraq nikotinin N–xolinoreseptorlara təsiri iki fazalıdır. O, bu törəmələrə
kiçik dozalarda stimuləedici, böyük dozalarda isə iflic edici təsir göstərir.
23
Uzunmüddətli qəbul zamanı psixi aslılıq halı eyni zamanda fiziki aslılıq halı da törədə bilir.
İnsanlarda nikotinə bağlılıq halının meydana çıxmasında əsas səbəb, onun psixoaktiv təsiri və
pozitiv reaksiyalar törətmək xüsusiyyəti rol oynayır. Bu cür, mərkəzi effektlərin meydana
çıxmasını nikotinin orta beyində ventral seqmental sahəni stimulə etməsi ilə əlaqələndirirlər.
Bu stukturun stimulyasiya mezolimbik dofaminergik neyronları aktivləşdirdiyi üçün nucleus
accumbens və digər limbik strukturlarda dofaminergik sinir liflərini ucundan endogen
mediator-dofaminin ifrazını artırır. Limbik strukturlarda dofaminin artması aslılığa səbəb
olan müvafiq effektlər törədir. Nikotinə qarşı aslılığın əmələ gəlməsində onun xroniki qəbulu
zamanı beyində nikotinə həsas reseptorlarda törənən paradaksal dəyişiklik də əhəmiyyəti rol
oynayır.
Müəyyən edilmişdir ki, nikotinin ona həsas olan reseptorların sayının artması yeni
reseptorların sintezilə bağlı deyildir. Nikotinin metabolizmi orqanizmdə əsasəsən qaraciyər,
ağciyərlər və böyrəklərdə gedir. O, bu orqanlarda inaktivləşərək sidik vaistəsilə 10-15 saat
müddətində orqanizmdən tamamilə (onun yarım xaricolma müddəti 2 saatdır) xaric olur(
nikotindən əmələ gələn ikincili məhsullar orqanizmdən 2 gün müddətinə xaric olur). Zərərli
təsirləri müəyyən edildikdən sonra siqaretlərdəki ortalama qətran miqdarı 30 mg-dən 11 mg-a
salınmışdır. Avropa Birliyi ölkələrində siqaretin tərkibindəki qətran və nikotinin miqdarının
göstərilməsi zəruriliyi vardır. Ağciyər xərçənginin inkişafında siqaret tüstüsündə olan qətran
və tərkibindəki benzaprin epoksit maddəsinin əhəmiyyətli olduğu və bu maddənin ağciyər
hüceyrələrində şiş təzyiqləyici genlərin DNT quruluşunu pozduğu müəyyən olunmuşdur.
23
Qəniyev. M. Farmakologiya .I hissə.Bakı: 2010, 206-209 s
14
Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən işləyən insanların hər il ən azı 200
000-i iş yerlərində məruz qaldıqları tütün tüstüsünün (ikincili) təsiri nəticəsində dünyasını
dəyişir. Bundan əlavə ananın aktiv və ya passiv tütünçəkməsi nəticəsində tütün tüstüsünə
məruz qalan dölün də vəziyyəti passiv məruz qalma kimi tanınır.
36
Aktiv tütünçəkmə - qurudulmuş və ya emal edilmiş közərən tütün yarpaqlarının tüstüsünün
(əksər hallarda siqaret çəkmə vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir. Tütün tüstüsündə
olan nikotin və qarmin kimi psixoaktiv maddələr mərkəzi sinir sistemini stimulyasiya edərək
eyforiya hissi yaradır və müvəqqəti olaraq yorğunluğu, yuxululuğu, əzginliyi aradan
qaldıraraq iş qabiliyyətinin və yaddaşın yüksəlməsi effektini göstərir. Nəticədə yaranmış
nikotindən asılılıq tütünçəkmənin davam etməsinə gətirib çıxarır. Passiv tütün çəkmə
böyüklərdə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və bu
da sonda ölümə gətirib çıxara bilir. Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyada
bütün uşaqların demək olar ki, yarısı) havada olan ikincili tütün tüstüsü ilə nəfəs alır. Bu da
uşaqlarda bir çox ciddi xəstəliklərin yaranmasına və artıq mövcud olan xəstəliklərin
ağırlaşmasına gətirib çıxarır. Tütün çəkmənin güclü vərdiş və hətta asılılığın formalarından
biri olmasına baxmayaraq milyonlarla insan bu təhlükədən qurtula bilir.
Passiv tütünçəkməyə məruz qalmanın ölüm, xəstəlik və şikəstliklərə gətirib çıxarması elmi
cəhətdən sübuta yetirilsədə, sağlamlıq riskləri cəmiyyətin əksəriyyəti tərəfindən qəbul
edilmir.
24
Azərbaycanda əhalinin passiv tütünçəkməyə məruz qalması mövzusunda yetərli məlumat
yoxdur. Bu vaxta qədər Azərbaycanda ikincili tütün tüstüsünün təsirinin problemləri haqda
milli reprezentativ tədqiqatlar aparılmayıb. 2004 və 2006-cı illərdə aparılmış ÜST-nin
keçirdiyi Tütün üzrə Qlobal Epidemioloji tədqiqatların məlumatına görə yeniyetmələr (13-15
yaşlarında məktəblilər) (GYTS) və gənclər (ali tibb məktəblərinin 18-19 yaşlarında tələbələri)
(GYTS) arasında uyğun olaraq 72% məktəblilər və 85 % tələbələr evdən kənar ikincili tütün
tüstüsünün təsirinə məruz qalırlar, bununla yanaşı 71% məktəblilər və 70% tələbələr hesab
24
Tütünçəkmədən imtina etmə üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.Bakı ;2012, 6- 12 s
15
edirlər ki, bütün qapalı ictimai yerlərdə tütün çəkmək tamamilə qadağan edilməlidir.
25
Yeni
Zelandiyada tütünə qadağalar haqqında qanunlar qəbul etdikdən sonra bar sahiblərinin
ikincili tütün tüstüsünə məruz qalmaları 90% azalmışdır. 2004-cü ildə İrlandiyada ikincili
tütün tüstüsünə məruz qalan bar işçiləri həftə ərzində 30 saatdan 0 saata düşmüşdür.
Dünyada qapalı yerlərdə siqaret çəkməyə ilk qadağa 1993-cü ildə ABŞ-ın Kaliforniya
əyalətində qoyulub.
26
Hazırda bir çox ölkələrdə bağlı məkanlarda siqaret çəkilməsinə qadağa
qoyulub. Fransada 2007, İngiltərədə 2007, İspaniyada 2006, Almaniyada 2008, Norveçdə
2004, Hollandiya və İrlandiyada 2004, İsveçdə 2005-ci illərdə qapalı yerlərdə siqaret
çəkilməsi qadağan edilib. Tüstüyə məruz qalmanın bütün yolları təhlükəlidir. Ventilyasiya
vaistəsilə ikincili tütün tüstüsünün toksik və konserogen təsirini aradan qaldırmaq mümükün
deyil. Bunun üçün çox güclü yəni tornoda gücündə hava axını tələb olunur. Tütün tüstüsü
olmayan ölkələr qanunun geniş yayıldığı ölkələrdə yaşayan siqaret çəkməyən böyüklərin
12.5%-i qanunun məhdud yayıldığı ölkərdə 35.1 %-i belə bir qanunun olmadığı ölkələrdə isə
45.9%-i ikincili tütün tüstüsünə məruz qalır. Dünya əhalisinin yalnız 5%-i tam siqaretsiz
ərazilər qanunları ilə yaşayır.
27
Ümumdünya Səhiyyə Təşkilatının Tütünlə Mübarizə Çərçivə
Konvensiyasının 8-ci maddəsində tövsiyyə edilir ki, “tütün tüstüsün təsirinə məruz
qalmanın təhlükəsiz səviyyəsi yoxdur” İkincili tütün tüstüsünün zərərli təsirlərindən yeganə
qorunma yolu 100% tütün tüstüsündən azad mühitlərin yaradılmasıdır. İkincili tütünçəkmə
hər il 600000 insanın vaxtından əvvəl ölümünə səbəb olur. Tütün tüstüsündə 5000-dək zəhərli
və 60-dək onkoloji xəstəliklərə səbəb olan kanserogen maddə var. İnfarkt keçirən xəstələrin
85%-i siqaret çəkən şəxslərdir. Tütünçəkmə 20 növ onkoloji xəstəliyin yaranmasına səbəb
olur.
28
25
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin ”Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə konvensiyasına
Uyğunluğunun Müqayisəli Təhlili.Bakı:2015, 8-6 s.
26
Azərbaycanda 13-15yaşlı Gənclər arasında Tütündən istifadənin Qlobal Tədqiqatı (GYTS)İNFORMASİYA BÜLLETENİ
27
Tütünə nəzarət Bakı 2012, 42 s
28
Tütün haqqında faktlar (http://www.tobaccocontrol.az
/
)
16
1.2. Tütünçəkmə tendensiyası
XXI əsrin əvvələrində sayı getdikcə artmaqda olan qadın istifadəçilər də daxil olmaqla yer
kürəsində yaşayan yetkinlik yaşında olan insanların 1/3 hissəsi tütündən istifadə edir. ÜST-
nın hesabatlarında qarşısı alına bilən ölüm səbəbləri sırasında tütündən istifadə birinci yerdə
durur. Hazırda tütündən istifadə səbəbindən hər il 5,4 milyon insan dünyasını dəyişir.
Tütünçəkmə sağlamlıq, xoşbəxtlik, yaxşı fiziki hazırlıq, firavanlıq, güclülük və cinsi yetkinlik
kimi xüsusiyyətlərlə əlaqələndirilərək ictimaiyyətə əsl kişi vərdişi kimi təqdim olunur.
Əslində isə tütündən istifadə xəstəliklər, vaxtından əvvəl ölüm, impotensiya və sonsuzluq
kimi sağlamlıq problemlərinin yaranmasına səbəb olur. Dünyanın təxminən 1milyarda qədər
kişi əhalisi tütün çəkir. Onların 35%-i inkişaf etmiş, 50%-i isə inkişaf etməkdə olan ölkələrdə
yaşayırlar.
29
Qadınların təhsil səviyyəsi artdıqca siqaret çəkmə nisbəti artarkən, kişilərdə tam əks
nəticələr əldə edilib.
30
Tütün istifadəsi ölkələrə tibbi, iqtisadi, hüquqi və ictimai istiqamətlərdə mənfi təsir
etməkdədir. Tütün və tütün məhsulları ilə mübarizə sahəsində aparılan maarifləndirmə və
təhsil işləri olduqca zəifdir və əksəriyyəti müxtəlif səviyyələrdə bir-birindən ayrı olaraq
həyata keçirilir. Maarifləndirmə işlərində ciddi çatışmazlıqlar mövcuddur. Tütün və tütün
məmulatlarının zərərləri mövzusunda tədris planları yoxdur. Cəmiyyətdə nümunə rol modeli
olan fərdlər(valideynlər, sənətkarlar, siyasətçilər, müəllimlər, idmançılar, tibb işçiləri, din
xadimləri və başqaları) tütün və tütün məmulatları ilə mübarizə mövzusunda öz rollarının
təsirindən xəbərsizdirlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31
may Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Həmin gün ictimaiyyətin diqqəti
tütündən istifadənin təhlükələrinə, tütün epidemiyasına qarşı aparılan mübarizəyə, gələcək
nəsillərin qorunması məqsədilə dünya ictimaiyyətini fəal olmağa yönəldilir. Azərbaycanın
29
Tütünlə bağlı statistik məlumatlar(.http://tobaccocontrol.az/
)
30
Tütünlə mübarizə üzrə milli strategiya,.8-9 s
17
2011-ci ildə ÜST-ün Avropa Regional Bürosunun 2010-cu ilin 3-5 noyabrında Danimarkanın
Kopenhagen şəhərində keçirilmiş “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı
(GYTS) və tibb tələbələri arasında tədqiqatın aparılması (GHPSS) üzrə seminar”da Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndəsi iştirak etmişdir.
Həmin seminarın məqsədi ölkələrdə gənclərin tütündən istifadəsilə bağlı tədqiqatın
aparılmasının öyrənilməsi, təcrübə mübadiləsinin aparılması və zəruri məlumatların əldə
olunması idi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozları da artıq bəşəriyyətin qlobal tütün
epidemiyası ilə üz-üzə qaldığını və qarşısı alınmazsa bunun böyük fəsadlar törədəcəyini
konkret rəqəmlərlə gündəmə gətirir.
ÜST-nin apardığı təhlillər göstərir ki, son 20 ildə tütündən istifadənin miqyası nəinki azalıb,
əksinə bəzi regionlarda kəskin artıb ən təhlükəli və təşviş doğuran gerçəkliklərdən biri də
ondan ibarətdir ki, bu gün məktəb yaşlı və yeniyetmə uşaqlar arasında da bu ziyanlı vərdişə
yoluxanların sayı sürətlə artır. Mövcud araşdırmalar göstərir ki, bu gün tütün tüstüsü
aludəçilərinin üçdə ikisi məhz yeniyetmə yaşlarından siqaret çəkməyə başlamışlar.
31
Bir sözlə, siqaret - bu sadəcə zərif kağıza bükülmüş tütün yarpağı deyil, asılılıq yaratmaq və
öldürmək üçün hazırlanmış yüksək texnoloji məhsuldur. Bu işdə tütün industriyası heç bir
millətə və xalqa fərq qoymadan qlobal güc alaraq fəaliyyət göstərir. Bu gün tütünün xeyrinə
bir dənə də olsun həqiqi iqtisadi və tibbi arqument yoxdur. O, sadəcə, insanlara qəsd edir və
milli xəzinəni boşaldır. Tütün sənayesinə və onların marketinqinə gündəlik 11 min yeni tütün
istifadəçisi lazımdır ki, bu insanlar onların məhsulu üzündən həyatlarını itirmiş adamları əvəz
etsin. Hər səkkiz saniyədə tütünlə bağlı xəstəlikdən bir insan ölür və elə bu müddətə də onu
yeni birisi əvəz edir. Tütün istehsalçıları qadınlara siqaretlər təklif edərkən tütünün
çəkilməsini olduqca cəlbedici, lakin yanlış bir imiclə əlaqələndirilər siqaret çəkməyi
qadınların daha enerjili, gözəl bədən qurluşuna malik daha sərbəst olmaları kimi
xüsusiyyətlərlə bağlayırlar. Həqiqətdə tütün çəkmək qadının repreduktiv sistemini zədələyir,
31
Tütünlə mübarizə üzrə milli strategiya, 14-15s
18
müxtəlif xəstəliklərə və ölümə səbəb olur.
Tütün şirkətləri yalnız qadınlar üçün adlandırılan siqaretlər daxil olmaqla müxtəlif çeşidli
tütün məlumatları təklif edirlər. Adətən qadınlar üçün nəzərdə tutulan siqaret çeşidləri uzun
ölçülü, nazik, az qatranlı tərkibində nikotinin miqdarı az olduğundan açıq rəngli olur və
onlara mentol və ya digər dad və ətirverici maddələr qatılır. Qadınlar kişilər qədər tütün
çəkməyə başlasalar, bu qlobal miqyasda sağlamlıqla bağlı əsl fəlakətə gətirib çıxara bilər.
Təbii ki, kifayət qədər həyəcanlı və qorxulu bu rəqəmlər və arqumentlər bizim ölkədən,
xalqımızdan da yan keçmir. Azərbaycanın göstəriciləri də ürəkaçan deyil. 1999-cu ilin
statistikasına görə bizim ölkədə kişilərin arasında tütündən istifadə 30,2 faiz olmuşdursa,
2006-cı ildə Azərbaycanda keçirilmiş demoqrafiya və sağlamlıq sorğusunun nəticələrinə görə
15-49 yaş arasında bu zərərli vərdişin aludəçiləri 49% təşkil etmişdir. Unutmaq olmaz ki,
bizdə qadınların tütündən istifadəsi də istisna deyil. 1999-cu ilin məlumatına görə qadınların
1,1 % tütündən istifadə edirdisə, hazırda bu rəqəm daha böyük ola bilər.
43
Oğlanlar qızlarla müqayisədə tütün çəkməyə daha meylli olurlar. Buna baxmayaraq
yeniyetmələr arasında Qlobal Tütün Sorğusunun keçirildiyi ölkələrin demək olar ki, 60%-də
oğlanlar və qızların tütün çəkmə səviyyəsi arasında böyük fərq müşahidə olunmamışdır.
Sorğu ilə əhatə olunmuş ölkələrin 14%-də qızlar arsında siqaret çəkmə səviyyəsi oğlanlara
nisbətdə daha yüksək olmuşdur. Tütün çəkən uşaqların əksəriyyəti bu vərdişə yetkinlik yaşına
çatmazdan əvvəl aludə olurlar. Siqaret çəkən gənclərin təxminən ¼ hissəsi ilk siqaretlərini 10
yaşına çatmazdan əvvəl çəkmişlər.
Tütün bazarı genişləndikcə uşaqlar arasında tütün çəkmə səviyyəsi də artır. Səbəb isə tütün
məhsullarını asanlıqla əldə etmək mümkünlüyü, qiymətlərin ucuz olması, həmyaşıdlar
Dostları ilə paylaş: |