Novruz bayramı münasibətilə



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix15.03.2023
ölçüsü0,64 Mb.
#87981
  1   2   3   4   5   6   7
novruz2





AZƏRBAYCAN RESPUBLİKASI 
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 
ELMİ-METODİKA ŞÖBƏSİ 
 
Novruz bayramı münasibətilə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ELIMIZƏ NOVRUZ GƏLIR 
(metodiki vəsait)
 
 
 
B A K I – 2 0 1 3 



 
 
 
 
Tərtib edən: 
Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq 
Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı 
Redaktor: 
Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq 
Kitabxanasının direktoru 



Giriş 
İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə 
müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq 
bayramı olmuş, tarixən müxtəlif dövrlərdə təyziqlərə məruz qalmasına 
baxmayaraq, bu günümüzə qədər gəlib çatmışdır. “Bu milli bayramın indi belə 
dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin 
bəhrələrindəndir”. Ümummilli lider Heydər Əliyevin Novruz bayramı haqqında 
söylədiyi bu dəyərli fikirdə Novruzun bütün türkdilli xalqların bayramı olduğu 
vurğulanır. Novruz bayramının yaşının dünyanın yaşı ilə bərabər tutanlar səhv 
etmirlər. Çünki bu bayramda məhz ən qədim adət-ənənə, inancların, folklor 
nümunələrinin izini müşahidə etmək mümkündür. Novruz gecə il gündüzün 
bərabərliyi, şaxtalıqarlı qışın öz yerini məhsuldar yaz fəslinə verdiyi dövrün bir 
başlanğıcıdır. Novruz xeyirxahlıq, dostluq, birlik rəmzidir. Azərbaycan 
incəsənətinin elə bir istiqaməti yoxdur ki, Novruz bayramı ənənələri zəncirində 
özünə yer almasın. Təsadüfi deyil ki, xalqımızın bir çox nağılları, nəğmələri, 
meydan tamaşaları, maraqlı ağız ədəbiyyatı nümunələri, şeirlər, nəsr nümunələri 
novruz adət-ənənələrində yer almışdır. Bu örnəklərə əkin nəğmələri, sağın 
nəğmələri, balıqçı nəğmələri, sayaçı nəğmələr, nehrə, cehrə nəğmələrini göstərə 
bilərik. 
Hər bir dünya xalqlarına məxsus çoxlu bayramlar var. Lakin Novruz təkcə 
bir xalqın bayramı yox dünyada yaşayan 50 milyon Azərbaycanlının, ümumilikdə 
bütün Türk xalqının bayramıdır. Elə Novruzun ən maraqlı cəhətlərindən biridə 
onun həm fərdi, həm də ümumxalq bayramı olmasıdır. Addım-addım yaxınlaşan 
yaz nəinki fərdin eyni zamanda kütlənin yaddaşını oyadır, yenilik təzəlik gətirir 
düşüncələrə. Ta Dədə Qorquddan başlayaraq bu günümüzə qədər xalq tərəfindən 
qorunaraq gəlib çıxmış Novruz adət-ənələrinin, novruz nəğmələrinin yaşamasında 
son 200 ildə Azərbaycan folklorşünaslığı tədqiqatçılarının da böyük əməyi 
olmuşdur. Bu nümunələrin toplanması, öyrənilməsi, təhlili işində tədqiqatçı və 
ədiblərdən Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Məmməd Əmin 
Rəsulzadə, Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Məmmədhüseyn 
Təhmasib, Hüseynqulu Sarabski, Salman Mümtaz və başqalarını göstərmək olar.
Dərin köklərə malik “Kitabi Dədə “Qorqud”, “Qobustan” adlı möhtəşəm söz 
abidələrilə yaşayaraq bu günümüzə qədər gəlib çıxan Novruz adət-ənənələrimiz 
gələcək nəsillərin yaddaşinda hələ uzun illər yaşayacaq. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin