Pənahəli xan 1763-ci IL



Yüklə 15,79 Kb.
tarix02.01.2022
ölçüsü15,79 Kb.
#38903
Qarabağ xanlığı


Qarabağ xanlarının bizə yadigar qoyduqları tarixi abidələrdən biri də Ağdam şəhərinin mərkəzində yerləşən İmarətdir. Kiçik saray olan İmarətin tarixi və mənəvi əhəmiyyəti ondan ibarətdir ki, burada Qarabağ xanlarının məzarları yerləşir. Bu baxımdan, İmarəti bir çox hallarda xanların məzarlığı və ya Pənahəli xanla İbrahimxəlil xanın mavzoleyi da adlandırırlar. Burada adları aşağıda qeyd olunan xan nəslinin nümayəndələri dəfn olunublar:

- Pənahəli xan 1763-ci il;

- İbrahimxəlil xan 1806-cı il;

- Mehdiqulu xan Cavanşir 1845-ci il;

- Cəfərqulu xan Nəva 1867-ci il;

- Gövhər ağa 1888-ci il;

- Xurşidbanu Natəvan 1897-ci il;

- Xanbikə xanım 1921-ci il.

“İmarət”sözünün mənası “böyük və qəşəng bina”, “ev”, “mülk”, “tikili”dir. Xanlar bu iqamətgahdan əsas etibarilə qış aylarında istifadə ediblər. Ancaq onların nəsil məzarlığının burada olması Ağdamın Qarabağın tarixində hansı rol oynadığını və xanlar üçün hansı əhəmiyyətə malik olduğunun göstəricisidir.

İmarətin hər bir ağdamlının qəlbində özünəməxsus simvolik yeri var. Azərbaycan futbolunun incisi “Qarabağ” komandasının stadionu “İmarət” adlanıb və xanların məzarlığına bitişik ərazidə yerləşib. Yeri gəlmişkən, bu ərazidə vaxtilə Qarabağ xanlarının cıdır meydanı olub. “Qarabağ” futbol klubunun azarkeş qruplarından birinin adı “İmarət”dir. Birinci Qarabağ savaşının ən aktiv dövründə milli çempionatın oyunlarını klub bu stadionda keçirib, oyunlar zamanı şəhərə dəfələrlə mərmilər düşüb. Futboldan söz düşmüşkən, Milli qəhrəman Allahverdi Bağırov komandanın əfsanəvi kapitanı və baş məşqçisi olub.

Xatırlayırsınızsa, Ağdam şəhərinin yaxınlığında Pənahəli xanın tikdirdiyi Şahublaq qalası barədə statusumuz olmuşdu. İmarət də Şahbulaq qalası, Şuşa qalası kimi Qarabağ xanlarının tariximizə bəxş etdikləri maddi-mədəniyyət abidəsidir. Pənahəli xanın məzarı İmarətdə yerləşən türbədədir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbələrin önündə həmçinin, Xurşidbanu Natəvanın büstü qoyulub.

Şəkillərdən birində göründüyü kimi, erməni vəhşiliyinin təcəssümü – Ağdamın xarabalıqlarında həmin türbələr və İmarətin bir hissəsi görünür. Açığı, həmin tarixi abidələrin hansı möcüzə nəticəsində tam dağıdılmaması çox maraqlıdır. Erməni xisləti və saxtakarlığından çıxış edərək deyə bilərik ki, ola bilsin, onları da nə vaxtsa saxtalaşdırıb özlərinə məxsusluğunu nümayiş etdirəcəkdilər. Necə ki, 18-ci əsrin tikilisi olan Şahbulaq qalasının eradan əvvəl 1-ci əsrdə yaşayan mifik erməni çarı Tiqranın “saldığı şəhər” olması barədə absurd hipotezalarla çıxış edirdilər.

Azərbaycanın Müzəffər Ordusunun zərbələri qarşısında tab gətirməyib məğlub olan ermənilərdən təmizlənmiş Ağdam hazırda bizimdir. Ağdamla birlikdə onlarla tarixi abidələrimiz də bizə qayıdıb. Tariximizi unutmayaq! İmarət Azərbaycandır! Ağdam Azərbaycandır! Qarabağ Azərbaycandır!

-------


The Imarat located in the center of Aghdam is one of the historical monuments left to us by the Karabakh khans. The historical and spiritual importance of the small palace is that the tombs of the Karabakh khans are situated in here. From this point of view, the Emirate is often called the tomb of khan or the mausoleum of Panahali khan and Ibrahimkhalil khan. The Khan’s family members, whose names are marked below, are buried here:

▪ Panahali khan 1763;

▪ Ibrahimkhalil khan 1806;

▪ Mehdigulu khan Javanshir 1845;

▪ Jafargulu khan Nava 1867;

▪ Govhar aga 1888;

▪ Khurshidbanu Natavan 1897;

▪ Khanbika Khanim, 1921.

The word "building" means "large and elegant building", "house", "property", "building". The khans used this residence mostly during the winter months. However, the fact that their ancestral graves are here is an indication of the role that Aghdam played in the history of Karabakh and its importance for the khans.

The building has a special symbolic place in the heart of every Aghdam citizen. The pearl of Azerbaijani football, Karabakh team’s stadium was named Imarat and was located in the area adjoining to the khan's grave. By the way, this area was once the arena of Karabakh khans. One of the fan groups of Karabakh football club is named Imarat. The club held the games of the national championship in this stadium during the most active period of the First Karabakh War, and shells repeatedly hit the city during the games. Speaking of football, national hero Allahverdi Bagirov was the legendary captain and head coach of the team.

If you remember, we had a status about Shahublag fortress built by Panahali khan near Aghdam city. The building, like the Shahbulag fortress and the Shusha fortress, is a material and cultural monument given to our history by the Karabakh khans. Panahali khan's grave is in the tomb located in the Imarat. Next to the tomb there is another tomb alike. This tomb belongs to Panahali khan's son, Karabakh khan Ibrahimkhalil khan. Panahali khan's tomb has one entrance gate. The entrance door has an arched structure. The tomb has a polygonal conical plan structure. There is also a bust of Khurshidbanu Natavan in front of the tombs.

As we can see in one of the photos, the embodiment of Armenian savagery , those tombs and part of the Imarat can be recognized in the ruins of Agdam. Obviously, it is quite interesting that these historical monuments were not totally destroyed as a result of some kind of miracle. Based on the Armenian feature and forgery, we can say that they may have been falsified at some point to show their identity. There were ludicrous hypotheses, for instance, that the Shahbulag fortress, an 18th-century fortress, was a "city" built by the mythical Armenian tsar Tigra, who lived in the 1st century BC.



Aghdam, which was cleared from Armenians who couldn’t endure the blows of the Azerbaijan Victory Army, is now ours. Dozens of our historical monuments have returned to us along with Aghdam. Let's not forget our history! Imarat is Azerbaijan! Aghdam is Azerbaijan! Karabakh is Azerbaijan!
Yüklə 15,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin