Q ə r a r
Azərbaycan Respublikası adından
Surəti:
29 noyabr 2016-cı il İş № 1(106)574/2016
Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Dosiyev Amil
Qaraxan oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Novruzov
Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi
İsmayılzadə
Kürdoğlu
Vidadi
oğlu,
dövlət
ittihamçısı
Azərbaycan
Respublikası
Baş
Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya
instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, I
dərəcəli hüquqşünas
Hüseynov Elnar Əli
oğlu, məhkum edilmiş şəxs Məmmədov
Səbuhi Xalis oğlu və onun müdafiəçisi Şirvan şəhər hüquq məsləhətxanasının vəkili
Əhmədova Ulduzə Mehdi qızının iştirakları ilə,
Məmmədov Səbuhi Xalis oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci
maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 16
avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs
Məmmədov Səbuhi Xalis oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən
verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında açıq məhkəmə iclasında
baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
İşin halları:
İbtidai istintaq orqanı tərəfindən Məmmədov Səbuhi Xalis oğluna Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ona
görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak
miqdarından artıq miqdarda təmiz çəkisi 2,865 qram olan narkotik vasitə heroini əldə
edib üstündə saxlamaqla Şirvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən «Elite»
ticarət mərkəzinin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri
zamanı o, 20 oktyabr 2015-ci il tarixdə saat 17.00-da qeyd olunan ticarət mərkəzinin
qarşısında saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins
şalvarının arxa sağ cibindən bir ədəd sellofan bükümdə olan 2,865 qram çəkidə
tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli
hökmü ilə (sədrlik edən hakim Qurbanov Elçin Firudin oğlu)
2
09.12.1985-ci ildə Əli-Bayramlı (indiki Şirvan)
şəhərində
anadan
olmuş,
Azərbaycan
Respublikasının
vətəndaşı,
əvvəllər
məhkum
olunmamış, orta təhsilli, ailəli--himayəsində bir
nəfər azyaşlı uşağı olan, “Şirvan OİL” MMC-də
qazmaçı köməkçisi vəzifəsində işləyən, Şirvan
şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 17, mənzil 98-də
qeydiyyatda olan və həmin ünvanda yaşayan,
barəsində “həbs” qətimkan tədbiri seçilmiş
Məmmədov Səbuhi Xalis oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci
maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına
məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə,
cəzasının əvvəli 20 oktyabr 2015-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs
qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, onun
ərazi narkoloji dispanserində qeydiyyata alınması, ekspertiza tədqiqatının 94 manat 93
qəpik miqdarında dəyərinin Məmmədov Səbuhi Xalis oğlundan tutulub dövlət nəfinə
keçirilməsi, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş
Mütəşəkkil Cinayətkarlıqda Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından
sonra qalıq çəkisi 2,815 qram olan narkotik vasitə heroinin müvafiq qaydada məhv
edilməsi hökm edilmişdir.
Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(032)-49/2016
nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis
oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı həmin hökmdən apellyasiya şikayəti
vermişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı apellyasiya şikayətini onunla
əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli hökmünü
qanunsuz və əsassız hesab edir. Məmmədov Səbuhi Xalis oğlu ona görə təqsirli
bilinmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi
istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,865 qram olan narkotik vasitə
heroini əldə edib üstündə saxlamaqla Şirvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində
yerləşən «Elite» ticarət mərkəzinin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat
əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış
tədbirləri zamanı o, 20 oktyabr 2015-ci il tarixdə saat 17.00-da qeyd olunan ticarət
mərkəzinin qarşısında saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy
rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd sellofan bükümdə olan 2,865 qram
çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək
götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məmmədov Səbuhi Xalis
oğlu özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 20 oktyabr 2015-ci il tarixdə Şirvan
şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən «Elite» ticarət mərkəzinə gəlib özü üçün
mobil telefon nömrəsi almaq istəmiş, lakin nömrə almaq üçün pulu çatmadığına və
3
şəxsiyyət vəsiqəsi evdə qaldığına görə evə qayıtmış, şəxsiyyət vəsiqəsini və pulu evdən
götürüb «Elite» ticarət mərkəzinə mobil telefon nömrəsi satılan mağazaya qayıtmışdır.
Mağazada olan satıcı mobil telefon nömrəsini onun adına rəsmiləşdirərkən arxadan
gələn Şirvan şəhər Polis Şöbəsində əməliyyatçı kimi tanıdığı Müşfiq Eyvazov və
Azərbaycan Respublikası DİN-nin BMCMİ-inin əməkdaşları ona yaxınlaşıb əl-qolunu
tutduqdan sonra onu Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. Şirvan şəhər Polis
Şöbəsində üzərindən 3 manat pul, telefon və kibrit qutusu aşkar edilərək götürülmüşdür.
Şirvan şəhər Polis Şöbəsində Müşfiq Eyvazov ona hədə qorxu gələrək «sənə qulaq
burması veririk» deyə narkotiki masanın üstünə atıb üzərinə götürməyi təklif etmişdir.
Müşfiq Eyvazov hətta ona köməklik edərək narkotikin növünü dəyişməyi bildirmiş,
polis şöbəsinin digər əməkdaşı Ruslan adlı şəxs otağa daxil olaraq narkotikin miqdarını
azalda biləcəyini, həmin narkotik vasitəni dəmiryolunun kənarından tapmasını deməsini
tövsiyə etmişdir. Lakin DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin
əməkdaşı Rövşən adlı şəxs ona narkotik vasitəni parkda ağacın dibində tapdığını
boynuna almasını bildirimişdir. Sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, həmin idarədə Rövşən adlı şəxs
dediklərini boynuna almadığı təqdirdə evinə silah atacağı ilə hədələmişdir. O da anası
xəstə olduğundan ilkin izahatını onların dediyi kimi yazmış, məhkəmə iclasında onun
barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən döyülməsi və
təhdid edilməsi barədə bir söz deməmişdir. Əvvəlcə barəsində Azərbaycan
Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış, sonradan guya
onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə
tövsif edilmişdir. О heç vaxt narkotik vasitədən istifadə etməmiş, Polis Şöbəsində ona
qarşı zorakılıq hərəkətləri edildiyindən məcburiyyət qarşısında qalıb cinayət törətməsini
etiraf etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi 18 oktyabr 2015-ci il
tarixdə Səbuhi Məmmədovun barəsində, yəni onun narkotik vasitələrin satışı və
dövriyyəsi ilə məşğul olması barəsində idarəyə məlumat daxil olmuş və 20 oktyabr
2015-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul
edilmişdir. Lakin nədənsə bu barədə əməliyyat-qeydiyyat işi açılmamşıdır. Məhkəmə
hökmündə şahidlərin də Səbuhi Məmmədovu “Elite” ticarət mərkəzinin qarşısında
yerləşən istirahət parkında tutduqları göstərilsə də, məhkəmə hökmündə bu hal düzgün
olmayaraq Səbuhi Məmmədovu “Elite” ticarət mərkəzinin qabağında tutulması qeyd
edilmişdir. İş üzrə məhkəmə iclası zamanı dindirilmiş hal şahidləri Əliyev Müşfiq
Qağamkişi oğlu və Qurbanov Rəşad Şamil oğlu isə əməliyyat işçilərindən fərqli olaraq
Səbuhi Məmmədovun “Elite” ticarət mərkəzinin qabağında tutulmasını bildirmişlər.
Məhkəmə iclasında əlavə şahid qismində ifadə vermiş Məmmədov Elxan Zakir oğlu və
Əkbərzadə Qumru Ədalət qızı onların işlədiyi “Elite” ticarət mərkəzində telefon və
telefon nömrələri satışı mağazasında Səbuhi Məmmədovun onlardan telefon nömrəsi
aldığı zaman 4-5 nəfər mülki geyimdə olan şəxslər tərəfindən, daha doğrusu Səbuhi
Məmmədov onların mağazasında olan zaman Şirvan şəhər polis şöbəsinin əməliyyat
müvəkilli vəzifəsində işləmiş Eyvazov Müşfiq Həsən oğlu tərəfindən arxadan iki
qolları altından qucaqlanaraq 4-5 nəfər mülki geyimdə olan şəxslərlə aparılmışdır.
Göründüyü kimi cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri arasında ziddiyətlər
mövcuddur. Məhkəmə iclasında onların çarpaz dindirilmələri zamanı bütün bu
xüsusatlar öz təsdiqini tapsa da məhkəmə hökmündə bu hallar, demək olar ki, öz əksini
4
tapmamışdır. Bundan başqa cinayət işinin materiallarından göründüyü kimi, hüquqlarını
müdafiə etdiyi təqsirləndirilən şəxs Səbuhi Məmmədovun barəsində 7 ay ərzində
cinayət işinin istintaqı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə aparılsa
da son nəticədə onun etmədiyi əməli başqa maddəyə--CM-nin 234.1-ci maddəsinə
tövsif edilmişdir. Qeyd olunanlara əsasən Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-
cı il tarixli, 1(032)-49/2016 nömrəli hökmünü ləğv edərək Azərbaycan Respublikası
CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis oğlunun
barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya şikayətinə məhkəmə baxışını
məhkum edilmiş şəxsin iştirakını təmin etməklə və məkəmə istintaqı aparılmaqla
keçirilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir.
Məhkəmə istintaqı və proses iştirakçılarının çıxışları:
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis
oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı Şirvan Şəhər Məhkəməsinin
16 avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli
hökmündən
vermiş olduğu
apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis
oğlu Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli
hökmündən müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızının verdiyi apellyasiya
şikayətinin dəlillərini müdafiə etdiyini bildirdi.
Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş prokurorluğunun
Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası
məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, I dərəcəli
hüquqşünas Hüseynov Elnar Əli oğlu Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il
tarixli, 1(032)-49/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov Səbuhi
Xalis oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş
apellyasiya şikayətinin dəlillərinə etiraz etdiyini bildirdi.
Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis
oğlu ifadəsində göstərdi ki, 20 oktyabr 2015-ci il tarixdə Şirvan şəhərinin
M.Ə.Rəsulzadə küçəsində yerləşən «Elite» ticarət mərkəzinə gəlib özü üçün mobil
telefon nömrəsi almaq istəmiş, lakin nömrə almaq üçün pulu çatmadığına və şəxsiyyət
vəsiqəsi evdə qaldığına görə evə qayıtmış, şəxsiyyət vəsiqəsini və pulu evdən götürüb
«Elite» ticarət mərkəzinə mobil telefon nömrəsi satılan mağazaya gəlmişdir. Mağazada
olan satıcı onun adına mobil telefon nömrəsini rəsmiləşdirərkən arxadan gələn Şirvan
şəhər Polis Şöbəsində əməliyyatçı kimi tanıdığı Müşfiq Eyvazov və Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları ona yaxınlaşıb əl-qolunu tutduqdan sonra onu Şirvan şəhər Polis
Şöbəsinə aparmışlar. Şirvan şəhər Polis Şöbəsində üzərindən üç manat pul, telefon və
kibrit qutusu aşkar edilərək götürülmüşdür. Şirvan şəhər Polis Şöbəsində ona hədə-
qorxu gələrək Müşfiq Eyvazov «sənə qulaq burması veririk» deyə narkotiki masanın
üstünə atıb üzərinə götürməyi təhrik etmişdir. Müşfiq Eyvazov hətta ona köməklik
edərək narkotikin növünü dəyişməyi təklif etmiş, polis şöbəsinin digər əməkdaşı Ruslan
adlı şəxs otağa daxil olaraq narkotikin miqdarını azalda biləcəyini, həmin narkotik
vasitəni dəmiryolunun kənarından tapmasını deməsini tövsiyə etmişdir. Lakin Daxili
5
İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Rövşən
adlı şəxs ona narkotik vasitəni parkda ağacın dibindən tapdığını boynuna almasını
bildirimişdir. Sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinə aparılmış, həmin idarədə Rövşən adlı şəxs dediklərini boynuna almadığı
təqdirdə evinə silah atacağı ilə hədələmişdir. O da anası xəstə olduğundan ilkin izahatını
onların dediyi kimi yazmış, məhkəmə iclasında onun barəsində həbs qətimkan
tədbirinin seçilməsi barədə təqdimata baxılarkən döyülməsi və təhdid edilməsi barədə
bir söz deməmişdir. Müstəntiq tərəfindən istintaq aparılan zamanı təqsiri sübuta
yetirilmədiyindən onun barəsində məcburi olaraq Azərbaycan Respublikası CM-nin
234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış, sonradan guya onun törətdiyi cinayət
əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. О heç
vaxt narkotik vasitədən istifadə etməmiş, Polis Şöbəsində ona qarşı zorakılıq hərəkətləri
edildiyindən məcburiyyət qarşısında qalıb orada cinayət törətməsini etiraf etmişdir.
Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını, həmçinin ağır ailə vəziyyətinin,
ailəsində yeganə qazanc gətirən şəxs olmasının, himayəsində heç bir yerdə işləməyən
həyat yoldaşının və yetkinlik yaşına çatmayan bir uşağının olmasının nəzərə alınmasını
məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında məhkəmə çıxışları zamanı Azərbaycan
Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin
apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi
şöbəsinin prokuroru, I dərəcəli hüquqşünas Hüseynov Elnar Əli oğlu Şirvan Şəhər
Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli hökmündən
məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis oğlunun müdafiəçisi Əhmədova Ulduzə
Mehdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını,
törədilmiş cinayət əməlinin iş materialları ilə tam sübuta yetirildiyini və birinci
instansiya məhkəməsi tərəfindən qanuni, ədalətli və əsaslı hökm çıxarıldığını bildirdi.
Eyni zamanda, dövlət ittihamçısı E.Ə.Hüseynov Şirvan Şəhər Məhkəməsinin 16 avqust
2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs
Məmmədov Səbuhi Xalis oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən
verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və həmin hökmün dəyişdirilmədən
saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında məhkəmə çıxışları zamanı məhkum edilmiş şəxs
Məmmədov Səbuhi Xalis oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı Şirvan
Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli hökmündən
vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 16
avqust 2016-cı il tarixli, 1(032)-49/2016 nömrəli hökmünün ləğv edilməsini, Səbuhi
Məmmədovun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından
xahiş etdi.
Apellyasiya məhkəməsi iclasında son sözündə məhkum edilmiş şəxs Məmmədov
Səbuhi Xalis oğlu Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 1(032)-
49/2016 nömrəli hökmündən müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızının verdiyi
apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı
il tarixli, 1(032)-49/2016 nömrəli hökmünün ləğv edilməsini, barəsində bəraət
hökmünün çıxarılmasını, həmçinin ağır ailə vəziyyətinin, ailəsində yeganə qazanc
gətirən şəxs olmasının, himayəsində heç bir yerdə işləməyən həyat yoldaşının və
6
yetkinlik yaşına çatmayan bir uşağının olmasının nəzərə alınmasını məhkəmə
kollegiyasından xahiş etdi.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət
və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn
vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla
qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən
edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və
azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir
şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı
məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının
yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın 6-cı
maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər
kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı
cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz
məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna
malikdir.
Həmin Konvensiyaya dair 22 noyabr 1984-cü il tarixli 7 nömrəli Protokolun 2-ci
maddəsinin 1-ci bəndində isə qeyd olunur ki, cinayət törətməyə görə məhkəmə
tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya təyin olunmuş
cəzaya yuxarı məhkəmə instansiyasında yenidən baxılması hüququ vardır. Bu hüququn
həyata keçirilməsi və onun həyata keçirilə biləcəyi əsaslar qanunla tənzimlənir.
Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş
hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.
Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət
prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin,
Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.
Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd olunur ki, cinayət prosesini həyata
keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit
edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
Həmin Məcəllənin 397.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi
birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin,
habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin
düzgünlüyünü yoxlayır.
Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi
tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən
yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır.
7
Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və bu Məcəllənin
normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya
şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını
araşdıraraq, qismən məhkəmə istintaqı apararaq, həmçinin apellyasiya şikayətinin
dəlilləri barədə proses iştirakçılarının mövqeyini dinləyərək hesab edir ki,
Məmmədov
Səbuhi Xalis oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum
edilməsinə dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 16 avqust 2016-cı il tarixli,
1(032)-49/2016 nömrəli hökmündən məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis
oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş apellyasiya
şikayəti qismən təmin edilməli və hökm həmin apellyasiya şikayətinə əsasən
dəyişdirilməlidir.
Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş
şəxs Məmmədov Səbuhi Xalis oğlunun törətdiyi, qərarın təsviri-əsaslandırıcı hissəsinin
«İşin halları» bölməsində göstərilən cinayət əməli şahidlər Camalov Rövşən Məhərrəm
oğlu, Əliyev Hətəm İsmayıl oğlu, Eyvazov Bəxtiyar Taryel oğlu, Əliyev Müşfiq
Qağamkişi oğlu, Qurbanov Rəşad Şamil oğlu, Məmmədov Elxan Zakir oğlu,
Əkbərzadə Qumru Ədalət qızı və Eyvazov Müşfiq Həsən oğlunun ifadələri,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21
oktyabr 2015-ci il tarixli 21436 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-Narkoloji tibbi müayinənin
ekspert komissiyasının 11 noyabr 2015-ci il tarixli 2084 nömrəli rəyi, baxışın
keçirilməsi və maddi sübutun götürülməsi haqqında 20 oktyabr 2015-ci il tarixli
protokol, müdafiəçi İ.Qasımovun iştirakı ilə verilmiş Məmmədov Səbuhi Xalis oğlu
tərəfindən yazılmış 20 oktyabr 2015-ci il tarixli izahat, 21 oktyabr 2015-ci il tarixli
ərizə, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 oktyabr 2015-ci il tarixli
qərar, təqsirləndirilən şəxsin 22 oktyabr 2015-ci il tarixli dindirmə protokolu, cinayət
işinin başlanmasının rədd edilməsi haqqında 06 fevral 2016-cı il tarixli qərar, sübutların
qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 19 mart 2016-cı
il tarixli qərar, təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında 29 mart
2016-cı il tarixli qərar, təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında 29 mart 2016-
cı il tarixli protokol, maddi sübutlar, protokollar və işdə olan digər sənədlərlə tam
sübuta yetirilmiş və birinci instansiya məhkəməsi tərəfindən Məmmədov Səbuhi Xalis
oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir.
Birinci instansiya məhkəməsində şahid Camalov Rövşən Məhərrəm oğlu
göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarəyə
daxil olmuş məlumatda 09.12.1985-ci il tarixdə Şirvan şəhərində anadan olmuş
Məmmədov Səbuhi Xalis oğlunun qanunsuz olaraq narkotik vasitə olan heroinin
dövriyyəsi ilə məşğul olması göstərilmiş, həmin məlumat baş idarə rəhbərliyinə məruzə
edilmiş və 20 oktyabr 2015-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi
barədə qərar qəbul edilmişdir. Daxil olmuş məlumatda Səbuhi Məmmədovun Şirvan
şəhərində olması bildirildiyindən yaradılmış əməliyyat qrupu ilə birgə 20 oktyabr 2015-
ci il tarixdə saat 16.30-da Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elite”
ticarət mərkəzinin qarşısında olmuşlar. Saat 17 radələrində xarici görünüşündən Səbuhi
8
Məmmədova oxşar şəxs görünən kimi ona yaxınlaşıb özlərini təqdim edərək polis
əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin yanlarında olan hal şahidlərini də təqdim
etmişlər. Bundan sonra saxlanılan şəxs özünü təqdim edərək Səbuhi Məmmədov
olduğunu bildirmişdir. Onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olması barədə məlumat daxil olduğunu bildirərək qərarla onu tanış etmişlər.
Bundan sonra Səbuhi Məmmədovun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər.
O, etiraz etməyib özü əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd
şəffaf selofan bükümü çıxarıb onlara təqdim etmişdir. Həmin bükümə baxış keçirilən
zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər
kütlə olduğu məlum olmuşdur. Bundan başqa əynindəki şalvarının ön sağ cibindən 3
manat pul, bir kibrit qutusu, sol yan cibindən bir ədəd qara rəngli “Samsunq Duos”
markalı mobil telefon aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitə qablaşdırılmış,
lakin ətrafda xeyli sayda insanlar toplaşdığına görə protokol tərtib edilməsi üçün Şirvan
şəhər Polis Şöbəsinə getmişlər. Sual-cavab zamanı Səbuhi Məmmədov bildirmişdir ki,
bükümdə olan maddə heroindir, həmin heroini Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində
yerləşən “Elite” ticarət mərkəzinin qarşısında yerləşən istirahət parkında ağacın altından
tapmış və üzərində gəzdirmişdir.Təqsirləndirilən şəxsə qarşı qeyri-qanuni hərəkətlərə
yol verilməmişdir.
Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Əliyev Hətəm İsmayıl oğlu və
Eyvazov Bəxtiyar Taryel oğlu şahid Camalov Rövşən Məhərrəm oğlunun ifadəsinə
uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişlər.
Birinci instansiya məhkəməsində şahid Əliyev Müşfiq Qağamkişi oğlu
göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında özünün idarə etdiyi avtomobildə dayanıb
taksi fəaliyyəti ilə məşğul olur. 20 oktyabr 2015-ci il tarixdə səhər saatlarında ona
həmin idarənin polis əməkdaşları yaxınlaşıb keçiriləcək əməliyyat-axtarış tədbirində hal
şahidi qismində iştirak etməsini təklif etmişlər. Ona polis əməkdaşları bildirmişlər ki,
Səbuhi adlı şəxsin Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olması barədə məlumat daxil olmuş və bununla əlaqədar olaraq əməliyyat-
axtarış tədbiri keçirilir. Onlara etiraz etməmiş və 20 oktyabr 2015-ci il tarixdə polis
əməkdaşları ilə birgə saat 16-17 radələrində Şirvan şəhərində yerləşən “Elite” ticarət
mərkəzinin qarşısında olmuşlar. Saat 17 radələrində polis əməkdaşların deməsinə görə
xarici görünüşündən Səbuhi Məmmədova oxşar şəxs görünən kimi polislərlə birgə ona
yaxınlaşmışlar. Polis əməkdaşları özlərini və hal şahidlərini təqdim etmişlər, bundan
sonra saxlanılan şəxs özünü təqdim edərək Səbuhi Məmmədov olduğunu bildirmişdir.
Polis əməkdaşları onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olması barədə məlumat daxil olduğunu bildirərək qərarla onu tanış etmiş, sonra Səbuhi
Məmmədovun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, etiraz etməyib özü
əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd şəffaf selofan
bükümü çıxarıb polislərə təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman
içərisində qəhvəyi rəngli spesifik iyə malik kütlə olduğu məlum olmuşdur. Polislər
soruşan zaman Səbuhi Məmmədov bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitə
heroindir, həmin heroini Şirvan şəhərində “Elite” ticarət mərkəzinin qarşısında yerləşən
9
istirahət parkında ağacın altından tapmış və üzərində gəzdirmişdir. Şəxsi axtarış zamanı
həmçinin əynindəki şalvarın ön sağ cibindən 3 manat pul, bir kibrit qutusu, sol yan
cibindən bir ədəd qara rəngli “Samsunq Duos” markalı mobil telefon aşkar edilmişdir.
Aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, lakin ətrafda xeyli sayda insanlar
toplaşdığına görə polis əməkdaşları bildirdilər ki, protokolun tərtib edilməsi üçün
Şirvan şəhər Polis Şöbəsinə getməlidirlər. Sonra onlar Polis Şöbəsinə gəlmiş, ora vəkil
dəvət olunaraq onun iştirakı ilə protokol tərtib olunmuşdur.
Birinci instansiya məhkəməsində şahid Qurbanov Rəşad Şamil oğlu göstərmişdir
ki, 20 oktyabr 2015-ci il tarixdə Səbuhi Məmmədovun cinayət əməllərinin aşkar
olunması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirlərində hal şahidi qismində iştirak
etmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, Səbuhi Məmmədov adlı şəxs Şirvan
şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur, bununla
əlaqədar əməliyyat-axtarış tədbiri keçirilir, tədbir Şirvan şəhərində keçiriləcəkdir.
Nəticədə 20 oktyabr 2015-ci ildə saat 16 radələrində Şirvan şəhərində yerləşən “Elite”
ticarət mərkəzinin qarşısında olmuşlar. Saat 17 radələrində polis əməkdaşlarının
deməsinə görə xarici görünüşündən Səbuhi Məmmədova oxşar şəxs görünən kimi
polislərlə birgə ona yaxınlaşmışlar. Polislər özlərini və onları təqdim etmiş, saxlanılan
şəxs isə özünü təqdim edərək Səbuhi Məmmədov olduğunu bildirmişdir. Polis
əməkdaşları onun barəsində qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması
barədə məlumatın olmasını bildirib qərarla onu tanış etmişlər. Bundan sonra polis
əməkdaşları Səbuhi Məmmədovun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər.
Səbuhi Məmmədov etiraz etməmiş, əynində olan göy rəngli cins şalvarının arxa sağ
cibindən bir ədəd şəffaf selofan bükümü çıxarıb polislərə təqdim etmişdir. Bükümə
baxış keçirəndə içərisində qəhvəyi rəngli spesifik iyə malik kütlə olduğu məlum
olmuşdur. Polis əməkdaşları soruşan zamanı Səbuhi Məmmədov bildirmişdir ki,
təqdim etdiyi bükümdə olan maddə narkotik vasitə heroindir, həmin heroini Şirvan
şəhərində “Elite” ticarət mərkəzinin qarşısında yerləşən istirahət parkında ağacın
altından tapmış və üzərində gəzdirmişdir. Bundan başqa onun əynində olan şalvarın ön
sağ cibindən 3 manat pul, bir kibrit qutusu, sol yan cibindən bir ədəd qara rəngli
“Samsunq Duos” markalı mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə
heroinə bənzər maddə polis əməkdaşları tərəfindən qablaşdırılmış, lakin ətrafda xeyli
sayda insanlar toplaşdığına görə polis əməkdaşları bildirmişlər ki, protokolun tərtib
olunması üçün Şirvan şəhər Polis Şöbəsinə getməlidirlər. Ona görə də onlar Şirvan
şəhər Polis Şöbəsinə gəlmiş, orada vəkil dəvət olunaraq onun iştirakı ilə protokol tərtib
olunmuşdur.
Birinci instansiya məhkəməsində əlavə şahid qismində ifadə vermiş Məmmədov
Elxan Zakir oğlu göstərmişdir ki, o, Şirvan şəhərində yerləşən “Elite” Ticarət
Mərkəzində telefon və telefon nömrələrinin satışı mağazasında satıcı işləyir. Sonradan
adını bildiyi Məmmədov Səbuhi Xalis oğlu müştəri kimi 20 oktyabr 2015-ci il tarixdə
saat 15 radələrində yaxınlaşıb mobil telefon nömrəsi almaq istədiyini bildirmiş, ondan
şəxsiyyət vəsiqəsini tələb etdikdə üstündə olmadığını deyib gedib evdən götürüb
gələcəyini bildirdi.Təxminən 1 saatdan sonra Məmmədov Səbuhi Xalis oğlu mağazaya
qayıtmış, telefon nömrəsini aldığı zaman 4-5 nəfər mülki geyimdə olan şəxslər
yaxınlaşıb onun qolundan tutaraq aparmışlar.
Birinci instansiya məhkəməsində əlavə şahid qismində ifadə vermiş Əkbərzadə
10
Qumru Ədalət qızı göstərmişdir ki, Şirvan şəhərində yerləşən “Elite” Ticarət
Mərkəzində telefon və telefon nömrələrinin satışı mağazasında satıcı işləmişdir. 20
oktyabr 2015-ci il tarixdə sonradan adını bildiyi Məmmədov Səbuhi Xalis oğlu müştəri
kimi işlədiyi mağazaya yaxınlaşmış, Məmmədov Səbuhi Xalis oğlu ondan mobil
telefon nömrəsi almaq barədə onunla söhbət edən zaman 4-5 nəfər mülki geyimdə olan
şəxslər onun qolundan tutaraq aparmışlar.
Birinci instansiya məhkəməsində əlavə şahid qismində ifadə vermiş Əkbərov
Ədalət Yahya oğlu göstərmişdir ki, Əkbərzadə Qumru Ədalət qızı onun qızıdır.
Məmmədov Səbuhi Xalis oğlunun saxlanılmasını bilavasitə görməmiş, qızı Qumrudan
eşitmişdir.
Birinci instansiya məhkəməsində əlavə şahid qismində ifadə vermiş hazırda İmişli
rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Eyvazov Müşfiq Həsən
oğlu göstərmişdir ki, 20 oktyabr 2015-ci ildə Şirvan şəhər Polis Şöbəsində əməliyyat
müvəkkili vəzifəsində çalışmışdır. 20 oktyabr 2015-ci il tarixdə DİN-in əməkdaşları ilə
birlikdə Şirvan şəhərində «Elite» Ticarət Mərkəzinin qarşısında olan əməliyyat-axtarış
tədbirində iştirak etmişdir. Belə ki, DİN-in əməkdaşları Şirvan şəhərini yaxşı
tanımadığına görə onlara tədbirin keçirilməsində köməklik etmək məqsədi ilə iştirak
etmiş, «Elite» Ticarət Mərkəzinin qarşısında əməliyyat məlumatında narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi Məmmədov Səbuhi Xalis
oğlu saxlanılmış, tədbirdə 3-4 nəfər polis əməkdaşı iştirak etmişdir. Lakin həmin şəxs
saxlanandan sonra üzərində axtarış zamanı iştirak etməmişdir.
İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası Mərkəzinin 21 oktyabr 2015-ci il tarixli 21436 nömrəli rəyinə görə,
tədqiqata təqdim edilmiş üzərində: “...Məmmədov Səbuhi Xalis oğlunun üzərindən.”
yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi: 2,865 qram olan maddə tiryəkdən
kustar üsulla hazırlanmış – narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 2,865
qram, tədqiqata sərf olundu-0,50 qram, qalıq-2,815 qram.
İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika
Narkoloji Mərkəzi
Ambulator Məcburi-Narkoloji tibbi
müayinənin ekspert
komissiyasının 11 noyabr 2015-ci il tarixli 2084 nömrəli rəyinə görə təqsirləndirilən
şəxs Məmmədov Səbuhi Xalis oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin
əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən
əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji
dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.
İş materiallarında olan, sənədlərdən görünür ki, Azərbaycan Respublikası DİN-in
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi
Hüseynov Şöhrət Mehdi oğlu icraatına daxil olmuş Məmmədov Səbuhi Xalis oğlu
haqqında toplanmış materialları nəzərdən keçirib 21 oktyabr 2015-ci il tarixdə saat
13.45-də Bakı şəhərində Məmmədov Səbuhi Xalis oğlu barəsində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması və
icraata qəbul edilməsi haqqında qərar qəbul etmişdir.
İş materiallarında olan, baxışın keçirilməsi və maddi sübutun götürülməsi haqqında
20 oktyabr 2015-ci il tarixli protokoldan görünür ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə
küçəsi, 17 nömrəli evin 98 №-li mənzilində qeydiyyatda olan Məmmədov Səbuhi Xalis
oğlunun qanunsuz olaraq narkotik vasitə olan heroinin dövriyyəsi ilə məşğul olması
11
barədə məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə
Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində
əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 20 oktyabr 2015-ci il tarixli qərara
əsasən əməliyyat qrupu yaradılmış, əməliyyat məlumatlarında Məmmədov Səbuhi
Xalis oğlunun Şirvan şəhərində olması bildirilmişdir. Ona görə də 20 oktyabr 2015-ci
il tarixdə saat 16.30 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhərinin
M.Ə.Rəsulzadə küçəsində yerləşən «Elite» ticarət mərkəzinin qarşısında olmuşlar.
Saat 17 radələrində zahiri əlamətləri Məmmədov Səbuhi Xalis oğluna bənzər şəxs
aşkar olunduqda, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları
olduğunu bildirmiş, həmin şəxsin Məmmədov Səbuhi Xalis oğlu olması müəyyən
edilmiş, Səbuhi Məmmədova izah etmişlər ki, onun barəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmasını bildirib qərarla
tanış etmişlər. Səbuhi Məmmədovun üzərinə baxış keçirilən zamanı əynində göy rəngli
cins şalvarının arxa sağ cibindən bir ədəd şəffaf selofan büküm çıxardaraq onlara
təqdim etdi. Həmin bükümə baxış keçirilən zamanı içərisində qəhvəyi rəngli spesifik
iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edildi. Sorğu
zamanı Səbuhi Məmmədov təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə olan
heroin olmasını, heroini Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən «Elite»
ticarət mərkəzinin qarşısında yerləşən istirahət parkında ağacın altından tapmasını və
üzərində gəzdirməsini göstərmiş, bundan başqa onun əynində olan cins şalvarının ön
sağ cibindən 3 manat pul, bir ədəd içərisində kibrit dənələri olan kibrit qutusu, sol yan
cibindən isə bir ədəd qara rəngli «Samsunq Duos» markalı telefon aşkar olunmuşdur.
Aşkar olunan şəffaf bükümdə olun kütlə hal şahidlərinin iştirakı ilə zərfə qoyulmuş,
DİN-in 6 nömrəli möhürü ilə möhürlənmiş, protokola maddi sübut kimi əlavə
olunmuşdur. Qeyd olunan yerdə çoxlu sayda şəxslərin toplanmasını nəzərə alaraq onlar
hal şahidləri ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə dəvət olunmuş, protokol tərtib
edilməzdən əvvəl Şirvan şəhər hüquq məsləhətxanasının vəkili Qasımov İdris
İbadulla oğlu dəvət olunmuş, bundan sonra protokol tərtib olunmuşdur. Protokolu
saxlanılmış şəxs Səbuhi Məmmədov, müdafiəçi İdris Qasımov, hal şahidləri Rəşad
Qurbanov, Müşfiq Əliyev və polis əməkdaşları Hətəm Əliyev və Bəxtiyar Eyvazov
imzalamışlar.
İş materiallarında olan, müdafiəçi İ.Qasımovun iştirakı ilə verilmiş Məmmədov
Səbuhi Xalis oğlu tərəfindən yazılmış 20 oktyabr 2015-ci il tarixli izahatdan görünür ki,
Məmmədov Səbuhi Xalis oğlu 20 oktyabr 2015-ci il tarixdə saat 17 radələrində şəxsi
işləri ilə əlaqədar Şirvan şəhərində yerləşən «Elite» ticarət mərkəzinin qarşısına
gəlməsini, orada mülki geyimdə bir neçə şəxsin ona yaxınlaşaraq vəsiqələrini təqdim
edərək polis işçiləri olduqlarını, üzərində narkotik maddə olması barədə məlumat daxil
olması, ona görə də üzərinə baxış keçirilməsi, baxışın keçirilməsi barədə qərarla onu
tanış etməsi və üzərində hər hansı qanunsuz əşya varsa könüllü təqdim etməsi, baxışın
keçirilməsinə etiraz etməməsi, hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilən zamanı
əynindəki göy rəngli cins şalvarın arxa sağ cibində bir ədəd şəffaf selofan bükümü
çıxardıb təqdim etməsi, həmin bükümü 5 gün əvvəl «Elit»in qarşısındakı parkda
gəzərkən ağac dibindən tapmasını, içindəkinin heroin olduğunu görüb cibinə qoyub
saxlamasını, həmin vaxtdan yadından çıxıb cibində qalmasını, həmin bükümün hal
şahidlərinin iştirakı ilə zərfə qoyulması, sonra isə Polis Şöbəsinə getməsini, orada
12
vəkillə təmin olunmasını,vəkilin iştirakı ilə protokolun tərtib olunmasını göstərmişdir.
İş materiallarında olan, 21 oktyabr 2015-ci il tarixli ərizədən görünür ki,
Məmmədov Səbuhi Xalis oğlu Şirvan şəhər hüquq məsləhətxanasının vəkili Qasımov
İdris İbadulla oğlunun hüquqi yardımından imtina etməsini göstərmişdir. Ərizə vəkilin
iştirakı ilə yazılmışdır. Vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam
verilməsi haqqında İstintaq şöbəsinin müstəntiqi Şöhrət Hüseynov 21 oktyabr 2015-ci il
tarixli qərar qəbul etmişdir.
İş materiallarında olan, 5 nömrəli hüquq məsləhətxanasının 21 oktyabr 2015-ci
il tarixli orderindən görünür ki, vəkil Əliyev Oktay Məmmədoviç qərar əsasında
Məmmədov Səbuhi Xalis oğluna hüquqi yardım göstərmək üçün cəlb edilmişdir.
İş materiallarında olan, 21 oktyabr 2015-ci il tarixli şübhəli şəxsi dindirmə
protokolundan görünür ki, müdafiəçi Əliyev Oktay Məmmədoviçin iştirakı ilə
Məmmədov Səbuhi Xalis oğlu ifadə verərək göstərmişdir ki, tutulduğu gündən 5 gün
əvvəl axşam saatlarında Şirvan şəhərində yerləşən «Elite» ticarət mərkəzinin
qarşısındakı parkda gəzərkən ağacın yaxınlığından bir ədəd büküm görmüş, axşam
tərəfi olduğu üçün bir qədər parıldağından maraq yarandığına görə onu götürüb içərisinə
baxmış, içərisində toz şəkilli, qəhvəyi rəngli maddənin olmasını görmüşdür. Narkotik
vasitədən satmamış və ya istifadə etməmiş, lakin ona baxan kimi bilmişdir ki, o,
narkotik vasitə heroindir, çünki onu televizorda görmüşdür. Onu götürüb cibinə
qoymuş, sonradan polisə təhvil vermək istəyirdi. Lakin o yadından çıxmış, cibində
qalmışdır. 20 oktyabr 2015-ci il tarixdə saat 17 radələrində Şirvan şəhərində yerləşən
«Elite» ticarət mərkəzinin qarşısında olarkən ona bir neçə mülki geyimdə olan şəxslər
yaxınlaşmış, özlərini polis əməkdaşları olduqlarını təqdim etmiş, yanlarında iki nəfər
hal şahidlərinin iştirakı ilə üstünə baxış keçirəcəklərini bildirmişlər. Etiraz etməmiş,
özü əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd tapmış olduğu
bükümü polislərə təqdim etmişdir. Polislərə bildirmişdir ki, aşkar olunmuş maddə
heroindir, narkotik vasitəni 5 gün əvvəl parkdan tapmışdır. Protokolda “ifadəmi
oxudum, əlavəm yoxdur, mənim sözlərimlə doğru yazılıb, imzamla təsdiq edirəm” qeyd
etmişdir.
İş materiallarında olan, təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22
oktyabr 2015-ci il tarixli qərardan görünür ki, Məmmədov Səbuhi Xalis oğlu
təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Qərar
təqsirləndirilən şəxs Səbuhi Məmmədova müdafiəçi Oktay Əliyevin iştirakı ilə elan
edilmişdir.
İş materiallarında olan, 22 oktyabr 2015-ci il tarixli təqsirləndirilən şəxsin
dindirmə protokolundan görünür ki, Məmmədov Səbuhi Xalis oğlu müdafiəçi Oktay
Əliyevin iştirakı ilə ifadə verərək şübhəli şəxs qismində verdiyi ifadəni təkrarlayaraq
narkotik vasitə olan heroini tutulduğu gündən 5 gün əvvəl tapmasını, üzərində
gəzdirməsini, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərinə şəxsi axtarış
keçirilərkən narkotik vasitəni özü təqdim etməsini etiraf etmişdir. Protokolda «ifadəmi
oxudum, əlavəm yoxdur, mənim sözlərimlə doğru yazılıb, imzamla təsdiq edirəm» qeyd
etmişdir.
İş materiallarında olan, həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri
Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli qərarından görünür ki,
13
Məmmədov Səbuhi Xalis oğlu məhkəmə iclasında çıxışında törədilmiş cinayətdə özünü
təqsirli hesab etmişdir.
İş materiallarında olan, 5 nömrəli hüquq məsləhətxanasının 04 noyabr 2015-ci
il tarixli orderindən görünür ki, vəkil Əkbərova Svetlana Cumar qızı müqavilə əsasında
Məmmədov Səbuhi Xalis oğluna hüquqi yardım göstərmək üçün cəlb edilmişdir.
İş materiallarında olan, 05 fevral 2016-cı il tarixli ərizədən görünür ki,
Məmmədov Səbuhi Xalis oğlu dövlət hesabına təyin edilmiş vəkil Oktay Əliyevdən
imtina etmişdir.
İş materiallarında olan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06
fevral 2016-cı il tarixli qərardan görünür ki, Məmmədov Səbuhi Xalis oğlunun polis
əməkdaşları tərəfindən işgəncələrə məruz qalması və ona qarşı digər qanunsuz
hərəkətlərə yol verilməsi barədə göstərdiyi xüsusatlar araşdırma zamanı öz təsdiqini
tapmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın
surəti Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Məmmədov Səbuhi
Xalis oğluna və müdafiəçisi Əkbərova Svetlana Cumar qızına poçt vasitəsilə
göndərilmişdir.
İş materiallarında olan, 12 mart 2016-cı il tarixli qəbzdən görünür ki,
Məmmədov Azər Xalis oğlu qardaşı Səbuhi Məmmədova məxsus olan 1 ədəd
«Samsunq» markalı mobil telefonu, 3 manat pulu və 1 ədəd kibrit qutusunu müstəntiq
Şöhrət Hüseynovdan almışdır.
İş materiallarında olan, sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin
tövsif edilməsi haqqında 19 mart 2016-cı il tarixli qərardan görünür ki, Məmmədov
Səbuhi Xalis oğlunun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir.
İş materiallarında olan, təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi
haqqında 29 mart 2016-cı il tarixli qərardan görünür ki, Məmmədov Səbuhi Xalis oğlu
təqirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in
234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.
İş materiallarında olan, 29 mart 2016-cı il tarixli təqsirləndirilən şəxsi əlavə
dindirmə protokolundan görünür ki, Məmmədov Səbuhi Xalis oğlu istintaq zamanı
verdiyi ifadəni bir daha təsdiq edərək, üstündə narkotik vasitənin olmasını, onu
tapmasını, məqsədinin onu polisə vermək olmasını, sadəcə olaraq yadından çıxmasını
göstərmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror
tərəfindən qəbul edilmiş 06 fevral 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd
olunması barədə qərara isə münasibət bildirərək göstərmişdir ki, ona ilkin olaraq irəli
sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, ona görə də şikayət etmiş, hazırda isə
ona elan olunmuş ittiham üzrə razı olmasını və özünü təqsirli bilməsini göstərmişdir.
Ona görə də heç bir şikayəti yoxdur. Əlavə dindirmə müdafiəçi S.Əkbərovanın iştirakı
ilə aparılmışdır.
Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş
«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və
psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən
dərman preparatı kimi beynəlxalq adı «heroin» olan maddə narkotik vasitədir, heroinin
0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan
artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur.
14
«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun
tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq,
qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop
maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul
edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər
hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı
olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində
olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına
yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə
müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin
yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun
1.0.11-ci maddəsinə əsasən, miqdarından asılı olmayaraq Azərbaycan Respublikası
qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və
psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi
ilə yayılmasına yönəldilmiş hərəkətlər--narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz satılması hesab edilir.
«Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının
qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında»
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2
nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə
baxılarkan «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-
ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin.
Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə
əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Konstitusiyanın 129-cu maddəsinin III hissəsinə görə, məhkəmə qərarı qanuna və
sübutlara əsaslanmalıdır.
Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət
törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə
aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq
olunmalıdır.
Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış
sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə
toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır,
əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir.
Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti,
mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış
bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən
qiymət verilməlidir.
15
Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər
tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz
daxili inamına görə sübutları qiymətləndirir.
Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış
sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə
bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün
mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.
Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət
işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham
qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə
verilən ittiham daxilində baxılır.
Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr
yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır.
«Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində qeyd olunur
ki, izah edilsin ki, cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin
hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər.
Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan,
lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini
tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat,
ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək
olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli
şəkildə təhqiq edilmiş olsun.
Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı yuxarıda
sadalanan sübutların əldə olunması, həmçinin həmin sübutların birinci instansiya
məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir
qanun pozuntusuna yol verilməmiş, işə Şirvan Şəhər Məhkəməsi tərəfindən ağlabatan
müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə
olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların
tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən
məhkum edilmiş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam
həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart
2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret
cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə
tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual
sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət
hüquqi qiymətdir.
Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət hadisəsi baş vermişdir və
Məmmədov Səbuhi Xalis oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin CM-
nin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır. Yəni iş materialları tədqiq edilərkən,
eləcə də apellyasiya instansiyası üzrə məhkəmə baxışı zamanı iş üzrə cinayət təqibini
istisna edən, eləcə də törədilmiş əməllərin tövsifini zəruri edən hallar müəyyən
16
edilməmişdir. S.X.Məmmədovun əməlləri həm ibtidai istintaq orqanı, həm də birinci
instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir.
Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin «təqsirləndirilən
şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb
və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki,
Məmmədov Səbuhi Xalis oğlu 20 oktyabr 2015-ci il tarixdə saat 17 radələrində 2,865
qram olan narkotik vasitə heroini üstündə saxlamaqla Şirvan şəhərinin M.Ə.Rəsulzadə
küçəsində yerləşən “Elite” Ticarət Mərkəzinin qarşısına daşımış, həmin əməl isə
Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır» qənaətini
qanuni və əsaslı hesab edir.
Lakin məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi
Məmmədov Səbuhi Xalis oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi
ilə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı
yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən Səbuhi Məmmədovun ilk dəfə az
ağır cinayətin törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını iş üzrə
cəzanı yüngülləşdirən hallar olmasını və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını,
habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini lazımınca nəzərə
almamışdır.
Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis
oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı apellyasiya şikayətinin dəlillərini
qismən məqbul sayır və hesab edir ki, S.X.Məmmədova cəza təyini ilə bağlı birinci
instansiya məhkəməsinin gəldiyi nəticə cəza təyin edilməsinin Azərbaycan Respublikası
CM-nin 41
və 58-ci maddələrində təsbit olunmuş prinsiplərinə uyğun olmamışdır.
İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSI
İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2015-ci il tarixli tələbnaməyə əsasən Məmmədov
Səbuhi Xalis oğlu əvvəllər məhkum olunmamışdır.
İş materiallarında olan, Şirvan şəhər İcra hakimiyyəti Başçısının 1 Nömrəli Sahə
İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13.11.2015-ci il tarixli 7488 nömrəli
arayışdan görünür ki, Məmmədov Səbuhi Xalis oğlunun himayəsində yetkinlik yaşına
çatmayan uşağı (2015-ci il təvəllüdlü Məmmədli Ramal Səbuhi oğlu) vardır.
Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə
təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin
edilir.
Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin
xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı
yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah
olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır
Dostları ilə paylaş: |