Personal Notes



Yüklə 1,36 Mb.
tarix27.10.2022
ölçüsü1,36 Mb.
#66479
MM-1


TEXNİKİ DİAQNOSTİKANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
FƏNN: TEXNIKI DIAQNOSTIKA
Mövzu 1
2019
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

PLAN

  • Texniki diaqnostikanin məqsəd nədir ?
  • Texniki diaqnostikanin vəzifələri nədir ?
  • Diaqnostika zamanı sistemin vəziyyətinin təyini
  • Texniki diaqnostikanın metodları nə üçün tətbiq olunur?
  • Diaqnostik vasitə və sistemlərin qurulmasınınnə üçün lazımdır?
  • Diaqnostik testlər metodunun hazırlanmasında məqsəd nədir?

Texniki diaqnostikanın məqsədi avadanlıqların səthinin dağılma dərəcəsini müəyyən etməkdən ibarətdir. Texniki diaqnostikanın ən vacib məsələsi əsaslandırılmış qərarların qəbulu üçün müəyyən edilmiş qanunlarla idarəetmə tələb edildikdə informasiya azlığı şəraitində tanımadır.
Sistemin vəziyyəti onun parametrlərinin müəyyən edilmiş miqdarı ilə təsvir edilir. Müəyyən edilmiş parametrlərin miqdarı tanımanın əsas tapşırığı ilə müxtəlif əlaqəda ola bilər. Sistemin vəziyyətinin tanınması-bu sistemin vəziyyətinə vacib diaqnozlardan birinin qoyulmasıdır. Diaqnozların sayı tədqiqatın məqsəd və tapşırıqlarının əhəmiyyətliyindən asılıdır.
Onunla əlaqədar olaraq, texniki diqnostika böyük həcmli informasiyanın emalı ilə əlaqəlidir, onda qəbul edilən qərarlar tez-tez hesablama texnikasının köməyilə mövcud olur. Əvvəlcədən tanıma prosesində ardıcıl fəaliyyətlərin həcmi tanımanın alqoritmi adlanır. Tanıma prosesinin vacib hissəsi sistemin vəziyyətini təsvir edən parametrlərin seçilməsidir.
Adətən iki diaqnozdan biri arasında seçim aparılır: qüsursuz və qüsurlu hal. Digər vəziyyətlərdə qüsurlu halı daha ətraflı xarakterizə etmək lazımdır, məsələn, artan köhnəlmə, titrəyişin artması və s. Əgər diaqnoz əvvəl qoyularsa, onda belə şərtlərdə tanımanın tapşırığı sinifləşdirmənin tapşırığı adlanır.

Sistemin vəziyyətinin diaqnostikası tez-tez göstəricilərin köməyi ilə təsvir edilir:


K = (k1, k2, ... ,kj ... , kv),
burada kj – mj dərəcəsinə malik göstəricidir.
Məsələn, kj göstəricisi özündə hər hansı faktorun qiymətini xarakterizə edən: aşağı, normal, yüksək xarakteristika, 3-x dərəcəli göstəricini əks etdirə bilər (mj = 3)
həqiqətə uyğunluq
determinizm (qanunauyğunluq)
Tanımanın tapşırığının iki əsas üsulu var:
Tapşırıqların həqiqətə uyğunluq metodları ilə qurulması zamanı tanıma belə olur. Hər hansı bir (n) təsadüfi şəraitdə Di sistemi mövcuddur. Parametrlərin həcmi məlumdur, onların hər biri məlum həqiqətə uyğunluq metodu ilə sistemin vəziyyətini xarakterizə edir. Həlledici qaydanı qurmaq tələb edilir. Qəbul edilən qərarın həqiqiliyini və səhv qərarın risk dərəcəsini qiymətləndirmək tələb edilir.
Tanımanın deterministik metodu zamanı tapşırığı həndəsi dildə formalaşdırmaq daha asantdır. Deterministik üsul zamanı diaqnozun sahəsi “birləşməyəndir”. Bu zaman bir diqnozun həqiqiliyi 1-ə, digərlərinki isə 0-a bərabərdir.
Həqiqətə uyğunluq və deterministik metodlar prinsipial fərqə malik deyillər. Həqiqətə uyğunluq metodu daha ümumidir. Deternministik üsul tanıma prosesinin mövcud tərəflərini daha qısa təsvir edir, daha çox artıq, əhəmiyyətsiz məlumatlardan, insan təfəkkürünün məntiqindən asılıdır.
Istehsal şəraitində texniki diaqnostikanın əsas tapşırıqları
Prosesin yerinə yetirilməsi şəraitinin təmini;
qəza vəziyyətində mexanizmin vaxtında dayanması;
təmirin müddətinin müəyyən edilməsi və qəzaların öncədən xəbərdarlıq edilməsi məqsədilə daima artan nöqsanların proqnozlaşdırılması;
mexanizmin tənzimlənməsi keyfiyyətinin və informasiyanın verilməsinin yoxlanması;
nöqsanların yerinin məhdudlaşdırılmasının yoxlanması və axtarışı;
iş rejiminin dəyişdirilməsi və ya imtinalar olan yerlərdə personalın artırılması;
texnoloji prosesin yerinə yetirilməsi keyfiyyətinin qiymətləndirilməsi kriteriyasının təyini, emal prosesinin vəziyyətinin qiymətləndirilməsi kriteriyasının seçilməsi;
bütün mexanizmlərin tənzimlənməsi keyfiyyətinin yoxlanması və
avadanlıqların qiymətləndirilməsi;
avadanlıqların vəziyyətinin və diaqnostikasının yoxlanması üçün etalon parametrlərin və xarakteristikaların alınması.
Diqqətinizə görə təşəkkür edirəm
Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin