Sistem proqram təminatı-komputerdə informasiyanin emali prosesinin təşkili ilə yanaşı proqramlar üçün normal mühiti təmin edir.Sistem proqram təminati komputerin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu komputerin bir hissəsi də hesab edirlər.
Tətbiqi proqramlar
Tətbiqi proqramlar-istifadəçinin müəyyən sinif məsələlərini həll etmək üçündür.
Tətbiqi proqramlar bir necə qrupa ayrılır.Onlardan ən populyarlari aşağıdakilardir:
qrafik redaktorlar (Paint, TuxPaint, Photoshop və s.);
mətn redaktorları (Microsoft Word,OpenOffice Writer , WordPad və s.);
təqdimat proqramları (PowerPoint , OpenOffice Impress və s.);
elektron cədvəllər (Excel, OpenOffice Calc və s.);
nəsriyyat sistemləri (Quark Xpress, Scribus və s.);
verilənlər bazasinin idarə olunmasi sistemləri (MS Access, MySQL, Oracle və s.);
Qeyd olunan funksiyalar tətbiqi proqramlarin bacardiği işlərdən yalniz bir hissəsidir.
Proqramlasdirma alətləri
Proqramlasdirma alətləri sinfinə aid olan proqramlar sistem və tetbiqi proqramlari yaratmaq üçün nəzərdə tutulub.Basic,Pascal,C++ kimi proqramlaşdirma dilləri bu sinfə aiddir.Bir çox insanlar proqramlaşdırmanı məhz bu dillər əsasında öyrənirlər.Təhsil sistemində ən geniş istifadə olunan proqramlaşdırma dillərindən biri də LOGO dilidir.
Əməliyyat sistemləri
Əməliyyat sistemləri (ƏS)-informasiya emalinin idarə olunmasi və aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir.ƏS-nin əsas funsiyalarından biri informasiyanin daxiletmə-xaricetmə propsesinin avtomatlaşdirilmasi,istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramin idarə edilməsidir.Əs lazim olan proqramı kopmputerin yaddaşina yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir. Əməliyyat sistemlərinə misal olaraq Windows , MAC OS , LINUX , UNIX əməliyyat sistemlərini gostərmək olar.
Utilitlər
Utilitlər disk və fayl sisteminə xidmətə əsaslanaraq,istifadəçilərə əlavə imkanlar verirlər.Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər:
Komputer resuslari,disk sahəsi, proqramlarin ƏYQ-də paylanmasi haqqinda informasiyanın verilməsi
Müxtəlif rejim və formatlarda mətn və digər fayllarin çapı
Komputerin viruslardan mühavizəsi.
Windows
Microsoft Windows — 1985-ci ildə Microsoft şirkəti tərəfindən satışa çıxarılan əməliyyat sistemi. 1987-1989-cu illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. Məsələn, Windows üçün Microsoft Word, Excel, Aldus PageMaker və s. Bu proqramların yayılması istifadəçilər arasında Windows sisteminin populyarlığının artmasına səbəb oldu. 1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından başlayaraq Windows müasir kompyuterlər üçün standarta çevrildi.
Windows – müasir kompyuterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır.
MAC OS
Mac OS (Macintosh Operating System) — 1984-cü ildə yaradılmış əməliyyat sistemi.
Apple, İnc. şirkəti tərəfindn yaradlımışdır. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. Mac OS sistemini ümumi olaraq iki hissəyə bölmək olar: Mac OS Classic və Mac OS X. 2002-ci ildən satışa çıxarılan əməliyyat sistemi Mac OS X artıq 5-ci nəslini yaşayır. Mac OS X Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu günə qədər Onuncu sistem üçün virus yoxdur. Son Mac OS X 10.5.Leopard adı altında satılır
Unix
Unix — 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir.
Denis Ritçnin təklifi ilə yeni ƏS – UNICS (UNIplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmış
Linux
Linux – açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir emeliyyat sistemidir.Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajdaLinus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb
HAZIRLANDI:
HAZIRLANDI:
Şəki şəhər Fizika Riyaziyyat və Humanitar təmayüllü liseyin 7b sinif şagirdi Musazadə Nəzrin tərəfindən